Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalanoz
Efaristos Kalanoz (XIII əsr-1287) — Rum komandir və casus. Savcı Qazini şəhid edən qatil. Kalanozu Osman Bəy öldürmüşdür/öldürtmüşdür.
Şavanoz
Şavanoz (fr. Chavanoz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Şeryuy kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38097. Kommunanın 1999-cu il üçün əhalisi 3954 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 188 ilə 245 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 26 km şərqdə, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Cunci Kavano
Cunci Kavano (11 iyul 1945) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kerri Kavano
Kerri Kavano (1955, Ceksonvill, Florida) — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Karano
Karano- İtaliyanın şimalında Trentino-Alto Adige/Südtirol regionunda bir bələdiyyə. Trentonun təxminən 35 kilomter şimal-şərqində yerləşir. All demographics and other statistics: Italian statistical institute Istat.
Kivano
Kivano (lat. Cucumis metulifer) — meyvə növü. Kivano meyvəsi Avropa, Şimali Amerika, Mərkəzi və Cənubi Afrikada geniş yayılıb. Bu meyvə qeyri-adi görünüşə malikdir. Belə ki, onun səthi qorxulu tikanlarla örtülüb. İçərisində isə yaşıl maye yığılıb. Dadı banan, kivi və limonun qarışığına bənzəsə də, meyvədən yemiş ətri gəlir.
Ancela Kavanya
Ancela Kavanya (it. Angela Cavagna) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir. Ancela Kavanya 6 iyun 1966-ci il tarixində İtaliya Genuya şəhərində doğulmuşdu. Bir neçə dəfə Genuya gözəllik müsabiqəsində 1-ci yeri tutmuşdur. 1980-cı illərdən başlayaraq musiqi səhnəsində ifa edir. Ancela Kavanya bir çox ölkələrin səhnələrində ayrıca konsert vermiş, "Playboy", "Penthouse" və digər jurnallarda böyük populyarlıq əldə etmişdir.
Kavanəq (Xudafərin)
Kavanəq (fars. کوانق‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (21 ailə). Kənd Qaradağ vilaytətində ən məşhur nar və üzüm istehsalının mərkəzidir. Bu məhsullar, soyuducu tələb etmədən altı aydan çox saxlanılmaq üçün xarakterik bir potensiala malikdir. Bu xüsusiyyət 1830-cu illərdə Qaradağı gəzən Robert Miqnan tərəfindən qeyd edilmişdir. Kavanəq inkişaf etmiş arıçılığı ilə də diqqəti çəkir.
Nikolay Katanov
Nikolay Fyodroviç Katanov (18 (30) may 1862, 6 may 1862 və ya 6 (18) may 1862, Yeniseysk quberniyası[d] – 9 mart 1922 və ya 10 mart 1922, Kazan, Tatarıstan MSSR, RSFSR, SSRİ) — türkoloq, ilk xakas professoru. Nikolay Fyodroviç Katanov 1862-ci il mayın 6-da uzaq Sibirdə, keçmiş Yenisey quberniyasının cənubunda, Askiz qəsəbəsinin yaxınlığındakı Turaxov aulunda doğulub. Onun uşaqlıq adı Pora imiş. Rusiya Katanovun ata-babasının yaşadığı Sibir torpaqlarını işğal etdikdə burada yaşayan şaman inanclı insanları da zorla xristianlaşdırmışdı. Ona görə də uşağı evdə Popa çağırsalar da rəsmi sənədlərdə kilsədə qoyulan Nikolay adıyla tanınmışdır. Nikolayın atasını da xakaslar Xızıl deyə çağırsalar da sənədlərdə adı Fyodr kimi yazılıb. Xızıl Katanov xakasların Saqay, anası isə Kaçina tayfasından olub. Bu tayfalar böyük Yenisey çayının qolu Abakanın sağ sahilində, Uzyum çöllərində yaşayırmış. Nikolay aristokrat və ziyalı bir ailədə böyüyüb. Belə ki, atası Xızıl Katanov ulus, tayfa başçısının mirzəsi, əmisi Yefim Semyonovic isə çar hökumətinin Askiz qəsəbəsində açdığı məktəbdə müəllim imiş.
Viktor Kabanov
Viktor Aleksandroviç Kabanov (15 yanvar 1934, Moskva, RSFSR, SSRİ – 31 mart 2006, Moskva) – Sovet və Rusiya kimyaçısı, polimerlər üzrə mütəxəssis, professor, kimya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının (REA) akademiki, Rəyasət Heyətinin üzvü və REA-nın Kimya və materiallar elmləri şöbəsinin akademik-katibi, Lenin, Dövlət və Davıdov müküfatları laureatı. 15 yanvar 1934-cü il tarixində Moskvada professor A. N. Kabanovun ailəsində dünyaya göz açıb. 1956-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirib və həmin il MDU-nun Yüksək molekullu birləşmələr kafedrasına qəbul olunub. 1960-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1968-ci ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1975–1991-ci illərdə SSRİ Elmlər Akademiyasının Ümumi və texniki kimya şöbəsinin akademik-katibinin müavini vəzifəsində çalışıb. 1987-ci ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 1988-ci ildən SSRİ Elmlər Akademiyasının (1991-ci ildən Rusiya Elmlər Akademiyasının) Rəyasət Heyətinin üzvü olub. 1988–2002-ci illərdə SSRİ Elmlər Akademiyasının Yüksək molekullu birləşmələr üzrə Elmi Şurasının sədri, 1991–2002-ci illərdə isə Rusiya Elmlər Akademiyasının Ümumi və texniki kimya şöbəsinin akademik-katibi vəzifəsini yerinə yetirib. Eyni zamanda M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Yüksək molekullu birləşmələr kafedrasının müdiri, "Rusiya Elmlər Akademiyasının Hesabatları" jurnalının baş redaktoru, "Yüksək molekullu birləşmələr" jurnalının redaksiya heyətinin üzvü olub. 1977–1981-ci illərdə Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqının Yüksək molekullu birləşmələr şöbəsinin sədri seçilən ilk rus alimi, Belçika Kral Akademiyasının xarici üzvü, Avropa Elmlər Akademiyasının üzvü, Ukrayna Milli Elmlər Akademiyasının xarici üzvü olub.
Fort-Kavasos
Fort Kavasos - dünyada ən iri ABŞ hərbi bazası 1942-ci ildə tikilmiş Fort Hud dünyada ən iri ABŞ hərbi bazasıdır. ABŞ-nin Texasda ştatının Fort Hood şəhərində yerləşir. Burada 40 min hərbçi var, ailə üzvləri və digər mülki şəxslərlə birlikdə bazanın sakinlərinin sayı 80 minə çatır. Bazada iki muzey, məktəblər, xəstəxana və göl var. 2009-cu ilin noyabr ayının 5-də burada mayor Malik Nadal Hasan silahsız əsgərləri atəşə tutması nəticəsində 13 nəfər ölüb, 31 nəfər yaralanıb.
Edinson Kavani
Edinson Kavani (isp. Edinson Roberto Cavani Gómez) — Uruqvaylı futbolçu. İspaniyanın Valensiya klubunun və Uruqvay Milli futbol komandasının oyunçusu. Edinson Roberto Kavani Qomez 2 fevral 1987-ci ildə Uruqvayın Salto şəhərində anadan olmuşdur. Qardaşları Kristian Kavani və Azərbaycan Premyer Liqasının bombardiri olmuş Valter Quqlemon da futbolçu olublar. Yaşca qardaşlarından kiçik olan Kavaninin karyerası daha uğurlu alınıb. Uşaqlıqdan həyatında çətinlik çəkən Kavani həmin günləri belə yada salır: "Ailəmin mənə "Cola" ala biləcək qədər pulu yox idi. Gündəlik xərclərə, qida və paltara olan tələbatımızı güclə ödəyirdik". Erkən yaşlarından futbola olan marağı və həvəsi atası tərəfindən diqqətsiz qalmır. Ailə başçısı şəxsi münasibətləri hesabına oğlunu "Danubio"nun uşaq futbol məktəbinə yazdırır.
François Kamano
Fransua Kamano (1 may 1996 və ya 2 may 1996, Konakri) — Liqa 1 təmsilçilərindən olan Bordo FK klubunda hücumçu kimi çıxış edən peşəkar Qvineya futbolçusudur. Kamano öz peşəkar karyerasında debütünü Bastiya klubu ilə Liqa 1-də 9 avqust 2014-cü ildə Olimpik Marsel FK klubuna qarşı oyunda etmişdir. Kamano sona 8 dəqiqə qalmış Kristofer Mabulunu əvəz etmişdir. Həmin görüşdə Bastiya liqa görüşündə Marsel ilə 3-3 bərabərə qalmışdır. Kamano ilk qolunu 20 dekabr 2014-cü ildə Kann FK klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Bastiya Kann ilə 1-1 bərabərə qalmışdır. 2016-ci ilin iyul ayında Kamano AİK, Vilyarreal FK, Renn FK və Genqam klublarından maraqlı təkliflər almasına baxmayaraq, Bordo FK klubu ilə dörd illik müqavilə imzalamışdır. Kamano €2.5 milyon qarşılığında Bordo klubuna transfer olunmuşdur. 11 Mart 2017 tarixində yenilənib 10 İyun 2017 tarixində yenilənib 1 Sentyabr 2016-cı il məlumatlarına əsasən. Nəticələr və qollar Qvineya hesablamasının birinci siyahısındadır.
Niv Kavana
Niv Kavana (irl. Niamh Kavanagh; d. 13 fevral 1968, Dublin, İrlandiya) - İrlandiya müğənnisi. O, İrlandiyaya 1993 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazandırmışdır. Niv Kavana 1993-cü ildə İrlandiyanın Milstrit şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində "In Your Eyes" adlı mahnı ilə ev sahibi ölkəni təmsil etmiş və 25 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır.. Mahnı həmin illərdə İrlandiya və Böyük Britaniya radiolarının ən çox səsləndirilən mahnılarından biri idi. Daha sonra 17 illik fasilədən sonra Niv Kavana 2010-cu ildə bir daha Avroviziyaya geri dönmüşdür. Norveçin paytaxtı Oslo şəhərində keçirilən 2010 Avroviziya Mahnı Müsabiqəsində "It's for You" mahnısı ilə İrlandiyanı təmsil edən Niv ölkəsini müsabiqənin final mərhələsinə yüksəltməyə nail olmuşdur. Finalda isə müğənni 25 iştirakçı arasında 23-cü yerdə qərarlaşmışdır. Əsasən Avroviziyadakı qalibiyyətinə görə tanınan müğənni 2015-ci ildən etibarən səhnədən uzaqlaşmışdır və buna səbəb kimi Niv ailəsinə daha çox vaxt sərf etmək istəməsini göstərmişdir.
Fransua Kamano
Fransua Kamano (1 may 1996 və ya 2 may 1996, Konakri) — Liqa 1 təmsilçilərindən olan Bordo FK klubunda hücumçu kimi çıxış edən peşəkar Qvineya futbolçusudur. Kamano öz peşəkar karyerasında debütünü Bastiya klubu ilə Liqa 1-də 9 avqust 2014-cü ildə Olimpik Marsel FK klubuna qarşı oyunda etmişdir. Kamano sona 8 dəqiqə qalmış Kristofer Mabulunu əvəz etmişdir. Həmin görüşdə Bastiya liqa görüşündə Marsel ilə 3-3 bərabərə qalmışdır. Kamano ilk qolunu 20 dekabr 2014-cü ildə Kann FK klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Bastiya Kann ilə 1-1 bərabərə qalmışdır. 2016-ci ilin iyul ayında Kamano AİK, Vilyarreal FK, Renn FK və Genqam klublarından maraqlı təkliflər almasına baxmayaraq, Bordo FK klubu ilə dörd illik müqavilə imzalamışdır. Kamano €2.5 milyon qarşılığında Bordo klubuna transfer olunmuşdur. 11 Mart 2017 tarixində yenilənib 10 İyun 2017 tarixində yenilənib 1 Sentyabr 2016-cı il məlumatlarına əsasən. Nəticələr və qollar Qvineya hesablamasının birinci siyahısındadır.
Kavan Pereyra
Pocco a Kayano
Pocco a Kayano (it. Poggio a Caiano) — İtaliyanın Toskana regionunda şəhər.
Klavanz-an-Ot-Uazan
Klavanz-an-Ot-Uazan (fr. Clavans-en-Haut-Oisans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38112. Kommunanın 1999-cu il üçün əhalisi 83 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 1 024 ilə 3 464 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 37 km şərqdə yerləşir.
Rəşad Karagöz
Rəşad Karagöz (1975, Amasya) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Rəşad Karagöz 1975-ci ildə Amasya ilində anadan olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında gənclər qanadında qoşulub. CHP Amasya il gənclər qanadının sədri, CHP Amasya il İdarə Heyətinin üzvü, CHP Amasya ilçə sədri və CHP Amasya il sədri olub. 2023-cü ildə Amasya ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Kişi və qadınlar üçün bərabər cəmiyyət Komissiyasının üzvü olub. Fransızca bilir. Evli və 2 uşaq atasıdır.
İlyas Karaöz
İlyas Karaöz (1922, Yatağan[d], Muğla ili – 18 iyun 2018) — Türkiyənin keçmiş kənd təsərrüfatı naziri. Nazir vəzifəsində olduğu müddətdə o, Muğlada məktəblər, universitet, fabriklər açılmasında, yol və körpü salınmasında xüsusi rol oynamışdır. 18 iyun 2018-ci ildə vəfat etmişdir. Muğla Eski Şəhər qəbiristanlığında dəfn ediləcək.