Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sidney
Sidney — Avstraliyada şəhər. == Tarixi == Şəhərin əsası 1788-ci ildə Port-Cekson körfəzinin sahilində, avropalıların Avstraliyada ilk məskunlaşması dövründə qoyulub. 200 il ərzində kiçik katorqa qəsəbəsindən iri meqapolisə çevrilib. == Görməli yerlər == Sitinin göydələnləri ilə şəhərin Roks və Kinq-Kross rayonunun qədimi binaları arasındakı nadir ziddiyyət vardır. Yorks və Elizabet rayonlarındakı suvenir dükanları, Çaynataun və Liverpul küçəsinin Asiya dövlətlərinə oxşar kvartalları, geniş, yaşıl park və bulvar sahələri, Kronos-Hillin olimpik tikilişli supermüassir binaları vardır. Xoumbuş rayonunda isə Sidni Super ev və Olimpik stadion, əzəmətli və dünyada ən böyük Sidni-Harbor buxtaları və onun üzərindən daşınmış nadir, uzunluğu 503 metr olan dirəksiz Harbor-Bric körpüsü vardır. 305 metr hündürlüklü Sidney Qülləsindəni şəhərlə hərtərifli tanış olmaq olar. Oksford-stritdə çoxlu bar və restoranlar, Darlinq-Harbor rayonunda yüzlərcə qalereya, bar, mehmanxana və restoranlar, Corc-strit və Market-stritdə isə şəhərin ən yaxşı ticarət mərkəzləri cəmlənmişdir. Elə burdaca şəhər hüdudlarında Bodni (ölkədə ən məşhur çimərlik, onun qızılı qumu neçə kilometrlərlə uzanır) və Menlinin ən dəbdəbəli çimərliklərində qaralmaq olar, dünyada ən böyük akvariumlardan biri olan, 1916-cı ildə ilk dəfə dünyada təbii şəraitdə — açıq volyerlərdə canlıları saxlamağa başlayan Darlinq-Harbordakı Sidney Akvariumuna, eləcə də Sidneyin simvolu olan məşhur Operanı və ya hələ şəhərin birinci qubernatoru tərəfindən qayada yonulmuş baxış meydançası "Xanım Makquayrın Kreslosu" na baş çəkmək olar. Bütün günü nəhəng ticarət kompleksi "Şahzadə Viktoriyanın Evi"ndə, və ya bütün dünyadan toplanmış çoxlu gül kolleksiyalarından ibarət gözəl Şahzadə Botanika bağında keçirmək olar.
Sidney Brenner
Sidney Brenner (13 yanvar 1927[…] – 5 aprel 2019[…], Sinqapur) — Cənubi Afrikalı bioloq. 2002-ci ildə Nobel Fizyologiya və tibb mükafatını H. Robert Horvitz ve Cohn Sulston ilə birlikdə qazanıb. Brenner genetik kod araşdırmaları və digər molekulyar biologiya araştırmalarında vacib əlavələr etmişdir. Nematod olan Caenorhabditis elegans parazitini biologiya araştırmaları üçün model orqanizma olaraq istifadə etmişdir.. Berkeley, Kaliforniya, ABŞ da Molekülyar Elmlər İnistutunu quraraq burada öz işinə davam edir.
Sidney FK
Sidney FK — Avstraliyanın futbol klubu. == Tarixi == 2004-cü ildə yaranıb.
Sidney Reyli
Sidney Reyli (ing. Sidney George Reilly; 24 mart 1873, Odessa, Xerson quberniyası – 5 noyabr 1925, Moskva) — Böyük Britaniya kəşfiyyatçısı. == Həyatı == Sidney Reyli 1873-cü ildə Odessada doğulub. Relli 6 ölkənin casusu kimi həm bu, həm də digər tərəfin əleyhinə işləyib. O, dəfələrlə adını və pasportunu dəyişərək başqa-başqa ölkələrdə casusluq edib. Sidney Reyli peşəkar casus olmasına baxmayaraq, həddindən çox zərərli vərdişlərə yiyələnmişdi. Narkotika, spirtli içki, qumar və qadın düşkünü olan Relli bir neçə dəfə milyon dollar qazanmış və hamısını da eyş-işrətə sərf etmişdi. Relli həmçinin gözəl geyinməyi sevirdi. Onun peşəkar casusluğundan bir çox dövlətlərin xüsusi xidmət orqanları faydalanıb. Belə orqanlardan biri də Yaponiyanın xüsusi xidmət orqanı olan “Kem-Peitai”dir.
Sidney Smit
Sidney Smit (ing. Sydney Smith; d. 1875, Liverpul, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi hücumçu idi. "Liverpul" komandasında çıxış edib. == Həyatı == Sidney Smit 1875-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olmuşdur. == Karyerası == 1903-cü ildə "Liverpul" komandasında 2 oyunda meydana çıxmışdır.
Sidney Sonnino
Sidney Kostantino, Baron Sonnino (11 mart 1847[…], Piza, Toskana – 24 noyabr 1922[…], Roma) — iki dəfə İtaliya Nazirlər Şurasının sədri seçilmiş İtalya siyasətçisi və dövlət xadimi. O, İtaliya hökumətinin ilk yəhudi mənşəli hökumət başçısı olub.. Birinci Dünya müharibəsi illərində İtaliyanın Xarici işlər naziri, 1919-cu il Paris Sülh Konfransında İtaliya təmsilçisi olub. == Həyatı == === Erkən həyatı === Yəhudi mənşəli italyan ata İsakko Saul Sonnino və Uelsli ana Georgina Sofiya Arnaud Dudli Menhennetinin oğlu olan Sonnino Pizada anadan olmuşdu. Ailəsi tərəfindən Anqlikan kimi böyümüşdü . Babası Livornodan Misirə miqrasiya edərək burada bir bankir kimi böyük bir sərvət qurmuşdu 1865-ci ildə Pizada hüquq təhsili aldıqdan sonra, Sonnino, 1866-cı ildən 1871-ci ilə qədər Madrid, Vyana, Berlin və Parisdəki İtaliya səfirliklərində diplomat və bir məmur kimi çalışmışdı. Ailəsi, Livorno yaxınlığında, Quersianelladakı Sonnnino köşkündə yaşayırdı. 1873-cü ildə diplomatik xidmətlərindən sonra təqaüdə çıxdı. 1876-cı ildə Sonnino, Leopoldo Françetti ilə birlikdə Siciliya cəmiyyətinin vəziyyətinə dair xüsusi araşdırma aparmaq üçün Siciliyaya getdi. 1877-ci ildə iki adam Siciliya ilə əlaqədar araşdırmalarını İtaliya Parlamenti üçün əsaslı iki hissəli hesabatda dərc etdilər.
Sidney Universiteti
Sidney Universiteti (ing. University of Sydney, həmçinin qeyri-rəsmi Sydney Uni) — Avstraliyanın ən böyük universiteti. == Tarixi == 1 oktyabr 1850-ci ildə University of Sydney Act aktına uyğun olaraq yaradılıb. 11 oktyabr 1852-ci ildə fəaliyyətə başlayıb. == Fəaliyyəti == 1995-ci ildə universitet Avstraliya Texnologiya Parkının yaradılmasında iştirak edib. == Fakültələri == Universitetin 16 fakültəsi vardır. == Xarici əlaqələri == "Səkkizlik Qrupu"nun və "Qumdaşı universitetləri" qrupunun üzvüdür. == Reytinqi == Avstraliyanın ən yaxşı universitetlərindən sayılır və dünyanın iyirmi ən yaxşı universitetləri siyahısına daxildir.
Taylor Kinney
Teylor Cekson Kinni (ing. Taylor Kinney. 15 iyul 1981, Lankaster, Pensilvaniya), Amerikalı aktyor və model. The Vampire Diaries, Zero Dark Thirty, Chicago Fire və Chicago PD kimi filmlərdə aldığı rollar ilə məşhurdur. == Həyatı == Kinney, iyul 2011-ci ildə bəri müğənni Lady Gaga ilə birlikdədir. İkili, Gaganın "You and I" mahnısının klip çəkilişində tanış oldu və qısa müddət sonra əlaqələri başladı. fevral 2015-ci ildə nişanlandılar.
Sidney Oltmen
Sidni Oltmen (ing. Sidney Altman; 7 may 1939[…], Monreal, Kvebek – 5 aprel 2022) — Kanada-Amerika molekulyar bioloqu, 1989-cu ildə Kimya üzrə "RNT-nin katalitik xüsusiyyətlərini kəşf etdiklərinə görə" Nobel Mükafatı laureatıdır. 1971-ci ildən çalışdığı Yel Universitetinin doktoru, Sterlinq professoru. ABŞ Milli Elmlər Akademiyasının (1990) və Amerika Fəlsəfə Cəmiyyətinin (1990) üzvü olub. == Bioqrafiyası == Şərqi Avropadan olan yəhudi mühacir ailəsində ikinci oğul doğuldu. Ukraynanın Çernı Ostrov kəndindən kolxozçu olan atası Viktor Altman 1934-cü ildə Sovet İttifaqından mühacirət etdikdən sonra fermada işləyib və evləndikdən sonra Monrealda tərəvəz dükanı açıb. Onun anası Rey Arlin, on bir uşaqdan ikincisi olan, 1935-ci ildə on səkkiz yaşında ikən Belostokdan Kanadaya köçmüş və tekstil fabrikində çalışmışdır. O, 1960-cı ildə Massaçusets Texnologiya İnstitutunda fizika üzrə bakalavr dərəcəsi alıb və 1967-ci ildə Kolorado Universitetində dissertasiya müdafiə edib. 1971-ci ildən Yel Universitetində dosent, 1980-ci ildən professor, 1983-cü ildən kafedra müdiri; 1985–89-cu illərdə Yel Kollecində dekan; Stirlinq Biologiya və Kimya Professoru. 1984-cü ildə ABŞ vətəndaşlığını aldı.
Sidney Erl Çaplin
Sidney Erl Çaplin (31 mart 1926 – 3 mart 2009) — Çarli Çaplinin və onun ikinci həyat yoldaşı Lita Qreyin ikinci oğlu. Sidney Çaplin atasının yolu ilə gedərək aktyor olub. O, atasının çəkdiyi 2 filmdə də iştirak edib. Amma o Hollivudda deyil, Nyu-Yorkdakı musiqi teatrında məşhurlaşıb. Sidney Çaplin Brodveydə oynanılan "Zənglər çalınır" adlı müzikldəki roluna görə "Toni" (teatr "Oskar"ı) mükafatı alıb. Onun ən əsas rolu isə Barbara Streyzandla bir yerdə oynadığı "Gülməli qız"da olub. Sidney Çaplin bu müziklə görə də "Toni" alıb. O, 2003-cü ildə atası Çarli Çaplin barədə çəkilən sənədli filmdə özünü oynayıb. Sidney Çaplin 3 dəfə evlənib. Sonuncu həyat yoldaşı Marqaret Biiblə Stefan adlı oğlu var.
Sidney Opera Teatrı
Sidney opera teatrı (ing. Sydney Opera House) — Sidney şəhərinin Bennelonq Poynt limanında, Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən opera teatrı. Sidneyin simvolu və Avstraliyanın ən məşhur görməli yerlərindən biri. Danimarkalı memar Yorn Utson (d.1918-ö.2008) tərəfindən layihələndirilmişdir. == Layihənin seçilməsi və inşaat == 1955-ci il 15 sentyabrda layihələrin qəbuluna başlandı. Qalib layihə üçün mükafat məbləği 5 000 funt-sterlinq təyin edilmişdi. Layihənin şərtlərində hər biri müxtəlif məqsədlər üçün istifadə edilə bilən 2 zal, tutumu 3000 nəfər olan böyük zal və 1200 nəfər tutuma malik kiçik zal nəzərdə tutulmuşdu. 1957-ci il yanvarın 29-da 32 ölkədən daxil olmuş 233 layihə arasından danimarkalı memar Yorn Utsonun layihəsi seçildi. Utson 1957-ci ildə Sidneyə gələrək tikintinin aparılacağı yerlə tanış oldu. 1963-cü ildə tikintinin 1-ci mərhələsi başa çatdıqdan sonra o öz ofisini Sidneyə köçürdü.
Vilyam Sidney Porter
O. Henri (ing. O. Henry; 11 sentyabr 1862, ABŞ - 5 iyun 1910, ABŞ) — Amerika hekayə yazıçısı. == Həyatı == Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır. Həbsdən çıxdıqdan sonra O. Henri "The Rolling Stone" (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.
Sidney opera teatrı
Sidney opera teatrı (ing. Sydney Opera House) — Sidney şəhərinin Bennelonq Poynt limanında, Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən opera teatrı. Sidneyin simvolu və Avstraliyanın ən məşhur görməli yerlərindən biri. Danimarkalı memar Yorn Utson (d.1918-ö.2008) tərəfindən layihələndirilmişdir. == Layihənin seçilməsi və inşaat == 1955-ci il 15 sentyabrda layihələrin qəbuluna başlandı. Qalib layihə üçün mükafat məbləği 5 000 funt-sterlinq təyin edilmişdi. Layihənin şərtlərində hər biri müxtəlif məqsədlər üçün istifadə edilə bilən 2 zal, tutumu 3000 nəfər olan böyük zal və 1200 nəfər tutuma malik kiçik zal nəzərdə tutulmuşdu. 1957-ci il yanvarın 29-da 32 ölkədən daxil olmuş 233 layihə arasından danimarkalı memar Yorn Utsonun layihəsi seçildi. Utson 1957-ci ildə Sidneyə gələrək tikintinin aparılacağı yerlə tanış oldu. 1963-cü ildə tikintinin 1-ci mərhələsi başa çatdıqdan sonra o öz ofisini Sidneyə köçürdü.
Laurens Aleksandr Sidney Conson
Laurens Aleksandr Sidney Jonson (ing. Lawrence Alexander Sidney Johnson 26 iyun 1925 – 1 avqust 1997) – Avstraliya taksonomik botaniki.
Lawrence Alexander Sidney Johnson
Laurens Aleksandr Sidney Jonson (ing. Lawrence Alexander Sidney Johnson 26 iyun 1925 – 1 avqust 1997) – Avstraliya taksonomik botaniki.
Kormoran və Sidney HMAS kreyserləri arasında dəniz döyüşü
II Dünya müharibəsinin döyüş arealı yalnız Avrasiya, Amerika və Afrikanı deyil, Yer kürəsinin insan yaşayışı olan hər bir yerini, o cümlədən gözdən iraq düşmüş uzaq Avstraliyanı da əhatə etmişdi. Belə ki, 19 noyabr 1941-ci ildə Qərbi Avstraliya sahillərində Almaniya Donanmasının yardımçı Kormoran kreyseri ilə Avstraliya Kral Donanmasının Sidney HMAS adlı yüngül kreyseri arasında təkbətək döyüş baş vermişdir. 399 nəfərlik şəxsi heyəti olan alman gəmisinə Teodor Detmers, 645 nəfərlik avstraliyalı heyətə Cozef Barnett komandanlıq edirdi. Döyüş yarım saat qarşılıqlı atışma şəklində davam edərək, hər iki gəminin batırılmasıyla nəticələndi. Döyüş ev sahibi Avstraliyaya yaxın ərazidə baş verdiyindən almanlar psixoloji üstünlük qazanmışdı. Çünki Almaniya 82 nəfər itki verməklə uzaq sahillərdə müttəfiqlər tərəfində vuruşan Avstraliyanın çoxnəfərlik gəmisini batırmışdı. Xilasedici gəmilərin bir neçəsi ticarət gəmiləri tərəfindən xilas olmuş, ikisi isə Avstraliyanın Karnarvon limanına yan almışdı. Beləliklə, almanların 399 nəfərlik heyətindən 317 nəfər sağ qalmışdı. Sidney kreyserindən isə heç bir xəbər-ətər yox idi. Sonra məlum oldu ki, avstraliyalı şəxsi heyətdən bir nəfər də olsun, salamat qalmayıb.
Didcey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Didjey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Disney+
Disney+ — "The Walt Disney Company" şirkətinə məxsus abunə əsaslı ABŞ video striminq xidməti. Platforma əsasən "Walt Disney Studios" tərəfindən istehsal olunan film və teleserialları yayımlayır, həmçinin "Disney", "Pixar", "Marvel", "Ulduz müharibələri" və "National Geographic" brendlərinin məzmununu reklam edir. "Disney+" platformasında orijinal filmlər və seriallar yayımlanır. "Disney+" 12 noyabr 2019-cu ildə ABŞ, Kanada və Niderlandda fəaliyyətə başlamışdır. Bir həftə sonra xidmət Avstraliya, Yeni Zelandiya və Puerto-Rikoda, 24 mart 2020-ci il tarixindən isə bəzi Avropa ölkələrində əlçatan olmuşdur.
Karney
Karney (ing. Carney Island) — Cənub okeanı akvatoriyasında Meri Berd Torpağının sahilində yerləşir. == Tarixi == Ada ABŞ admiralı Robert Karninin şərəfinə adlandırılmışdır. O, 1957–1958 ci illərdə Ümudünya qeofizika ilinə dəstək üçün təşkil edilən dəniz əməliyyatına rəhbərlik etmişdir. Ada Antarktida haqqında konvensiya əsasən heç bir ölkəyə mənsub olmasa da, adaya virtual dövlətlər olan Vestarktika və Flandensis knyazlığı ərazi iddiasındadırlar.
Kianet
Kianet — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd.
Disney
The Walt Disney Company (Volt Disney Kompani və ya sadəcə Disney) — əyləncə sənayesi üzrə dünyanın ən böyük konqlomeratı. 1923-cü ildə Volt və Roy Disney qardaşları tərəfindən əsası qoyulmuşdur.
Kibey
Kibey (帰米, hərfi tərcümədə "Amerikaya qayıtmaq") – təhsil üçün Yaponiyaya getmiş və ABŞ-yə qayıtmış yaponəsilli amerikalıları bildirmək üçün istifadə olunan termin. Kibeylər niseylərin altqrupudur, həm Yaponiya, həm ABŞ mədəniyyəti təcrübə etdikləri üçün səciyyəvi şəxsiyyətə malikdirlər. == Xüsusiyyətlər == Kibeylər issey valideynləri tərəfindən Yaponiyaya babaları və ya digər qohumları tərəfindən böyüdülmələri üçün göndərilirdilər. Bunun səbəbi ABŞ yaponları arasındakı uşaq qayğısı problemi idi. Belə ki, ABŞ-də yaşayan yapon qadınların iş saatları uzun olduğu üçün uşaqlarına yapon mədəniyyətini aşılamaq, eləcə də, yapon dilində danışmağı öyrətməyə vaxtları qalmırdı. 1930-cu illərin əvvəllərində kibeylər niseylərin 13%-ini təşkil edirdilər və iki qrupa bölünürdülər: təhsilini ABŞ-də almış, lakin 4-5 il Yaponiyada yaşamış kibeylər və Yaponiyada ilkin təhsil almış kibeylər. Bunlardan əlavə, XX əsrin əvvəllərində Yaponiyaya gedən kibeylər ilə 1930-cu illərdə Yaponiyaya gedən kibeylər ayrı altqrupları formalaşdırırdılar. Kibeylər təhsil, dil və mədəniyyət baxımından yaşadıqları unikal təcrübə, eləcə də, həm ABŞ-də, həm də Yaponiyada diskriminasiya ilə üzləşdikləri üçün nisey icması içərisində səciyyəvi kimlik formalaşdırmışdılar. Kibeylər, xüsusilə, Çinlə müharibə zamanı Yaponiya məktəblərinin hərbi dərslər verdiyi 1930-cu illərdə özlərini yapon təhsili və mədəniyyətindən yadlaşmış hiss edirdilər. Onlar ABŞ-yə qayıtdıqdan sonra yenidən adaptasiya olmaqda çətinlik çəkirdilər.
Keney
Keney ( q.yun. Καινεύς, lat. Caeneus ) — qədim yunan mifologiyasında personaj, lapiflərdən biri. Arqonavtların yürüşündə, Kalidon ovunda və xüsusilə Pirifoyun toyunda lapitlərin kentavrlarla döyüşündə iştirak etmişdir. Antifan və Ararın "Keney" komediyaları yaxşı məlumdur.
Tidey
Tidey ( q.yun. Τυδεύς ) — qədim yunan mifologiyasında personaj, Kalidonlu Eney və Peribeyanın oğlu, Diomedin atası. Yeddilər Fivə qarşı kampaniyasının liderlərindən biri olmuşdur. Bu personajın adı "İliada"da (4, 375-400; 5, 800-815) və Esxilin "Yeddilər Fivə qarşı" (2,380-415-ci epizodlar) əsərlərində çəkilir. Arqonavtdır.
Korney Çukovski
Nikolay Vasilyeviç Korneyçukov (rus. Корне́й Ива́нович Чуко́вский) — rus yazıçısı. == Həyatı == == Yaradıcılığı == Korney Çukovski bədii tərcümənin (poetik tərcümə bədii tərcümənin ən çətin sahəsidir) yüksək sənətkarlıq proqramını belə təsəvvür edirdi: tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, o, orijinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqiylə, səmimiliyi səmimiliklə təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını, rənglərin və səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Сказки К. И. Чуковского Отдав искусству жизнь без сдачи — сайт К. И. и Л. К. Чуковских Сообщество в Живом Журнале, посвященное семье Чуковских Корней Чуковский стихи в Антологии русской поэзии Чукоккала — Самое полное издание знаменитого альманаха Е. Чуковская «Тень будущего» И. Шевелев «Корней с тараканищем» М. Петровский «Крокодил в Петрограде» Рецензия на книгу Е. Ивановой «Чуковский и Жаботинский. История взаимоотношений в текстах и комментариях» рецензия на книгу И. Лукьяновой «Корней Чуковский». Корней (Николай) Иванович (Васильевич) Чуковский (Корнейчуков) Михаил Золотоносов.
Mark Kerney
Mark Kerney — Kanada Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən yüksək qiymət olan, "A" qiymətini vermişdir.
Karl Linney
Karl Linney (isveç Carl von Linné, lat. Carolus Linnaeus; 23 may 1707[…], Roshult[d] – 10 yanvar 1778[…]) — canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur İsveçli həkim, naturalist və fizik. == Həyatı == 1739-cu ildən İsveç Kral Elmlər Akademiyasının üzvü, onun yaradıcılarından biri, 1762-ci ildən Paris Elmlər Akademiyasının və bir sıra digər elmi cəmiyyətlərin və akademiyaların üzvü olmuşdur. == Mənbə == Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.6.
Kiştəy
Kiştəy - türk və altay mifologiyasında başdan çıxarıcı Tanrıça. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Səkkiz gözü vardır. Qara bir tülküyə çevrilə bilər. İnsanları zina etməyə, evlilik xarici əlaqələr qurmağa itələyər. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Erkədir). == Etimologiya == (Kiş) kökündən törəmişdir. Kişi və kişnəmə sözləriylə eyni kökə malikdir.