Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kilimli
Kilimli (türk. Kilimli) — Zonquldak ilinin ilçəsi. Türkiyə Böyük Millət Məclisinin 12 noyabr 2012 tarixində qəbul etdiyi 6360 nömrəli qanun ilə ilçə statusu qazanmışdır. Geniş liman var. Balıqçılıq ilçənin iqtisadiyyatında mühüm yer tutur. == Tarixi == Bölgənin tarixi eramızdan əvvəl 1400-cü ilə aiddir. Orta Anadolunun demək olar ki, hamısında üstünlük təşkil edən xetlər, 1200-cü illərdə başlayan köçlər ilə birlikdə söküldü, Ege miqrasiya tayfaları hərəkatı adlanır və Mərkəzi Avropadakı Mərkəzi Anadoluya qədər uzanırdı, lakin Frigiya tayfalarının əksəriyyəti Bithin, Marlandyn və Migdan adlanırdı. icmaları Zonguldak bölgəsinin və ətrafının ilk sakinləri idi. Eramızın 6-cı əsrində Qərbi Anadoluda başlayan müstəmləkəçilik prosesi ilə bölgədə Ereğli, Hisarönü, Amasra kimi ticarət körpüləri quruldu. Eramızdan əvvəl VI əsrin əvvəllərində Ligya Dövləti şimala doğru genişləndi və Zonguldak bölgəsində və ətrafında bir üstünlük qazandı.
Kilim
Kilim — xovsuz xalça növləridən biri. Hər iki üzündən istifadə olunur. == Ümumi məlumat == Kilim texnikasının əsasına da arğac ipinin ərişdən keçirilməsi təşkil edir. Lakin cecim, palaz və şəddədən fərqli olaraq arğac toxunulan məhsulun bütün eni və ya uzunu boyu aparılmır. Kilimdə müxtəlif rəngli arğaclar bir cərgədə düzülə bilər. Beləliklə hər cərgədə müxtəlif rəngli iplərin sayını artırıb azaltmaqla toxucu şaquli istiqamətdə yönəlmiş həndəsi ornament zənginliyinə nail ola bilər. Zonasından və ənənəsindən asılı olaraq belə ornamentlər gah iri, gah da xırda formalı olurlar. Bəzən toxucu bir məmulatın toxunuşunda həm palaz, həm də kilim texnikasından istifadə edir. Bu da öz növbəsində toxunulan məhsulun bədii keyfiyyətlərini artırırdı. Kilim texnikasında toxunan məmulat içərisində qədirqə xüsusilə qeyd olunmalıdır.
Kilimli Belediyespor
Kilimli Belediyespor — Türkiyə futbol klubu.
Kilimli Bələdiyyəspor
Kilimli Belediyespor — Türkiyə futbol klubu.
Adem Kılıççı
Adem Kılıççı (18 aprel 1986, Ağrı) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür. == Həyatı == Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Əslən Azərbaycan Türklərinin alt qrupu hesab olunan Qarapapaq tayfasına mənsubdur. Ailəsi Ağrıya Qafqaz köçləri ilə birgə köçmüşdür. Bu barədə o Fənərbaxça TV-yə verdiyi müsahibəsində bildirib. Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib. == Survivor Macərası == Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub.
Adəm Kılıççı
Adem Kılıççı (18 aprel 1986, Ağrı) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür. == Həyatı == Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Əslən Azərbaycan Türklərinin alt qrupu hesab olunan Qarapapaq tayfasına mənsubdur. Ailəsi Ağrıya Qafqaz köçləri ilə birgə köçmüşdür. Bu barədə o Fənərbaxça TV-yə verdiyi müsahibəsində bildirib. Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib. == Survivor Macərası == Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub.
Kəlicə (Soyuqbulaq)
Kəlicə (fars. كليجه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 682 nəfər yaşayır (125 ailə).
Ezel Kılıç
Ezel Kılıç (d. 1961, Edirne) — Türk rəssam, keramika sənətçisi və heyvan hüquqları müdafiəçisi. == Həyatı == 1961-ci ildə Ədirnədə əslən Bolqarıstan immiqrantı Türk ailənin qızı olaraq doğuldu. Anadolu Universitetini bitirib. Çəkdiyi Atatürk mövzulu və portret tərzi bədii şəkilləriylə bilinməkdə olub əsərləri bəzi Dövlət qurumları və kolleksiyalarda var. Həyatını Eskitaşlı , Lüleburgazda davam etdirən sənətçi özünü küçə heyvanlarını qorumağa həsr etmiş bir hayvansever olaraq da ön plana çıxmaqdadır.
Gökhan Kılıç
Hulusi Kılıç
Hulusi Kılıç (türk. Hulusi Kılıç; 1 yanvar 1956) — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2008–2012), Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri (2022 — indiyə kimi) == Həyatı == === Ailəsi === Evlidir və iki övladı var. === Təhsili === Rəşadiyyə liseyini bitirdikdən sonra Hacettepe Universitetində Fransız dili və Ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. Bakalavr təhsilini bitirdikdən sonra həmin ixtisas üzrə də magistr pilləsindən məzun olmuşdur. Daha sonra isə Strasburq Universiteti Siyasi Elmlər fakültəsinində Beynəlxalq münasibətlər ixtisasını bitirmişdir. Okan Universiteti fəxri elmi üzvüdür. Fransız və ingilis dillərini bilir. == Karyerası == Təhsilini bitirdikdən sonra Türkiyəyə geri dönmüş, 1977-ci ildə Türkiyə Xarici İşlər Nazirliyi İnsan Resursları idarəsində namizəd idarəçi məmur olaraq çalışmışdır. 1978-ci ildə Strasburq konsulluğuna dəftərxana məmuru, Çox Tərəfli Münasibətlər Müdirliyində məmur, 1985-ci ildə Əlcəzair səfirliyində III katib, 1988-ci ildən Bolqarıstan səfirliyində II katib kimi vəzifələrdə çalışmışdır. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2000–2005-ci illərdə, Türkiyə Respublikasının Hələbdəki baş konsulu təyin olunmuşdur.
Mert Kılıç
Mert Kılıç (24 aprel 1978, Mərzifon, Amasya ili) — türkiyəli aktyor. Kılıç modellikdən əvvəl Vanspor FK Edirnespor və Tekirdağspor da peşəkar futbol oynayıb. O 2002-ci ildə Ən Yaxşı Fotomodel seçilib.Aktyorluq təhsilini ABŞ-dəki Los Anceles Beverli Hills Aktyorluq Məktəbində alan Kılıç 1,91 metr boyundadır. "Şefkat Tepe" teleserialı ilə Samanyolu TV ekranlarına addım atan aktyor daha bir neçə serialda rol alıb. 2001–2002-ci illərdə azərbaycanlı müğənni Aygün Kazımova ilə təxminən bir il birlikdə olublar. 2002-ci ildə "Azərbaycanın ən yaxşı modeli 2002" müsabiqəsinin prezidenti vəzifəsində çalışan Aygün Kazımova müsabiqə bitdikdən sonra Mert Kılıçla yollarını ayırıb.
Muzaffer Kılıç
Ahmet Muzaffer Kılıç (1895, İstanbul - 14 iyul 1959) — türk əsgəri və siyasətçisidir. O, 1918-ci il avqustun 7-dən noyabırın 13-nə kimi 4 ay, ikinci dəfə 16 may 1919-cu il - 1 iyul 1927-ci il tarixləri arasında 8 il, ümumilikdə 8 il 4 ay olmaqla iki dəfə Mustafa Kamal Atatürkün müvəkkili kimi xidmət etmişdir. O, İstanbulun Silivrikapı məhəlləsində, Qafqaz əsilli Topqapı sarayı Nizamiyə Batalyonunun komandiri mayor Əli Rıza bəyin oğlu olaraq dünyaya gəlib. 1911-ci ildə Kuleli Hərbi Liseyinə daxil olmuş və həmin vaxt sonuncu kursda oxuyarkən 28 iyul 1914-cü ildə I Dünya Müharibəsi başlamışdır. 1914-cü il oktyabrın 29-da Osmanlı İmperiyasının da müharibəyə qaşılması ilə orduda yeni birliklər yaradıldığı üçün böyük sayda zabitə ehtiyac yaranıb. Artan zabit ehtiyacını ödəmək üçün daha əvvəl bağlanmış Pangaltıdakı Hərbi Akademiyada tələbələr üçün açılan qısamüddətli zabit hazırlığı kursuna qatılıb. Təxminən 10 aya yaxın davam edən təlimdən sonra 14 iyul 1915-ci ildə 1330 (1914)-N.35 qeydiyyat nömrəsi ilə 1-ci Ordu Komandanlığına zabit müavini (ikinci leytenant) rütbəsində təyin edilmiş və artilleriya alayında akkumulyator komandiri vəzifəsinə təyin edilmişdir. O, Artilleriya Məktəbində imtahan vermiş və zabit olmaq üçün kafi olduğu üçün məzun edildikdən sonra leytenant rütbəsinə qəbul olunmuşdur. Sərəncamında olan artilleriya batareyası ilə Mərmərə dənizindən İstanbul Sarayburnuya qədər irəliləyərək limandakı nəqliyyat gəmilərini bombalamaq istəyən düşmən sualtı qayıqlarının qarşısını almaq tapşırılmışdı. Qeydiyyat nömrəsinin ortasındakı “N” hərfi onun Kuleli Hərbi Liseyini zabit namizədi kimi bitirdiyini və hazırlıq kursunda iştirak etdiyini göstərir.
Filiz Kılıç
Filiz Kılıç (30 iyun 1964, Nevşəhər ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Filiz Kılıç 30 iyun 1964-cü ildə Nevşehir ilinin Avanos ilçəsində anadan olub. Hacettepe Universiteti Ədəbiyyat Bölməsindən məzun olub. Qazi Universiteti İctimai Elmlər İnstitutunda magistr və PhD dərəcələri alıb. Qazi Universiteti Fənn-Ədəbiyyat Bölməsində 1995-ci ildə dosent yardımcısı, 2000-ci ildə dosent, 2005-ci ildə isə professor elmi adları alıb. Kitablarıdosent]], 2005-ci ildə isə professor elmi adları alıb. Kitabların və məqalələrin müəllifidir. Uzun illər Qazi Universitetində vəzifələrdə təmsil olunub. 2008-2017-ci illərdə Nevşehir Universitesinin qurucu rəhbəri olub. 2021-ci ildən MHP sədrinin müavinidir.
Şerafettin Kılıç
Şərafəddin Kılıç (1959, Aydın ili) — auditor, mühasib və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Şərafəddin Kılıç 1959-cu ildə Aydın ilində anadan olub. Egey Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Uzun illər müstəqil auditor və mühasib olaraq çalıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Rifah Partiyasında Konağ ilçə şöbəsinin sədri, Fəzilət Partiyasında isə İzmir il şöbəsinin sədri vəzifəsində çalışıb. Səadət Partiyasının qurucu İdarə Heyətinin üzvü olub. Bir müddət Səadət Partiyasında İzmir il şöbəsinin sədri olub. Hazırda Səadət Partiyası İdarə Heyətinin üzvüdür. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Şərafəddin Kılıç
Şərafəddin Kılıç (1959, Aydın ili) — auditor, mühasib və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Şərafəddin Kılıç 1959-cu ildə Aydın ilində anadan olub. Egey Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Uzun illər müstəqil auditor və mühasib olaraq çalıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Rifah Partiyasında Konağ ilçə şöbəsinin sədri, Fəzilət Partiyasında isə İzmir il şöbəsinin sədri vəzifəsində çalışıb. Səadət Partiyasının qurucu İdarə Heyətinin üzvü olub. Bir müddət Səadət Partiyasında İzmir il şöbəsinin sədri olub. Hazırda Səadət Partiyası İdarə Heyətinin üzvüdür. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Gülüstan Kılıç Koçyiğit
Gülüstan Kılıç Koçyiğit (1979, Mazgirt[d], Tuncəli ili) — tibb bacısı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı. == Həyatı == Gülüstan Kılıç Koçyiğit 1979-cu ildə Tunceli ilinin Mazgirt ilçəsində anadan olub. İbtidai və orta təhsili Tunceli ilində, lisey təhsilini isə Adıyaman ilində alıb. İzmir Sağlamlıq Peşə Liseyindən məzun olub. Doqquz Eylül Universitetinin Ədliyyə Peşə Liseyində hüquq üzrə təhsil alıb. Əlavə olaraq Anadolu Universiteti Baytarlıq və Laboratoriya Bölməsindən və Anadolu Universiteti Dövlət İdarəçiliyi və Sosiologiya Bölməsindən məzun olub. 1998-ci ildə tibbi bacısı olaraq çalışıb. Sosial ədalət və insan hüquqları mövzularında çalışmaları olub. İnsan Hüquqları Dərnəyi (İHD), Ata Soyer Sağlamlıq Siyasətləri Dərnəyi və Dersimlilər Dərnəyinin üzvü olub. Xalqların Konqresinin (HDK) həmsözçüsü, Səhiyyə və Sosial xidmət İşçiləri İttifaqının (SES) İzmir şöbəsinin İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub.
Kılıç Əli Paşa məscidi
Kılıç Əli Paşa məscidi (türk. Kılıç Ali Paşa Cami) — 1580–1587-ci illərdə Memar Sinan tərəfindən dizayn edilmiş və inşa edilmiş kompleksin mərkəzində yerləşən məscid. Məscidin özülü 1578-ci ildə atılmışdır. Türbə, mədrəsə, hamam və külliyəsi də vardır. Kompleks Türkiyənin İstanbul şəhərinin Bəyoğlu səmtinin Topxana məhəlləsində yerləşir. Admiral Kaptan-ı dərya (Böyük Admiral) Kılıç Əli Paşa üçün tikildiyindən dəniz kənarında inşa edilib. Kılıç Əli Paşa məscidi əvvəlcə Boğazın düz yanında yerləşirdi, lakin o vaxtdan onun qarşısındakı su dolduğundan indi başqa binalarla əhatə olunub (xüsusən də indi Qalataport kruiz terminalı ilə üzbəüzdür). == Arxitekturası == === Məscid === Məscidin mərkəzi günbəzinin diametri 12,70 metrdir (41,7 fut), qranit dayaqlar üzərində asqılar və qiblə oxunda iki yarımqübbə üzərində aparılırdı. Günbəz Bizans bazilikasına bənzəyən iki eksedra ilə mərkəzdə yerləşib, bu səbəbdən Ayasofyaya bənzəyir. İbadət zalının üstündə altı mərmər sütun üzərində daşınan beş kiçik günbəz var.