Erida (yun. Ἔρις mübahisə, mübarizə) yunan mifologiyasında mübahisə ilahəsi[3], ilk kosmoqonik güvvə: gecə ilahəsi Niksin qızı[4], Xaosun qız nəvəsi, bəzən Aresin bacısı kimi təqdim olunur. Aclıqın, döyüşün, qətlin, mübahisənin, haqsızlığın və əməyin anası. Hesioda görə iki cür: biri araqarışdıran, müharibələr törədən, digəri isə insanlarda əmək rəqabəti yaradan Erida mövcuddur[5]. O, döyüşçüləri coşdurur[6] və ehtiraslaşdırı[7].
Erida | |
---|---|
q.yun. Ἔρις | |
| |
Mifologiya | Yunan |
Adının izahı | Mübahisə |
Yunanca adı | Ἔρις |
Cinsi | qadın[d] |
Atası | Ereb |
Anası | Niks |
Qardaşı və bacısı | Ares[1][2] |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Fetida ilə Peleyin Pelionda möhtəşəm toy mərasimi keçirilir. Tanrılar olimpdən enərək toya təşrif buyuraraq çoxlu hədiyələr gətirirlər. Muzaların gözəl nəğmələri və Apollonun kifar çalması məclisi daha da canlandırmışdır. Toya dəvətli olmayan yeganə ilahə Erida idi[8]. Bunun qisasını almaq üçün Erida məclisdə şənlənənlərin arasına "gözəllər gözəlinə" yazılmış bir alma atmış olması[9], onu əldə etmək üçün Hera, Afina (mifologiya) və Afrodita arsında qızğın mübahisəyə səbəb olur. Bunu görən Zevs Hermesə ilahələri İdaya aparmağı bir çobanın seçimi ilə gözəllər gözəlini təyin etməyi tapşırır. Bu arada çar Priamın oğlu Paris (mifologiya) sürü otararkən ilahələri görcək qorxuya düşür. Hermes Zevsin tapşırığını ona bildirir. Hera əgər onu seçərsə Parisi həm Avropa həm də Asiyanın çarı edəcəyini, Afina onu məğlubedilməz döyüşçü edəcəyini, Afrodita isə ona dünyanın ən gözəl qadınını – Elenanı verəcəyini vəd edir. Paris almanı Afroditaya verməyi qərara almaqla Troya müharibəsinə doğru ilk addımı atmış olur.
Xaos | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Geya | Tartar | Niks | Ereb | Erot | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Efir | Hemera | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Hesperidlər | Kerlər | Moros | Tanat | Hipnos | Onir | Mom | Keren | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Moyralar | Nemezida | Apata | Filotes | Geras | Erida | Oyzis | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kloto | Laxesis | Atropos | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Erida | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əmək | Huşsuzluq | Aclıq | Kədər | Dava | Döyüş | Qətil | Ər qətli | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mübahisə | Yalan | Söz | Sözgüləşdirmə | Qanunsuzluq | Dolaşıqlıq | And | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||