Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kinto
Kinto (gürc. კინტო) və ya Kintauri — gürcü rəqsi, Şalaxonun sədaları altında oynanılır. == Tarixçə == Oleq Panfilova görə, kintouri rəqsi əfqan baçabozi rəqsinə ritm, bədən və əl hərəkətləri, hətta geyimlərinə görə oxşayır. Kintourini qara enlibalaq şalvarda, baçabozini isə qadın paltarı geyinən kişilər ifa edir. Rəqslərdəki oxşarlıq Gürcüstan tarixi kitablarında kintonu müxtəlif şənliklər və ya bayramlarda kişiləri əyləndirən yüngül əxlaqlı kişilər kimi təqdim edən hekayələr və şəhər əfsanələri ilə təsdiqlənir. Kinto mahnılarının mətnlərində balaca oğlana ("patara biçi") müraciət kimi bir oxşarlıq da var. Doğrudur, məhəbbət məzmunlu müasir kinto mahnılarında əsas fiqur balaca qızdır ("patara qoqo"), ancaq yaşlı insanlar da xatırlayırlar ki, əvvəllər bu mahnılarda balaca oğlandan və ona olan məhəbbətdən danışılırdı. Tengiz Verulavın məqaləsində fars ənənələri ilə analogiyalar nümayiş olunur. O güman edir ki, orta əsr İranına söykənən kinto ənənəsi kinto davranışının daha sonrakı təsvirləri ilə — yalan, hiyləgərlik, fırıldaqçılıq ilə də uzlaşır. XIX əsrin sonuna aid Tiflis folklorunda kinto kəkələyən Artur aid hesab olunan belə bir mətn var: Ancaq bu iki rəqsləri fərqləndirən cəhətlər də var.
Kinto (rəqs)
Kinto (gürc. კინტო) və ya Kintauri — gürcü rəqsi, Şalaxonun sədaları altında oynanılır. == Tarixçə == Oleq Panfilova görə, kintouri rəqsi əfqan baçabozi rəqsinə ritm, bədən və əl hərəkətləri, hətta geyimlərinə görə oxşayır. Kintourini qara enlibalaq şalvarda, baçabozini isə qadın paltarı geyinən kişilər ifa edir. Rəqslərdəki oxşarlıq Gürcüstan tarixi kitablarında kintonu müxtəlif şənliklər və ya bayramlarda kişiləri əyləndirən yüngül əxlaqlı kişilər kimi təqdim edən hekayələr və şəhər əfsanələri ilə təsdiqlənir. Kinto mahnılarının mətnlərində balaca oğlana ("patara biçi") müraciət kimi bir oxşarlıq da var. Doğrudur, məhəbbət məzmunlu müasir kinto mahnılarında əsas fiqur balaca qızdır ("patara qoqo"), ancaq yaşlı insanlar da xatırlayırlar ki, əvvəllər bu mahnılarda balaca oğlandan və ona olan məhəbbətdən danışılırdı. Tengiz Verulavın məqaləsində fars ənənələri ilə analogiyalar nümayiş olunur. O güman edir ki, orta əsr İranına söykənən kinto ənənəsi kinto davranışının daha sonrakı təsvirləri ilə — yalan, hiyləgərlik, fırıldaqçılıq ilə də uzlaşır. XIX əsrin sonuna aid Tiflis folklorunda kinto kəkələyən Artur aid hesab olunan belə bir mətn var: Ancaq bu iki rəqsləri fərqləndirən cəhətlər də var.
Kanto
Kanto (region) — Yaponiyanın Honşu adasında region. Kanto düzənliyi — Yaponiyanın ən böyük düzənliyi.
Kioto
Kioto (yap. 京都市 — Paytaxtların paytaxtı) — Yaponiyada şəhər. Kinki bölgəsində yerləşir. Onun adındakı hecaların yerini dəyişdikdə yeni paytaxtın — Tokionun adı alınır. Çox sayda qədim tarixi binaları və məbədləri var. İkinci dünya müharibəsi zamanı şəhər bombardman olunmadığına görə sayı 1500-dən artıq olan bu məbədlər toxunulmaz qalmışdır. 794-cü ilsən 1869-cu ilədək Yaponiyanın paytaxtı, Yaponiya imperatorlarının əsas iqamətgahı olub. Şəhərin qədim adı — Xeyan, Xeyan-kyö (yap. 平安京, "Sülh və əmin-amanlıq paytaxtı"). Kioto həmçinin gözəl meyvə bağları ilə məşhurdur.
Kino
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Kito
Kito (isp. San Francisco de Quito) — Ekvadorun paytaxtı, həmçinin siyasi, iqtisadi və mədəni mərkəzi. Qədim hindu xalqı kitunun şərəfinə adlandırılıb. == Coğrafi şəraiti == Kito Cənubi Amerikanın şimal-qərbində, And dağları arasında Piçinça vulkanının cənub ətəyində yerləşir. Şəhər ekvatordan 24 kilometr cənubdadır, sahəsi 290 km²-dir. == Əhalisi, dil və din == 2005-ci il siyahıyaalınmsına görə əhalisi 1 856 501 nəfərdir. Kito əhali sayına görə Ekvadorun ikinci şəhəridir, birinci şəhər Santyaqo-de-Quayakildir. Milli tərkibinə görə qarışıqdır. Əhalinin beşdə ikisi keçua xalqının nümayəndələri, beşdə ikisi — ispan-hindu metisləri, beşdə biri zəncilər, az bir hissəsi isə Avropa və Asiyadan gələnlərdir. Şəhər əhalisinin böyük əksəriyyəti katoliklərdir.
Kino Kino (film, 2019)
Kino Kino — rejissor Gəray Həsənov tərəfindən 2019-cı ildə çəkilən Azərbaycan tammetrajlı komediya janrlı filmi. == Məzmun == Üç dost — Mahir aktyor(Əlibəy Məmmmədli), Bəhram rejissor (Cövdət Şükürov) və Firuz ssenarist (Türkay Cəfərli) ciddi mövzuda film çəkmək istəyirlər. Lakin, heç bir investor onlara köməklik etmir.Hətta sonuncu dəfə investor yanında olan zaman onlara komediya filmi gətirməkləri təklif olunur. Dostlar məcbur qalaraq komediya janrında film çəkmək qərarına gəlsə də sonra yenidən fikirlərindən dönürlər. Əlacsız qalan dostlar filmi öz hesablarına çəkmək qərarına gəlirlər. Mahir öz avtomobilini, Bəhram evdən götürdüyü qızıllarını, Firuz isə evlərində olan qədim xalçanı sataraq filmi çəkmək istəyir. Bu isə dostlar üçün o qədər də asan başa gəlmir. Bundan sonra onların başınlarına macərə dolu gülməli hadisələr gəlir. Filmin sonunda isə gözlənilməz hal ilə qarşılarşırlar.Film real hadisələr əsasında lentə alınıb.
Ammara Pinto
Ammara Pinto (14 sentyabr 1997) — Malavili üzgüçü. Ammara Pinto Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ammara Pinto birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.32 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Blas Kanto
Blas Kanto Moreno (isp. Blas Cantó Moreno; 26 oktyabr 1991) — İspaniya müğənnisi. O, Auryn qrupunun üzvü kimi şöhrət qazanmışdır. 2017-ci ildə ifaçı öz solo karyerasına başlamışdır. Onun Complicado adlı debüt albomu 2018-ci ilin sentyabr ayında işıq üzü görmüşdür. Albom İspaniyanın albom siyahılarında zirvəyə yüksəlmişdir. Blas Kanto İspaniyanı Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. == Həyatı == Blas Kanto 26 oktyabr 1991-ci ildə İspaniyanın Mursiya regionunda yerləşən Rikote şəhərində anadan olmuşdur. O, 8 yaşında ikən Veo Veo adlı uşaqlar üçün keçirilən məharət yarışmasında iştirak etmişdir. 2004-cü ildə isə Kanto İspaniyanın TVE telekanalının 2004 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Eurojunior adlı milli seçim turuna qatılmışdır.
Ceserik Pinto
Ceserik Pinto (d. 21 mart 1990) — Venesuelalı üzgüçü. Ceserik Pinto Venesuelanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Ceserik Pinto birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 29.50 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 40-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kanto (region)
Kanto regionu (関東地方, Kantō-çihō, sərhəddən şərqdə) — Yaponiyanın Honşu adasında region, Yaponiyanın ən urbanlaşmış hissəsi. Burada ölkənin paytaxtı olan Tokio şəhəri, İmperatorun iqamətgahı və Yaponiya hökuməti yerləşir. Kanto regionu yeddi prefekturadan ibarətdir: İbaraki, Toçiqi, Qunma, Saytama, Çiba, Tokio, Kanaqava. == Adı == Kanto sözü yapon dilində sərhəddən şərqdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansai regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kansai sözü yaponca sərhəddən qərbdə deməkdir. == Coğrafiya == Region ərazisinin təxminən 40% eyni adlı Kanto düzündən ibarətdir. Bu düzünün şimal-şərqindən cənub-qərbə Naka, Tone və Saqami çaylar sistemləri axırlar. Qərbdə Çubu regionu ilə təbii sərhədini Kanto dağları yaradırlar, şimalda Tohoku regionu ilə həmsərhəddir şimal-şərqdə isə Sakit okeanı ilə sulanır. == Əhali == Kanto regionu və özəlliklə onun Kanto düzüsü Yaponiyanın ən çox əhalili yeridir.
Kanto düzənliyi
Kanto düzənliyi (yap. 関東平野) və ya Tokio düzənliyi (yap. 東京平野) — Yaponiyanın ən böyük düzənliyi, Honşu adasının şərqində, Sakit okean sahilində, Kanto regionunda yerləşir və region ərazisinin təqribən 40%–ini təşkil edir. Sahəsi 13 min km²–dir. Şimaldan cənuba 110 km, qərbdən şərqə 140 km məsafədə uzanır. Tektonik çökəklikdir. Vulkan külü ilə örtülmüş Pleystosen çöküntülərindən təşkil olunmuşdur. İqlimi rütubətli mülayimdir. Sıx çay şəbəkəsi var. Çayları (yap.
Kanto regionu
Kanto regionu (関東地方, Kantō-çihō, sərhəddən şərqdə) — Yaponiyanın Honşu adasında region, Yaponiyanın ən urbanlaşmış hissəsi. Burada ölkənin paytaxtı olan Tokio şəhəri, İmperatorun iqamətgahı və Yaponiya hökuməti yerləşir. Kanto regionu yeddi prefekturadan ibarətdir: İbaraki, Toçiqi, Qunma, Saytama, Çiba, Tokio, Kanaqava. == Adı == Kanto sözü yapon dilində sərhəddən şərqdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansai regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kansai sözü yaponca sərhəddən qərbdə deməkdir. == Coğrafiya == Region ərazisinin təxminən 40% eyni adlı Kanto düzündən ibarətdir. Bu düzünün şimal-şərqindən cənub-qərbə Naka, Tone və Saqami çaylar sistemləri axırlar. Qərbdə Çubu regionu ilə təbii sərhədini Kanto dağları yaradırlar, şimalda Tohoku regionu ilə həmsərhəddir şimal-şərqdə isə Sakit okeanı ilə sulanır. == Əhali == Kanto regionu və özəlliklə onun Kanto düzüsü Yaponiyanın ən çox əhalili yeridir.
Katsuyoşi Şinto
Katsuyoşi Şinto (d. 15 sentyabr 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.
Kento Masuda
Kento Masuda (yap. 増田顕人 (Katori İyun 29, 1973 doğulan, Chiba, Yaponiya) — nyu eyc və caz üslublarında ifaçılıq edən yapon pianoçu və bəstəkar. St. Sylvester ordeni Knights olan "Maestro". Masuda də Qeydiyyatın Arts & Milli Elmlər Akademiyasının (Recording Academy) üzvüdür və Kawai beynəlxalq bir aparıcı pianist.
Kento Misao
Kento Misao (16 aprel 1996) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Kioto Universiteti
Kioto Universiteti (yap. 京都大学) — Yaponiyanın Honşu adasının Kioto şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın ikinci ən qədim universitetidir. Dünyanın qədim və ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindəndir. == Tarixi == 18 iyun 1897-ci ildə Yaponiya imperatoru ölkədə ikinci ali məktəbin - Kioto İmperator Universitetinin yaradılması haqqında sərəncam imzalayır. 1899-cu ildə universitetdə hüquq və tibb fakültələri, universitet hospitalı, 1906-cı ildə filologiya, elm və texnika fakültələri yaradılır. 1914-cü ildə elm və texnika fakültəsi mühəndislik və elm fakültələrinə bölünür. 1919-cu ildə burada iqtisadiyyat fakültəsi açılır. Universitetin fəaliyyəinin ilkin dövründə bu ali məktəbə prezident Yaponiyanın Təhsil Nazirliyi tərəfindən seçilir. Lakin universitetin professor-müəllim heyəti buna etiraz edir, muxtariyyət tələb edərək, 1915-ci ildən rəhbərlərini özləri seçməyə başlayırlar.
Kioto prefekturası
Kioto prefekturası (yap. 京都府 Kyōto fu) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Kioto protokolu
Kioto protokolu (yaponca: 京都議定書, Hepbörn: Kyōto Giteisho) qlobal istiləşmə və iqlim dəyişiqliyi mövzüsünda mübarizə aparmağa yönəlik beynəlxalq tək protokol. Müqavilə, 1992-ci il BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasını (UN FCCC) genişləndirən beynəlxalq müqavilə idi və iştirakçı dövlətlər qlobal istiləşmənin baş verdiyi və insan tərəfindən törədilən CO2 emissiyalarının buna təkan verdiyinə dair elmi konsensusa əsaslanaraq, istixana qazları emissiyalarını azaltmağı öhdəsinə götürmüşdür. Kioto protokolu 11 dekabr 1997-ci ildə Yaponiyanın Kioto şəhərində qəbul edilmiş və 16 fevral 2005-ci ildə qüvvəyə minmişdir. 2020-ci ildə Protokola 192 tərəf (Kanada 2012-ci ilin dekabrından qüvvəyə minmiş protokoldan çıxdı) qoşulmuşdu. Kioto protokolu UNFCCC-nin atmosferdə istixana qazlarının konsentrasiyalarını “iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını alacaq səviyyəyə” endirməklə qlobal istiləşmənin başlanğıcda azaltmaq məqsədini reallaşdırdı. Kioto protokolu Əlavə A-da sadalanan yeddi istixana qazına: karbon qazı (CO2), metan (CH4), azot oksidi (N2O), hidroftorkarbonlar (HFCs), perfluorokarbonlar (PFC), kükürd heksaflorid (SF6), azot trifluorid (NF3) tətbiq edilib. Doha raundu zamanı ikinci uyğunluq dövrü üçün azot trifluorid da əlavə edilib. Protokol ümumi, lakin fərqli öhdəliklər prinsipinə əsaslanırdı. O, ayrı-ayrı ölkələrin iqtisadi inkişaf sayəsində iqlim dəyişikliyi ilə mübarizədə müxtəlif imkanlara malik olduğunu qəbul edir və buna görə də atmosferdəki istixana qazlarının hazırkı səviyyələrinə cavabdeh olduqlarını əsas götürərək, cari emissiyaları azaltmaq öhdəliyini inkişaf etmiş ölkələrin üzərinə qoyurdu. Protokolun ilk öhdəlik dövrü 2008-ci ildə başlayaraq, 2012-ci ildə sona çatıb.
Korreya Pinto
Korreya Pinto (port. Correia Pinto) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2008-ci il məlumatlarına əsasən bələdiyyənin əhalisi 14838 nəfərdir. Ərazisi 651,614 кm²-dir. Əhalinin sıxlığı 26,1 nəfər/кm²-dir. Bələdiyyə 10 may 1982-ci ildə yaradılmışdır.
İqnasio Pinto
İqnasio Pinto (isp. Ignacio Carrera Pinto; 5 fevral 1848, Santyaqo – 10 iyul 1882) — Sakit okean müharibəsində iştirak etmiş Çilili zabit.
Zakari Kuinto
Zakari Kuinto (ing. Zachary John Quinto, 2 iyun 1977, Harrisburq, Pensilvaniya) —ABŞ aktyoru. == Filmoqrafiya == 2003: 24 2006: Qəhrəmanlar (Heroes).
Akira Kito
Akira Kito (鬼頭明, Kito Akira, 10 sentyabr 1974) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Akira Kito Yaponiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Kino aktyoru
Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır. Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor qrim, geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şəratində obrazını yaradır.
Kino nəzəriyyəsi
Kino nəzəriyyəsi — tarixən daim inkişaf edən kino mühitinin rəsmi əsas atributlarını şübhə altına almaqla başlayan və ya filmin gerçəkliyə olan münasibətini anlamaq üçün konseptual çərçivələri təmin edən və kino araşdırmalarının akademik intizamı daxilindəki elmi yanaşmaların məcmusu. Digər sənətlər, fərdi tamaşaçılar və ümumilikdə cəmiyyət. Kino nəzəriyyəsi bu üç fənni bir-biri ilə əlaqələndirsə də, ümumi kino tənqidi və ya kino tarixi ilə qarışdırılmamalıdır. Kino nəzəriyyəsi dilçilikdən və ədəbi nəzəriyyədən qaynaqlanaraq yaranmışdır və film fəlsəfəsi ilə üst-üstə düşür. == Tarixi == Erkən kino nəzəriyyəsi səssiz dövrdə ortaya çıxıb və əsasən mühitin vacib elementlərini müəyyənləşdirməklə maraqlanırdı. Kino nəzəriyyəsi, əsasən Cermen Dulyak, Lui Dellyok, Jan Epşteyn, Sergey Eyzenşteyn, Lev Kuleşov və Dziqa Vertov kimi rejissorların əsərləri və Rudolf Arnheim, Bela Balass və Sieqfried Krakauer kimi kino nəzəriyyəçiləri tərəfindən inkişaf etdirildi. Bu mütəfəkkirlər filmin reallıqdan nə ilə fərqləndiyini və bunun düzgün bir sənət forması sayıla biləcəyini vurğuladılar. İkinci Dünya Müharibəsindən sonrakı illərdə fransız kino tənqidçisi və nəzəriyyəçisi Andre Bazin kinoya belə yanaşmaya qarşı çıxaraq, filmin mahiyyətinin reallıqdan fərqli olmasında deyil, reallığın bir növ davamı, mexaniki olaraq çoxalma qabiliyyətində olduğunu iddia etdi. 1960–1970-ci illərdə kino nəzəriyyəsi psixoanaliz, genderşünaslıq, antropologiya, ədəbi nəzəriyyə, semiotika və dilçilik kimi müəyyən fənlərdən konsepsiyalar idxal edən akademiyalarda yerləşdi. Lakin, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərinə qədər kino tədqiqatlarında üstünlük təşkil edən və film yazmaq, istehsal, redaktənin praktiki elementlərinə yönəlmiş hökmranlıq edən humanist, avtoritet nəzəriyyəni yerindən qaldırmaqla Amerika universitetlərində məşhurlaşdı.