Kinto (gürc. კინტო) və ya Kintauri — gürcü rəqsi, Şalaxonun sədaları altında oynanılır.
Kintauri | |
---|---|
კინტო | |
Tempi | Ritmik |
Mənşəyi | Gürcüstan |
Vikianbarda əlaqəli mediafayllar |
Oleq Panfilova görə, kintouri rəqsi əfqan baçabozi rəqsinə ritm, bədən və əl hərəkətləri, hətta geyimlərinə görə oxşayır. Kintourini qara enlibalaq şalvarda, baçabozini isə qadın paltarı geyinən kişilər ifa edir. Rəqslərdəki oxşarlıq Gürcüstan tarixi kitablarında kintonu müxtəlif şənliklər və ya bayramlarda kişiləri əyləndirən yüngül əxlaqlı kişilər kimi təqdim edən hekayələr və şəhər əfsanələri ilə təsdiqlənir. Kinto mahnılarının mətnlərində balaca oğlana ("patara biçi") müraciət kimi bir oxşarlıq da var. Doğrudur, məhəbbət məzmunlu müasir kinto mahnılarında əsas fiqur balaca qızdır ("patara qoqo"), ancaq yaşlı insanlar da xatırlayırlar ki, əvvəllər bu mahnılarda balaca oğlandan və ona olan məhəbbətdən danışılırdı.
Tengiz Verulavın məqaləsində fars ənənələri ilə analogiyalar nümayiş olunur. O güman edir ki, orta əsr İranına söykənən kinto ənənəsi kinto davranışının daha sonrakı təsvirləri ilə — yalan, hiyləgərlik, fırıldaqçılıq ilə də uzlaşır.
XIX əsrin sonuna aid Tiflis folklorunda kinto kəkələyən Artur aid hesab olunan belə bir mətn var:
Qardaşıma vermirəmsə gözəl götüm nəyimə lazım, Sizi əyləndirməyirsə Arturun qoy başı batsın. Qardaşlar,bir badə içək dalımıza aşiqlər üçün, Şanlı yolumuza çıxıb haqq qazananlar üçün. Arvad kimi qaba, kobud xislətimiz bizim də var Şərəfimizə şərab içir Tiflisdəki bir general. Cütləşərkən biz bir gücük, onsuz isə qəfəsdə quş.[1][2] Kəkələyən Artur
|
Ancaq bu iki rəqsləri fərqləndirən cəhətlər də var. Gürcülər kintaurini Azərbaycan oyun havası Şalaxonun (Şələqoy) sədaları altında və iki və ya çox nəfərdən ibarət qrup şəklində oynayırlar, əfqanlar isə öz yerli ritmləri altında balaca oğlanları tək-tək oynadırlar.
Oleq Panfilova görə, gürcü sözü "kinto" fars dilindəki "kun" (göt) və "kundeh" (götverən) sözləriylə əlaqəli ola bilər, yəni "oğlanbaz" yaxud "yüngül əxlaqlı qadın" deməkdir. Gürcü leksikonunda sözün semantik izahı yoxdur, Tiflisin erməni şəhər mədəniyyətinə aid etmək də alınmır, baxmayaraq ki, çar Rostomun salnamələrində göstərilir ki, ilk "kinto"lar İrandan gəlmə ermənilər olub.[3]
Gürcü versiyasına görə, "kinto" sözü "kvinti"ylə bağlı ola bilər və iki anlam daşıyır: 1) "yük daşıyan", 2) "damdabaca".[4]