Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Milan Knyajko
Milan Knyajko (slovak. Milan Kňažko; 28 avqust 1945, Horne-Plaxtinse[d], Banska Bistritsa) — Slovak aktyor və siyasətçi. == Bioqrafiya == İnşaat Mühəndisliyi Kollecində təhsilini başa vurduqdan sonra Bratislava Ali İncəsənət Məktəbində aktyorluq təhsili alıb. 1968–70-ci illərdə Nansidə (Fransa) Beynəlxalq Teatr Akademiyasında təqaüdçü kimi təhsil alıb. 1970–1971-ci illərdə Teatr Studiyasının (Korzadakı teatr) Dram truppasının üzvü olub. 1971-ci ildən Yeni Səhnənin aktyoru, 1985–1989-cu illərdə Slovakiya Milli Teatrının dram truppasının aktyoru olub. 1990-cı ilin yanvar-iyun aylarında Bratislava Ali İncəsənət Məktəbinin Teatr kafedrasının dekanı olub. 2002-ci ilin noyabrında Bratislava Beynəlxalq Film Festivalının prezidenti olur. 2003-cü ilin yanvarından 2007-ci ilin fevralına qədər JOJ TV Kanalının baş direktoru olub. Üçüncü evliliyi ilə evlidir və üç övladı var.