GİMNÁZİYA

[ yun. ] Klassik dillərin tədrisinə üstünlük verilən orta məktəb.
Knyaza gimnaziyanın köhnə və sərt qaydaları çox ağır gəlir. F.Köçərli.
Bahadır … gimnaziyanı qurtarandan sonra yenə oxumaqdan əl çəkməyib istədi ki, atasından adına qalan yeri ucuz qiymətə satıb universitetə getsin. N.Nərimanov.
Hacı Əsgərin iki oğlu … gimnaziyada oxuyurlar. S.M.Qənizadə.

Этимология

  • GİMNAZİYA Demək olar ki, qədim dünyanın heç bir xalqı bədən tərbiyəsini yunanlar qədər sevmirdi. Onlar hesab edirdilər ki, insan hər şeydə – əqli, fiziki və mən
GİMNAZİ́ST
GİNEKOLÓGİYA
OBASTAN VİKİ
Gimnaziya
Gimnaziya — əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil хidmətləri göstərən ümumtəhsil müəssisəsi
Gimnaziya № 36 (Rostov-na-Donu)
Gimnaziya № 36 — Rostov-na-Donu şəhərinin ərazisində, Maksim Qorki küçəsi, ev 115 ünvanında yerləşən təhsil ocağı. Bina P. Y. Lyubimovun layihəsi əsasında 1906-ci ildə inşa edilmişdir. Gimnaziyanın binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarix == 1906-cı ildə Nikolay Pavloviç Stepanov Rostovda dörd sinifli kişi gimnaziyasını açır. İlk əvvəllər gimnaziya kimsəsizlər evində yerləşirdi. Ancaq bir necə il sonra Stepanov gimnaziya üçün yeni binanı timkəyi qərara alır. Gimnaziya üçün yeni bina 1915-ci ildə P. Y. Lyubimovun layihəsi əsasında inşa edilmişdir. Gimnaziyaya 14-15 yaşından gəbul həyata keçirilirdi. Hazırlıq sinfində il ərzində 100, birinci sinifdə isə 130 rubl pul alınırdı. 1916-cı ildən gimnaziyada həm oğlanlar həm də qızlar təhsil ala bilirdilər.
Akademik Gimnaziya
Akademik Gimnaziya (rus. Академи́ческая гимна́зия) — Rusiyada 1726–1805-ci illərdə mövcud olmuş ilk dünyəvi orta ümumi təhsil müəssisəsi. 1724-cü ildə Sankt-Peterburqda Elmlər Akademiyasında yaradılmış, 1726-cı ildə müstəqil müəssisə kimi açılmışdır. Tələbələri Akademik Universitetə ​​qəbul və dövlət qulluğuna hazırlayırdı. Tələbə kontingenti müxtəlif ödənişsiz siniflərdə təhsil alan oğlanlar ibarət idi. Gimnaziyada latın, alman, fransız, rus ədəbiyyatı, tarix, coğrafiya, riyaziyyat, təbiət elmləri, rəsm fənləri tədris olunurdu. 1758–1765-ci illərdə Akademik Gimnaziyaya 1759-cu ildə onun Əsasnaməsini tərtib edən Mixail Lomonosov rəhbərlik edirdi. Lomonosov gimnaziyanı "universitetin tibb bacısı, onun anbarı və tədarükçüsü" hesab edirdi. 1765-ci ildə azyaşlı uşaqlar üçün hazırlıq şöbəsi açılmışdır. 1770-ci ildə Akademik Gimnaziya Akademik Universitetlə birləşdirilmiş, Akademik Məktəb və ya Akademiya Məktəbi kimi tanınmışdır.
İlyas Əfəndiyev adına Elitar Gimnaziya
İlyas Əfəndiyev adına Elitar Gimnaziya — İlyas Əfəndiyevin adını daşıyan məktəb. Beynəlmiləl təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziya 2 korpusdan ibarətdir. Əsas bina ötən əsrin 30-cu illərində tikilib və 2-ci Dünya Müharibəsi illərində Hərbi Hospital olaraq fəaliyyət göstərib. 1998-ci ildən Təhsil problemləri institutunun baza müəssisəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.02.2002-ci il tarixli, 113 nömrəli əmri ilə məktəb indiki adı ilə gimnaziyaya çevrilmiş (köhnə 41 saylı) və onun nizamnaməsi təsdiq olunmuşdur. Təhsil Nazirliyinin 08.04.2002-ci il tarixli, 25 nömrəli əmri ilə məktəb nazirliyin birbaşa tabeliyinə keçmişdir. Təhsil Nazirliyinin tabeliyində olan müəssisə gənc nəslin təhsili və onların müasir həyata hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərlə respublikanın öndə gedən məktəblərindən biri kimi tanınır. Təhsil ocağı 2009-cu ildə əsaslı təmir edildikdən sonra müasir avadanlıq və əyani tədris vəsaitləri ilə təchiz olunub. Əsaslı bərpa və yenidənqurmadan sonra 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutmuşdur.
Gəncə Kişi Gimnaziyası
Gəncə kişi gimnaziyası (1918-ci ilə qədər Yelizavetpol kişi gimnaziyası) — 1881-ci ildən 1920-ci ilə qədər Gəncə şəhərində mövcud olan kişi gimnaziyası. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Əkinçilik və İdarəetmə fakultəsi keçmiş gimnaziyanın binasında fəaliyyət göstərir. == Tarixi == Gimnaziyanın üç mərtəbəli binası 1848-ci ildə Qotik stilində tikilmişdir. Yelizavetpol gimnaziyası 1870-ci ildə Yelizavetpol qəzanın məktəbi əsasında yaradılmışdı. 1881-ci ildən kişi qimnaziyası kimi fəaliyyət göstermeye başladı. 1919-cu ildə Gəncə kişi gimnaziyasının alman dili müəllimi tərəfindən alman, fransız, türk, erməni, latın və polyak dillərin kursları təşkil olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə məktəbdə müsəlman tələbə sayı xeyli artmışdır və 1919-cu ildə Gəncə kişi gimnaziyasında hazırlıq kurslarında paralel şöbələr açılmışdır. Gimnaziya 1920-ci ildə bağlanıb. 1920-ci ildən 1930-cu ilədək gimnaziyanın binasında orta texniki peşə məktəbi fəaliyyət göstərmişdir. 1931-ci ildə gimnaziyanın binası Kənd Təsərrüfatı İnstitutunun balansına köçürüldü və aqrar iqtisadiyyatın korpusuna çevrildi.
Kişi gimnaziyası (Gəncə)
Gəncə kişi gimnaziyası (1918-ci ilə qədər Yelizavetpol kişi gimnaziyası) — 1881-ci ildən 1920-ci ilə qədər Gəncə şəhərində mövcud olan kişi gimnaziyası. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Əkinçilik və İdarəetmə fakultəsi keçmiş gimnaziyanın binasında fəaliyyət göstərir. == Tarixi == Gimnaziyanın üç mərtəbəli binası 1848-ci ildə Qotik stilində tikilmişdir. Yelizavetpol gimnaziyası 1870-ci ildə Yelizavetpol qəzanın məktəbi əsasında yaradılmışdı. 1881-ci ildən kişi qimnaziyası kimi fəaliyyət göstermeye başladı. 1919-cu ildə Gəncə kişi gimnaziyasının alman dili müəllimi tərəfindən alman, fransız, türk, erməni, latın və polyak dillərin kursları təşkil olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə məktəbdə müsəlman tələbə sayı xeyli artmışdır və 1919-cu ildə Gəncə kişi gimnaziyasında hazırlıq kurslarında paralel şöbələr açılmışdır. Gimnaziya 1920-ci ildə bağlanıb. 1920-ci ildən 1930-cu ilədək gimnaziyanın binasında orta texniki peşə məktəbi fəaliyyət göstərmişdir. 1931-ci ildə gimnaziyanın binası Kənd Təsərrüfatı İnstitutunun balansına köçürüldü və aqrar iqtisadiyyatın korpusuna çevrildi.
Kişi gimnaziyasının binası
Kişi gimnaziyasının binası — 1911–1913-cü illərdə İmperator III Aleksandr adına Kişi Gimnaziyası üçün tikilmişdir. Binanın memarı Konstantin Borisoqlebskiydir. Bina öz dövründə Bakı real məktəbindən sonra ikinci ən böyük təhsil ocağı olub. Sovet işğalından sonra bina 4 nömrəli şəhər xəstəxanası kimi fəaliyyət göstərib. 2018-ci ildən isə 4 nömrəli şəhər xəstəxanası köçürüldüyündən bina Səhiyyə Nazirliyinin balansından çıxarılıb. Hazırda istifadəsizdir. == Haqqında == Keçmiş Balaxanskaya (indiki Füzuli) küçəsi 61 və Krasnovodskaya (S.Vurğun) 40 küçəsinin tinində yerləşən bina Kişi gimnaziyası üçün tikilib. Bina 1911–1913-cü illərdə mülki mühəndis Konstantin Borisoqlebskiyin layihəsi üzrə inşa edilib. Fasadın detalları ilə birgə özünün əzəmətli həcmi, order sistemində klassik formaları və memarlıq kompozisiyası ilə fəal şəhərsalma mövqeyini tutur. Əsas fasadın irəli çıxardılmış mərkəzi hissəsi, İoniya orderinin iki yuxarı mərtəbəsi boyu əzəmətli portiklə xüsusi olaraq nəzərə çarpdırılmışdır.
Kutaisi klassik gimnaziyası
Kutaisi klassik gimnaziyası (gürc. ქუთაისის კლასიკური გიმნაზია) — Rusiya imperiyası dövründə Kutaisi şəhərində orta təhsil müəssisəsi. == Tarixi == 1830-cu ildə Kutaisi şəhərində əyalət məktəbi açılmışdır. Məktəbin açılmasında məqsəd Rusiya imperiyası üçün etibarlı təbəələr yetişdirmək idi. 1850-ci ildə məktəb inkişaf edərək əyalət gimnaziyası kimi fəaliyyət göstərməyə başladı. 1878-ci ildə isə Kutaisi əyalət gimnaziyası əsasında daha mötəbər Kutaisi klassik gimnaziyası təşkil edildi. Kutaisi klassik gimnaziyası ilk dövrlər polkovnik Seretelinin evində yerləşirdi. Daha sonra gimnaziyaya xüsusi bina tikildi. Bina memar Enfiaziyevin layihəsinə uyğun olaraq inşa edildi. Kutaisi şəhər duması Qızıl Məhəllə (müasir Rustaveli küçəsində) ərazisində tikinti üçün ayrıca torpaq sahəsi ayrıldı.
Mariin qızlar gimnaziyasının binası
Mariin qızlar gimnaziyasınin keçmiş binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində Atamanskaya küçəsində yerləşən bina. Bina klassizm stilində inşa edilmişdir. Tikilmə tarixi 1886-cı ilə təsadüf edir. Layihənin müəllifi A. A. Yaşenko olmuşdur. Bina Rusiya regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. 1917-ci ildə oktyabr inqilabından sonra gimnaziya fəaliyyətini dayandırmışdır. Sovetlər dönəmində binada Kənd Təsərrüfatı texnikumu yerləşirdi. Hazırda isə binada bina Novoçerkassk texnikumunun sənaye texnologiyası və idarə etmə kafedrası və tədris korpuslarından biri yerləşir. == Təsviri == Binanın üç mərtəbədən ibarətdir. Binada ev kilsəsi belə mövcuddur.
Mariinski Qadın Gimnaziyası (Bakı)
Mariinski Qadın Gimnaziyası — 1887-ci il, sentyabrin 26-sı, saat 11:30 radələrində çoxsaylı qonaq və akademik heyətin iştiraki ilə Mariya Qızlar Məktəbinin (Mariinski Qadın Gimnaziyası) açılış mərasimi keçirildi. Gimnaziya fəaliyyətini dayandırana kimi onun üçün tikilmiş bu binada fəaliyyət göstərmişdi. .
Mariinski Qadın Gimnaziyası (Şuşa)
Mariinski Qadın Gimnaziyası — 1875-cı il oktyabrın 26-da Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən təsis edilmiş və Şuşada fəaliyyət göstərmiş qızlar məktəbi. Məktəbdə dini etiqadından və mənşəyindən asılı olmayaraq bütün qızlar təhsil ala bilərdilər. Tədris planına oxu və yazı, hüsnxətt, rəsm, rəsmxətt, ümumi coğrafiya, tarix, Şuşa qəzasının və Rusiya imperiyasının xəritəsini çəkməklə ölkəşünaslıq daxil idi. Məktəbdə təhsil pullu idi, lakin kasıblar təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə həm də fransız və alman dilləri keçilir, musiqi öyrədilirdi. Gimnastika valideynlərin arzusundan asılı olub, pulsuz keçirilirdi. Rus dili Konstantin Uşinskinin “Vətən dili” hesab isə Vasili Yevtuşevskinin “Hesab məsələləri” kitabı əsasında tədris edilirdi. Şuşa Marinski Qız Məktəbi 1894-cü ildən dördsinifli gimnaziyaya çevrildi. 1901-ci il burada təhsil alan şagirdlərin yeddisi azərbaycanlı idi. == Binası == Sovet işğalından sonra binada internat məktəbi fəaliyyət göstərib.
Musiqi gimnaziyası (Ruse)
Musiqi gimnaziyası (bolq. Музикална гимназия) — Bolqarıstanın Ruse şəhərində yerləşən tarixi bina, mədəniyyət abidəsi hesab olunur. Bina 1900-1901-ci illərdə uşaq evi və uşaq bağçası olan alman protestant məktəbi üçün Ruse Protestant İcması tərəfindən inşa edilmişdir. Ruse və Buxarest yevangelist icmaları inşaat üçün maliyyə vəsaitini təmin etmişdilər, Ruse pastoru Teodor Vangeman ianələr yığmaq üçün bir neçə dəfə Almaniyaya səfər etmişdir. Ümumlikdə, tikinti 320 min qızıl marka başa gəldi. Neoklassisizm və neoqotikanı birləşdirən, bəzək və sütunlarla zəngin şəkildə bəzədilmiş eklektika üslubuda olan dörd mərtəbəli binanı memar Udo Ribau tərtib etmişdir. Tikintiyə mühəndis Todor Tonev rəhbərlik edirdi, son mərhələdə isə bu işi alman mühəndis Merbax görürdü. 5 oktyabr 1905-ci ildə Alman Protestant məktəbi təmtaraqlı şəkildə açıldı, 1909-cu ildə isə buranı orta biznes məktəbinə çevirdilər. Məktəbə alman müstəmləkəsinin sakinləri və Rusedə yaşayan görkəmli tacir ailələrinin uşaqları gedirdilər. Birinci Dünya Müharibəsinin sonunda, 1918-ci ilin payızında məktəb Bolqarıstan hakimiyyəti tərəfindən alman əmlakı olaraq müsadirə edildi.
Müqəddəs Nina qız gimnaziyası
Müqəddəs Nina qız gimnaziyası (Tbilisi)
Müqəddəs Nina qız gimnaziyası (Bakı)
Müqəddəs Nina qız gimnaziyası — Bakıda fəaliyyət göstərmiş təhsil müəssisəsi. 1846-cı ildən başlayaraq Rusiyada “Müqəddəs Nina” adı ilə fəaliyyət göstərən qadın xeyriyyə cəmiyyəti aztəminatlı ailələr üçün işlər görürdü. Azərbaycanda isə ilk dəfə 1848-ci ildə Şamaxıda Müqəddəs Nina təhsil müəssisəsi fəaliyyətə başladı. 1859-cu ildə güclü zəlzələ nəticəsində Şamaxı dağıldı və quberniya mərkəzi bütün idarələri ilə birlikdə Bakıya köçürüldü. 1861-ci ilin oktyabrında hərbi qubernator Tarxan Mouravovun təşəbbüsü və himayəsi ilə o dövrün imperator xanımı Mariya Aleksandrovnanın himayəsi altında fəaliyyət göstərən “Müqəddəs Nina” cəmiyyətinin Bakıda ilk dəfə bölməsi açıldı. 1862-ci ildə bu cəmiyyətin nəzdində Bakıda ilk dəfə qızlar üçün təlim-tərbiyə müəssisəsinin (ilk qızlar məktəbi) əsası qoyuldu. Bu müəssisəyə qubernatorun həyat yoldaşı Baronessa rəhbərlik edirdi. O dövrdə məktəb şəhər ətrafında keçmiş Tatarskaya (indiki Topçubaşov) küçəsində, Bakı limanının komandiri K.V.Freyganqın evində, geniş bağ sahəsi olan bir ərazidə yerləşirdi. 1874-cü ildə “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin nəzdində fəaliyyət göstərən məktəb gimnaziya statusu aldı və Bakı qızlar gimnaziyası kimi fəaliyyətə başladı. 1886-cı ildə “Müqəddəs Nina” qızlar gimnaziyası İçərişəhərin qala divarlarına yaxın yerdə, əvvəllər xırman yeri olmuş bir sahədə məktəb binası üçün tikintinin əsası qoyuldu.
Müqəddəs Nina qız gimnaziyası (Gəncə)
Müqəddəs Nina qız gimnaziyası Bina 1883-cü ildə Gəncənin ikinci hissəsində, ermənilərin və qeyri- müsəlmanların kütləvi yaşadıqları ərazidə, "Qırmızı kənd" adlandırılan yerdə inşa edilib. Binada XIX əsrin sonları, XX əsrin əvvəllərində Müqəddəs Nina qız gimnaziyası yerləşirdi. Sovet hakimiyyəti illərində bu bina ADAU-nun hərbi kafedrasının korpusu kimi fəaliyyət göstərir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin istifadəsindədir. Gimnaziyada 1885-ci ildən 1906-cı ilə kimi 334 rus, 506 erməni, 66 gürcü, 21 alman, 19 yəhudi, 16 polyak, 4 ingilis, 3 yunan, 3 sarı xaldey, 3 aysori, 1 avstraliyalı və 1 osetin qızı təhsil aldığı halda, burada yerli xalqın cəmi 3 nəfər nümayəndəsi oxuyurdu ki, onlar da dövrünün zadəgan insanlarının övladları idilər.
Müqəddəs Nina qız gimnaziyası (Tbilisi)
Müqəddəs Nina qız gimnaziyası — Tbilisidə “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin qız məktəbi. Təhsil müəssisəsi 5 may 1846-cı ildə açılmışdır.
Müqəddəs Nina qız gimnaziyası (İrəvan)
Müqəddəs Nina qız gimnaziyası - “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin qız məktəbi. 1875-ci ildən 1900-cü ilədək İrəvanda müqəddəs Nina qız məktəbində təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bunlardan ikisi notarius İsmayıl bəy Qazıyevin qızları, ikisi isə Ələşrəf bəy Qazıyevin qızları idi.
Müqəddəs Nina qız gimnaziyası (Şamaxı)
Müqəddəs Nina qız gimnaziyası — "Müqəddəs Nina" xeyriyyə cəmiyyətinin qız məktəbi. "Müqəddəs Nina" qadın xeyriyyə cəmiyyətinin 1848-ci ilin aprel ayının 30-da açmış olduğu rus qız məktəbi 1859 Şamaxı zəlzələsi səbəbilə 11 il fəaliyyət göstərdikdən sonra 30 may 1859-cu ildə Şamaxıdakı fəaliyyətini dayandırmalı oldu. Güclü zəlzələ nəticəsində Şamaxı dağılmışdı və quberniya mərkəzi bütün idarələri ilə birlikdə Bakıya köçürüldü. Ona görə də 1861-ci ildə yeni quberniya mərkəzi kimi məhz Bakıda Müqəddəs Nina Bakı qadın təhsil müəssisəsi açıldı. Məktəbdə 17 nəfər azərbaycanlı qız təhsil alırdı.
Müqəddəs Nina qız gimnaziyası (Şəki)
Müqəddəs Nina qız gimnaziyası - “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin qız məktəbi.
Oklend Gimnaziyası
Oklənd Gimnaziyası (ing. Auckland Grammar School) — Yeni Zelandiyadakı dövlət orta məktəblərindən biri. Oklenddə yerləşir. 2011-ci ildə Gimnaziyada şagirdlərin sayı 2461 nəfər idi ki, bu göstəriciyə görə məktəb Yeni Zelandiyada 6-cı sıradadır. Gimnaziya daxilində xarici tələbələr üçün yaradılmış yataqxanalar mövcuddur. Oklənd Gimnaziyası Yeni Zelandiyanın ən öndəgedən akademik orta məktəbi kimi tanınır. "Metro Magazine" adlı jurnal Kembric sistemli gimnaziyanın nəticələrini yüksək göstərərək ona yüksək xallar vermişdir. Gimnaziya 1850-ci ildə general-qubernator Ser Corc Qrey tərəfindən yaradılmışdır. 1868-ci ildən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Məktəbin devizi "Per Angusta Ad Augusta" (azərb.
Oklənd Gimnaziyası
Oklənd Gimnaziyası (ing. Auckland Grammar School) — Yeni Zelandiyadakı dövlət orta məktəblərindən biri. Oklenddə yerləşir. 2011-ci ildə Gimnaziyada şagirdlərin sayı 2461 nəfər idi ki, bu göstəriciyə görə məktəb Yeni Zelandiyada 6-cı sıradadır. Gimnaziya daxilində xarici tələbələr üçün yaradılmış yataqxanalar mövcuddur. Oklənd Gimnaziyası Yeni Zelandiyanın ən öndəgedən akademik orta məktəbi kimi tanınır. "Metro Magazine" adlı jurnal Kembric sistemli gimnaziyanın nəticələrini yüksək göstərərək ona yüksək xallar vermişdir. Gimnaziya 1850-ci ildə general-qubernator Ser Corc Qrey tərəfindən yaradılmışdır. 1868-ci ildən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Məktəbin devizi "Per Angusta Ad Augusta" (azərb.
Olginskaya qadın gimnaziyasının binası
Olginskaya qadın gimnaziyasının binası — Şimali Osetiyanın Vladiqafqaz şəhərində şəhərsalma və memarlıq abidəsi. Rusiyanın federal əhəmiyyətli mədəni irs obyekti (No 1530235000). O, Markus küçəsi, 24 ünvanında yerləşir. XIX əsrin sonunda Olginskaya gimnaziyası şəhərin ən böyük tikililərindən biri və Vladiqafqazda ilk əsaslı binalardan biri idi. Vladiqafqaz şəhərində 1861-ci ildə batareya komandiri Verevkinin həyat yoldaşı təşəbbüsü ilə qadınlar üçün xeyriyyə ibtidai məktəbi yaradıldı. Yığılan xeyriyyə vəsaiti hesabına dərs vəsaitləri alındı və tikiş dərsləri keçmək üçün müəllim işə götürüldü. 1865-ci ildə Qafqaz qubernatoru, knyaz Mixail Nikolayeviç Romanov həyat yoldaşı, knyaginya Olqa Fedorovna Vladiqafqazda olarkən bu məktəbə baş çəkdi, bundan sonra bu məktəbin ehtiyacları üçün illik 150 rubl həcmində müavinət ayırdı. Bu səfərdən sonra şəhər rəhbərliyi məktəbə birdəfəlik 2000 rubl və illik 1000 rubl yardım da ayırdı. 1866-cı ildə general Çertkov Vladiqafqazda təhsilin inkişafı üçün şəhər rəhbərliyinə 11 min rubl bağışladı. Bölgənin rəhbəri Mixail Loris-Məlikov bu vəsaiti Verevkinanın məktəbinə köçürməyi əmr etdi.
Qafqaz gimnaziyası
Qoqoevin qızlar gimnaziyası
Qoqoevin qızlar gimnaziyası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində təhsil mərkəzi. Qoqoevin qızlar gimnaziyası 1882-ci illərdə təsis edilmişdir. Binası isə Rostov-na-Donu şəhəri 30-cu xətt küçəsi, ev 8, liter A ünvanında yerləşir. Qoruma statusuna malikdir. Regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. 1882-ci ildə Qoqoevin qızlar gimnaziyası 1917-ci ildə 45 saylı sovet əmək məktəbi (birinci pillə) və 6 saylı məktəb (ikinci pillə), 1959-cu ildə isə 14 saylı orta məktəbə çevrilmişdir. 14 saylə məktəbdə ingilis dilli əsas götürülürdü. XIX əsrin sonları Naxçıvan-na-Donudan olan II gildiya taciri Nikita Qoqoev (Mkrtlçan Qoqoyan) yazıçı N. V. Kukolkinin məsləhəti ilə ölmüş dörd qızının xatirəsinə 103237 rubl vəsiyyət etmişdir. Üç mağaza və dəri zavodundsm əldə edilən gəlir qızlar üçün məktəbin inşasına sərf edilmişdi. Yeni məktəb üçün Qoqoev yeni hədəflər müəyyən etmişdi: "… qızların tərbiyyəsində gözəl dini təhsilin alınmaması cəmiyyətin xeyrinə deyildi, burada gözəl həyat yoldaşları cəmiyyət üçün hazırlanırdı ki, övladlarınl düzgün istiqsmətdə tərbiyyə edə bilsinlər".
Respublika İncəsənət Gimnaziyası
Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası — Azərbaycanın orta incəsənət təhsil məktəblərindən biri. Musiqi məktəbi 1959-cu ildə yaradılmışdır. Yarandığı zaman (60-cı illərdə) 8 №-li musiqi təmayüllü internat məktəbi kimi tanınırdı. Sovet hakimiyyəti dövründə Azərbaycan SSR-nın müxtəlif yerlərindən gələn istedadlı uşaqlar burada həm təhsil alır, həm də yaşayırdılar. Musiqi təmayüllü internat məktəbinə uzun illər bəstəkar Oqtay Rəcəbov başçılıq edib. Sonralar 1990-cı ildə o, məktəbi iki illiyə tərk edib. 1991-ci ildən O.Rəcəbov Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyevlə birlikdə internat məktəbinin İncəsənət Gimnaziyasına çevrilməsi ideyası üzərində çalışıb. 1992-ci ildə Təhsil Nazirliyinin sərəncamı ilə məktəbə gimnaziya statusu verilib və O.Rəcəbov bura direktor təyin edilib. O.Rəcəbov gimnaziyayanın ən uzunmüddətli direktoru olub. Gimnaziyada musiqi ixtisaslarının artırılması, incəsənətlə bağlı müxtəlif peşələrin tədrisi üçün uzun illər çalışıb.
S. Y. Yaqubyansın xüsusi kişi realnı gimnaziyasının binası
S. Y. Yaqubyansın xüsusu kişi realını gimnaziyasının binası - Rostov vilayəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Bina xüsusi kişi realnı gimnaziyası üçün inşa edilmişdir. Rostov-na-Donu şəhəri, 1 may küçəsi ev 34 ünvanında yerləşir. Binanın Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Sarkis Arutyonoviç Yaqubyans coğrafiya müəllimi olmuşdur. 1908-ci ildə onun vəsaiti hesabına şəhərdə ilk kişi orta təhsil mərkəzi açılmışdır. Təhsil ocağı 14 sentyabr 1908-ci ildə açılır. Onun açılışında şəhər sakinləri, pedaqoqlar, Rostov-na-Donu və Naxçıvan-na-Donu şəhərlərinin rəhbəri iştirak etmişdir. Təhsil ocağınln binası şəhır kilsələrinin birinə yaxın yerləşir. Binanln icarəsi ilə əlaqədar olaraq valideynlər komitəsi şəhır rəhbərliyinə müraciət edərək uçilişin ehtiyaclarının ödəlinmədi məqsədi ilə təhsil ocağına yardım göstərməyi xahiş edir.
Sorb Gimnaziyası Bautzen
Sorb Gimnaziyası Bautzen (y.sorb Serbski gymnazij Budyšin , alm. Sorbisches Gymnasium Bautzen‎) — Almaniyanın Bautzen şəhərində Fridrix List Ştrase üzərində yerləşən orta təhsil müəssisəsidi. Almaniyada tədrisin tamamilə Yuxarı Sorb dilində aparıldığı yeganə orta məktəbdi. Sorb Gimnaziyasının əsası 1947-ci il sentyabrın 1-də Bautzen şəhərində qoyulub. Əvvəlcə Sorb Gimnaziyası İkinci Dünya Müharibəsi zamanı ciddi zədələnmiş Katolik Ali Pedaqoji Məktəbində yerləşirdi. 1937-ci ildə Pedaqoji Məktəb bağlandıqdan sonra həmin binada Gömrük Məktəbi yerləşdi. Müharibə illərində bina hərbi hospital olub. Sorb gimnaziyası yarandığı ilk dövrdən internat məktəbi xarakteri daşıyırdı və ucqar kəndlərindən şagirdləri qəbul edirdi. Binada həmçinin Sorb Müəllimləri Təkmilləşdirmə İnstitutu yerləşirdi. 1960-cı ildən Sorb Gimnaziyasının filialı 60-a yaxın oğlanın yaşadığı Radibora malikanəsində yerləşirdi.

Значение слова в других словарях