Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Admirallıq kollegiyası
Admirallıq kollegiyası (rus. Адмиралтейств-коллегия) — 1718–1802-ci illərdə Rusiyada dəniz işlərini idarə edən ali orqan. Bu, gəmiqayırma zavodlarına, kətan və kəndir fabriklərinə, limanların və limanların tikintisinə, Hərbi Dəniz Qüvvələrinin hazırlanmasına, silahlanmasına və təchizatına cavabdeh idi. 1802-ci ildə kollegiya yeni yaradılmış Dəniz Nazirliyinin bir hissəsi olmuş və 1827-ci ildə Dəniz Naziri yanında məsləhətçi orqan olan admirallıq şurasına çevrilmişdir. == İstinadlar == == Xarici keçidlər == Адмиралтейств-коллегия // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Admirallıq kollegiyası // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Seçicilər kollegiyası
Seçicilər kollegiyası — vəzifəsinə görə və ya xüsusi səlahiyyət alan şəxslərin bilavasitə olmayan seşkisi üçün yaradılan sistem. Onun üzvləri ali vəzifəli şəxsi seçmək hüqüqüna malikdirlər. Qədim tarixdə german varvar tayfalarının kralları iri feodalların ümumi toplantısında seçilirdilər. Həmçinin Böyük Roma imperiyasında imperatorlar xüsusi seçicilər - kurfüst ər tərəfindən seçilirdilər. Reç Pospolitada Polşa kralını xüsusi orqan seym seçirdi. ABŞ-də prezident və vitse-prezidenti vətəndaşların seçdiyi seçicilər kollegiyası seçir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası — Azərbaycan Respublikasının qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilat. Qeyri-kommersiya məqsədilə 2004-cü ilin 3–4 noyabr tarixində Bakı şəhərində yaradılmışdır. == Vəzifə və fəaliyyətləri == Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir. == Üzvləri == Azərbaycan Respublikasında fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 2237 nəfərdir (07.10.2022-ci il tarixinədək). Azərbaycan Respublikasının regionlarında fəaliyyət göstərən vəkillərin sayı 470 nəfərdir. Paytaxtda isə fəaliyyət göstərən vəkillərin sayı 1767 nəfərdir. Həmçinin Bakı şəhərində Vəkillər Kollegiyasının 52, regionlarda isə 26 vəkil qurumu fəaliyyət göstərir.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası (rus. Военная коллегия Верховного суда СССР, Voennaya kollegiya Verxovnovo suda SSSR) — 1924-cü ildə Sovet İttifaqı Ali Məhkəməsi tərəfindən Qırmızı Ordu və Donanmasının ali hərbi və siyasi heyəti üçün yaradılmış məhkəmə. Bundan əlavə, hərbi müraciətlərə və hərbi tribunallara bilavasitə nəzarət orqanı idi. Kollegiyanın ən uzunmüddətli sədri 1926–1948-ci illərdə ona rəhbərlik etmiş Vasili Ulrix olmuşdur. Hərbi Kollegiyanın rolu 1934-cü ilin iyunundan sonra kəskin şəkildə dəyişmişdi. Bu dövrdə ona əks-inqilabi fəaliyyətin 58-ci maddəsinə aid olan işlərə baxılması səlahiyyəti də verilmişdi. 1937–1938-ci illərdə Böyük təmizləmə zamanı Hərbi Kollegiya, adətən, İosif Stalinin şəxsən təsdiq etdiyi siyahılara əsaslanaraq nisbətən tanınmış şəxsləri mühakimə edirdi. 58-ci maddə üzrə təqsirləndirilən şəxslərin işlərinin əksəriyyətinə NKVD üçlükləri məhkəmədənkənar şəkildə baxırdı. Hərbi Kollegiya isə, əsasən, açıq məhkəmələri keçirirdi. Kollegiya həmçinin Polşa Daxili Ordusunun sonuncu komandiri general Leopold Okuliçki və Polşa hökumətinin nümayəndəsi Yan Stanislav Yankovskinin məhkəməsində də iştirak etmişdir.
Kolleksiya
Kolleksiya (lat. collectio — toplantı, toplanmış) — bir və ya ümumi kateqoriyada birləşdirilmiş əşyaların və ya sənət əsərlərinin (kitablar, əlyazmalar, arabalar, boyalar, markalar, sikkələr və s.) toplanması. Kolleksiya elmi, bədii və tarixi əhəmiyyəti olan şeylərin müəyyən sistem üzrə düzülmüş toplusudur. Kolleksiyanın toplanmasına materialın toplanması, təhlili və redaktə edilməsi daxildir. Eyni mövzuyla əlaqədar olan rəsm əsərləri, əşyalar və mövzuların toplanması qədim dövrlərdən bəllidir. Kolleksiya toplamaq məşğuliyyəti kolleksiyaçılıq, kolleksiya toplayan, kolleksiyaçılıq ilə məşğul olan şəxs isə kolleksiyaçı adlanır. Kolleksiyaçılar topladıqları kolleksiyaları sərgilərdə nümayiş etdirirlər. Bəzən onlar kolleksiyaları muzeylərə və ya dövlətə hədiyyə edirlər. == Kolleksiya nümunələri == Pul kolleksiyası Pul kolleksiyası sikkə və ya kağız pulların toplanmasıdır. Bir elm kimi buna numizmatika da deyilir, lakin numizmatika təkcə pulların toplanması deyil həm də onların incələnməsini (pulların neçənci ildə zərb olunması, neçənci ilə qədər istifadə olunması, qiyməti və s.) öyrənən elmdir.
Kollegial Transfiqurasiya Kilsəsi (Qarvolin)
Kollegial Transfiqurasiya Kilsəsi (pol. Kolegiata Przemienienia Pańskiego) – Polşanın Qarvolin şəhərində yerləşən katolik kilsəsi. Neobarokko üslubunda tikilmişdir. 7 may 1962-ci ildə mədəni mülk statusu almışdır. == Tarixi == 1825-ci ilə qədər kilsənin yerində taxtadan tikilmiş başqa bir kilsə fəaliyyət göstərmişdir. 12 mart 1825-ci ildə baş vermiş yanğın nəticəsində taxta kilsə məhv olmuş və yeni kilsənin tikintisinə başlanmışdır. Tikinti işləri 1839-cu ilə kimi davam etmiş və prixodun tarixində ilk kərpic kilsə tikilmişdir. 20 oktyabr 1839-cu ildə kilsə ilk Müqəddəs Messa tədbiri keçirilmişdir. 29 noyabr 1840-cı ildə kilsəyə indiki adı – Transfiqurasiya kilsəsi adı verilmişdir. Tikinti işlərindəki nöqsanlara görə kilsə binası tez-tez təmir işlərinə məruz qalmışdır.
Kolleqa
Kolleqa (lat. collega) — iş yoldaşı; əməkdaş; təhsil, tədris, iş və ya birgə fəaliyyət üzrə birgə yoldaş.. == Anlayışın tarixi == Qədim Romada kollegiya (Qədim Roma) — kollektiv, əməkdaşlar birliyi.