İNAUQURASİYA

(ingilis inaquration-vəzifəyə keçmək (başlamaq); latın inagurare-nəyəsə ithaf etmək) 1) seçilmiş dövlət başçısının (Prezidentin), həmin vəzifəni icra etməsinin başlanmasını tərənnüm edən, rəsmi təntənəli mərasim. İ. mərasimi, bir qayda olaraq, rəsmi və digər qonaqların iştirakı ilə, dövlət bayrağının gətirilməsi ilə, dövlət himninin çalınması ilə, andiçmə mərasimi ilə, vəzifəni təsdiq edən sənədin verilməsi ilə və s. təntənəli bəzənmiş sarayda keçirilir; 2) elmi, bədii, musiqi əsərinin geniş insan kütləsinə rəsmi təqdimat mərasimi. 3) Qədim Romada dini mərasimlərlə müşaiyət olunan, avqurlar (müqəddəs kollegiya) tərəfindən keçirilən, kimisə vəzifəyə təyin olunmasına və ya hər hansısa yaşayış məntəqəsinin müəyyən təyinat verilməsinə yönəlmiş təntənəli akt.
İMPİÇMENT
İNDOKTRİNASİYA
OBASTAN VİKİ
ABŞ prezident inauqurasiyası
Amerika Birləşmiş Ştatları prezidentinin andiçmə mərasimi ABŞ prezidentinin dörd illik səlahiyyət müddətinin başlanmasına həsr olunmuş mərasimdir. Bu mərasim zamanı prezident seçkilərindən təxminən 72 ilə 78 gün sonra prezident and içir. İnauqurasiya (andiçmə mərasimi) hər yeni prezidentlik müddətində keçirilir. Hətta prezident ikinci müddətə seçilərək səlahiyyətlərini davam etdirsə belə bu mərasim yenidən keçirilir. Corc Vaşinqtonun ilk andiçmə mərasimi 30 aprel 1789-cu ildə baş tutdu. 1821, 1849, 1877 və 1917-ci illər istisna olmaqla, 1793-cü ildən 1933-cü ilə qədər bütün sonrakı ictimai andiçmələr martın 4-də keçirildi. Martın 4-ü bazar gününə təsadüf etdiyi halda inauqurasiya 5 mart bazar ertəsi gününə keçirildi. 20 yanvarın 1957, 1985 və 2013-cü illərdə bazar gününə təsədüf etdiyindən bu illər istisna olmaqla 1937-ci ildən etibarən mərasim yeni ilin ilk günü yəni yanvarın 20-də günorta saatlarında keçirilir. Həmin illərdə prezident andı həmin gün təkbətək, ertəsi gün, bazar ertəsi, yanvarın 21-də yenidən açıq mərasimlə icra olunurdu. Ən son prezidentin andiçmə mərasimi 2021-ci il yanvarın 20- də Co Baydenin vəzifəyə gəldiyi zaman keçirilib.

Значение слова в других словарях