Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kollektor
Kollektor (kənd təsərrüfatında) – qurutma şəbəkəsinin tənzimləyici hissəsindən suyu qəbul edib, qurudulan ərazidən kənar edən drenaj borusu və ya kanaldır. Kanalizasiyada-kanalizasiya şəbəkəsində çirkab suları toplayan sahədir.[1] Ümumilikdə kollektor a belə tərif vermək olar; nizamlayan, toplayıb ötürən, özündə saxlayan == Həmçinin bax == Drenaj Kanalizasiya == İstinad siyahısı == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.
Neft və qaz üçün kollektor olan süxurlar
Neft və qaz üçün kollektor olan süxurlar - Neftin və qazın Yer qabığında hər hansı bir məsaməli mühitdəki (süxurdakı) təbii yığımına neft və qaz yatağı deyilir. Bu tərifdən göründüyü kimi, neft və qaz yatağının yaranması üçün süxurların məsaməli olması mühüm şərtlərdən biridir. Bütün dünyada indiyə kimi müəyyən edilmiş neft yataqlarının 99,99%-i çökmə süxurlarda yerləşir. == Ümümi məlumat == Məlum olduğu kimi, öz mənşəyinə görə süxurlar çökmə, maqmatik və metamorfik olur. Çökmə süxurlar Yer qabığının üst hissəsi üçün səciyyəvi olan termodinamik şəraitdəki süxurlardır. Belə süxurlar çöküntünün sudan kimyəvi, yaxud mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, müxtəlif süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdürülməsi və s. nəticəsində əmələ gəlir. == Çökmə süxurlar == Çökmə süxurlar ən çox dənizlərdə yaranır. Belə ki, dağları, təpələri əmələ gətirən süxurlar külək, su və digər amillərin təsiri nəticəsində dağılıb, müxtəlif ölçülü parçalar və qırpıntılar əmələ gəlir. Çaylar bu süxur parçalarını və qırıntılarını gətirib dənizlərə tökür.
Baş Şirvan kollektoru
Baş Şirvan kollektoru — Azərbaycan Respublikası ərazisində çəkilmiş kollektor-drenaj sistemi. Mil, Şirvan və Qarabağ düzlərindən keçir. 1964-cı ildə istismara verilmişdir. Şirvan düzünün Ağdaş rayonu ərazisindən başlayır və Kür çayının sol sahili boyunca suvarılan ərazilərin drenaj sularını Xəzər dənizinə tökür. Uzunluğu 216 km-dir. Suburaxma qabiliyyəti 44 m³/san, orta su sərfiyyatı 18 m³/san təşkil edir. Uzunluğu 150 km olan Mil-Qarabağ və uzunluğu 70 km olan Aşağı Şirvan kollektorları ilə birləşir. Ümumilikdə 174600 ha ərazinin vəziyyətini yaxşılaşdırır.
Baş Mil-Muğan kollektoru
Baş Şirvan kollektoru — Azərbaycan Respublikası Mil-Muğan düzündən çəkilmiş kollektor-drenaj sistemi. Tikintisinə 1984-cü ildə başlanılmışdır. Layihə üzrə uzunluğu qolları ilə birlikdə 185,89 km olmalı idi. 1994-cü ildə uzunluğu 59 km olan birinci hissə (Sabirabad və Saatlı rayonları), 2000-ci ildə isə 52,7 km olan ikinci hissə istifadəyə verilmişdir. Suburaxma qabiliyyəti 107 m³/san təşkil edir. Drenaj sularını Xəzər dənizinə çatdırır. Azərbaycanda ilk dəfə olaraq üzərində mürəkkəb konstruksiyalı balıqqoruyucuqurğu inşa edilmişdir.
Günəş kollektorları
Günəş enerjisindən passiv və aktiv qurğuların vasitəsi ilə istifadə etmək mümkündür. Passiv sistemlərdə Günəş enerjisi şüalanmanın, istilikkeçirmənin və təbii ventilyasiyanın köməyi ilə ötürülür. Bu sistemlər sadə olmaqla, istismar zamanı etibarlı və iqtisadi cəhətdən səmərəli işləyirlər. Aktiv sistemlərdə isə, Günəş şüaları ilə qızan səthin istiliyi istilik daşıyıcısının vasitəsilə digər qurğuya nəql edilir. Tətbiq edildikləri sahələrə görə termik Günəş qurğularından aşağıdakılara rast gəlmək olar: -üzgüçülük hovuzları üçün; -isti su təchizatı üçün; -duzlu suların şirinləşdirilməsi üçün; -otaqların isidilməsi üçün; -müxtəlif texnoloji proseslər üçün; -elektrik cərəyanı istehsal etmək üçün. Bu zaman istiliyi qəbul etmək üçün Günəş kollektorlarından istifadə edilir ki, onlar da konsentratorsuz (hamar səthli), konsentratorlu, açıq və bağlı tipli növlərə ayrılırlar. Açıq tipli kollektorlar adətən üzgüçülük hovuzlarında (absorber), qapalı tipli kollektorlar isə isti su təchizatında, isitmədə və s. istifadə edilir. Hamar kollektorlar aşağı temperaturlu 40÷60, orta temperaturlu 60÷100 və yüksək temperaturlu (100 -dən yuxarı) olur. === Hamar Günəş kollektorları === Hamar kollektorsuz Günəş kollektorları hazırda ən çox istifadə edilən avadanlıqlardandır.
Kollektiv
Kollektiv (lat. collectivus — toplayan) — bir təşkilatda, müəssisədə işləyən, bir məqsəd üçün çalışan qrup, insanlar birliyi. Daha böyük anlamda ümumi maraqlar, ideyalar və tələbatla birləşən insanlar qrupu. Əmək, təhsil, hərbi, idman, bədi özfəaliyyət və sair maraq kollektivləri olur. Sistem nzəriyyəsində kollektiv dedikdə sitemin demərkəzləşdirməsində paylayıcı növlər başa düşülür. == Mənbə == Статья "Коллектив" в БСЭ Статья "Коллектив и личность" в Философском словаре == Ədəbiyyat == Трудовой коллектив как объект и субъект управления / Отв. ред.: Пашков А. С. — Л.: Изд-во Ленингр. ун-та, 1980. — 119 c. Территориальный коллектив как субъект местного самоуправления :Государственно-правовые аспекты /И. В. Выдрин.
Kollektiv müdafiə
Kollektiv müdafiə və ya Hərbi blok - dövlətlərin siyasi, hərbi, iqtisadi və digər hərəkətlərinin inteqrasiyasını təmin edən, ümumi məqsədə çatmağa yönəlmiş hərbi-siyasi ittifaq formasıdır. Ümumiyyətlə sülh dövründə təşkil olunur. Daha yüksək səviyyədə təşkil olunmuş idarəedici və işçi orqanlara, müştərək silahlı qüvvələrə və idarəetmə sisteminə malik olurlar.
Kollektiv şüursuzluq
Kollektiv şüursuzluq - Karl Qustav Yunq tərəfindən elmi dövriyyəyə buraxılmış, Ziqmund Freydin fərdi şüursuzluğuna qarşı qoyulmuş təlim. Yunq fərdi erotik meyllərin şəxsiyyətin formalaşmasında rolunu inkar etmədən, psixoloji baxımdan daha güclü olan kollektiv şüursuzluğa önəm verir. Freydin fərdi şüursuzluğu erkən uşaqlıqda meydana gəlirdisə, Yunqun kollektiv şüursuzluğu anadangəlmə psixoloji strukturdur. Kollektiv şüursuzluq bir nəsildən digərinə şüursuz şəkildə ötürülən insan təcrübəsini özündə cəmləşdirir. Yunq bu prosesdə heç bir bioloji faktorun rol oynamadığını göstərməklə freydin şüursuzluq konsepsiyasına birmənalı qarşı çıxmışdır. Ən ideal təzahürləri miflərdir.Yunq şəxsiyyətin strukuturunda daha dərin qatda mövcud olan kollektiv şüursuzluq haqqında fikir irəli sürdü. Bu daha güclü və təsirli psixi sistemdir və pataloji hallarda o eqonu və fərdi şüursuzluğu ört-basdır edir.Kollektiv şüursuzluq özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini özündə birləşdirir. Yunqun özünün dediyi kimi “kollektiv şüurusuzluq” hər bir fərdin beyin strukturunda yaranan insane təkamülünün ruhi səltənəti durur.Belə olan halda kollektiv şüursuzluğun məzmununa bütün insanlığın səltənəti aiddir.
Kollektiv yaddaş
Kollektiv yaddaş — sosial qrupa xas olan, onun kimliyi ilə əhəmiyyətli dərəcədə əlaqəli olan xatirələrin, biliklərin və məlumatlarının ortaq ehtiyatı. Bu ifadə ədəbiyyatlarda XIX əsrin ikinci yarısında meydana çıxmışdı. Filosof və sosioloq Moris Halbvaks "Les cadres sociaux de la mémoire" (1925) kitabında kollektiv yaddaş anlayışını təhlil edərək təkmilləşdirmişdir. Kollektiv yaddaş böyük və kiçik sosial qruplar tərəfindən qurula, paylaşıla və ötürülə bilər. Bu qruplara misal olaraq millətləri, generasiyaları, icmaları və başqalarını göstərmək mümkündür. Kollektiv yaddaş psixologiya, sosiologiya, tarix, fəlsəfə və antropologiya da daxil olmaqla bir sıra fənlər üzrə maraq və tədqiqat mövzusu olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == === Əsas tədqiqatlar === Jan Assmann: Religion and Cultural Memory: Ten Studies, Stanford UP 2005 Jeffrey Andrew Barash, Collective Memory and the Historical Past, Chicago and London, University of Chicago Press, 2016. Maurice Halbwachs: On Collective Memory, Univ of Chicago Press, 1992, ISBN 0-226-11596-8 Pennebaker, James W. Paez, Dario. Rime, Bernard: Collective memory of political events : social psychological perspectives, Mahwah, New Jersey. Lawrence Erlbaum Associates: 1997.
Kollektiv şüur
Kollektiv şüur və ya kollektiv vicdan — cəmiyyətdə ortaq inancların, ideyaların və əxlaqi münasibətlərin birləşdirici qüvvə kimi fəaliyyət göstərən məcmusu. Ümumiyyətlə, bu, konkret olaraq əxlaqi vicdana deyil, ümumi sosial normalar anlayışına aid edilir.Kollektiv şüur sayıla biləcək şeylərin müasir konsepsiyasına həmrəylik münasibətləri, memlər, qrup təfəkkürü və sürü davranışı kimi ekstremal davranışlar, həmçinin kollektiv rituallar və rəqs yığıncaqları zamanı kollektiv şəkildə paylaşılan təcrübələr daxildir. İnsanlar ayrı-ayrı fərdlər kimi mövcud olmaq əvəzinə resursları və bilikləri bölüşmək üçün dinamik qruplar kimi bir araya gəlirlər. Bu, eyni zamanda bütün cəmiyyətin oxşar dəyərləri bölüşmək üçün necə bir araya gəldiyini təsvir etmək üsulu kimi inkişaf etmişdir. Bu, həmçinin "pətək ağlı", "qrup ağlı", "kütləvi ağıl" və "sosial ağıl" adlandırılmışdır.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT; rus. Организация Договора о коллективной безопасности, Organizacija Dogovora o kollektivnoj bezopasnosti, ODKB) — 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi. Yeni yaradılmış təşkilatın baş katibi vəzifəsinə Nikolay Bordyuja təyin olundu. 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olundu və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya etdi. 2012-ci ildə isə Özbəkistan təşkilata üzvlükdən imtina etdi.