Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kineşma
Kineşma (rus. Кинешма) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Konuşin burnu
Konuşin burnu (rus. Конушин) — Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxil olan, Kanin yarımadasında yerləşən burun. Burun Volosova çayı mənsəbindən 6,7 mil cənubda yerləşir. Ağ dənizə daxil olan Mezen körfəzi sahillərini yuyur. Öz növbəsində hündürlüyü 50 metrə çatan bir tirənin dənizə aşılan bir çıxıntısıdır. Burundan şimaldakı sahillər Kanin sahili, cənubdakı sahillər isə Konuşin sahili adlanır. Əsasən qumlu-gilli suxurlardan təşkil olunmuşdur. Burundan şimalda dəniz sahili nisbətən hündür və sərtdir. Cənubda doğru isə hündürlük azalır. Burunda Konuşinski mayakı quraşdırılmışdır.
Konuş təpəsi
Konuş təpəsi (bolq. Конушки хълм, ‘Konushki Halm’ \'ko-nush-ki 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 550 m hündürlüklü qaya zirvəsidir. Luis Filipp yaylasından şimadla yerləşmişdir və buzlaqlardan azaddır. Zirvə cənubi Bolqarıstanda yerləşən Konuş şəhərinin adını daşıyır. == Yerləşməsi == Konuş təpəsi 63°29′28″ c. e. 58°11′47″ q. u. koordinatlarında yerləşmişdir. D’Urville dağından 2.03 km şimalda, Tintyava zirvəsindən 3.52 km şimal-şərqdə, Oqled zirvəsindən 5.64 km şimal-şərqdə, Argentina təpəsindən 5.51 km cənubda yerləşmişdir.
Onuma Sittirak
Onuma Sittirak (13 iyun 1986) — Tailand milli voleybol komandası voleybolçusudur. Onuma Sittirak 1986-cı ildə Tailandın Surat Thani bölgəsində anadan olmuşdur. Voleybolçu karyerasına ölkəsinin Bankong Bank klubunda başlamışdı. Karyerasında ən böyük nailliyyətlərini ölkəsində Federbrau klubu ilə yaşamışdır. 2009, 2010 və 2011-ci illərdə bu komanda ilə Asiya Çempionlar liqasında çempionluqlar yaşamışdır. 2009 Asiya çempionatının ən dəyərli oyunçusu seçilmişdir. Həmçinin bu turnirin ən yaxşı zərbəçisi mükafatını da qazanmışdır. 2012-ci ildə İqtisadçı komandasına transfer olunan Sittirak bir müddət sonra Avropa adından söz etdirməyi bacarmışdır. 2013-cü ildə Yaponiyada keçirilən "Grand Champions Cup" un ən məhsuldar oyunçusu olmuşdu. 2013–14 mövsümündə İqtisadçıyla ilk Çempionlar Liqası təcrübəsini qazanan tailandlı turnirin son matçında Vakıfbanka qarşı keçirilən görüşdə mövsüm ərzindəki ən yaxşı oyununu nümayiş etdirmişdir.
Konus
Hər hansı həndəsi müstəvi fiqurun nöqtələrini onun müstəvisinə aid olmayan nöqtə ilə birləşdirən bütün parçaların yaratdığı fəza fiquruna konus deyilir.Həmin müstəvi fiqura konusun oturacağı, həmin nöqtəyə isə konusun təpə nöqtəsi deyilir.Konusun təpəsindən oturacaq müstəvisinə endirilmiş perpendikulyara konusun hündürlüyü deyilir. Oturacağı dairə olan konusa dairəvi konus,təpəsi oturacağının mərkəzinə proyeksiyalanan dairəvi konusa isə düz dairəvi konus deyilir.Dairəvi konusun təpə nöqtəsini oturacaq çevrəsinin hər hansı nöqtəsi ilə birləşdirən parçaya konusun doğuranı deyilir. Konusa düzbucaqlı üçbucağın katetlərindən biri ətrafında fırlanmasından alınan alınan fəza fiquru kimi də baxmaq olar. Konusun təpə nöqtəsindən və oturacağının mərkəzindən keçən düz xəttə konusun oxu,oturacağının radiusuna isə konusun radiusu deyilir. Radiusu R, doğuranı L olan konusun yan səthinin açılışı qövsünün uzunluğu 2𝜋R və radiusu L olan dairə sektorudur. Konusun yan səthi: Konusun yan səthinin sahəsi oturacaq çevrəsinin uzunluğu ilə doğuranın hasilinin yarısına bərabərdir.
Fucima Kansuma
Fucima Kansuma (藤間 勘須磨, 9 may 1918, San-Fransisko, Kaliforniya – 22 fevral 2023, Los-Anceles, Kaliforniya) və ya əsl adı ilə Sumako Hamaquçi – yaponəsilli amerikalı kabuki rəqqası. O, 70 ildən çox uzun müddətdə 2000-dən çox kabuki sənətçisi yetişdirmişdir. Şagirdləri tərəfindən Oşo-san adı ilə çağırılırdı. Qızı Miyako Taçibana da kabuki sənətçisi olmuşdur. == Həyatı == === İlk illəri === Fucima Kansuma 9 may 1918-ci ildə ABŞ-ın San-Fransisko şəhərində doğulmuşdur. Ailənin iki qızından ən böyüyü olan Kansumanın doğum adı Sumako Hamaquçi olmuşdur. Üç ayında olanda ailə Los-Ancelesə köçmüşdür. O, uşaq olanda tez-tez xəstələndiyi üçün həkim onun immunitetini gücləndirmək fiziki məşğuliyyətlə məşğul olmağı tövsiyə etmişdir. Nəticədə, anası onun kabuki ilə məşğul olmasına qərar vermişdir. O, 9 yaşında Yaponiya teatrının klassik forması ilə intensiv məşğul olmağa başlamışdır.
Gətirmə konusu
Lava konusu
Lava konusu (rus. конус лавовый, ing. lava cone) — başlıca olaraq massiv lava axınlarından təşkil olunmuş vulkan konusu. Piroklastik layları olmayan l. k. nadir hallarda rast gəlinir.
Ovuntu konusu
Ovuntu konusu (rus. конус осыпи, ing. rock talus cone, talus accumulation, acree, apron) — dik yamacın Ətəyində aşınma materiallarının, zirvəsi yuxarı çevrilmiş yarım konus şəklində toplanması. Konusun yamacının meyilliyi 30–40° olur.
Vulkan konusu
Vulkan konusu (rus. вулканический конус, ing. volcanic cone) — vulkanın ağızı ətrafında vulkan materiallarının toplanması nəticəsində əmələ gələn, kəsik konus şəklində vulkan qurğusu. Vulkan konusları ən sadə vulkanik relyef formalarındandır.
Şlak konusu
Şlak konusu (rus. шлаковый конус, ing. schlag cone) — şlak və adətən bazalt və andezit-bazalt tərkibli vulkan materiallarından təşkil olunmuş və vulkanın bir dəfə püskürməsi nəticəsində əmələ gəlmiş konus formalı kiçik, sərbəst monogen vulkan. Konusun daxili hissəsində qırıntı materiallar adətən qırmızı kərpic rəngində və bir-birinə yapışaraq birləşmiş şəkildə olur.
Salix onusta
Salix myrtilloides (lat. Salix myrtilloides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Konus adası
Konus adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kiniqa buernundan 3 km şimal-qərbdə, İviniçaman adasından isə 7 km şimal-şərqdə, Podqarenaya çayının mənsəbindən şimal-şərqdə, Oxot dənizinə daxil olan Şelixov körfəzində, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. Uzunluğu 1,3 km, eni 0,7 km-dir. Maksimal hündürlüyü 258 metrdir. Adadan şimal-şərqdə Vtoroy adası yerləşir.
Kosma İndikoplevst
Kosma İndikoplevst (yun. Κόσμας Ἰνδικοπλεύστης; VI əsr, İsgəndəriyyə – VI əsr, İsgəndəriyyə) — Bizans taciri, səyyah. == Həyatı == Avropada coğrafiya elminin ən gorkəmli numayəndəsi (VI əsr) bizanslı Kosma İndikoplo idi. O, «Xristian topoqrafiyası» əsərində Avropa kosmologiyasını Ptolemey sistemindən uzaqlaşdırmış və bununla da orta əsrlər astronomiyasında və coğrafiyasında Yerin kurə formasında olması ideyasının əleyhinə cıxan sxolastik təsəvvurlərin yaradılmasında boyuk rol oynamışdı. O, məskunlaşmış dunyanı uzunsov, duzbucaqlı şəklində təsəvvur edirdi. Bu duzbucaqlı okeanla və ikiqat qubbə formasında olan asimanın divarları ilə əhatə olunmuş, ondan yuxarıda «Allahın səltənəti» yerləşmişdir. Yer səthinin şimal hissəsində konusabənzər yuksək təpə var. Gunəş bu təpənin ətrafında hərlənir, gecə-gunduz bir-birini əvəz edir. K.İndikoplonun əsərinin muəyyən elmi əhəmiyyəti də var idi. Bu əsər o zamanlar Avropada, Ərəbistan dənizi sahillərində yerləşən limanlar, Seylon, Hindistan, İran, Ərəbistan və Şərqi Afrikada aparılan ticarət haqqında yeganə məlumat mənbəyi idi.
Kolusa qraflığı (Kaliforniya)
Koluza — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 21,419 nəfər olmuşdur. Mərkəzi Koluza şəhəridir.
Salix onusta var. lithuanica
Salix myrtilloides (lat. Salix myrtilloides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.