Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolizey
Flavi amfiteatrı (lat. Amphitheatrum Flavium) və ya Kolizey (lat. Colosseum, it. Colosseo) - Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri (Vespasian, Tit, Domisian) tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Tikinti eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır. Amfiteatrın inşasına imperator Vespasian Fələstindəki qələbədən sonra başlamışdır. Tikinti onun oğlu Titin dövründə bitirilmişdir. VIII əsrdən etibarən Kolizey adlandırılmağa başlamışdır.
Morihey Ueşiba
Morihey Ueşiba — Yapon döyüş sənətçisi və Aikido döyüş sənətinin yaradıcısı. == Həyatı == 1898-ci ildə Ueşiba Osaka yaxınlığındakı doğma kəndini tərk edib, döyüş sənətlərinin sirlərini öyrənmək niyyəti ilə Tokioya getdi. Bir çox döyüş sənətini öyrəndikdən sonra yalnız üçündə ixtisaslaşdı: Yaqyi Şin Kageryu adlanan qılıncla döyüş, Hozoin-ryu kimi tanınan taxta(Jo) ilə döyüş növü və Tenin-Şinyo Ciu-citsu. Rus–Yapon müharibəsi (1904) Ueşibanı real vəziyətdən özünü əqli və fiziki cəhətdən inkişaf etdirməyə təhrik etdi. Və bu da döyüş sənətinə hazırlıqları zamanı öyrəndiklərinə bir əlavə oldu. Əsgər Ueşiba müharibə illərinin əksəriyyətini Şimali Mançuriyanın sərt iqlimində keçirmiş və müharibənin sonuna yaxın onun səhhəti tamamilə pisləşmişdi. Ona xas olan enerjiylə o, özünü saatlarla açıq havada çalışmaqla həyata qaytardı. Tezliklə Ueşibaya hökumət tərəfindən Hokkaydoya(Yaponyanın şimalında yerləşən ada) yollanan bir qrup mühacirlərə başçılıq etmək tapşırıldı. Həmçinin başqa bir cəsarətli gənc də Hokkaydoya yollanırdı və onun adı Sokaku Takeda idi. O, Takedalar ailəsinin başçısı idi.
Korney Çukovski
Nikolay Vasilyeviç Korneyçukov (rus. Корне́й Ива́нович Чуко́вский) — rus yazıçısı. == Həyatı == == Yaradıcılığı == Korney Çukovski bədii tərcümənin (poetik tərcümə bədii tərcümənin ən çətin sahəsidir) yüksək sənətkarlıq proqramını belə təsəvvür edirdi: tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, o, orijinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqiylə, səmimiliyi səmimiliklə təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını, rənglərin və səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Сказки К. И. Чуковского Отдав искусству жизнь без сдачи — сайт К. И. и Л. К. Чуковских Сообщество в Живом Журнале, посвященное семье Чуковских Корней Чуковский стихи в Антологии русской поэзии Чукоккала — Самое полное издание знаменитого альманаха Е. Чуковская «Тень будущего» И. Шевелев «Корней с тараканищем» М. Петровский «Крокодил в Петрограде» Рецензия на книгу Е. Ивановой «Чуковский и Жаботинский. История взаимоотношений в текстах и комментариях» рецензия на книгу И. Лукьяновой «Корней Чуковский». Корней (Николай) Иванович (Васильевич) Чуковский (Корнейчуков) Михаил Золотоносов.
Korey Frieşuk
Korey Frieşuk (26 yanvar 1994) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Korey Frieşuk Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Korey Frieşuk 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda yarışı sona qədər başa vura bimədi və 89-cu yeri tutdu.
Korey Olliviyerre
Korey Olliviyerre (16 mart 1997) — Qrenadalı üzgüçü. Korey Olliviyerre Qrenadanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Korey Olliviyerre birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:08.68 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Moira Orfey
Moira Orfey (d. 21 dekabr 1931 – 15 noyabr 2015, Breşiya, Lombardiya) — məşhur İtaliya sirk sənətçisi, aktrisa və televiziya aparıcısı. Moira İtalya sirkinin kraliçası hesab olunur. == Bioqrafiyası == "Sirk Orfey" sirk şirkətinə sahib olan Rikardo Orfey və Violetta Aqata ailəsində anadan olmuşdur. İtaliyada sirkin simvolu olmuş və beynəlxalq bir şöhrət qazanmışdır. Moira Orfey Sirki 1960-cı ildə qurulmuşdur. O dövrün fotoşəkillərində, onu müxtəlif sirk rollarında görmək olur: çapar xanım, hava gimnasti, akrobat, fil və göyərçin məşqçisi. Sənətçinin təəccüblü görünüşü, onun ekssentrik və hətta coşğun şəxsiyyətinin əks olunması kimi idi. Dino De Laurentis ona adını dəyişdirməsini təklif etmişdir. O vaxtdan bəri həmişə qədim yunan taleyinin ilahələrini xatırladan yeni adıyla zahirən uyğunlaşmağa çalışmışdır: ağır makiyaj, qalın göz layneri, parlaq dodaq boyası, dodağının üstündə kəskin bir xətt, saçından hörülmüş çalma.
Orfey (opera)
"Orfey" (it. Orfeo, bəzən it. L’Orfeo, favola in musica) — Klaudio Monteverdinin 1607-ci ildə kiçik Alessandro Striconun librettosu əsasında yazdığı opera. Bu opera Kristof Villibald Qlyukun "Orfey və Evridika" ilə birlikdə qədim yunan mifi Orfeyə aid ən mühüm musiqi əsərlərindən biri sayılır. Dünyanın bir çox teatrlarında bu gün də müntəzəm olaraq göstərilən erkən operalar sırasına daxildir. Operanın premyerası 24 fevral 1607-ci ildə İtaliyanın Mantue şəhərində olmuşdur. Opera Mantuan sarayında hər il keçirilən ənənəvi karnavalda göstərilmək üçün yazılmışdır. XVII əsrin əvvəllərində musiqili teatrda ənənəvi intermediya, yəni pyesin əsas pərdələri arasında musiqi nömrələr, tədricən tam musiqi dramına çevirildi, hansı ki sonradan "opera" adını aldı. Monteverdinin "Orfeyi" eksperiment dövrünə son qoydu və yeni janrın ilk mükəmməl əsəri oldu. Premyeradan sonra opera Mantuedə yenidən oynanıldı və çox güman ki, bir neçə il ərzində İtaliyanın digər şəhərlərində də bu baş verdi.
Kormey-an-Parizi
Kormey-an-Parizi (fr. Cormeilles-en-Parisis) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Arjantöy, kanton — Kormey-an-Parizi. Əhalisi — 21.503 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimal-qərbdə, Serji belediyyənin 12 km cənubi-şərqdə yerləşir.
Kormey-an-Veksen
Kormey-an-Veksen (fr. Cormeilles-en-Vexin) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 863 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 38 km şimal-qərbdə, Serji belediyyənin 10 km şimalda yerləşir.
Montiyi-le-Kormey
Montiyi-le-Kormey (fr. Montigny-lès-Cormeilles) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Arjantey, kanton — Kormey-an-Parizi. Əhalisi — 17.183 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimal-qərbdə, Serji belediyyənin 11 km cənub-şərqdə yerləşir.
Körfəz
Körfəz — okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Sakit okeanda – Alyaska, Kaliforniya, Atlantik okeanında — Qvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riqa, Botnik, Fandi, Hind okeanında – Benqal, Böyük Avstraliya, Iran, Ədən, Oman, Şimal Buzlu okeanında – Hudzon, Ob. Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırmışlar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.
Buxta (körfəz)
Buxta (alm. Bucht‎) — dəniz, körfəz, göl, su anbarı kimi coğrafi obyektlərdə, külək və dalğalardan ada, sahil və ya qayalıqlarla qorunan su sahəsinə deyilir. Alman dilində buxta (alm. Bucht‎) sözü geniş mənada işlənir. Bəzən körfəz (Hudzon körfəzi — alm. Hudson-Bucht‎), bəzən isə dəniz (Baffin dənizi — alm. Baffin-Bucht‎) anlamını verir. Bir qayda olaraq gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz anlamışda işlədilir. == Buxtalar == Bakı buxtası Balaklav buxtası — Avropanın ən dərin buxtası. Timbuktu buxtası Avacin buxtası — dünyanın sahəsinə görə ikinci ən böyük buxtası, buraya istənilən gəmi yan ala bilər.
Fandi (körfəz)
Fandi (ing. Bay of Fundy, fr. Baie de Fundy) — Şimali Amerika qitəsində, Kanadanın şərq sahillərində, Meyn körfəzinin şimal şərqində yerləşən körfəz. Fandi körfəzi özünün 18 m-lik qabarma və çəkilməsinə görə digər körfəzlərdən fərqlənir. Körfəzin uzunluğu 300 km, eni isə 90 km olub, dərinliyi 214 m-ə qədər çatır. Vadden dənizi ilə eyni xüsusiyyətə malikdir. Körfəzin böyük limanı Sent-Condur. Körfəz böyük hidroenerji potensialına malikdir. Annapolis QÇESi məhz bu körfəzdə yerləşir. Sen-Kura, Sent-Con çayıSent-Con Fendi körfəzinə tökülən çaylardır.
Havan (körfəz)
Havan — Su tutatının bir hissəsini təşkil edir. Bir qayda olaraq liman akvatoriyasının bir hissəsini təşkil edir. Burada sərnişinlərin minməsi və düşməsi, yüklərin yüklənməsi və boşaldılması həyata keçirilir. Gəmilər uzun zaman havanda qala bilirlər. Üstəlik bir limanda bur necə havan ola bilər. Adətən havan üçün küləkdən və dalğalardan qorunan ərazini seçirlər. Havan təbii və süni ola bilir. Havanları həmdə buxta adlandırır. Məsələn: Sovet Havanı.
Körfəz müharibəsi
Körfəz müharibəsi və ya Birinci Körfəz Müharibəsi, kod adı Səhra Fırtınası əməliyyatı — 2 avqust 1990-cı ildə İraqın Küveyti işğal etmesi ilə başlayan böhranın nəticəsində, ABŞ rəhbərliyində, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Suriya, Misirin də aralarında olduğu 37 ölkənin daxil olduğu koalisiya gücünün İraqa qarşı təşkil etdiyi hərbi əməliyyat (17 Yanvar 1991–28 Fevral 1991).
Körfəz ölkələri
Fars körfəzinin Ərəb ölkələri, Fars körfəzi sərhəd altı ərəb ölkələri aiddir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt, Bəhreyn, və Oman.
Quba (körfəz)
Quba (rus. Губа "dodaq") — termini əsasən Rusiyanın ərazisində yerləşən buxta və körfəzlərin bir qismində işlədilir. Bu tip körfəzlərə əsasən iri çaylar tökülür. Faktiki olaraq yalnız Rusiya ərazisindən başqa ərazilərdə işlədilmir. Məsələn: rus. Невская губа Nevski körfəzi, rus. Обская губа Ob estuarisi.
Ria (körfəz)
Ria və ya rias — Çay mənsəbində çay vadisinin dəniz suları ilə basılmasından əmələ gələn, adətən konusvari formaya malik körfəzlərə deyilir. İlk əvvəllər bu termin əsasən İspaniya və Portuqaliya sahillərində yerləşən buxtalara deyilirdi. Ria əsasən dəniz səviyyəsinin quru sahələrindən yüksəyə qalxdığı ərazilərdə meydana gəlir. Ria estuari belə ola bilir. Onları adətən fiordlarla səhv salırlar. Ancaq fərq oların kiçik ölçüləri ilə izah olunur. Rialar 50 kilometrdən çox materik daxilinə irəliləmirlər. Tipik Riaları İspaniyanın Qalisiya sahillərində görmək olar.
Disko boğazı (körfəz)
Disko boğazı -Qrenlandiya adası Disko adasından ayırır. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bu səbəbdən dənizlə əlaqə tamamən bağlanır ki, buna görə də boğaz körfəz adlandırılır. Boğazda daim hərəkət edən Aysberqlərə rast gəlinir. Disko boğazı ilk dəfə Kürən Erik tərəfindən kəşf edilir. O zamanlar ərazidə yaşayış mövcud olmamışdır. Hal-hazırda isə körfəz sahilində Aasiaat, İlulissat və Kasiqiannquit şəhərləri vardır. Körfəz ərazisinin İlulissat şəhəri sahili 2004-cü ildən UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Mənbə == Veb-Atlas.
Körfəz Əməkdaşlıq Şurası
Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة‎) — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Gulf Cooperative Countries olaraq xitab edilir. Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır. Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edir.
Florida Körfəz Sahili Universiteti
Florida Körfəz Sahili Universiteti (ing. Florida Gulf Coast Universiteti) — ABŞ-nin Florida əyalətində yerləşən, 1991-ci ildə əsası qoyulmuş olan bir dövlət universitetidir. Florida Gulf Coast Universitetində bir çox sahə üzrə bakalavr, magistr və doktorantura təhsili verilir. Fort Myers şəhərində yerləşir. 2008 etibarı ilə 9,510 tələbə qeydə alınmışdır.
San-Fransisko körfəz sahəsi
San-Fransisko Körfəz Bölgəsi — daha tanınmış adı ilə Körfəz Bölgəsi, ya da körfəz Şimali Kaliforniyada San-Fransisko və San-Xose körfəzlərilə əhatələnmiş bölgədir. San-Fransisko Körfəz bölgəsi, Oakland və San-Xose kimi əhalisi çox olan şəhərlərə malikdir. Ümumiyyətlə bölgəni 101 şəhər əhatə edir. San-Fransisko Körfəz bölgəsi, (ölkə daxilində 12) və San-Xose (ölkə daxilində 31) kimi iki böyük metropolitan bölgəylə birlikdə, bunlarla əhatələnmiş 4 kiçik şəhəri əhatə edir. Körfəz bölgəsi 7.2 milyonluq bir əhaliya malikdir. Körfəz bölgəsində bir çox hərbi hissə, hava limanı, milli park, kəsişim yolları, körpülər və tunellər var. San-Fransisko və San-Xose ikilisi, birləştirilmiş şəhər bölgəsi sahəsində əhali olaraq dünyada 49-cu sıradadır. San-Fransisko, Körfəz bölgəsinin maliyyə mərkəzidir (və əhali sıxlığı olaraq Nyu-Yorkdan sonra ölkə daxilində 2-ci şəhərdir). Buna qarşı San-Xose, bölgənin ən çox əhaliyə sahib şəhəridir. Körfəz bölgəsi, təbii gözəllikləri, liberalizm axınının yüksək təsiri və maddi zənginlikləri ilə tanınır.