KÖRFƏZ

KÖRFƏZ (gəmilərin dayanacağı üçün münasib yer) Qara dənizin dağ boyda dağları sahilə gəlir, Novorossiysk körfəzindəki gəmi sığınacağının daş hasarına toxunub parçalanırdı (R.Rza); BUXTA [Mansur] məhəccərə söykənib buxtaya tamaşa elədi (H.Abbaszade); LİMAN Nukusda meydançası bizim polad quşların; Qumların dəryasında bir limana bənzəyir (S.Rüstəm).

KÖPÜRMƏK
KÖRPƏ
OBASTAN VİKİ
Körfəz
Körfəz — okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Sakit okeanda – Alyaska, Kaliforniya, Atlantik okeanında — Qvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riqa, Botnik, Fandi, Hind okeanında – Benqal, Böyük Avstraliya, Iran, Ədən, Oman, Şimal Buzlu okeanında – Hudzon, Ob. Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırmışlar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.
Havan (körfəz)
Havan — Su tutatının bir hissəsini təşkil edir. Bir qayda olaraq liman akvatoriyasının bir hissəsini təşkil edir. Burada sərnişinlərin minməsi və düşməsi, yüklərin yüklənməsi və boşaldılması həyata keçirilir. Gəmilər uzun zaman havanda qala bilirlər. Üstəlik bir limanda bur necə havan ola bilər. Adətən havan üçün küləkdən və dalğalardan qorunan ərazini seçirlər. Havan təbii və süni ola bilir. Havanlar həm də buxta adlandırılır. Məsələn: Sovet Havanı.
Körfəz müharibəsi
Körfəz müharibəsi və ya Birinci Körfəz Müharibəsi, kod adı Səhra Fırtınası əməliyyatı — 2 avqust 1990-cı ildə İraqın Küveyti işğal etməsi ilə başlayan böhranın nəticəsində, ABŞ rəhbərliyində, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Suriya, Misirin də aralarında olduğu 37 ölkənin daxil olduğu koalisiya gücünün İraqa qarşı təşkil etdiyi hərbi əməliyyat (17 yanvar 1991–28 fevral 1991).
Körfəz ölkələri
Fars körfəzinin Ərəb ölkələri, Fars körfəzi sərhəd altı ərəb ölkələri aiddir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt, Bəhreyn, və Oman.
Körfəz Əməkdaşlıq Şurası
Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة‎) və ya qısaca Körfəz Əməkdaşlıq Şurası — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Körfəz Ölkələri Şurası (Gulf Cooperative Countries) olaraq xitab edilir. Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır. Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edib.
Buxta (körfəz)
Buxta (alm. Bucht‎) — dəniz, körfəz, göl, su anbarı kimi coğrafi obyektlərdə, külək və dalğalardan ada, sahil və ya qayalıqlarla qorunan su sahəsinə deyilir. Alman dilində buxta (alm. Bucht‎) sözü geniş mənada işlənir. Bəzən körfəz (Hudzon körfəzi — alm. Hudson-Bucht‎), bəzən isə dəniz (Baffin dənizi — alm. Baffin-Bucht‎) anlamını verir. Bir qayda olaraq gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz anlamışda işlədilir. == Buxtalar == Bakı buxtası Balaklav buxtası — Avropanın ən dərin buxtası. Timbuktu buxtası Avacin buxtası — dünyanın sahəsinə görə ikinci ən böyük buxtası, buraya istənilən gəmi yan ala bilər.
Fandi (körfəz)
Fandi (ing. Bay of Fundy, fr. Baie de Fundy) — Şimali Amerika qitəsində, Kanadanın şərq sahillərində, Meyn körfəzinin şimal şərqində yerləşən körfəz. Fandi körfəzi özünün 18 m-lik qabarma və çəkilməsinə görə digər körfəzlərdən fərqlənir. Körfəzin uzunluğu 300 km, eni isə 90 km olub, dərinliyi 214 m-ə qədər çatır. Vadden dənizi ilə eyni xüsusiyyətə malikdir. Körfəzin böyük limanı Sent-Condur. Körfəz böyük hidroenerji potensialına malikdir. Annapolis QÇESi məhz bu körfəzdə yerləşir. Sen-Kura, Sent-Con çayıSent-Con Fendi körfəzinə tökülən çaylardır.
Quba (körfəz)
Quba (rus. Губа "dodaq") — termini əsasən Rusiyanın ərazisində yerləşən buxta və körfəzlərin bir qismində işlədilir. Bu tip körfəzlərə əsasən iri çaylar tökülür. Faktiki olaraq yalnız Rusiya ərazisindən başqa ərazilərdə işlədilmir. Məsələn: rus. Невская губа Nevski körfəzi, rus. Обская губа Ob estuarisi.
Ria (körfəz)
Ria və ya rias — Çay mənsəbində çay vadisinin dəniz suları ilə basılmasından əmələ gələn, adətən konusvari formaya malik körfəzlərə deyilir. İlk əvvəllər bu termin əsasən İspaniya və Portuqaliya sahillərində yerləşən buxtalara deyilirdi. Ria əsasən dəniz səviyyəsinin quru sahələrindən yüksəyə qalxdığı ərazilərdə meydana gəlir. Ria estuari belə ola bilir. Onları adətən fiordlarla səhv salırlar. Ancaq fərq oların kiçik ölçüləri ilə izah olunur. Rialar 50 kilometrdən çox materik daxilinə irəliləmirlər. Tipik Riaları İspaniyanın Qalisiya sahillərində görmək olar.
Disko boğazı (körfəz)
Disko boğazı -Qrenlandiya adası Disko adasından ayırır. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bu səbəbdən dənizlə əlaqə tamamən bağlanır ki, buna görə də boğaz körfəz adlandırılır. Boğazda daim hərəkət edən Aysberqlərə rast gəlinir. Disko boğazı ilk dəfə Kürən Erik tərəfindən kəşf edilir. O zamanlar ərazidə yaşayış mövcud olmamışdır. Hal-hazırda isə körfəz sahilində Aasiaat, İlulissat və Kasiqiannquit şəhərləri vardır. Körfəz ərazisinin İlulissat şəhəri sahili 2004-cü ildən UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Mənbə == Veb-Atlas.
Florida Körfəz Sahili Universiteti
Florida Körfəz Sahili Universiteti (ing. Florida Gulf Coast Universiteti) — ABŞ-nin Florida əyalətində yerləşən, 1991-ci ildə əsası qoyulmuş olan bir dövlət universitetidir. Florida Gulf Coast Universitetində bir çox sahə üzrə bakalavr, magistr və doktorantura təhsili verilir. Fort Myers şəhərində yerləşir. 2008 etibarı ilə 9,510 tələbə qeydə alınmışdır.
San-Fransisko körfəz sahəsi
San-Fransisko Körfəz Bölgəsi — daha tanınmış adı ilə Körfəz Bölgəsi, ya da körfəz Şimali Kaliforniyada San-Fransisko və San-Xose körfəzlərilə əhatələnmiş bölgədir. San-Fransisko Körfəz bölgəsi, Oakland və San-Xose kimi əhalisi çox olan şəhərlərə malikdir. Ümumiyyətlə bölgəni 101 şəhər əhatə edir. San-Fransisko Körfəz bölgəsi, (ölkə daxilində 12) və San-Xose (ölkə daxilində 31) kimi iki böyük metropolitan bölgəylə birlikdə, bunlarla əhatələnmiş 4 kiçik şəhəri əhatə edir. Körfəz bölgəsi 7.2 milyonluq bir əhaliya malikdir. Körfəz bölgəsində bir çox hərbi hissə, hava limanı, milli park, kəsişim yolları, körpülər və tunellər var. San-Fransisko və San-Xose ikilisi, birləştirilmiş şəhər bölgəsi sahəsində əhali olaraq dünyada 49-cu sıradadır. San-Fransisko, Körfəz bölgəsinin maliyyə mərkəzidir (və əhali sıxlığı olaraq Nyu-Yorkdan sonra ölkə daxilində 2-ci şəhərdir). Buna qarşı San-Xose, bölgənin ən çox əhaliyə sahib şəhəridir. Körfəz bölgəsi, təbii gözəllikləri, liberalizm axınının yüksək təsiri və maddi zənginlikləri ilə tanınır.
Heroonpol körfəzi
Heroonpol körfəzi — qədim dövrdə Süveyş körfəzinin adı. Heroonpolun yaxınlığında yerləşdiyi üçün belə adlandırılmışdır. Qırmızı dəniz və onun Süveyş körfəzinin şimalda Böyük Acı Gölə qədər uzandığına dair sübutlar var. II Ptolemey Filadelf e.ə. 270–269-cu illərdə Heroonpolda qərb-şərq kanalının əsasını qoymuş, Qırmızı dənizdən gələn duzlu suyun kanaldakı şirin su ilə qarışmasının qarşısını alaraq Heroonpol körfəzi ilə Qırmızı dəniz arasında gəmi nəqliyyatını təmin etmək məqsədilə burada gəmi qıfılı qurmuşdur.
Hudzon körfəzi
Hudzon körfəzi (ing. Hudson Bay, fr. baie d'Hudson, inuktitut Kangiqsualuk ilua) — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan və birbaşa boğaz vatəsi ilə Atlantik okeana çıxışı olan körfəzdir (Faktiki olaraq isə Hudzon daxili dənizdir). Körfəz Kanadanın Kvebek, Ontario, Manitoba və Nunavut vilayətlərinin ərazisi ilə hüdudlanır. Labrador dənizi ilə Hudzon boğazı vastəsilə birləşir, Şimal Buzlu okean ilə Foks körfəzi vastəsilə birləşir. Körfəzin sahəsi 1,23 milyon km² təşkil edir. Dərinliyi 258 metrdir. Oktyabrdan iyul ayına qədər buzla örtülü olur. Sularında Terka, Kambala və seld kimi balıqlar tutulur. Suiti bölgə üçün əhəmiyyətlidir.
Hudzon körfəzi şirkəti
Hudzon körfəzi şirkəti (ing. Hudson's Bay Company, HBC; Hudzonbay şirkəti kimi 1870-ci illərədək tərcümə edilmişdir) — Şimali Amerikadakı və dünyanın ən köhnə ticarət şirkətlərindən biri. Şirkət rəhbəri vəzifəsinə hələ də Qubernator deyilir. Şirkətin mərkəzi ofisi Kanadanın Toronto şəhərində, köhnə şəhərətrafı, indiki Skarboro bölgəsində yerləşir. == Tarixi == === Yaranması === XVII əsrin ortalarına qədər Kanadada kürk ticarəti demək olar ki, tamamilə Kvebekdəki (Yeni Fransa) Fransız müstəmləkə rəhbərliyinin əlində idi. Fransız Huguenot tələsi Pyer-Espri Radisson, Kri hindilərindən öyrəndi ki, ən yaxşı kürk ölkəsi Hudzon Körfəzi mənasını verən "donmuş dəniz" ə gedən yolda, Yuxarı gölünün şimalında və qərbində yerləşir. 1659-cu ildə Radisson və qayınatası Medard de Qrozey, öz xəsarəti və riski ilə oraya getdilər, çoxlu kürk əldə etdilər və Huron hinduları ilə ticarət əlaqələri qurdular. 1661-ci ildə iki Fransız tərəfindən edilən dəfələrlə uğurlu səyahətə baxmayaraq, təşəbbüsləri hazırkı qubernator Marquis d'Argenson'dan təsdiq almayıb, tutucuların qənimətini tutdu və bundan sonra Bostondan gələn İngilis tacirlərinə müraciət etdilər.
Kadis körfəzi
Kadis körfəzi (isp. Golfo de Cádiz) — Andalusiyanın Atlantik okeanı sahilində və Kadis şəhərinin ətrafında yerləşən körfəz. Cəbəllütariq boğazı və Portuqaliyanın Sent Vinsent burnu arasında yerləşir. Kadis körfəzi 34°N və 37°15'N və 6°W və 9°45'W arasında şimal-şərq Atlantik okeanında yerləşir.
Kaliforniya körfəzi
Kaliforniya körfəzi (isp. Golfo de California), həmçinin Kortes dənizi kimi tanınır (isp. Mar de Cortés) — Körfəz Sakit okean akvatoriyasına daxildir. Kaliforniya yarımadası ilə Meksikanın materik hissəsi arasında yerləşir. Körfəzin suları Meksikanın Aşağı Kaliforniya, Cənubi Kaliforniya, Sonora və Sinoloa ştatlarının sahillərini yuyur. Körfəzin okeana çıxışı 5,3 milyon il əvvəl əldə etmişdir. Bununla da Kolorado çayı bir başa okeana çıxış əldə etmişdir. Araşdırmalar göstərmişdir ki, körfəzin dərinliyi sahildəki dayazlıqlardan başlayaraq Yuma şəhəri yaxınlığında 3000 metri keçir. Kaliforniya körfəzində iki iri ada vardır: Anhel-de-la-Quarda və Tiburon. Bundan əlavə kiçik adalarda vardır.
Kambey körfəzi
Kambey körfəzi (hind. खंभात की खाड़ी )— Ərəbistan dənizində Hindistanın şimal-qərb sahillərində körfəz. Körfəz Hindistanın Qucarat ştatı ilə sərhədlənir. == Ümumi məlumat == Kambey körfəzinin uzunluğu təxminən 200 kilometrdir. Körfəzin eni şimalda təxminən 20 km-ə (12 mil), cənubda isə təxminən 70 km-ə (43 mil) çatır. Körfəzə tökülən əsas çaylar Narmada, Sabarmati, Mahi və Tapti çaylarıdır. Çaylar mənsəbdə estuari forması yaradır. Səthin dərinliyi dalğalanmalara səbəb olur. Bu xüsusilə yerli tərsanələrdə istifadə olunur. Kambey körfəzi Kathiyavar yarımadasını Qucaratın cənub-şərq hissəsindən ayırır.
Kamçatski körfəzi
Karaqin körfəzi — Sakit okeanda, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. Kamçatski yarımadası ilə Ozernoy yarımadası arasında qərarlaşır. Materikin daxilinə 74 km uzanır. Eni 148 km-dir. Bəzi hissədə dərinlik 2 min metrdir. Qabarmanın həcmi iki metrdir. Sahilləri alçaqdır. Burada Ust-Kamçatski limanı yerləşir. == Tarixi məlumat == Körfəz ilk dəfə 1729-cu ildə Vitus Berinq tərəfindən kəşf edilmişdir. Əvvəllər Berinq dənizinin bir hissəsi hesab edilirdi.
Karantinnı burnu (Kalamit körfəzi)
Karantinnı burnu (ukr. Карантінний) — Krım yarımadasının qərbində yerləşən burun. Burun Qara dənizə daxil olan Kalamit körfəzinə daxil olur. Ərazisində Mirmek antik şəhəri yerləşir. Kalamit körfəzinə doğru uzanan burun Evpatoriya buxrtası ilə əhatələnir. Ərazisində Kerkinitida antik yunan şəhəri yerləşir. Burunun şimalında Evpatoriya dəniz limanı, şərqində isə çimərlik vardır. Sahilləri isə su altı və üstü daşlarla sahibdire. şimal hissəsində isə Evpatoriyaya aid yaşayış binaları vardır.
Karaqin körfəzi
Karaqin körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. Ozernoy yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Materikin daxilinə 117 km məsafədə uzanır. Eni girişdə 239 km, maksimal dərinliyi 60 metrdir. Körfəzin mərkəzində Karaqinski adası vardır. Ada materikdən Litke boğazı ilə ayrılır. Şimalında Verxoturov adası qərarlaşır. Körfəzə tökülən çaylar:Makarov, Kayum, İvaşka, İstık, Naçiki, Uka. Sahillərində yerləşən iri körfəzlər: Anapka körfəzi, Uala körfəzi, Karaqa körfəzi, Kiçiqinski körfəzi, Tımlat buxtası, Ossora buxtası, Kaqara buxtası, Ukinskaya körfəzi. Qabarmanın hündürlüyü 2,4 metrdir.
Karpentariya körfəzi
Karpentariya körfəzi (ing. Gulf of Carpentaria) — Avstraliya materikinin şimal-şərq hissəsində, Arnhem torpağı ilə Keyp York yarımadası arasında yerləşən körfəz. O, Arafur dənzinin Avstraliya materikinin iç hissəsinə düzbucaqlı uzanmış dayaz davamıdır. Əsrlərdir istifadəsiz olan körfəz XX əsrin sonu XXI əsrin əvvəllərində boksit, manqan və böyük dəniz xərçəngləri ehtiyatlarının istismar edilməsi ilə əlaqədar olaraq beynəlxalq əhəmiyyət kəsb etməyə başladı. Körfəzin ümumi sahəsi 310,000 km², ən dərin yeri isə 70 m-dir. . Lakin, bəzi mənbələrdə körfəzin ən dərin yerinin 82 metrdən artıq olmadığı, sahəsinin isə 300,000 km² olduğu vurğulanır. Karpentariya körfəzi müasir dövrün ən nadir epikontinental (materikin üst tərəfində yerləşən dayaz dəniz) körfəzlərdəndir. Belə körfəzlər Yerin geoloji tarixinin erkən dövrlərində geniş yayılmışdır. == Tədqiqi == Avropalıların buranı tədqiq etməsi 1606-cı ildə hollandiyalı Villiam Yansonun səyahəti ilə başlamışdır. V.Yansonun 1623-cü ildə buraya gəlmiş həmyerlisi Yan Karstenszoon körfəzi o dövrdə İst-Hind-in general-qubernatoru olmuş Piter de Karpentierin şərəfinə adlandırdı.
Kaydak körfəzi
Kaydak — Xəzər dənizinin Qazaxıstan sahillərində dayaz və ensiz körfəz. Myortvıy Kultuk körfəzinin davamını təşkil edir. Şərqdən Bozaşı yarımadası ilə əhatələnir. Yerindən asılı olaraq 4-5 metr təşkil edir. == Tarixi == XX əsrin 30-cu illərində Xəzərin səviyəsinin enməsi ilə körfəzin suyu qurumuş və ərzisi şoranlığa çevrilir. 80—90-cı illərdə isə suyun səviyyəsinin qalxması ilə şoranlıq yenidən körfəzə çevrilmişdir.
Kaç körfəzi
Kaç körfəzi (ing. Gulf of Kutch, hind. कच्छ की खाड़ी, Kaççk) — Ərəbistan dənizinə daxil olan körfəz. Hindistanın daxilinə 180 km məsafədə uzanır. Kathiyavar yarımadasını şimaldan Kaç yarımadasını isə cənubdan əhatələyir. Maksimal dərinliyi 122 metrdir. Sahilində yerləşən Camnaqar şəhərində dünyanın ən böyük neftayırma zavodlarından biri yerləşir. Kandlada isə iri neft terminalı vardır.
Kizlyar körfəzi
Qızılyar körfəzi — Xəzər dənizinin qərbində yerləşən körfəz. Materikin daxilinə 20 km daxil olmuşdur. Çıxacaq hissədə eni 40 km-dir. Dərinliyi 4 metrdir. Körfəzə Kuma, Prorva, Lebıy Bakon, Talovka çayları axır. Akvatoriyasında Morskoy Biryuçok adası yerləşir. Sahilləri dayaz və bəzi yerlərdə isə bataqlıqlaşmışdır. Körfəzin ərazisində onun bütün ərazisini əhatə edən Dağıstan qoruğu yaradılmışdır. Körfəzin dayaz yerlərində qamış, adi qamış kimi bitkilər yayılıb. Nadir bitkilərdən adi qılıncotu və salviniya kimi bitkiləri göstərmək olar.
Kolyuçin körfəzi
Kolyuçin körfəzi — Çukot dənizində yerləşəm sahəsinə görə ikinci ən böyük körfəz. Körfəz Çukot yarımadasının içərilərinə doğru uzanır. İnzibati baxımdan Rusiya Federasiyası, Çukot Muxtar Dairəsi Çukot rayonu ərazisinə daxildir. == Adı == 1793-cü ildə körfəzə Qraf Bezborodki körfəzi adı verilir. Bu ad Aleksandr Andreeviç Bezborodkonun şərəfinə adlandırılır. Ancaq ad uzun ömürlü olmur. Bir müddət sonra körfəz yaxınlığında yerləşən Kolyuçin adasının adı ilə adlandırılır. == Fiziki-coğrafi xüsusiyyətləri == Körfəz materik daxilinə 100 km məsafədə daxil olur. Dənizdən Belyaka dili ilə ayrılır. Çıxacaqda uzunluğu 2,8 km-dir.
Kolıma körfəzi
Kolıma körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Krestovıy buru ilə Kolıma çayı deltası arasında yerləşir. Öz adınıda buradan almışdır. Materik daxilinə 45 km məsafədə daxil olur. Eni ən enli yerdə 106 km-dir. Dərinliyi 4–6 metr arasında yerləşir. Sahillərində tundra bitkiləri yayılmışdır. Cənub hissədən ona Kolıma çayı tökülür. Bu hissədə delta əmələ gəlir. Kolıma çayı burada qollara ayrılaraq körfəzə tökülür:Kamenka, QUMSP, Suxarıy, Stolbik, Tabışevskiй, Ştormovıy.
Kolıma körfəzi (Allayıaxa ulusu)
Kolıma körfəzi — Şərqi Sibir dənizinin cənub-qərb sahillərində yerləşən körfəz. İndigirka çayı mənsəbindən şərqdə yerləşir. Materik daxilinə 21 km məsafədə daxil olur. Eni ən enli yerdə 9 km-dir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Körfəzə İndigirka çayının bir qolu olan Kolıma çayı tökülür. Körfəzdə öz adını buradan almışdır. Körfəzdə Teryuttyax və Emkerındinski adaları yerləşir. Çıxacaqda isə Kolesovski və Kolesovskaya Otmel adaları vardır Körfəzin yerləşdiyi ərazinin bir qismi bataqlaşmışdır.
Korf körfəzi
Korf körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. 1885-ci ildə Priamur diyarının birinci general-qubernatoru Andref Korfın şərəfinə adlandlrılmışdır. İlkin adı isə Olyutorski körfəzi idi. Qoven yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Körfəz həmçinin Olyotorski və Karaqin körfəzləri ilə sərhədə malikdir. Materikin daxilinə 75 km daxil olur. Eni 70 km, maksimal dərinliyi isə 70 metrdir. Körfəzə tökülən çaylar:Vıvenka, Kultuşkaya. Şimalında buxtalar vardır: Skrıtaya, Sibir və Skobolev. Körfəzdə morj, balina və sənaye əhəmiyyətli balıq növlərini müşahidə etmək mümkündür (qızılbalıq və Sakit okean siyənəyi).
Kotor körfəzi
Kotor körfəzi (mont. Boka Kotorska) — Monteneqronun cənub-qərbində, Xorvatiyanın cənubunda yerləşən körfəz. Körfəz Adriatik dənizində yerləşmiş olub fiord tipli qıvrımlı çıxıntıya oxşayır. Təbii bir liman olan Kotor dar boğazlarla bağlanan 4 hissədən ibarətdir. Körfəzin ətrafında dik dağlar uzanır. Narınc meyvə tipli bitkilərin yetişdiyi bu körfəzdə bir çox turistik təsis tikilmişdir. == Geologiya == Kotor körfəzi Kuaterner dövründə bu bölgədəki düzənliklərin su altında qalması nəticəsində yaranmışdır. Yanında Lovsen və Orjen dağlarının yüksəldiyi, sahillərin girintili-çıxıntılı olduğu dərin körfəzdir. Körfəz Verij boğazı ilə bir-birindən ayrılan 2 böyük hövzədən ibarətdir. (Tivat körfəzi, Kotor və Risan körfəzi.) == Tarix == Körfəzin ətrafındakı kiçik quru yolları turizm təsislərini bir-birinə bağlayır.
Marina Bay körfəzi
Marina Bay (Marina Bay) — Sinqapur şəhərinin cənub hissəsində yerləşən dəniz körfəzi. Bu bölgə şəhərin işgüzar ərazisi hesab olunur. Məhz körfəz boyu şəhərin ən gözəl hissəsi yerləşir. Sinqapurun bütün dünyaca məşhur binaları, restoranları və istirahət mərkəzləri Marina Bayda yerləşir. Marina Bay dörd əsas hissədən ibarətdir: Mərkəzi, Şərq, Cənub və Straits View.. == Ümumi məlumat == Marina Bay körfəzi bir neçə çayın(kanal) mənsəbində formalaşıb — Kallanq, Sinqapur, Roçor və Cilanq. Ərazinin tikintisinə 1969–70-ci illərdə başlanılıb. Bölgədə geniş meliorativ işlər görülmüş və 360 hektar ərazidə çoxlu arxitektur inciləri tikilmişdir. Müasir dövrdə Marina Bay körfəzi sutka boyu fəaliyyət göstərən şəhər ərazisidir. Burada insanlar yaşayır, işləyir və istirahət edirlər.
Men körfəzi
Men körfəzi (ing. Gulf of Maine) — Şimali Amerika sahillərində yerləşən körfəz. Körfəz Keyp-Kod və Yeni Şotlandiya yarımadaları arasında yerləşir. Maksimal dərinliyi 329 metrdir. Şimal-şərqində Fandi körfəzi yerləşir. Cənub-qərbində isə digər iri Massaçusets körfəzi qərarlaşır. Mərkəzi sahilində Men ştatının iri Portlend şəhəri yerləşir. Sahillərində ən iri limanlar — Boston, Portlend (ABŞ), Sent-Con (Kanada). Körfəzə axan iri çaylar — Annapolis, Kennebank, Kennebek, Sako, Sent-Krua, Merrimak, Penobskot, Sent-Con, Piskataqa çayı və s. Bura tökülən çayların hövzəsinin sahəsi 179 008 km² təşkil edir.

Значение слова в других словарях