Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ovalıq
Ovalıq (rus. низменность, ing. low land, lowland) — dəniz səviyyəsindən 200 m-ə qədər yüksəkdə yerləşən quru sahəsi. Səthi adətən düzən, qismən təpəlik olur. Əsasən tektonik enmələr və çökəkliklərin dəniz, yaxud kontinental çöküntülərlə dolması nəticsində yaranır. Dəniz səviyyəsindən aşağıda yerləşən Ovalıqlar (məs. Xəzəryanı) da var. Azərbaycan Respublikası ərazisinin təqribən 2/5-si ovalıqdır (Kür-Araz , Samur-Dəvəçi, Lənkəran). Dəniz səviyyəsindən aşağıda da yerləşən Ovalıq vardır. Bütün quru 48.2mln.
Kövdadıq
Kövdadıq — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarov inzibati ərazi vahidində yerləşən bir kənd. == Tarixi == Kəndin ərazisi vaxtilə Qubadlı rayonundakı Kavdadıq kəndinin qışlaq yurdu olmuşdur. XIX əsrdə yaşayış məntəqəsi Bərdə rayonundan gəlmiş xəlillilər, Laçın rayonundan gəlmiş cicimlilər və Şuşa rayonundan gəlmiş talalılar nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. == Etimologiyası == Tədqiqatçılar bu oykonimi fars dilindəki "govda" (arıq at, yabı) və "-dıq" (-lıq şəkilçisinin variantı) komponentlərindən ibarət "arıq atlar, yabılar üçün ayrılmış örüş yeri" mənasında izah edirlər. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı ilə Tərtər rayonu Kovdadıq kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 230 000 manat vəsait ayrılmışdır.