LOVĞALIQ Gərçi uzundursa mənim yarpağım; Yoxdu yenə lovğalığım, azmağım (A.Səhhət); İDDİA [Alışov:] Bir bunun iddiasına bax (M.İbrahimov); KİBR Aldanma zahidə, sanki, uludur; Qəlbi kibrü qürur ilə doludur (A.Şaiq); QÜRUR Firudin: Mən hələ heç bir qürur göstərməmişəm (M.İbrahimov); TƏKƏBBÜR Simasındakı bir an əvvəlki narazılıq və şikayəti kobud, cahil bir təkəbbür əvəz etmişdi (M.İbrahimov); TƏKƏBBÜRLÜK, TƏŞƏXXÜSLÜK Bu təğyirdən Nurəddin bir o qədər qəm çəkmirdi, çünki tabiətindən təkəbbürlük, təşəxxüslük əsla qoyulmamışdı (S.S.Axundov); TƏŞƏXXÜS Ancaq gənclik təşəxxüsü, lovğalıq Polada mane olur (Ə.Vəliyev); YEKƏXANALIQ Valeh: Elə düşünməyin ki, dılğır camışın nəfəsini kəsdiyim üçün indi yekəxanalıq edib daha şoferliyi bəyənmirdim (İ.Əfəndiyev); YEKƏLİK Mərd olan al geysə, yekəlik bilməz (Molla Cümə); FORS, HİKKƏ, İDDİALILIQ, MƏĞRURLUQ, MƏNƏMLİK (bax).