MÜQƏRRƏB

is. [ ər. ] köhn. Məhrəm, dost, çox yaxın, səmimi yoldaş, sirdaş.
[Vəzir:] Sultan Mahmud Qəznəvi müqərrəblərindən birisinin boynunu öz əli ilə vurdu. M.F.Axundzadə.
Bəhmən Mirzə üstüncə gələn adamlardan neçə nəfər və müqərrəblərini götürüb, qalanlarını dala qaytarıb üzünü Rusiyaya tərəf çevirdi. Ə.Haqverdiyev.
…Gecə-gündüz [yasavul] qulluğun dərdini çəkir, buna görə də özünü kovxanın canbir qəlb müqərrəbi göstərirdi. S.Rəhimov.

MÜQƏLLİDLİK
MÜQƏSSİR

Значение слова в других словарях