Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kauka
Kauka (isp. Cauca) — Kolumbiyanın departamentlərindən biri.
Krunk
Krunk (erm. Կռունկ - durna) — Abxaziyada yaradılan erməni mədəni və xeyriyyə cəmiyyəti. Krunk Suxumi və şərqi Abxaziyada erməni maraqlarını təmsil edən əsas təşkilat idi. == Tarixi == 1989-cu ildə Krunk hərəkatının fəalları Ermənistana səfər edib və Ermənistan dini lideri katolikos I Vazgen tərəfindən qəbul edilib. Siyasi partiyalar Erməni İnqilabi Federasiyası (Daşnaksütun) ilə əlaqələri yaradıb, öz növbəsində Daşnaksütun də strukturlarını qurmaq üçün Krunka dəstək verib. Məhz bundan sonra Krunk yaradılıb. 1990-cı il yanvarın 27-də təşkilat ilk təsis qurultayını keçirib. 1991-ci il fevralın 21-də Krunk Soyuz ictimai-siyasi təşkilatlar blokunun qurucu üzvü idi. 2004-cü il 15 apreldə, Krunk Ermənistan Mədəniyyət Mərkəzi və Maştots cəmiyyəti ilə birləşib, Abxaziya erməni cəmiyyətini yaratmışdır. Abxaziyada Krunk erməni mədəni və xeyriyyə cəmiyyəti kimi sosial, hüquqi və digər ictimai sahələrdə erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırırdı.
Jozef Kruskal
Josef Bernard Kruskal (29 yanvar 1928, Nyu-York, Nyu-York ştatı – 19 sentyabr 2010) amerikalı riyaziyyatçı, statistika mütəxəssisi, kompüter üzrə alim və psixometrik. O, Çikaqo Universitetində və Prinston Universitetində təhsil almış. 1954-cü ildə Prinston Universitetində formal olaraq Albert V.Tuker və Roger Lindonun rəhbərliyi altında, de fakto olaraq Paul Erdosun rəhbərliyi altında "Fəlsəfə doktoru" (Ph.D) dərəcəsi almışdır. Kruskal well-quasi-orderings və çoxölçülü miqyas üzərində işləyib. O, Amerika Statistika Assosiasiyasının Dostu, Psixometriya Cəmiyyətinin sabiq prezidenti və Şimali Amerika Klasifikasiya Cəmiyyətinin sabiq prezidenti olub. == Elmi töhfələri == Statistika sahəsində Kruskalın ən önəmli fəaliyyəti çoxölçülü miqyaslamanın formullaşdırılmasına verdiyi töhfələrdir. == Həyatı == Kruskal Nyuyork şəhərində anadan olub. Anası Lillian Roz Vorhauz Kruskal televiziyanın yarandığı ilk vaxtlarda tanınmış Oriqami himayədarı olmuşdur.
Leon Kruaza
Leon Kruaza (isp. León Croizat Chaley, 16 iyul 1894, Turin – 30 noyabr 1982, Koro[d]) — İtaliya və Venesuela botaniki, biocoğrafiyaşünas. 1941–1946-cı illərdə İtaliyadan əvvəlcə ABŞ-yə, daha sonra Venesuelaya immiqrasiya etmiş və burada Karakasda botanika bağı təşkil edərək, onun direktoru olmuşdur. 1947-ci ildə Venesuela Mərkəzi Universitetində aqronom fakültəsində işləyib. 1951-ci ildə And Universitetinin botanika və ekologiya sahəsində professoru. 1951–1952-ci illərdə Orinoko çayı hövzəsi istiqamətində təbii sərvətlərin öyrənməsi məqsədilə təşkil olunmuş Fransa-Venesuela ekspedisiyasının tərkibində botanik kimi iştirak edib. "Venesuela Şərəf Ordeni" və "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin kavaleridir. == Elmi işləri == Croizat L. Panbiogeography, 1952 (издано на собственные средства автора) (ing.) Croizat L. Manual of phytogeography; or, An account of plant-dispersal throughout the world. – The Hague: W. Junk, 1952 (ing.) Croizat L. Panbiogeography; or An introductory synthesis of zoogeography, phytogeography and geology; with notes on evolution, systematics, ecology, anthropology, etc. – Caracas, Venezuela: Publ.
Drujba (kinoteatr)
"Dostluq" və ya sovet dövründəki adı ilə "Drujba" kinoteatrı – Bakının Nəsimi rayonunda yerləşən fəaliyyətsiz kinoteatr binası. == Tarixi == Kinoteatr binası 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilmişdir. 2010-cu illərə qədər kinoteatrda kino nümayişinə davam edilmişdir. 2017-ci ildə tikili özəlləşdirilmişdir. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuşdur. === Sökülməsi === 2021 və 2024-cü illərdə kinoteatrın sökülməsi və yerində çoxmərtəbəli binanın tikiləcəyi barədə şayiələr yayılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi belə bir planın olmadığını, sadəcə təmir işlərinin aparıldığını açıqlamışdır. == Xüsusiyyətlər == Kinoteatr stalinist memarlıq üslubundadır. Baxımsız qaldığı üçün dam və fasad örtüyündə dağıntılar var, qəzalı vəziyyətdədir.
Ernst Ruska
Ernst Ruska (alm. Ernst August Friedrich Ruska;‎ 25 dekabr 1906[…], Heydelberq, Almaniya imperiyası – 27 may 1988[…], Qərbi Berlin, Almaniya Federativ Respublikası) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik. == Həyatı == Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi. 1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi. 1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı.
Kauka çayı
Kauka (isp. Río Cauca) — Kolumbiya ərazisindən axan çay. Uzunluğu 1130 km təkil edir, hövzəsinin sahəsi 80 000 km²-dir. Maqdalena çayının sol qoludur. == Coğrafiya == Öz başlanğıcını And dağlarından götürür və şimala paralel olaraq Qərbi Kordilyer ilə Mərkəzi Kordilyer silsilələri arasında yerləşən dərədən axır. Orta axarlara qədər astana və şəlalələr müşahidə edilir. Orta axarda axın sürəti 2 000 m³/s təkil edir. Kalidən Kartaqoya və Antokiidən mənsəbə qədər naviqasiyaya yaralıdır.
Krunk PUA
Krunk (tərcümədə Leylək) - Ermənistanda istehsal olunan pilotsuz uçuş aparatı. Ermənistanda ilk dəfə PUA layihəsinin həyata keçirilməsinə 2006-cı ildə başlanıb, daha sonra isə layihə A.Hamperyants adına Hərbi Aviasiya Universitetində davam etdirilib. 2009-cu ildə Ermənistan Silahlı Qüvvələri ilk “Krunk” tipli PUA-ları silahlanmaya qəbul edib. Ermənistan Silahlı Qüvvələri nisbətən böyük “Azniv”, “Krunk-25-1” və “Krunk-25-2” PUA-larına da sahibdir. “Krunk” ailəsi 3 modeldə istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Bəzi mənbələrin məlumatına görə Krunk PUA-ları Serbiya ilə müştərək istehsal olunur. == Tarixi == Krunk PUA 2011-ci ildən istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında 1986-cı ildən bəri istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Onların Rusiyanın əlinə keçməsi tarixi təxminən 1990-cı ildə baş verib.
Yuray Kuçka
Yuray Kuçka (26 fevral 1987, Boynitse[d]) — Türkiyə Super Liqası təmsilçilərindən olan Trabzonspor klubunda çıxış edən slovakiyalı peşəkar futbolçu. Kuçka əsasən yarımmüdafiəçi mövqeyində çıxış edir. 33 yaşlı futbolçu peşəkar karyerasına Slovakiyanın "Podbrezova" klubunda başlayıb, daha sonra "Rujomberok", Çexiyanın "Sparta Praqa", İtaliyanın "Cenoa" və "Milan" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu Türkiyənin "Trabzonspor" klubuna transfer olunub. Slovakiya milli komandasıyla 54 oyuna çıxan Kuçka, 6 qolla yadda qalıb.
Drujba neft kəməri
Drujba neft kəməri — Dünyadakı magistral neft boru kəmərləri sistemindəki ən böyüyüdür. 1960-cı illərdə SSRİ "Lengazspetsstroy" müəssisəsi tərəfindən Volqa-Ural neft və qaz bölgəsindən neftin Qarşılıqlı İqtisadi Yardım Şurasının sosialist ölkələrinə çatdırılması üçün qurulmuşdur: Macarıstan, Çexoslovakiya, Polşa və Şərqi Avropada yerləşən Almaniya Demokratik Respublikası. Boru kəməri marşrutu Samaradan Bryanska, oradan Mozira qədər uzanır, sonra iki hissəyə bölünür: şimal (Belarus, Polşa, Almaniya, Latviya və Litva ərazisi boyunca) və cənub (Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiya ərazisi boyunca). Sistemə 8900 km boru kəməri (bunun 3900 km-i Rusiyada), 46 nasos stansiyası, 38 aralıq nasos stansiyası daxildir. Ümumilikdə neft kəməri və anbar təsərrüfatlarında 1,5 milyon m³ neft vardır. Hər il "uzaq xaric" ölkələrinə 66,5 milyon ton , o cümlədən şimal budağı ilə 49,8 milyon ton ixrac olunur. Boru kəmərini Rusiyanın "Transneft" (daha doğrusu, "Transneft Drujba" ASC-nin strukturu)və Slovakiyanın "Transpetrol" şirkəti tərəfindən idarə olunur. Transneft Drujba ASC, həmçinin Baltik dənizindəki Rusiya dəniz limanları ilə Drujbanı birləşdirən Baltik Nəqliyyat Sistemi-II üzrədə fəaliyyət göstərir. 9 fevral 2012-ci ildə Oleg Valentinoviç Bogomolov "Transneft Drujba" ASC-nin baş direktoru təyin edilmişdir. == Tarixi == Boru kəmərinin inşasına 10 dekabr 1960-cı ildə başlanıldı, Əlmət inşaatın başlanğıc nöqtəsi oldu.
FK Kruoja Pakruojis
Kruoya Pakruoyis FK (FK Kruoja Pakruojis) — Litvanın Pakruoyis şəhərini təmsil edən futbol klubudur. Litvanın A Liqasında mübarizə aparır. Bu klub 2009-cu ildə A Liqasında 8-ci yeri tutaraq B Liqasında mübarizə aparmağa başlamışdır. A Liqasına yenidən qayıtmaq üçün əvvəlcə Kaunas FBK klubuna, sonra isə Atlantas Klaypeda FK klubuna qalib gəldilər. 2015-ci ildə Kruoja yenidən A Liqasına geri döndü.
Kruoya Pakruoyis FK
Kruoya Pakruoyis FK (FK Kruoja Pakruojis) — Litvanın Pakruoyis şəhərini təmsil edən futbol klubudur. Litvanın A Liqasında mübarizə aparır. Bu klub 2009-cu ildə A Liqasında 8-ci yeri tutaraq B Liqasında mübarizə aparmağa başlamışdır. A Liqasına yenidən qayıtmaq üçün əvvəlcə Kaunas FBK klubuna, sonra isə Atlantas Klaypeda FK klubuna qalib gəldilər. 2015-ci ildə Kruoja yenidən A Liqasına geri döndü.
Valye Del Kauka
Valye Del Kauka (isp. Valle del Cauca) — ölkənin qərb hissəsində yerləşən Kolumbiya departamenti. İnzibati mətrkəzi Kali şəhəridir.
Bir rumka daha
Bir rumka daha (dan. Druk, ing. Another Round) — danimarkalı rejissor Tomas Vinterberqin 2020-ci ildə ekranlara çıxan filmi. == Süjet == Qırx yaşlarında olan dörd məktəb müəllimi hər gün bir az spirtli içki içməyin onları daha yaradıcı edə biləcəyi fikrini sınaqdan keçirməyə qərar verir. Bununla belə, çox içirlər və hər şey öz axarından çıxır.
Tomas Metyu Kruks
ABŞ-nin 45-ci prezidenti və 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler yaxınlığındakı seçki kampaniyası zamanı sui-qəsdə məruz qalıb. Tramp sağ qulağının yuxarı hissəsindən güllə yarası alıb. Sui-qəsdçi 20 yaşlı Tomas Metyu Kruks olub. Hüquq-mühafizə orqanlarının işçiləri və şahidlərin dediyinə görə, Kruks AR-15 tipli yarı avtomatik tüfəngdən istifadə edərək mitinq yerinin kənarındakı damdan atəş açıb, Gizli Xidmətin Qarşı Hücum Komandasının snayperi tərəfindən öldürülməzdən əvvəl 8 güllə atıb. == Zərərçəkənlər == Trampdan başqa daha 3 nəfər güllə yarası alıb və onlardan biri ölüb. Pensilvaniya ştatının Sarver şəhərindən olan 50 yaşlı Korey Komperator hadisə nəticəsində ölüb. Ailəsinin və Pensilvaniya qubernatoru Coş Şapironun dediyinə görə, o, həyat yoldaşını və qızlarını atəşdən qoruyarkən güllə ona tuş gəlib. Sui-qəsdi törədən Tomas Metyu Kruks isə hadisə yerindəcə zərərsizləşdirilib.
Kruk (Vayominq)
Kruk rayonu (ing. Crook County) -Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 5 887 nəfər olmuşdur. 2005-ci ildə əhalinin sayı 6 182 nəfərə çatmışdır. Rayonun paytaxtı Sandens şəhəridir.
Ruka Norimatsu
Ruka Norimatsu (d. 30 yanvar 1996) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kruna (Nevena Bojoviç mahnısı)
Kruna (azərb. Tac‎) — Serbiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Nevena Bojoviç "Kruna" mahnısı ilə Serbiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri Bojoviçə aiddir.
Krka Milli Parkı
Krka Milli Parkı (xorv. Nacionalni park Krka) — adını onu əhatə edən Krka çayından alan Xorvatiya milli parkı. Milli park Krka çayını aşağı axacağında, mərkəzi Dalmatiyada, Şibenik-Knin qraflığında, Milyevki bölgəsində yerləşir. Şibenik şəhərinin sadəcə bir neçə kilometr şimal-şərqindədir. Milli park Krka çayını qorumaq üçün qurulmuş və elmi, mədəni, təhsil, turizm fəaliyyətləri üçün nəzərdə tutulmuşdur. Xorvatiyanın 7-ci milli parkıdır və 1985-ci ildə milli park elan edilmişdir. == Coğrafiya == Milli park tamamilə Şibenik-Knin qraflığında yerləşir və Krka çayı boyunca 109 km2 sahəni əhatə edir: Knindən Skradinə qədər 2 km çay axını boyunca və Çikola çayının aşağı hissəsi. Krka Milli Parkı təbiətin dəyişdirilməyən geniş regionlarından biridir və bir çox cüzi dəyişdirilmiş ekosistemlərə sahibdir. == Ətraf mühit == === Flora === Krka Milli Parkı Cənubi Avropa regionuna daxildir. (Aralıq dənizi iqlimi) Yerləşmə mövqeyinə və müxtəlif tip ekosistemlərin yayılmasına görə ərazi zəngin flora və faunaya sahibdir.
Sent-Krua (Averon)
Sent-Krua (fr. Sainte-Croix, oks. Santa Crotz) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnyov kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12217. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 50 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 719 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 434 nəfər (15-64 yaş) arasında 330 nəfər iqtisadi fəal, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.0%, 1999-cu ildə 71.2%).
Sent-Krua (En)
Sent-Krua (fr. Sainte-Croix) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monlyuel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01342. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 534 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 364 nəfər (15-64 yaş arasında) 292 nəfər iqtisadi cəhətdən, 72 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80,2%, 1999-cu ildə 80.4%). 292 fəal sakindən 280 nəfəri (150 kişi və 130 qadın), 12 nəfəri işsizdir (4 kişi və 8 qadın).
La Krua-syur-Rudul
La Krua-syur-Rudul (fr. La Croix-sur-Roudoule) — Fransanın cənub-şərqində yerləşən kommuna, Provans-Alp-Kot-d'Azur regionu, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi və Vans kantonuna aiddir. 2015-ci ilin mart ayına qədər kommuna inzibati olaraq ləğv edilmiş Pyuje-Tenye (Nits dairəsi) kantonunun bir hissəsi idi. Kommunanın sahəsi 30,06 km²-dır, əhalisi 94 nəfər (2012) sabitləşmə meyli ilə 86 nəfərdir (2006), əhalinin sıxlığı 3,1 nəfər / km²-dır. == Əhalisi == Kommunanın əhalisi 2011-ci ildə 91 nəfər idi, 2012-ci ildə isə 94 nəfər.Əhali sayı dinamikası: == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 47 nəfərdən (15-64 yaş arasında) 30 nəfəri iqtisadi cəhətdən fəal, 17 nəfər fəaliyyətsiz idi (fəaliyyət göstəricisi 63.8%, 1999-cu ildə 56.4% idi). 30 fəal əmək qabiliyyətli sakindən 27 nəfər (14 kişi və 13 qadın) işləyir, 3 nəfər işsizdir (1 kişi və 2 qadın).
Sent-Krua-a-Loz
Sent-Krua-а-Loz (fr. Sainte-Croix-à-Lauze, oks. Santa Crotz d'Alausa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04175. 2008-ci ildə əhalinin sayı 82 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Sent-Krua-dyu-Verdon
Sent-Krua-dü-Verdon (fr. Sainte-Croix-du-Verdon, oks. Santa Crotz de Verdon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Ryez kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04176. 2008-ci ildə əhalinin sayı 132 nəfər təşkil edirdi. 2007-ci ildə 87 yaşda (15-64 yaş arasında) 67 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 77.0%, 1999-cu ildə 67.6%). Fəal 67 nəfərdən 62 nəfəri (34 kişi və 28 qadın), 5 qadın işsiz idi.
Sent-Krua-dü-Verdon
Sent-Krua-dü-Verdon (fr. Sainte-Croix-du-Verdon, oks. Santa Crotz de Verdon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Ryez kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04176. 2008-ci ildə əhalinin sayı 132 nəfər təşkil edirdi. 2007-ci ildə 87 yaşda (15-64 yaş arasında) 67 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 77.0%, 1999-cu ildə 67.6%). Fəal 67 nəfərdən 62 nəfəri (34 kişi və 28 qadın), 5 qadın işsiz idi.