Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kafir
Kafir (ərəbcə كافر – örtən) – Küfr imanın əksidir. Kafir sözünün lüğəti mənası örtən deməkdir. Bu səbəbdən də buğdanı torpağa basdıran əkinçiyə də kafir (küfr edən) deyilir.Küfr 3 cürdür: cəhli, cuhudi, cəlali . Küfrdə inad edənlər öz imanlarını itirirlər. Qurani-Kərimdə haqqı bilə-bilə onu inkar edənlər kafirlər haqqında deyilir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.
Kafur ağacı
Kafur ağacı (lat. Cinnamomum camphora) - darçın ağacı cinsinə aid bitki növü. Kamfora ağacı dəfnəkimilər (Lauraceae) fəsiləsinin darçın (cin-namomum) cinsinə daxil olan həmişəyaşıl ağacdır. Kamfora sözü ərəbcə كافور(kafur) sözünün Avropa dillərinə keçmiş və bu şəkildə yayılmış formasıdır. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları - Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı.
Kafur darçını
Kafur ağacı (lat. Cinnamomum camphora) - darçın ağacı cinsinə aid bitki növü. Kamfora ağacı dəfnəkimilər (Lauraceae) fəsiləsinin darçın (cin-namomum) cinsinə daxil olan həmişəyaşıl ağacdır. Kamfora sözü ərəbcə كافور(kafur) sözünün Avropa dillərinə keçmiş və bu şəkildə yayılmış formasıdır. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları - Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı.
Kafir Günbəd Türbəsi
Kafir Günbəd Türbəsi – İranda, Qəzvinin Niyaq kəndi yaxınlığında yerləşən və inşa tarixi XII – XIII əsrlərə aid edilən türbə. Türbə ümumilikdə səkkizbucaqlı quruluşa malikdir. Türbənin tinləri bayır tərəfdə qabarıq olub üzləri yelən kimi dövrələyir. İçəridə isə hər üzdə sivri tağça qurulmuşdur. Tağçaların üst əyri hissəsi ümumi səthdən bir az irəli çıxmışdır. Onların arasındakı tromplar günbəz oturacağının çevrəsinə keçidi təmin edir. İç məkan sferokonik günbəzlə örtülü olmuşdur. Qalıqlara əsasən araşdırmaçılar Kafir Günbəd türbəsinin səkkizüzlü piramida biçimli günbəzlə örtüldüyü qənaətindədirlər. Kafir Günbəd türbəsinin iç və dış səthlərində bəzək izləri qalmamışdır. Bu abidəni Azərbaycanın digər səkkizüzlü türbələrindən fərqləndirən bir cəhət də onun üzlərində dünyanın dörd yönünə açılan qapı gözlərinin olmasıdır.
Kafir Qala döyüşü
Kafir Qala döyüşü — Herat yürüşünün nəticəsini müəyyən edən toqquşmalar seriyasıdır. Bəzi xüsusiyyətlərinə görə Sanqan döyüşünə bənzəyən Kafir Qala döyüşü Abdali əfqanlarla Nadir xanın rəhbərlik etdiyi Səfəvi ordusu arasında baş tutmuş və Səfəvi ordusunun qələbəsi ilə nəticələnmişdir. == Arxa plan == Nadir xanın bundan əvvəlki yürüşü Sanqanın yağmalanması və Abdali əfqanlar üzərində taktiki qələbə ilə nəticələnmişdi. Lakin Nadir xan bu yürüşündə heç bir yeni ərazi əldə edə bilməmiş və kiçik qələbədən sonra Məşhədə geri dönməyə məcbur olmuşdu. Onun planlarını pozan Səfəvi şahı II Təhmasib olmuşdu. Beləki II Təhmasib onu xain elan etmiş və bu Nadiri geri dönməyə məcbur etmişdi. Geri dönüb şah üzərində qələbə qazanan və onu özündən asılı vəziyyətə salan Nadir, bütün daxili problemləri həll etdikdən sonra çoxdan gözlənilən Herat yürüşünə başladı. == Döyüş == === İlk toqquşmalar === "Tarix-e Cahanqoşa-ye Naderi"də olan məlumata görə, Nadir qoşunu ilə 1729-cu ilin Novruz bayramından 46 gün sonra Abdali əfqanları ilə döyüşə yola düşdü. Kafir qala ətrafında düşərgə salandan sonra Niyazqulu bəy Qacarın rəhbərliyi altında 500 nəfərdən ibarət qarovul dəstəsi yaratdı və qoşunun mühafizəsini bu dəstəyə tapşırdı.Nadir yürüşünə cavab vermək üçün Abdali əfqanların rəhbəri olan Allahyar xan Heratın 80 km qərbində olan Kafir Qala adlanan yerdə onu qarşıladı. O, Səfəvi ordusunu xətt boyunca düzülmüş, hər bir tərəfinə səhra topları və tüfəngçilərlə əhatələnmiş şəkildə gördü.
Vəzili kafur ağacı
== Təbii yayılması == Cənubi-Şərqi Asiya, Hindistan, Çin və Şərqi Tibetdə bitir. == Botaniki təsviri == 50 m və daha çox hündürlüyə qalxan, çadırvari çətirə malik, həmişəyaşıl ağacdır. Qabığı tünd-boz rəngdə olub, çatlıdır. Cavan zoğları yaşıldır. Yarpaqları tərs- yumurtavari, 9-12 sm uzunluqda, 5-7 sm enində, ucu sivriləşən, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıl olub, lələkvari damarlıdır. Yarpağın yan damarlarında alt tərəfdən vəziləri vardır. Yarpaq saplağı 2,5 sm uzunluqdadır. Çiçəkləri qısa saplaqlı, çiçəkyanlığı sarımtıl, 5-6 mm enində olub, 6 bölümlüdür. Erkəkcikləri 9 ədəd olub, üç cərgədə dairə şəklində yerləşmişdir. Yumurtalığı çılpaq, bir yuvalı olub, bir meyvə yarpağına malikdir.
Di'Kuar
Di'Kuar (ing. D'Qar) — "Ulduz müharibələri" kainatında uydurma planet. Di'Kuar qalaktikanın ucqar nöqtələrində yerləşir, nisbətən Nabuya yaxındır. Bu, əsas kosmik marşrutlardan uzaqda yerləşən və geniş halqa ilə əhatə olunmuş, az tanınan bir planetdir. Yamyaşıl, cəngəlliklərlə örtülü səthində sayıqlı canlılar yoxdur, lakin burada müxtəlif növ quşlar və həşəratlar, eləcə də bitkilər yaşayır. Meşəlikdən əlavə, Di'Kuarın səthində düzənliklər və dağlar da var. Mürəkkəb ekosistemə və təhlükəli yırtıcılara ev sahibliyi etməsinə baxmayaraq, planet rahat mülayim iqlimə malikdir.Di'Kuar planeti ilk dəfə "Empire" jurnalında, 26 noyabr 2015-ci ildə nümayiş olunmuşdur. Bundan sonra, planet "Gücün oyanması" (2015) filmində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == D'Qar — Vukipediya saytında.
Kafr qartalı
Afrika qara qartalı (lat. Aquila verreauxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Afrikada yaşayır. Növün latınca adı fransız botaniki və ornitoloqu Jül-Pyer Verronun şərəfinə adlandırılmışdır. == Arealı == Arealı Afrikada - Çad və Keniya Samburu Parkının cənubunda Finboş və Əjdaha dağları əraziləridir.
Konfor
Konfor (fr. Confort) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01114. == Coğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 90 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 50 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 525 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 301 nəfər arasında 234 nəfər iqtisadi cəhətdən aktiv, 67 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 77,7, 1999-cu ildə 76,2% idi). 234 aktiv sakindən 211 nəfər işləyirdi (112 kişi və 99 qadın), 23 işsiz (10 kişi və 13 qadın) var.
Kumbor
Kumbor — Monteneqroda kiçik şəhər. 2003-cü il əhalinin siyahıya alınmasına əsasən, şəhərdə 1067 nəfərə yaxın əhali yaşayır. Onlardan 47,89% serb, 31,30% xorvat və 3,56% -i monteneqroludur.
Kursor
Kursor (lat. cursor) - displey ekranında klaviaturadan daxil edilən növbəti işarənin əks etdiriləcəyi mövqeyi göstərən işıqlanan simvol.Kursor mətn kursoru və maus kursoru fərqləndirilir. Mətn kursoru ekranda sayrışan simvoldur (adətən şaquli xətt). Bu simvol ekrana növbəti simvolun daxil ediləcəyi yeri göstərir. Maus kursoru mausun ekranda hərəkətini və onun köməyi ilə aparılan əməliyyatları əks etdirən qrafik nişandır (çox vaxt ox şəklində olur). == Növləri == Blokşəkilli kursor – ekranda piksellə ölçülən eni və hündürlüyü mətn rejimində olan simvol oyuğunun ölçülərinə uyğun gələn kursor. Mətn emalı proqramlarında istifadə olunur. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Numfor adası
Numfor adası (ind. Pulau Biak) — Biak adalarına daxil olan ada. İnzibati baxımından İndoneziyanın Papua vilayətinə daxildir. Ada Yeni Qvineyada yerləşən Çendravasix yarımadasından 50 km şərqdə, Biak adasından qərbdə, Çendravasix körfəzinin daxilində yerləşir. Adanın sahəsi 335,1 km²; sahil xətdinin uzunluğu 95,5 kmr.-dir. Uzunluğu 26 km, eni 19 km-dir. Maksimal hündürlüyü 204 metrdir. Cənub-şərq hissəsi istisna olmaqla ətrafı riflə əhatələnmişdir. Adanın daxili rayonları meşə ilə örtülüdür 2010-cu il məlumatına görə adada 9336 nəfər yaşayır.
KFOR
KFOR (ing. Kosovo Force) və ya digər adı ilə Kosovo Qüvvələri — NATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələr.KFOR 11 iyun 1999-cu ildə, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin qəbul edilməsindən iki gün sonra Kosovoya daxil oldu. Həmin vaxt Kosovo ərazisində Serbiya və Monteneqro qoşunları ilə Kosovo Azadlıq Ordusu arasında baş verən gündəlik toqquşmalar nəticəsində ağır humanitar böhran baş vermişdi. Bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşmüşdü.Hal-hazırda KFOR tədricən öz məsuliyyətini Kosovo Polisi başda olmaqla yerli təhlükəsizlik orqanlarına ötürür. 23 may 2016-cı ilə olan məlumata görə KFOR sülhməramlı qoşunlarının tərkibində 4600 nəfər hərbçi xidmət edir. == Məqsədləri == Burada NATO-nun ilkin vəzifələri aşağıdakılardan ibarət idi: Yuqoslav və serb qoşunları tərəfindən Kosovoya qarşı baş verə biləcək istənilən təhdidin qarşısını almaq; Kosovoda təhlükəsiz şərait yaratmaq və onu qoruyub saxlamaq; Kosovo Azadlıq Ordusunu hərbsizləşdirmək; Beynəlxalq humanitar yardıma dəstək vermək; Beynəlxalq mülki iştirakı koordinasiya etmək və dəstəkləmək.Hal-hazırda isə KFOR etnik mənsubiyyətindən asılı olmayaraq bütün mülki vətəndaşların təhlükəsizlik və sülh şəraitində yaşamağına dəstək olmaqla bərabər, beynəlxalq yardım, demokratiya və vətəndaş cəmiyyətinin tədricən inkişaf etməsinə kömək edir. KFOR-un əsas tapşırıqları aşağıdakı kimidir: Müharibə nəticəsində öz yaşayış yerini tərk edən əhalinin geri qayıtmasına kömək etmək; Yenidən qurma və minasızlaşdırma fəaliyyətinin təşkili; Tibbi yardım; Təhlükəsizlik və ictimai asayişi təmin etmək; Etnik azlıqlar arasında təhlükəsizliyi təşkil etmək; Sərhəd təhlükəsizliyi; Sərhəd keçməklə silah qaçaqçılığına qarşı mübarizə aparmaq; Bütün Kosovo ərazisində silahların, mərmilərin və partlayıcı maddələrin amnistiyası proqramının tətbiqi; Silahların məhv edilməsi; Mülki institutların, hüquq-mühafizə, konstitusiya və cəza sistemi, həmçinin siyasi, iqtisadi və sosial həyatın müxtəlif aspektlərinin yaradılmasına dəstək göstərmək.KFOR sülhməramlı qoşunları Kosovonun statusu məsələsi tam şəkildə həll olunana qədər fəaliyyət göstərməyə davam edəcək.
Küfr
Küfr (ərəb. الكفر‎) — Qurani-Kərim və hədislərdə çox geniş yer verilmiş terminlərdən biri də küfr kəlməsidir. Bu termin Allahı (c.c.) və Rəsulu Muhəmməd sallallahu əleyhi və səlləmin gətirdiyi şəriətinə inanmamaq və ya şəriətdə hər hansı bir şeyi inkar etməkdir. İslam alimlərinin imanın mahiyyəti haqqında irəli sürdükləri fərqli görüşlərindən dolayı küfrün də mahiyyəti haqqında da fərqli görüşlər ortaya qoyublar. Küfür lüğətdə örtmək, gizləmək, nankorluq etmək kimi mənaları ifadə edir. == Termin mənası == Hz. Peyğəmbəri Allahdan gətirdiyi şeylərdə yalanlayıb, təvatur yolu ilə bizə gəlib çatan dinin əsaslarından birini və ya bir neçəsini inkar etmək deməkdir. Qurani-Kərimdə k-f-r kökündən yaranan küfür kəlməsi qırx bir dəfə amma bu kökdən olan feil və ismlər bir çox ayələrdə istifadə olunmuşdur. Həmçinin Quranda “ cəhd (bilərək inkar etmək), işraq (şərik qoşmaq) və təkzib (yalançı qəbul etmək)” kəlmələridə küfr mənasında istifadə olunmuşdur. Bunlardan əlavə “Tuğyan (həddi aşmaq), zülm (haqsızlıq etmək), ism ( günah işləmək) və fisq (haq yoldan ayrılmaq) kəlmələrinə də küfr və inanmayanları bildirmək üçün yer verilmişdir.
Kuffo departamenti
Kuffo departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Kuffo departamentinin ərazisi 2 404 km2-dır. Kuffo departamentinə 6 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Kuffo departamentinin əhalisi 742 895 nəfərdir.
Kaor (rayon)
Ayaçço (fr. Cahors) — Fransanın Cənubi Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Lo. Suprefektura — Kaor. Rayon əhalisi 2006-cı ildə 73 790 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 34 nəf / km². Rayon sahəsi — 2179 km².