Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lələkli (Qoşaçay)
Lələkli (fars. للكلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,397 nəfər yaşayır (318 ailə).
Lələkli stafula
Tüklüquyruqlu mirikariya (lat. Myricaria alopecuroides) == Təbii yayılması == Şərqi Avropa, Orta Asiya, Monqoliya, Himalay, Pamir və Altay ərazilərində bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək, alçaq, şaxələnmiş, düz dayanan, az budaqlı koldur. Ətli gözəl zoğları göyümtül - yaşıl, zərif, çox xırda, sıx oturaq. növbəli yerləşmiş, ətli pulcuqvari görnüşlü yarpaqlarla örtülmüşdür. Maydan avqustadək çiçəkləyir. Xırda, zəif, çəhrayı çoxsaylı- ucda yığılmış sıx çiçəkləri sünbülvari və ya sallaq çiçək qrupları əmələ gətirir. Çiçəkləmə prosesində çiçək qrupları 3-5 dəfə uzanaraq 30-40 sm-ə çatır. Meyvələri eyni vaxtda yetişmir. Oktyabrda meyvələrin qutucuqları yetişdikdə açılır və zoğların ucunda yerləşən tükcüklər dəstəsi ―tülkü quyruqlarına‖ bənzəyir.
Lələkli fitçalan ördək
Lələkli fitçalan ördək (lat. Dendrocygna eytoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Təzəkənd-i Lələkli (Qoşaçay)
Təzəkənd-i Lələkli (fars. ‎تازه كندللكلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 518 nəfər yaşayır (114 ailə).
Kürəkli
Kürəkli (Karbi) — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində məzrə adı
Mələkli
Mələkli — İğdır ilinin İğdır ilçəsində belde. == Coğrafyası == Bələdiyyənin qüzeyində Evci, Tacirli və Özdəmir; şərqində Qaraqoyunlu və Göyçəli; qərbində Ağyumaq və İğdır; güneyində isə Aşağıərhacı yer alır.
Pələkli
Pələkli — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, kənd vaxtilə çoxlu pələng olan və buna görə də Pələngli adlanan binə yerində salın­dığı üçün belə adlandırılmışdır. Oykonimi XIX əsrdə Qazax qəzasında yaşamış quşçu icmasının pələkli tirəsinin adı ilə də əlaqə­ləndirirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın sahilində, Şah­dağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Həsən Ayvazov Cəlil oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Aqil Əliyev Faiq oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Vaqif Rəhimov adına Pələkli kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Lələli
Lələli — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Lələli kəndində milli tərkibi muğallardan ibarət 105 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 231 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 128 təsərrüfatda hər iki cinsdən toplam 492 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Kənd Qanıxçayın sahilində yerləşir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi burada ilk dəfə məskən salmış lələli nəslinin adım daşıyır. Güman etmək olar ki, bu oykonim ərazidəki Lələpaşa kəndinin adı ilə bir mənbədəndir. Torpaqqalanın yaxınlığında olan bu kəndin adı XVIII əsrin birinci yarısına aid tarixi hadisələrlə bağlı mənbələrdə qeyd olunmuşdur.
Ələkli
Ələkli (əvvəlki adı: Əlikli) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindəki Əlikli kəndi Ələkli kəndi adlandırılmışdır.
Laləli
Laləli (Duzluca) — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Laləli-i Torab (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Giləkli (Qürvə)
Giləkli (fars. گيلكلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 442 nəfər yaşayır (101 ailə). Əhalisini kürdlər təşkil edir.
Küləklə sovrulanlar
"Küləklə sovrulanlar" — amerikan yazıçısı Marqaret Mitçellin məşhur romanı. 1936-cı ildə dərc olunmuşdur. Pulitser mükafatı almışdır. == Yazıçı haqqında == 1900-cü ildə Atlanta şəhərində anadan olan Marqaret Mitçell həyatı boyu Cənub ideyalarını dəstəkləyən yazıçı kimi fəaliyyət göstərmişdir. O, Amerika Vətəndaş müharibəsi və Yenidənqurma zamanı çətinliklərlə qarşı-qarşıya qalan İrlandiya və Amerika əsilli nənəsinin hekayələrinə qulaq asaraq böyümüşdür. Onun güclü və intellektual anası qadınların səs vermək hüququ üçün mübarizə edən bir suffqarist idi. == Yazılma tarixi və nəşri == Əsərdəki hadisələr Amerika Vətəndaş Müharibəsi və Amerika Birləşmiş Ştatlarının yenidən qurulduğu bir dövrdə Corciya ştatının Kleyton əyalətində və Atlanta şəhərində cərəyan edir. Bitki plantasiyası sahibinin qızı olan gənc Skarlet Oharanın Şermanın dağıdıcı "Dənizə yürüşündən" sonra səfalətdən çıxmaq üçün hər cür vasitədən istifadə etməli olan mübarizələrindən bəhs edilir. Bu tarixi roman bildunqsroman janrında yazılmışdır və adı Ernest Dausonun bir şeirindən götürülmüşdür."Küləklə sovrulanlar" əsəri Amerika oxucuları arasında ilk nəşr olunduğu zamanda məşhur oldu və 1936 və 1937-ci illərdə Amerikanın ən yaxşı bədii bestselleriydi. 2014-ci ildəaparılan bir Harris sorğusunda onu, İncildən sonra Amerikanın oxucularının ikinci sevilən kitabı olaraq seçildi.
Ləçəkli printer
Ləçəkli printer (ing. daisy-wheel printer, rus. лепестковый принтер), türk. papatya çarklı yazıcı) – çap hissəsi "qızçiçəyi" şəklində olan printer. Belə printerlərdə boyayıcı və ya qrafit lentdən istifadə edildiyindən, çap olunmuş hərflər aydın və azca qabarıq alınır, həm də simvollar yazı makinasında çap olunmuş kimi görsənir. Lazer printerlərinin geniş istifadəsinədək ləçəkli printerlər yüksək keyfiyyətli çap almaq üçün əsas vasitə olub. Qızçiçəyi çarxı (ing. daisy wheel, rus. лепестковый литероноситель, türk. papatya çarklı) – ləçəkli printerlərdə istifadə olunan çarxşəkilli çap elementi; liter formalarından ibarətdir və onların hər biri mərkəzi topa bərkidilmiş qolda yerləşirlər; bütün konstruksiya ləçəkli qızçiçəyinə oxşayır.
Mələkli ev
Mələkli ev — Bakı şəhərində, Nigar Rəfibəyli küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli bina. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Haqqında == Bu ev 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə tikilib, tarix binanın kartuşunda döyülüb. Binanın damında cəmi dörd mələk var. İkisi meydana, ikisi isə arxaya, Xaqani bağına tərəf baxır. Keçmiş dövrlərin tədqiqatçıları hesab edirlər ki, mələklər burada "elə belə deyil, bunun mənası var". İki versiya mövcuddur: birinci versiyaya görə, mələkləri Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibətilə qoyublar; ikinci versiyaya görə isə, mələklər Sergey Tumayevin dənizdə batan qohumları Qriqori Tumayev və onun xanımının xatirəsinə həsr olunub. Evin üstünə döyülən hərflər isə heç də rus əlifbasının "ТС" deyil, latın qrafikasının "TG" hərfləridir, yəni Tumayev Grigori. 2000-ci ildə baş verən zəlzələ zamanı mələklərdən birinin başı və çiyninin bir hissəsi qopub düşüb. Hadisə qurbansız ötüşüb.
Yələkli (Qoşaçay)
Yələkli (fars. يلكلو‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (36 ailə).
Kələkli (Duzluca)
Kələkli — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Külüklü kimi qeyd olunur.
Laləli məscidi
Laləli Məscidi (türk. Laleli Camii) — 1760-1763-cü illərdə İstanbulda Osmanlı sultanı III Mustafa tərəfindən inşa edilmişdir. Məscidin adı III Mustafanın vəlisi saydığı Laləli Baba adının bu ibadətxanaya verməsilə bağlıdır. == Tarixi == Məscid kompleksi 1783-cü ildə yanğın zamanı tamam məhv oldu və qısa bir müddətdən sonra yenidən inşa edildi. 1911-ci ildəki yanğın mədrəsəni və məscidin digər bir çox əlavə strukturlarını bərbad etdi. Məscidin hamamı uçmuşdur. Məscidin memarı Mehmet Tahir Ağadır. Ancaq dövrün baş memarı Hacı Əhməd Ağanın da Məscidin inşasında köməyi olmuş ola biləcəyi ehtimal edilir. Məscid adını o zamanlar yaxında olan (1950-ci illərdə yıxılmış) Laləli Baba türbəsindən almışdır. Padşahlar tərəfindən inşa edilmiş son külliyyə olan Laləli Külliyyəsi içində yerləşir.
Lələli (Marneuli)
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Lələli (Sarvan)
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Lələli bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Laləli (Duzluca)
Laləli — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == 1928-ci ildən eyni adı daşıyır.
Laləli saray
Laləli saray bədii serialı rejissor Şahin Qəhrəman tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyasında istehsal edilmişdir. Hadisələr nüfuzu ilə tanınan bir ailənin ətrafında cərəyan edir. Filmdə əsas rolları Şükufə Yusupova, Elşən Rüstəmov, Vaqif Əsədov, Məsumə Babayeva, Firdovsi Atakişiyev, Günel Məmmədova, Sevinc Əliyeva ifa edirlər. == Məzmun == Gizli məhəbbətin doğurduğu fəlakətlər bir ailənin rahatlığını əlindən alır. Hadisələr inanılmaz məcrada davam edir. Şənlik yasa çevrilir, bir faciə digər faciənin yaşanmasına səbəb olur. == Film haqqında == Yazıçı İlqar Fəhminin povesti əsasında çəkilib. Film həftə ərzində dörd dəfə ATV kanalında yayımlanır.
Küləklə sovrulanlar (film)
Küləklə sovrulanlar (ing. Gone With The Wind) — Marqaret Mitçellin 1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyni adlı romanı əsasında, 1939-cu ildə çəkilmiş epik tarixi sevgi filmidir. Film “Selznick International Pictures”dən Devid O. Selznik tərəfindən istehsal edilmiş və Viktor Fleminqin rejissorluğu ilə çəkilmişdir. Hadisələrin XIX əsrdə Şimali Amerikada baş verdiyi filmdə, Corciyada plantasiya sahibinin möhkəm iradəli qızı Skarlett O’Hara, Eşli Uilkes, Melani Hemilton və Ret Batlerin həyatından bəhs olunur. Hadisələr ABŞ Vətəndaş müharibəsi və Cənubda yenidənqurma fonunda baş verir və əhvalatlar ağ dərili cənubluların mövqeyindən danışılır. Filmdə əsas rollar Vivyen Li (Skarlett), Klark Qeybl (Ret), Lesli Hovard (Eşli) və Oliviya de Hevillend (Melani) tərəfindən canlandırılmışdır. Filmin çəkilişləri başlanğıcdan çətinliklərlə üzləşmişdir. Devid O. Sleznikin Klark Qeybli Ret Batler rolu üçün razı salması və iştirak üçün müraciət etmiş 1.400-dən çox qadının Skarlett rolu üçün müsahibədən keçirilməsi məqsədiylə çəkilişlər təxirə salınmışdır. Filmin orijinal ssenarisi Sidney Hovard tərəfindən yazılsa da, lazım olan uzunluğun əldə edilməsi üçün bir neçə dəfə müxtəlif yazıçılar tərəfindən yoxlanmışdır. Əvvəlcə filmin rejissoru Corc Kyukor təyin olsunsa da, çəkilişlərin başlamasından qısa müddət sonra o, istefa vermiş və Viktor Fleminqlə əvəzlənmişdir, lakin, Fleminq də bir müddət mənəvi bitkinlik səbəbiylə çəkilişlərdən uzaqlaşmış və Sem Vudla əvəzlənmişdir.
Lucəli
Lucəli və ya Locanlı — İranın Şimali Xorasan ostanının Şirvan şəhristanının Sərhəd bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 701 nəfər və 174 ailədən ibarət idi.
Quləli
Qul Əli — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi.
Küləklə sovrulanlar (film, 1939)
Küləklə sovrulanlar (ing. Gone With The Wind) — Marqaret Mitçellin 1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyni adlı romanı əsasında, 1939-cu ildə çəkilmiş epik tarixi sevgi filmidir. Film “Selznick International Pictures”dən Devid O. Selznik tərəfindən istehsal edilmiş və Viktor Fleminqin rejissorluğu ilə çəkilmişdir. Hadisələrin XIX əsrdə Şimali Amerikada baş verdiyi filmdə, Corciyada plantasiya sahibinin möhkəm iradəli qızı Skarlett O’Hara, Eşli Uilkes, Melani Hemilton və Ret Batlerin həyatından bəhs olunur. Hadisələr ABŞ Vətəndaş müharibəsi və Cənubda yenidənqurma fonunda baş verir və əhvalatlar ağ dərili cənubluların mövqeyindən danışılır. Filmdə əsas rollar Vivyen Li (Skarlett), Klark Qeybl (Ret), Lesli Hovard (Eşli) və Oliviya de Hevillend (Melani) tərəfindən canlandırılmışdır. Filmin çəkilişləri başlanğıcdan çətinliklərlə üzləşmişdir. Devid O. Sleznikin Klark Qeybli Ret Batler rolu üçün razı salması və iştirak üçün müraciət etmiş 1.400-dən çox qadının Skarlett rolu üçün müsahibədən keçirilməsi məqsədiylə çəkilişlər təxirə salınmışdır. Filmin orijinal ssenarisi Sidney Hovard tərəfindən yazılsa da, lazım olan uzunluğun əldə edilməsi üçün bir neçə dəfə müxtəlif yazıçılar tərəfindən yoxlanmışdır. Əvvəlcə filmin rejissoru Corc Kyukor təyin olsunsa da, çəkilişlərin başlamasından qısa müddət sonra o, istefa vermiş və Viktor Fleminqlə əvəzlənmişdir, lakin, Fleminq də bir müddət mənəvi bitkinlik səbəbiylə çəkilişlərdən uzaqlaşmış və Sem Vudla əvəzlənmişdir.
Lüləaltı qumbaraatan
Lüləaltı qumbaraatan — əl silahına, adətən avtomata quraşdırılmış əlavə bir hissə şəklində hazırlanmış qumbaraatan. == Məqsəd == Lüləaltı qumbaraatan düşmənin canlı qüvvəsini və zirehli maşınlarını məhv etmək üçün istifadə olunur. Xüsusi döyüş sursatları (qumbaraatanların mərmiləri) bunun üçün bir qutuda yerləşdirilən qumbara və hərəkətverici barıtı birləşdirərək istifadə olunur. Atəş üçün bir qumbaraatan hücum tüfənginin lüləsi altına quraşdırılır. Tətiklər və nişangahlar sol əllə atəş açmaq üçün nəzərdə tutulmuşdur (sağ əl ilə maşını əsas atəş idarəetmə tutacağından tutulur).
Jan-Batist Lülli
Jan-Batist Lülli (fr. Jean-Baptiste Lully; 28 noyabr 1632[…], Florensiya – 22 mart 1687[…], Paris) — Fransalı bəstakar.
Avropa uleksi
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir == Botaniki təsviri == Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.
Quləli (Maku)
Quləli (fars. گل عالي‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (38 ailə).
Roni Blekli
Roni Blekli (ing. Ronee Blakley, 24 avqust 1945, Aydaho, ABŞ) — ABŞ aktrisası, rejissoru, prodüseri, ssenaristi və müğənnisidir. == Həyatı == Roni Blekli 1945-ci ildə ABŞ-nin Aydaho şəhərində Don Blekli və Kerolun ailəsində dünyay gəlmişdi. Onun atası mühəndis olmuşdur. Orta təhsili bitirdikdən sonra Stanford Universitetinin Culyard məktəbində təhsil almışdır.Bu məktəbdə mədəniyyət haqqında öyrənmişdir. 1970-ci illərdə bir sıra albomlar çıxarmışdır. 1975-ci ildə çəkilən qara komediya "Neşvill" filminə görə Oskar, Qızıl Qlobus mükafatı, Qremmi mükafatı və BAFTA mükafatına layiq görülmüşdür. Bu film onun ilk rol aldığı film olmuşdur. 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilən Qarağac küçəsində qarabasma filmində Marc Tompson rolunda oynamışdır. Bu film də ona böyük uğur gətirmişdir.