Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər. Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər.
Mərkəzi şəkərsiz diabet
Mərkəzi şəkərsiz diabet — neyrogen şəkərsiz diabet olaraq da adlandırılan, beyində vazopressinin kifayət qədər olmayan istehsalı nəticəsində yaranan xəstəlik. Neyrogen şəkərsiz diabet xəstəliyi şəkərsiz diabetin bir növüdür. Vasopressin qan həcmini (damardaxili) artırır və sidik ifrazını azaldır. Buna görə də, onun çatışmazlığı sidik istehsalının artmasına və həcminin azalmasına səbəb olur. O, həmçinin beyindəki hipotalamus tərəfindən təmin edilən posterior hipofiza (neyrohipofiz) aid olan neyrohipofiz şəkərsiz diabet kimi də tanınır. Bu vəziyyətdə yalnız şəkərli diabetlə ümumi olan poliuriya (sidiyin həddindən artıq və ya anormal dərəcədə böyük ifrazı) var. Bir-birini istisna etməsə də, əksər tipik hallarda "neyrogen şəkərsiz diabet" adı aldadıcıdır. Daha düzgün ad "hipotalamik neyrohipofizal ADH çatışmazlığı" ola bilər. Metabolik ensefalopatiyada artan susuzluq, poliuriya və orqanizmin susuzlaşmasıdır. Ən azı 25% hallarda (ən çox yayılmış təsnifat) neyrogenik şəkərsiz diabetin naməlum səbəbləri var, yəni naməlum səbəbə görə vazopressin istehsal olunmur.
Nefrogenik şəkərsiz diabet
Nefrogenik şəkərsiz diabet — əsasən böyrək xəstəliklərindən qaynaqlanan şəkərsiz diabetin bir növü. O, böyrək şəkərsiz diabeti kimi də tanınır. Nefrogenik şəkərsiz diabet antidiuretik hormonun (həmçinin vazopressin adlanır) qeyri-kafi səviyyələrinin səbəb olduğu mərkəzi və ya neyrogenik şəkərsiz diabetdən fərqlidir. Nefrogenik şəkərsiz diabet böyrəklərin antidiuretik hormona düzgün reaksiya verməməsi ilə qaynaqlanır və nəticədə böyrəklərin sərbəst suyu çıxararaq sidiyi konsentrasiya etmək qabiliyyətini azaldır. Klinik təzahürü polidipsiya (həddindən artıq susuzluq) və poliuriya (çox miqdarda sidiyin ifrazı) ilə özünü göstərən neyrogen şəkərsiz diabetə bənzəyir. Orqanizmin susuzlaşması tez-tez baş verir və sidik kisəsinin xroniki şişməsi nəticəsində sidik qaçırma halları olur. Tədqiqat zamanı plazma osmolyarlığının artması və sidiyin osmolyarlığının azalması müşahidə olunmuşdur. Hipofiz funksiyası normal olduğu üçün antidiuretik hormonun səviyyəsi anormal və ya yüksələ bilər. Poliuriya xəstə maye qəbul edə bildiyi müddətə qədər davam edəcək. Xəstə maye qəbul edə bilmirsə sidiyi konsentrə edə bilmir və hipernatremiya nevroloji simptomları başlayır.
Ləçəksiz çobanyastığı
Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır.
Zərərsiz dəlibəng
Zərərsiz dəlibəng (lat. Datura innoxia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. Çoxillik (kulturada birillik) ot bitkisi olub, yabaşəkilli-budaqlanan, qırmızımtıl-bənövşəyi gövdəyə malikdir. Yarpaqları növbəli, enli yumurtavari, dayaz oyuqlu, sıx tükcüklü, uzun saplaqlı, kəskin məstedici iyi vardır. Çiçəkləri tək, düzgün, beşüzvlü, ikiqat çiçək yatağı vardır. Kasacığı boruşəkilli, yaşıl, tacı boruşəkilli-qıfabənzər, ağ rəngli olub, uzunluğu 20 sm-dir. Meyvəsi başı aşağı əyilmiş, demək olar ki, şarşəkilli qutucuqdan ibarət, sıx yumşaq tikancıqlardan ibarətdir. Toxumları çoxsaylı, yastılaşmış, böyrəkvari olmaqla, açıq-sarı rənglidir. İyuldan oktyabr ayına qədər çiçəkləyir, meyvələri isə avqustda yetişir. Qutucuqları əl ilə toplanılmalıdır.
Monqol ləkəsi
Monqol ləkəsi — insanın bel və arxa nahiyələrində rast gəlinən göyümtül ləkə. Bu əsasən melamin piqmentinin derma qatına yığılması ilə əlaqədardır. Bu adın verilməsi əsasən ilk dəfə monqol uşaqlarında aşkarlanması ilə əlaqədar olmuşdur. Əslinə qalanda isə nəyinki monqoloid irqinə mənsub insanlarda həm də digər irqin nümayəndələrində belə müşahidə edilir. «Monqol ləkəsi» yeni doğulan uşaqlarda açıq-aşkar şəkildə müşahidə edilən bir izdir. Əsasən uşaqların 12-14 aylığında tamamən yoxa çıxır. Nadir hallarda zəif şəkildə yetkin insanlarda görünə bilir. Sarı-göy-qara rənglərinin yarışığına bənzəyir. Diametri elədə böyük olmayan qəpik böyüklükdə olur. Bəzən diametri 6-10 sm ola bilir.
Qan ləkəsi (roman)
Qan ləkəsi —romanı tanınmış detektiv ustası, vətən­pərvər yazıçı Elxan Elatlının yaradıcılığında ən iri­həcmli əsərdir. Buna baxmayaraq, birnəfəsə oxunur və indiyədək saysız-hesabsız oxucu kütləsinin qəlbini fəth etmişdir. Romanda Azərbaycan milli təhlükəsizlik orqanları əməkdaşlarının, Azərbaycan polisinin çətin və şərəfli fəaliyyətindən, düşmənlərimizin iyrənc siyasətindən, ağlasığmaz cinayətlərdən, iki güclü Azərbaycan türkü ailəsinin qanlı qarşıdurmasından bəhs olunur. Fikrimizcə, “Qan ləkəsi” romanı ədəbiyyatımızda milli birliyi təbliğ edən ən güclü əsərdir. Namus üstündə törədilmiş qətl... Bu qətlin qan donduran amansız qisası... Peşəkar erməni agentin hiyləgər planları və şəxsən öz əlləri ilə Bakıda törədilmiş silsilə qanlı cinayətlər... Uğursuz əməliyyat-axtarış tədbirləri, sonu görünməyən istintaq və təhqiqatlar... Azərbaycan polisinin və xüsusi xidmət orqanları əməkdaşlarının gərgin axtarışları... Məcnunanə sevgi, çirkin xəyanət, qısqanclıq, zorlama, şər-böhtan, ailə faciələri...
Qan ləkəsi analizi
Qan ləkəsi analizi (QLA) (ing. Bloodstain Pattern Analysis) — qan ləkəsi və sıçrayış analizi ilə məşğul olan ədli tibbin şöbəsi. Elmi sahədə, xüsusən qan və DNT molekullarının analizində hər hansı bir irəliləyiş, detektivlər və kriminalistlər tərəfindən cinayətkarları araşdırmaq və tutmaq üçün geniş istifadə olunur. Buna görə qanın məhkəmə tibbi müayinəsinin çoxdan mövcud olmasına baxmayaraq, yeni texnologiyalar bu metoddan istifadə edərək daha yüksək nəticələr əldə etməyə və ədli tibbdə daha çox yayılmasına imkan yaratdı. Qan ləkəsi nümunələrini analiz etmək kimya, biologiya, fizika və həndəsə kimi elmlər haqqında geniş praktik bilik tələb edir. Bu elmin köməyi ilə qan sıçrama zamanı bir insanın hərəkəti və istiqaməti, yaralıların məkanda yeri, yaraların vurulduğu silah və ya obyekt, zərbədən sonra qan hərəkətinin trayektoriyası, kəsilmə və s. cinayətin törədilməsi zamanı baş verən hadisələrin ardıcıllığını qurur. Hadisələrin necə baş verdiyini bilirsinizsə, bundan sonra nə edəcəyinizi bilirsiniz. Qan tökülməsinin təhlili cinayətlərin istintaqında fəal və effektiv kömək üçün xüsusi təlim və təcrübə tələb edir. Potensial məhkəmə mütəxəssisləri Əsas Qan Sprey Analizi kurslarında təhsil alırlar.
Səndən xəbərsiz (film, 1985)
Bu film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) arasında olan sədd daha da qalınlaşır. Gülnarın həyatında baş verən faciəli dəyişikliklər onun işdən getməsinə səbəb olur. Elçinin arvadı Sərvinaz (Tanilə Əhmərova) isə nəhayət başa düşür ki, Elçin hələ də Gülnarı sevir və bu səbəbdən Elçindən ayrılmaq qərarını alır. Artıq müstəqil olan Elçin isə dərhal şəhərdən getmək istəyən Gülnarın ardınca vağzala yollanır... Film-tamaşa yazıçı Aslan Qəhrəmanovun romanı əsasında ekranlaşdırılmışdır. Bu film-tamaşanın əvvəli "Səni axtarıram" və "Bağışla" televiziya tamaşalarında yer almışdır.