Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laborant
Laborant ( lat. laborans (laborantis) – işləyən) – 1) elmi müəssisələrin laboratoriyalarında çalışan elmi və ya texniki işçi (elmi-texniki işçi); 2) laboratoriya məşğələlərində müəllimə, professora kömək edən işçi – müəllimin, professorun köməkçisi; 3)kafedra və ya şöbənin kargüzarlıq işlərini aparan işçi; 4) laboratoriyanın elmi-texniki əməkdaşı; 5) təcrübələrin aparılması, tədris filmlərinin nümayiş etdirilməsi, laboratoriya işlərinin keçirilməsi, həmçinin mühazirələr üçün lazım olan cihazların, preparatların və s. hazırlanmasında müəllimə, laboratoriya rəhbərinə kömək edən şəxs. == Ədəbiyyat == Əliquliyev R., .Şükürlü S, .Kazımova S. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Valorant
Valorant — "Riot Games" tərəfindən "Windows" platforması üçün hazırlanmış pulsuz, birinci şəxs atıcı videooyunu Oyun ilk dəfə 2019-cu ilin oktyabrında "Project A" kimi təqdim edilmiş və bunun ardınca 2020-ci ilin iyununda buraxılmışdır. "Valorant"ın inkişafına 2014-cü ildə başlanılıb, oyun "Counter-Strike" videooyununa bənzəyir və bu oyunun bəzi özəlliklərini daşıyır. 2021-ci ildə "Riot Games" gələcəkdə oyunun mobil platformalar üçün versiyasını buraxmağı planlaşdırdığını bildirib. == Geympley == "Valorant" sadə və asan komanda əsaslı birinci şəxs atıcı oyunudur. Yaxın gələcəkdə keçən oyunda oyunçular hər biri müxtəlif ölkələri və mədəniyyətləri təmsil edən Cəsusları seçirlər. Əsas oyun rejimində oyunçular hücum edən və ya müdafiə edən komandaya təyin edilirlər, hər bir komandada beş üzv yer alır.
Labirint adaları
Labirint adaları — Rusiyanın Krasnoyarsk diyarı ərazisində, 30 adadan ibarət olan, Pyasin çayının estuarisində yerləşən, güçlü şəkildə bataqlıqlaşmış arxipelaq. Arxipelaqın ən böyük və cənub ada Roqozin adası (uzunluğu 15 km). Digər adaları — Qağayı adası və Böyük Labirint adası. 1993-cü ildə adalar qrup şəkildə Böyük Arktik qoruğu ərazisimə daxil edilmişdir.
Alboran dənizi
Alboran dənizi (isp. mar de Alborán, ərəb. بحر البوران‎) — Aralıq dənizinin qərb qutaracağında yerləşirdi. Dənizi Atlantik okeanından Cəbəllütariq boğazı ayırır. Qərbdən-şərqə doğru onun uzunluğu 400 km, şimaldan-cənuba eni isə 200 km təşkil edir. Dənizin orta dərinliyi 1000–1500 m arasıdır. Bu coğrafi obyektin ən dərin yeri 2507 metr olaraq dənizin şərq qutaracağında yerləşir. Dib relyefi sualtı dağlar və dərələrdən üstəlik düzənliklərdən ibarətdir. Sualtı dağların ən böyüyü Alborandır, şimal-şərqdən başlayaraq cənub-qərb istiqamətində uzanır. Bəzi yerlərdə suyun üzərinə çıxır və burada Alboran adlı vulkan məşəlli ada əmələ gətirir.
Labirint (film, 2011)
Labirint (türk. Labirent) — rejissoru və ssenari müəllifi Tolqa Örnək olan, baş rollarını Timuçin Esən, Məltəm Cumbul, Sarp Akkaya və Rza Kocaoğlunun canlandırdığı, Türkiyə və Almaniyanın birgə istehsalı əsasında 2011-ci ildə çəkilən döyüş, dram, triller və cinayət janrında film. Çəkilişlər İstanbul, Frankfurt və Mardində həyata keçirilmişdir. Kinoteatrlarda 289.713 tamaşaçı tərəfindən izlənilmişdir. == Məzmunu == Türkiyənin ən böyük və ən sıx məskunlaşmış şəhəri olan İstanbulda bomba partlayır və nəticədə 30-u amerikalı, 5-i ingilis olmaqla, 95 nəfər həlak olur. Həyatını itirən şəxslər arasında amerikalılar və ingilislər də olduğuna görə bu terakt Türkiyədən sonra London və Vaşinqtonda da şok effekti yaradır. Yeni ortaya çıxan bir terror təşkilatı məsuliyyəti açıq-aşkar öz üzərinə götürür. Orta Şərqi xaosa məruz qoyacaq ikinci və daha böyük terror aktının qarşısını almaq məqsədilə Türkiyə kəşfiyyatı "Labirint" kod adı altında əməliyyata başlayır. Türkiyə artıq terroristlərin və türk, amerikalı və ingilis kəşfiyyatının müharibə meydanına çevrilir. Bu hadisə İstanbuldan Mardinə, Frankfurtdan Şimali İraqadək əraziləri əhatə edən regionda hər kəsə görə fərqli mənada qəbul edilməkdədir.
Labirint qaçışçısı (dəqiqləşdirmə)
Labirint qaçışçısı (film, 2014) – 2014-cü ildə çəkilmiş film
Labirint qaçışçısı (roman)
Labirint qaçışçısı, original adı "The Maze Runner" olan roman, amerikalı yazıçı Ceyms Daşner tərəfindən 2009-cu ildə yazılmış yeniyetmə romanıdır. Labirint qaçışçısı (ingiliscə The Maze Runner) Ceyms Daşnerin gənclik antiutopiyası janrında yazmış olduğu Labirint qaçışçısı kitab seriyasındakı ilk kitabıdır. Roman 2009-cu ilin oktyabrında Delacorte Press tərəfindən nəşr edilmişdir. Kitabın müvəffəqiyyət qazanmasından sonra seriyanın davamı olan iki kitab, Alov sınaqları (2010) və Ölümün Müalicəsi (2011) yazılmışdır. 2012-ci ilin avqustunda Ceyms Daşner həm də Öldürmək əmri (Total Threat) adlı prekvelini yazmışdır. 2014-cı ildə romanın süjet xətti əsasında film çəkilmişdir. Rusiyada kitabın 2013-cü ilin sonunda nəşr olunmasına baxmayaraq, bu nəşrdən əvvəl internetdə “Labirint qaçışçısı” romanının rus dilindəki həvəskar tərcüməsi yerləşdirilmişdi.
Labirint qaçışçısı romanları
Labirint qaçışçısı amerikalı yazıçı Ceyms Daşner tərəfindən yazılmış silsilə romanlardırlar. Bu seriyanı təşkil edən kitablar Labirint qaçışçısı, Alov sınaqları, Ölümə dərman, Ölüm əmri və Virus kodudur. Seriyanın ilk üç kitabı ekranlaşdırılmışdır. Gələcək haqqında anti-utopiya elmi fantastika ləzzətində yazılmış bu seriya günəş partlayışlarının və Amerika laboratoriyalarından yayılan virusun bəşəriyyətin böyük hissəsini məhv etdiyi dünyadan bəhs edir. Hadisələr İ.A.M.T.N-ın (İnsanlığın Axırı-Məhv olma Tədqiqat Nöqtəsi) çarə tapmaq üçün yaradılmış virusa qarşı immuniteti olan insanları labirintdə yığıb, "Labirint Təcrübələri"nə başlaması ilə inkişaf etməyə başlayır. Seriya ümumilikdə beş kitabdan ibarətdir. İlk üç kitab ("Ölümcül Qaçış", "Alov Sınaqları", "Son Üsyan") əlaqəli romanlarıdır (hadisələr bir-birinə bağlıdır. Bir roman digər romanın bitdiyi yerdən başlayır). Ölüm əmri kitabında virusun və günəş partlayışlarının necə meydana gəldiyi təsvir edilir. İlk üç kitabın personajları burada görünmürlər.
Labirint qaçışçısı: Virus kodu
Virus kodu və ya original adı ilə The Fever Code adlanan bu roman, Amerika yazıçısı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının beşinci və sonuncu kitabı olub 2016-cı ildə çap edilmiş gənclik romanıdır. Bu, ilk kitabda (Labirint qaçışçısı: Ölümcül Qaçış) bəhs edilən labirintin necə yaradıldığını izah edir. Labirint qaçışçısı filmində labirintdən çıxmada böyük rol oynamış Tomasın və labirintə gələn ilk qadın olan Teresanın uşaqlıq hallarının labirintin yaradılmasındakı böyük rolundan bəhs edən Labirint qaçışçısı seriyasının son kitabıdır.
Labirint qaçışçısı: Ölüm əmri
Ölüm əmri və ya original adı ilə The Kill Order adlanan bu roman amerikalı yazıçı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının dördüncüsü olub 2012-ci ildə çap olunmuş gənclik romanıdır.
Labirint qaçışçısı: Ölümə dərman
Ölümə dərman və ya original adı ilə The Death Cure adlanan bu roman, Amerika yazıçısı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının üçüncüsü olub 2011-ci ildə nəşr edilmiş gənclik romanıdır. Filmin ekranlaşdırılmış versiyasının buraxılış tarixi 2018-ci il yanvarın 12-də olmuşdur.
Labirint qaçışçısı (film, 2014)
Labirintdə dolaşan (ing: The Maze Runner) — Ceyms Daşnerin 2009-cu ildə yazdığı eyniadlı romanı əsasında rejissor Ues Balın 2014-cü ildə çəkdiyi elmi fantastika, distopiya, döyüş və triller janrlarındakı ABŞ filmidir. Baş rollarda Dylan O'Brien, Aml Ameen, Kaya Scodelario, Thomas Brodie-Sangster, Will Poulter və Ki Hong Lee oynamışdırlar. 18 sentyabr 2015-ci ildə onun davamı olan Labirintdə qaçış: Alovlu sınaq filmi buraxılmışdır. == Süjet xətti == Qleyd daş divarlarla əhatə olunmuş geniş ərazidir. Tomas qleydə buraxılanda digər oğlanlar kimi adından başqa heç nəyi xatırlamırdı. Qleyddəki Tomasdan başqa hamı oradan çıxmağın mümkün olmadığını düşünür. Tomas çıxış yolunu tapa biləcəyini düşünür; lakin bunun üçün beyninin dərinliklərindəki sirləri həll etməlidir.
Labirint qaçışçısı (film seriyası)
Labirint qaçışçısı (əsl adı: Maze Runner) Şimali Amerika yazıçısı Ceyms Daşnerin Labirint qaçışçısı romanları əsasında hazırlanmış elmi-fantastik, distopik, döyüş, macəra film janrlarını özündə birləşdirən Şimali Amerika film trilogiyasıdır. Ellen Goldsmith-Vein tərəfindən istehsal edilmiş və 20th Century Fox tərəfindən yayımlanmış bu filmin baş rollarında Dylan O'Brien, Kaya Scodelario, Thomas Brodie-Sangster, Ki Hong Lee, Dexter Darden və Patricia Clarkson yer almışdır. Ues Ball hər üç filmin rejissoru olub. İlk film Labirint qaçışçısı 19 sentyabr 2014-cü ildə nümayiş olundu və dünya üzrə 348 milyon dollardan çox gəlir gətirərək böyük bir kommersiya müvəffəqiyyəti əldə etdi. İkinci film, Labirintdə qaçış: Alovlu sınaq, 18 sentyabr 2015-ci ildə nümayiş etdirildi və dünya üzrə 312 milyon dollardan çox gəlir əldə edərək müvəffəqiyyət qazandı. Film franşizası 2018-ci il yanvarın 26-da yayımlanan və dünya üzrə 288 milyon dollar gəlir gətirən üçüncü film olan Labirintdə qaçış: ölümə dərman filminin nümayişi ilə başa çatmışdır. == Filmlər == === Labirint qaçışçısı === Film bir qrup oğlan ilə labirintdə tələyə düşərək oyanan Tomas haqqındadır. Onun WCKD (World Catastrophe Killzone Departamenti) kimi tanınan bir təşkilat haqqında xəyalları istisna olmaqla, xarici dünya haqqında heç bir informasiyası yoxdur. Tomas yalnız labirintdə tapdığı ip ucları ilə keçmişinin hissələrini bir araya gətirərək məqsədinə çatmağa və qaçmağın bir yolunu tapmağa ümid edə bilər. Filmin inkişafına 2011-ci ilin yanvarında Foks Daşnerin Labirint qaçışçısı romanının film hüquqlarını aldıqdan sonra başlandı.
Labirint qaçışçısı: Alov sınaqları (roman)
Alov sınaqları və ya original adı ilə “The Scorch Trials” adlanan bu roman amerikalı yazıçı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının ikincisi olub 2010-cu ildə nəşr edilmiş yeniyetmə romanıdır.