Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Passer
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Laissez-faire
Laissez-faire (azərb. buraxın etsinlər‎) — iqtisadiyyati sistem, harda ki, dövlət iqtisadiyyata müdaxilə etməməlidir. Adam Smit qanununu mənimsəmişdir. Dövlətin müdaxiləsi xüsusi sektorun çıxara bilmədiyi və ya edə bilmədiyi mövzularda olmalıdır; müdafiə etmə, təhlükəsizlik, ədalət kimi. Əgər dövlət çox vergi alsa, vergilər istehsalı qısacağından ötəri ölkə durğunluqla qarşı-qarşıya qala bilər. Bu müdaxilə həm iç həm də xarici iqtisadiyyat üçün etibarlıdır. Əgər dövlət vergilərlə bir malın idxalatını azaltsa bu, içəridə o malın istehsalının təkəlləşməsini artırmaqdadır. Beynəlxalq əmək bölgüsündən faydalanmaq üçün məhsulların ölkələr arasında sərbəstcə mübadilə edilməsi lazımdır.
Passer domesticus
Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü. İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.. == Bioloji təsviri == === Xarici görünüş === Uzunluqları 14–18 sm, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir.
Passeri
Oxuyan sərçələr (lat. Passeri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. === Məşhurlaşması === 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Lui Paster
Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[…] – 28 sentyabr 1895[…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu onun adını Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi: “Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.. Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır. == Həyatı == Atası adı Jan Jozef Paster pərən-pərən salınmış Napoleon ordusunun keçmiş çavuşu idi.
Nasser Daudu
Nasser Daudu M'Sa (26 fevral 1998-ci ildə anadan olub) — İsveçrə Super Liqası təmsilçilərindən olan Sion klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Dransi === Daudu Dransi akademiyası vasitəsilə inkişaf etmişdir. O, Dransi klubu ilə debütünü 20 may 2017-ci ildə Dyeppe klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Arnold Abelintini əvəz etmişdir. National 2 görüşündə Dransi rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. === Sion === 25 iyul 2018-ci ildə Daudu Sion klubu ilə 3 illik olan ilk peşəkar müqaviləsini imzalamışdır. Daudu klub ilə debütünü 29 iyul 2018-ci ildə Sent-Qallen klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Filippe ilə əvəz olunmuşdur. İsveçrə Super Liqası görüşündə Sion rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Daudu Fransada anadan olmuşdur.
Nasser Taqvay
Nasser Taqvay (fars. ناصر تقوایی‎; 11 iyul 1941, Abadan, Xuzistan ostanı) İran rejissor və ssenarist.
Tobias Asser
Tobias Asser (ing. Tobias Michael Carel Asser; 28 aprel 1838[…], Amsterdam – 29 iyul 1913[…] və ya 29 iyun 1913, Haaqa) — yəhudi əsilli hollandiyalı vəkil və hüquqşünas. 1911-ci ildə Alfred German Fridlə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Tobias Asserə Nobel sülh mükafatı 1899-cu ildə Haaqada keçirilən sülh konfransındakı arbitraj sahəsində gördüyü işlərə görə verilmişdir. == Həyatı == Tobias Asser Karl Daniyel Asserin oğlu və Karel Asselin nəvəsi olaraq Amsterdamda anadan olmuşdur. Amsterdam Universiteti və Leyden Universitetində hüquq təhsili almışdır. Tobias Asser daha sonra Amsterdam Universitetində hüquq üzrə professor olmuşdur. Tobias Asser Con Vestleyk və Qustav Lorin-Jakkemin ilə birgə Beynəlxalq hüquq və Müqayisəli hüquq jurnalını (fr. Revue de Droit International et de Législation Comparée) təsis etmişdir. Bundan başqa, 1873-cü ildə Beynəlxalq Hüquq İnstitutunun qurucularından biri olmuşdur.
Əli Bin Nasser
Əli Bin Nasser (2 mart 1944, Tunis) — tunisli keçmiş futbol hakimi. 1986-cı ildə keçirilmiş futbol üzrə dünya çempionatında məşhurlaşmışdır. == 1986-cı il dünya çempionatı == Əli Bin Nasser 1986-cı il futbol üzrə dünya çempionatında tarixin ən maraqlı və ziddiyyətli matçlarından sayılan Argentina-İngiltərə oyununda referilik etmişdir. Həmin matçda argentinalı Dieqo Maradona "Tanrının əli" və "Əsrin qolu" adlanan 2 qolla komandasına 2–1 hesablı qələbə qazandırmışdır. Qolların birincisini Maradona əli ilə tora daxil etsə də, Bin Nasser qolu hesaba almış, sonralar bu epizodda əllə oyunu görmədiyini iddia etmişdir. Həmin mundialda tunisli hakim həmçinin Polşa-Portuqaliya matçında da baş hakimlik etmiş, daha 3 oyunda laynsmen olmuşdur. 1986-cı il turnirindən sonra Bin Nasser dünya çempionatlarında daha iştirak etməmişdir. == Dünya çempionatından sonra == 2015-ci ilin avqustunda Tunisdə Əli Ben Nasseri ziyarət edən Dieqo Maradona üzərində öz imzası və "Əbədi dostum Əliyə" sözləri olan Argentina formasını ona bağışlamışdır. Öz növbəsində tunisli hakim oyun öncəsi Maradona və Şiltonla olan şəklini argentinalıya hədiyyə etmişdir.
Uilyam Lassel
Vilyam Lassel (ing. William Lassel; 18 iyun 1799, Bolton – 5 oktyabr 1880, Meydenhed[d], Berkşir[d]) - ingilis tacir və astronom. O reflektor teleskopunun inkişafına verdiyi töhfələrlə və davamında 4 planet peyki kəşf etməsiylə xatırlanır.
Vilyam Lassel
Vilyam Lassel (ing. William Lassel; 18 iyun 1799, Bolton – 5 oktyabr 1880, Meydenhed[d], Berkşir[d]) - ingilis tacir və astronom. O reflektor teleskopunun inkişafına verdiyi töhfələrlə və davamında 4 planet peyki kəşf etməsiylə xatırlanır.
Lassen qraflığı (Kaliforniya)
Lassen — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 34,895 nəfər olmuşdur. Mərkəzi Suzanvill şəhəridir.
Lisse
Lisse (nid. Leiden)-Niderlandın Cənubi Hollandiya əyalətinin qərbində yerləşən şəhər. == Turizm və görməli yerləri == Lisse ən məşhur görməli yerləri Koykenhof bağıdır ki, fəqət yayda lalələr çiçəklənən zaman açıqdır.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Daster
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Kanser
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Kassel
Kassel — Almaniyanın Hessen vilayətindəki universitet şəhəri. Fulda (d) çayı sahillərində.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Parsek
Parsek (işarəsi: pc; ingiliscə: Parsec) - astronomiyada istifadə olunan məsafə ölçü vahididir. Parallaksı 1 dərəcə olan göy cisminin uzaqlığı 1 parsekdir.
Passat
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. == Pastellər == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 481.
Laiuse Qəsri
Lais qəsri (Estonian: Laiuse ordulinnus, German: Burg Lais) Livoniya ordeni qalası. Qala indi bərbad vəziyyətdədir. Laiuse qalası Estoniyada odlu silahla mübarizə üçün tikilmiş ilk qaladı. Qalanın ən qədim hissəsi, ehtimal ki, 14 -cü əsrin sonlarında Livoniya ordeni ilə tikilmişdir. İlk dəfə 1406 -cı ildə qeyd edilib. 1558 -ci ildə Livoniya müharibəsi zamanı qala rus qoşunları tərəfindən fəth edildi və çox zərər gördü. Buna baxmayaraq, qala sonradan həm Polşa, həm də İsveç hökmdarları tərəfindən istifadədə idi. Böyük Şimal Müharibəsi zamanı, 1700-1701 -ci illərdə, Narva döyüşündən sonra İsveç kralı XII Karl burada qışlaqlarını qurdu.
Panzer IX/Panzer X
Panzerkampfwagen IX və Panzerkampfwagen X, Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Panzerkampfwagen Zirehli sinfində müasir tanklar hazırlamağı hədəfləyən lakin yalnız nəzəri olaraq qalan, bir layihədir. 1946-1947-ci illərdə istismara verilməsi planlaşdırılan texnikalar müharibəyə çatdırıla bilinmədi. Texnikalar yalnız proyekt kimi qalmışdır. İki layihə ilə də əlaqədar olan heç bir layihə tapılmamışdır. PzKpfw X Maus tankından daha geniş, lakin daha balaca idi. Tankın əsas silahı kimi 88mm-lik və ya 128 mm-lik top nəzərdə tutulmuşdur. Hər iki dizaynda da çox böyük dəyişikliklər həyata keçirilmişdir. Bu dəyişikliklər bu gün belə istifadə olunur.
Pastor
Alasığırçın (lat. Pastor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Kaşmər
Kaşmər — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kaşmər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 81,527 nəfər və 21,947 ailədən ibarət idi.
Paştet
Paştet (alm. Раstеtе‎) == Ərzaqlar == 1 kilo qaraciyər (qoyun və ya mal) 2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün) 1 böyük baş soğan¸ xırda doğranmış 2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş Duz İstiot 2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!) Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir. == Hazırlanma qaydası == 1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. 2.