Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ostayir
Ostayır — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Altair 8800
Altair 8800 Intel şirkətinin 8-mərtəbəli 8080 mikroprosesoru və 256 bayt həcmi olan operativ yaddaşla təchiz edilmiş kompüter. 1975-ci ildə Nyu-Meksiko ştatından olan Micro Instrumentation and Telemetry Systems (MITS) firmasında istehsal edilib. Bu kompüterdə giriş qabaq paneldə yerləşdirilmiş dəyişdirici açarlar, çıxış isə işıq-diod indikatorları vasitəsilə həyata keçirilirdi. Qısa müddət mövcüdluğuna baxmayaraq Altair ilk uğurlu “fərdi” kompüter hesab olunur. Altair üçün ilk proqramlaşdırma dili Bill Geyts tərəfindən hazırlanmış Altair BASIC olmuşdur. Altair sözü ərəb dilində “quş” anlamını verən ريطلا sözündəndir. Qartal bürcünün ən parlaq ulduzu olan Altair səmada parlaqlığına görə 12-ci ulduzdur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Assassin's Creed: Altair's Chronicles
Assassin's Creed: Altaïr's Chronicles (azərb. Qatilin inancı: Əltairin Tarixi‎) - Assassin's Creed oyununda Əltairin həyatından olan hadisələrdən qabaq baş vermiş hadisələr haqqında Android, iOS, Nintendo DS, WebOS və Windows Phone 7 platformaları üçün buraxılmış oyun. Oyun 5 fevral 2008-ci ildə ABŞ-də satışa çıxmışdır.
Ostayır
Ostayır — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Ləcayır (Germi)
Ləcayır (fars. لجاير‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (14 ailə).
Mumiya yaşayır
Mumiya yaşayır (ing. The Mummy Lives) — 1993-cü ildə istehsal olunmuş "Mumiya" haqqında çəkilmiş filmlərdən biridir. Film ABŞ yazıçı və fantastçısı Edqar Allan Ponun əsəri əsasında çəkilmişdir. Filmin mövzusu həm keçmişdə, həm də gələcəkdə baş verən hadisələri əhatə edir. Film "Nə vaxt ki, səmalar bir-birnə birləşəcəksə, Zot, qisas allahı sevgilisinin qayıdışını gözləyəcək və gecə yarısında peyda olacaqdır" ifadəsi ilə başlayır və bürclər haqqında qısa məlumat verilir. Varlı olan eksentrik arxeoloq lord Makston (Cek Koen) Misir səhrasında qəbir aşkar edir. Bu qəbir yuxarı Misir rahibi Əzizə (Toni Körtis) məxsusdur. Həmin rahib Allah Zotun qulluqçusu Kiaya (Lesli Hardi) aşiq olur. Bu səbəbdən Zot onu cəzalandırır. Rahib Əziz diri-diri qəbirdə basdırılır.
Monqol Altayı
Monqol Altayı (monq. Монгол Алтайн нуруу, Mongol Altaïn nourouou; çin. ənən. 蒙古阿爾泰山脈, sadə. 蒙古阿尔泰山脉, pinyin: Ménggǔ Ā'ěrtài Shānmài) — Altay dağlarının cənub-şərqində yerləşən dağ sistemi. Monqol Altayı Çin və Monqolustanın sərhəddində yerləşir. Monqolustanın ən yüksək dağ silsiləsi. Dərələrlə parçalanmış bir-neçə silsilələrdən ibarət olan Monqol Altayı cənub-şərqdən şimal-qərbə doğru 1000 km məsafədə uzanır. Eni 150 km-dən 300 km arasında dəyişir. Ən yüksək zirvəsi Munx -Xayrxan -Ula dağıdır (4362 m).
Altayın Qızıl Dağları
Altayın Qızıl Dağları — 1998-ci ildə YUNESKO Altay dağlarının Rusiyadakı üç hissəsini Dünya İrsi daxil edib belə adlandırdı: Altay Təbiət Qoruğu və Teletskoye gölünün bufer zonası (965,753 ha); Beluxa dağının Katunski ehtiyat və bufer zonası (392,800 ha); Ukok Yaylası (252.904 ha). Qorunan ərazinin ümumi sahəsi 16 178 km²-dir. Bu ərazilərin seçimi, ümumilikdə Sibirdə alp bitki örtüyü zonalarının: çöl, meşə-çöl, qarışıq meşələr, subalp və alp zonalarını təmsil etmələri ilə bağlıdır. Bundan əlavə, qar bəbiri, Sibir dağ keçisi və Altay arkalı kimi nadir heyvanların populyasiyasının qorunması üçün bu ərazilərin əhəmiyyəti nəzərə alınmışdır. Mühafizə zonasında Pazırık məzarlığının yerləşdiyi bəzi yerlər var. Təbiəti Qoruma üzrə Beynəlxalq Birlik bu ərazilərin xüsusi qorunan statusa zəmanət verməli olduqları Dünya İrs Siyahısına daxil edilməsinə baxmayaraq burada brakonyerliyin çiçəklənməkdə davam etməsindən narahatdır. Ekoloqlar həmçinin Ukokdan Çinə gedən Koş-Aqağdan qaz kəməri və ekspress magistral yolunun çəkilişi layihəsindən narahatdırlar. == İstinadlar == == Ədəbiyyat == Рудой А. Н. . Обратная сторона Луны? (Алтайский вестник).
İnsanlar necə yaşayır (kitab)
İnsan nə ilə yaşayır
İnsan nə ilə yaşayır — Rus yazıçısı Lev Tolstoyun 1885-ci ildə yazdığı qısa hekayədir. Bu, 1885-ci ildə nəşr olunan "İnsan nə ilə yaşayır və digər hekayələr" adlı kitabındakı qısa hekayələrdən biridir. == Personajlar == Simon — Təvazökar və kasıb ayaqqabı ustası. Matryona — Simonun arvadı. Michael – Allah tərəfindən itaətsizliyinə görə cəzalandırılan və ölümlüyə çevrilən mələk. == Haqqında == Simon adlı mehriban, təvazökar və kasıb ayaqqabıçı bir gün arvadı və özünə paylamaq üçün qış paltarı tikmək üçün qoyun dərisi almağa gedir. Adətən Simonun qazandığı az pul hamıya yemək almağa xərclənirdi. Simon qərara gəlir ki, dəriləri almaq üçün o, müştərilərinin ona olan beş rubl iyirmi qəpiyi almaq üçün kolleksiyaya getməlidir. O, pulu götürməyə gedərkən arvadının qutusundan üç rublluq əsginas da götürür. Kolleksiyasını davam etdirərkən o, tam məbləği yox, yalnız iyirmi qəpiyi yığa bilir.
Söz əsrlərlə yaşayır (film, 1979)
Kinolent N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyətindən, burada nümayiş etdirilən eksponatlardan söhbət açır, tamaşaçını muzeyin ekspozisiyası ilə tanış edir. Film Nizami Gəncəvi Adına Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişi ilə çəkilmişdir.
Məhəbbət üç il yaşayır (roman)
Məhəbbət üç il yaşayır (fr. L'amour dure trois ans) Frederik Beqbeder aşiq olmaq hissinin müəyyən hormonlarla əlaqəli olduğu haqqında məşhur nəzəriyyəyə həsr olunmuş romanıdır (roman dopamin haqqındadır). Beyin funksiyası normallaşdıqda və adi ritminə qayıtdıqda, hormonlar hər iki tərəfdaşın bir-birindən emosional asılılığını stimullaşdırmağı dayandırır. Beləliklə, bir-birindən həyəcan və güclü emosional asılılıq üç ildən sonra aradan qalxır, bununla əlaqədar romanın qəhrəmanı əziyyət çəkir. Romanın baş qəhrəmanı dedi- qodu sütunları yazan jurnalist Mark Marronnierdir (fr. Marc Marronnier) . O, əmindir ki, sevgi üç il yaşayır: əvvəlcə insanlar bir-birini ehtirasla, sonra mehribanlıqla və dostcasına sevirlər, sonra isə darıxırlar. Bu cür fikirlərin səbəbləri, Markın özünün heç vaxt üç ildən çox sevməməsidir. O, çox gözəl bir qız Anna ilə evləndi, lakin evliliyin üçüncü ilində Anna demək olar ki, nifrət etməyə başladı və o, başqa bir qadına, Alisa dəlicəsinə aşiq oldu. Romanın sonunda baş qəhrəman yazır ki, o, Alisa ilə üç ildir ki, birlikdədirlər və birgə həyatlarının üç illiyini qorxu ilə gözləsə də, sevgi hələ də yaşayır.