Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blakely
Vilyam Faris Blekli (ing. William Faris Blakely; 1875[…] – 1 sentyabr 1941) — Avstraliya botaniki. Vilyam Faris Blekli evkaliptlər üzrə aparıcı mütəxəssis olmuşdur. Blakely, W.F. A key to the eucalypts. — Sydney, 1934. — 339 p. Acacia blakelyi Maiden, 1917 Derwentia blakelyi B.G.Briggs & Ehrend., 1992 [≡ Veronica blakelyi (B.G.Briggs & Ehrend.) B.G.Briggs, 2007] Eucalyptus blakelyi Maiden, 1917 Micromyrtus blakelyi J.W.Green, 1983 Pultenaea blakelyi Joy Thomps., 1958 Hall, N. Botanists of the Eucalypts 21. — 1978. Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed.
Atelye
Atelye (fr. Atelier; fransız: [atəlje]) — təsviri və ya dekorativ incəsənət sahəsində peşəkar rəssamın və ya memarın şəxsi emalatxanası. Burada əsas usta və bir sıra köməkçilər, tələbələr və şagirdlər ustanın adı və ya nəzarəti altında buraxılan təsviri incəsənət əsərlərini birlikdə işləyə bilərlər. İncəsənətdə atelye ustad rəssamdan, adətən peşəkar rəssam, heykəltaraş və ya memardan ibarətdir və burada az sayda tələbə ilə birlikdə onlara vizual və ya təsviri sənət öyrədilir. Atelye həmçinin, moda dizaynerinin, saç stilistinin və ya ümumiyyətlə rəssamın iş və təhsil sahəsi ola bilər. Atelye məktəbləri dünyanın hər yerində, xüsusən Şimali Amerika və Qərbi Avropada fəaliyyət göstərir. "Atelye" sözü fransızca "atelier" sözündən götürülmüşdür ki, onun mənşəyi nəticədə latınca "assula" sözündən gəlir, bu da "ağac qırıqları" deməkdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə nigarxana (نیگارخانا) adlandırılmışdır.
Lovely
"Lovely" — amerikalı müğənni Billi Ayliş və Xalidin mahnısı. Darkroom və Interscope Records tərəfindən "13 səbəb" serialının ikinci mövsümünün soundtreki olaraq buraxılıb. Mahnı Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin delüks versiyasına da daxil edilib.
Altel
«ALTEL» (qaz. «Алтел» ЖШС) — Qazaxıstanda mobil operator. İlk Qazaxıstan mobil operatoru. Şirkət 2G / GSM (900 MHz), 3G / UMTS (850/900 MHz), 4G/LTE və LTE Advanced (1800 MHz) standartlarında mobil xidmətlər göstərir. 1994-cü ildə Qazax-İngilis ASC Beset International tərəfindən qurulmuşdur. Şirkət Kazakhtelecom SC-yə məxsusdur. 2010-cu ildə ALTEL respublikada ilk dəfə 3G texnologiyasını tətbiq etdi. 2012-ci ilin dekabr ayında Qazaxıstanda ALTEL 4G markası altında 4G texnologiyasının ilk ticari təqdimatı baş tutdu. 3 ildən çoxdur ki, Altel Qazaxıstanda 4G lisenziyalı yeganə operator idi. Qazaxıstan Respublikası Məclisi (parlamenti) millət vəkilləri 4G şəbəkələrində xidmətlərin inhisara alınmasından narahatlıqlarını ifadə etdilər .
"Layell" medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
Lalela Msvane
Lalela Mswane (27 mart 1997]) — cənubi afrikalı model və gözəllik kraliçası, Miss Supranational 2022 müsabiqəsinin qalibidir. O, əvvəllər “Miss Cənubi Afrika 2021” və “Miss Universe 2021” müsabiqələrinin qalibi olub və burada 3-cü ikinci yeri tutub.
Layell medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
Lonely Planet
Lonely Planet — (Azərbaycanca: Kimsəsiz Planet) Ermənistannın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Destroy Lonely
Destroy Lonely (Bobby Wardell Sandimanie III; 30 iyul 2001, Atlanta) — amerikalı repçi, müğənni-mahnı yazarı. Atlantadan olan repçinin 2023-cü ildə buraxdığı debüt albomu “If Looks Could Kill” Billboard 200 çartının 18-ci pilləsinə yüksəlmişdir. Onun keçən il buraxdığı beşinci miksteypi “No Stylist” həmin çartın 91-ci sırasında qərarlaşmışdı, bu repçinin çarta ilk girişi idi. Destroy Lonely 2021-ci ilin əvvəllərində repçi Playboi Carti tərəfindən təsis edilmiş, Interscope Records-un bir hissəsi olan Opium səsyazma leyblına qoşulub. O, tez-tez Atlantalı leybl yoldaşı repçi Ken Carson ilə əməkdaşlıq edir.
ATEL
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti — İkicildlik Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Lüğətdə 12 minə yaxın coğrafi adın izahı verilmişdir. Lüğətin tərtibində Azərbaycanın görkəmli dilçi, tarixçi və toponimist alimlərinin tədqiqatları nəzərə alınmışdır.
Dev Patel
Dev Patel (23 aprel 1990) — Böyük Britaniya aktyoru. Gənclik serialı "Skins"də Ənvər Xarral rolunu canlandıraraq karyerasına başlayıb. O, "Xarabalıqdan çıxmış milyonçu" filmi ilə şöhrət qazanmışdır, bu filmə görə o, "BAFTA" mükafatına namizədlik əldə etmişdir. "Sonuncu hava maqı" filmində Dev Patel Zuko rolunda oynayıb. Dev Patel 23 aprel 1990-cı ildə Londonda anadan olub. Onun anası Anita qulluqçu, atası Raju isə İT sahəsində işləyib. Patelin valideynlərinin hər ikisi qucarat hindlisidir və gənc yaşlarında Londona köçüblər. Patel qücərat dilində azca da olsa danışa bildiyini bildirir.
Luk Şatel
Luk Şatel — Fransanın eks təhsil naziri Lük Şatelin həyat yoldaşı Astrid Herrenşmidt 22 yanvar 2012-ci ildə intihar edib. Luk Şatel 1991-ci ildən Astrid Herrenşmidtlə evli idi və onların 4 övladı var.
Matey Kejman
Mateya Kejman (serb. Матеја Кежман / Mateja Kežman; 12 aprel 1979, Zemun, Yuqoslaviya) — keçmiş Serbiya futbolçusu, hücumçu, oyunçu karyerasını başa vurub. Daha çox PSV Eyndhoven klubundakı uğurlu çıxışı ilə yadda qalıb. Serbiya çempionatlarında dəfələrlə bombardir adını qazanmış Matey Kejman Niderlandda kifayət qədər məşhurlaşıb. Onun "Uçan holland" ölkəsinə gəlişi 2000-ci ilə təsadüf edir. "Narıncı ölkə"də çıxış etdiyi 4 mövsümün 3-də snayperlər siyahısında birinci olmuş serbiyalı rusiyalı maqnat, Çukotka vilayətinin məşhur meri, "Çelsi"nin sahibkarı Roman Abramoviçin şəxsi dəvəti ilə də "Dumanlı Albion"a təşrif buyurdu. Cəmi 5 milyon funt sterlinqə. Lakin hücumçu gözlənilən effekti vermədi, nədənsə oyunu alınmadı – mövsümə cəmi 7 qol vurdu. Elə bunun nqəticəsi idi ki, sonrakı mövsüm madridli "matrasçılar"ın – "Atletiko"nun düşərgəsinə keçmək məcburiyyətində qaldı. Əfsanəvi korrida ölkəsi İspaniyada da "futbol matadoru"na mövsüm düşərli olmadı.
Matey Tot
Matey Tot (slovak. Matej Tóth; 10 fevral 1983, Nitrа) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016). 2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu. 2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu. Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər. Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur. 2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir. 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.
Pyer-Şatel
Pyer-Şatel (fr. Pierre-Châtel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38304. Kommunanın 1999-cu il üçün əhalisi 1202 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 888 ilə 1424 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km cənubda yerləşir.
Qabriel Matey
Yevgen Qabriel Matey (26 fevral 1990-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Konkordiya Kyajna klubunda müdafiənin sağ cinahında çıxış edən Rumıniyalı peşəkar futbolçudur. Qabriel Matey 2011-ci ildə 600,000 avro qarşılığında Styaua Buxarest klubuna transfer olmuşdur. Panduri Tarqu Jiu klubu isə gələcək transferin 500,000 avro olduğunu açıqlamışdır. Mateyin karyerası çoxsaylı bədən xəsarətləri ilə əlamətdar olub. Bununla o, Styauada iki mövsümü demək olar ki, buraxmışdır. Bu dövr ərzində dörd əməliyyat keçirmişdir. 25 iyun 2017-ci ildə Matey Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubu ilə 1+1 şərtilə bir illik müqavilə imzalamışdır. 29 dekabr 2017-ci ildə Matey Polşa Ekstraklasa təmsilçilərindən olan Termalika Nieçieçza klubu ilə müqavilə imzalamışdır.
Ratel (PDM)
"Ratel" ("ratel" — bal porsuğu) — 1968-ci ildə Cənubi Afrika şirkəti Sandock-Austral tərəfindən yaradılmış piyadanın döyüş maşını. Gövdəsi 6 ilə 20 mm qalınlığında olan polad zireh plitələrindən hazırlanır. Zirehli gövdənin alt hissəsi V-şəkillidir.
Tot Matey
Matey Tot (slovak. Matej Tóth; 10 fevral 1983, Nitrа) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016). 2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu. 2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu. Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər. Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur. 2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir. 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.
Çarlz Layel
Çarlz Layel (ing. Sir Charles Lyell; 14 noyabr 1797 — 22 fevral 1875) — şotland əsilli, XIX əsrin məşhur geoloqu. 1848-ci ildə ser tituluna layiq görülmüşdür. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə “XIX əsrin ən məşhur alimi” hesab olunur. 1797-ci ildə Şotlandiyada anadan olan Layel dörd yaşında artıq oxumağı öyrənmiş, səkkiz yaşında isə məktəbə getmişdir. 1816-cı ildə Layel atasının kitabxanasından təsadüfən Robert Beykvellin “Geologiya elminə giriş” kitabını tapmış və bu gələcək alimin stol üstü kitabına çevrilmişdir. Oksford Universitetinə daxil olduqdan sonra klassikləri öyrənməklə yanaşı təbiət elmləri ilə də, maraqlanmağa başladı. Layel tələbə ikən o zamanlar hakim mövqe tutan katastrofizm fərziyyəsi barədə Byoklandın mühazirələrini çox maraqla dinləyirdi. Katastrofistlər belə güman edirdilər ki, böyük dəyişikliklər sürətlə, ani, sıçrayış yolu ilə, bütün geoloji hadisələr eyni istiqamətdə və eyni tempdə hazırkı nəticələrə gətirən qaydada baş verir. Ceyms Hettonun da tərafdar olduğu bu baxışlar uniformizm nəzəriyyəsinin əsasını təşkil edirdi.
Şatel-Montan
Şatel-Montan (fr. Châtel-Montagne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03066. 2008-ci ildə əhalinin sayı 419 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 228 nəfərin (15-64 yaş arasında) 152 nəfəri iqtisadi cəhətdən fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 59.8%). Fəal olan 152 nəfərdən 137 nəfəri (81 kişi və 56 qadın), 15 nəfəri işsiz (10 kişi və 5 qadın) idi. Aktiv olmayan 11 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Fader Label
Fader Label — 2002-ci ildə Rob Stoun və Con Koen tərəfindən təsis edilmiş ABŞ müstəqil səsyazma leyblı. Şirkətin ofisi Nyu-York şəhərində yerləşir. Binki Charlie Burg Clairo Lewis Del Mar Ella Jane Matt and Kim Slayyyter Neon Indian Yuna Saul Williams The Bots Alan Vega Editors The Cool Kids The Inevitable Rise and Liberation of NiggyTardust! – Saul Williams (2007) From the Mountain to the Sea – Birdmonster (2008) Grand – Matt and Kim (2009) In This Light and on This Evening – Editors (2009) Sidewalks – Matt and Kim (2010) Decorate (EP) – Yuna (2011) Yuna – Yuna (2012) Lightning – Matt and Kim (2012) We Were the Weirdos – Matt and Kim (2016) Diary 001 (EP) – Clairo (2018) Almost Everyday – Matt and Kim (2018) Immunity – Clairo (2019) August – Lewis Del Mar (2020) Motor Function – Binki (2021) Troubled Paradise – Slayyyter (2021) Sling – Clairo (2021) This Is Not What It Looks Like!
Amişa Patel
Amişa Patel (9 iyun 1975, Bombey) — Hindistanın kino aktrisası. Amişa Patel 9 iyun 1976-cı ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Amit və Aşa Pateldir. Ailədə 2 uşaqdırlar. Bir qardaşı (Aşmit Patel) var.
Asparuh Latev
Laləli
Laləli (Duzluca) — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Laləli-i Torab (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Alan Corc Lafley
[mənbə göstərin] Alan Corc Lafley (ing. A.G. Lafley 13 iyun 1947) — Procter & Gamble şirkətinin rəhbəri.
Lonely T-Rex
Dinosaur Game (həmçinin Chrome Dino kimi də bilinir) — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır. İstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur. Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino və ya chrome://network-error/-106 keçidlərini daxil edərək oyuna girmək olar. Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır. space, ↑ düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, ↓ düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır. Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir.
Laləli məscidi
Laləli Məscidi (türk. Laleli Camii) — 1760-1763-cü illərdə İstanbulda Osmanlı sultanı III Mustafa tərəfindən inşa edilmişdir. Məscidin adı III Mustafanın vəlisi saydığı Laləli Baba adının bu ibadətxanaya verməsilə bağlıdır. Məscid kompleksi 1783-cü ildə yanğın zamanı tamam məhv oldu və qısa bir müddətdən sonra yenidən inşa edildi. 1911-ci ildəki yanğın mədrəsəni və məscidin digər bir çox əlavə strukturlarını bərbad etdi. Məscidin hamamı uçmuşdur. Məscidin memarı Mehmet Tahir Ağadır. Ancaq dövrün baş memarı Hacı Əhməd Ağanın da Məscidin inşasında köməyi olmuş ola biləcəyi ehtimal edilir. Məscid adını o zamanlar yaxında olan (1950-ci illərdə yıxılmış) Laləli Baba türbəsindən almışdır. Padşahlar tərəfindən inşa edilmiş son külliyyə olan Laləli Külliyyəsi içində yerləşir.
Laləli (Duzluca)
Laləli — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. 1928-ci ildən eyni adı daşıyır.
Laləli saray
Laləli saray bədii serialı rejissor Şahin Qəhrəman tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyasında istehsal edilmişdir. Hadisələr nüfuzu ilə tanınan bir ailənin ətrafında cərəyan edir. Filmdə əsas rolları Şükufə Yusupova, Elşən Rüstəmov, Vaqif Əsədov, Məsumə Babayeva, Firdovsi Atakişiyev, Günel Məmmədova, Sevinc Əliyeva ifa edirlər. Gizli məhəbbətin doğurduğu fəlakətlər bir ailənin rahatlığını əlindən alır. Hadisələr inanılmaz məcrada davam edir. Şənlik yasa çevrilir, bir faciə digər faciənin yaşanmasına səbəb olur. Yazıçı İlqar Fəhminin povesti əsasında çəkilib. Film həftə ərzində dörd dəfə ATV kanalında yayımlanır.