Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laureat
Laureat– [lat. laureatus – lavru çələngi ilə təltif olunmuş, dəfnə yarpağı ilə mükafatlandırılmış] texnika, incəsənət, xalq təsərrüfatı və başqa sahələrdəki böyük xidmətlərinə – görkəmli nailiyyətlərinə görə verilən ad, həmçinin bu ada və xüsusi mükafata layiq görülmüş şəxs; musiqi ifaçıları, estrada artistlərinin və s. müsabiqələrin qalibi. Məsələn, Dövlət mükafatı laureatı. Pianoçuların Beynəlxalq müsabiqəsi laureatı. == Ədəbiyyat == Əliquliyev R., .Şükürlü S, .Kazımova S. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Nobel mükafatı laureatı qadınların siyahısı
"Nobel" mükafatı dedikdə Alfred Nobelin 1895-ci ildəki vəsiyyətinə əsasən "öncəki il ərzində bəşəriyyətə ən böyük faydanı vermiş şəxslərə" verilən 5 mükafat başa düşülür. Bundan əlavə, 1968-ci ildə Sveriges Riksbank tərəfindən Alfred Nobelin xatirəsinə İqtisadiyyat üzrə Sveriges Riksbank Mükafatı təsis edilmişdir və bu mükafat "iqtisadiyyat elmlərində müstəsna əhəmiyyət kəsb edən işlərə imza atan şəxs və ya şəxslərə" verilir. 2023-cü ilə qədər unikal Nobel mükafatı 965 nəfərə və 27 təşkilata verilmişdir ki, onlardan da 64-ü qadındır (Mariya Küri iki dəfə qazanmışdır.) Qadın Nobel mükafatı sahiblərinin bölgüsü aşağıdakı kimidir: on doqqusu "Nobel" sülh mükafatını qazanmışdır (110 laureatın 16,3%-i), on yeddisi Ədəbiyyat üzrə "Nobel" mükafatını qazanmışdır (119 laureatın 14,28%-i), on üçü Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanmışdır (230 laureatın 5,6%-i), səkkizi Kimya üzrə "Nobel" mükafatını qazanmışdır (191 laureatın 4.1%-i), beşi Fizika üzrə "Nobel" mükafatımı qazanmışdır (224 laureatın 1,8%-i), və üçü (Ester Düflo və Elinor Ostrom və Klaudiya Qoldin) və İqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdır (92 laureatın 2.17%-i). Nobel mükafatını qazanan ilk qadın 1903-cü ildə əri Pyer Küri və Anri Bekkerel ilə birlikdə Fizika üzrə Nobel mükafatını qazanan Mariya Küri olmuşdur. Küri həmçinin iki qat Nobel mükafatını qazanmış yeganə qadındır; 1911-ci ildə Kimya üzrə Nobel mükfataını qazanmışdır. Kürinin qızı İren Jolio-Küri 1935-ci ildə Kimya üzrə Nobel Mükafatını qazanmışdır ki, bu da onları Nobel mükafatı alan yeganə ana-qız cütlüyünə çevirmişdir. Qadınların tək ildə ən çox mükafat aldığı il 2009-cu il olmuş, beş qadın 4 kateqoriya üzrə laureat olmuşdur.
Nobel mükafatı laureatı olmuş qadınların siyahısı

Laurence Fishburne
Lorens Con Fişborn III (30 iyul 1961[…]) — ABŞ aktyoru. "Emmi" və "Toni" mükafatı laureatıdlr. Fişborn "Matris" seriyasındakı Morfeus roluna görə tanınır.
Eugenia laurae
Eugenia laurae (lat. Eugenia laurae) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Typhlodromus laurae
Typhlodromus laurae (lat. Typhlodromus laurae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus laurae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Laureano Torres-i-Ayyala
Laureano Torres-i-Ayyala, markiz Kasa-Torres (isp. Laureano de Torres y Ayala; 1645 və ya 1649, Sevilya – 1722, Havana) — İspaniya əsgəri, Florida (1693–1699) və Kuba qubernatoru (1707/1708–1113), "Santyaqo" ordeninin cəngavəri. == Mədəniyyətdə == Laureano Torres-i-Ayyala Bartolomyu Roberts ilə birlikdə "Assassin's Creed IV: Black Flag" kompüter oyununun əsas antaqonistlərindən biridir.
Antoine Laurent de Jussieu
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
Yves Saint Laurent (marka)
Yves Saint Laurent (YSL), həmçinin Saint Laurent (2012-ci ildən), 1961-ci ildə İv Sen Loran və tərəfdaşı Pierr Berje tərəfindən qurulan Paris yüksək moda evidir. 1999-cu ildən moda evi Gucci qrupuna məxsusdur, o da öz növbəsində Kering holdinqinə məxsusdur. Kolleksiyanın hazırkı dizayneri Entoni Vaccarellodur. Yves Saint Laurent moda evində bir sıra əfsanəvi əşyalar istehsal edib: "Mondrian" don, Le Smoking qadın smokinləri, safari gödəkçələri və şəffaf paltarlar. “Vogue” jurnalı yazır ki, Yves Saint Laurent 1960-1970-ci illərdə kişi və qadın, yüksək və alçaq, klassik və avanqardın yenilikçi kombinasiyası ilə moda dünyasını alt-üst etdi: “Qadınlara şalvarlı kostyumları geyindirən, hərbi formanı və milli geyimləri gündəlikdə istifadə edən və hazır dizayner geyimlərini kütləyə çatdırdı məhz o olmuşdur”. Modelyerin özünün dediyinə görə, müasir qadının qarderobunu o yaradıb. Yves Saint Laurent 1961-ci ilin iyulunda dizayner İv Sen Loran və onun ortağı Pierr Berje tərəfindən təsis edilmişdir. Noyabr ayında Sen Loran və Berje şirkətin 80%-i müqabilində Atlantalı iş adamı Mac Robinsonun 700.000 dollar sərmayə yatırmasına razılaşdılar. YSL-in ilk kolleksiyası 1962-ci ilin yanvarında nümayiş etdirildi. Ev üçün loqoları 1963-cü ildə A.M. Kassandr hazırlanmışdır.