LATVİYALI
LAVAŞ
OBASTAN VİKİ
Laureat
Laureat– [lat. laureatus – lavru çələngi ilə təltif olunmuş, dəfnə yarpağı ilə mükafatlandırılmış] texnika, incəsənət, xalq təsərrüfatı və başqa sahələrdəki böyük xidmətlərinə – görkəmli nailiyyətlərinə görə verilən ad, həmçinin bu ada və xüsusi mükafata layiq görülmüş şəxs; musiqi ifaçıları, estrada artistlərinin və s. müsabiqələrin qalibi. Məsələn, Dövlət mükafatı laureatı. Pianoçuların Beynəlxalq müsabiqəsi laureatı. == Ədəbiyyat == Əliquliyev R., .Şükürlü S, .Kazımova S. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" mükafatı laureatları
== 2008 == Əliyev Cəlal Əlirza oğlu — 30. iyun 2008 == 2012 == Ələkbər Əmir oğlu Məmmədov; — 5 noyabr 2012 == 2013 == Elmira Hüseyn qızı Axundova — 24. may 2013 == 2014 == Hidayət Xuduş oğlu Orucov — 3. sentyabr 2014 == 2015 == Amaliya Əliş qızı Pənahova Abbaslı Adəm Famil oğlu Allahyarov Mahir Cəlal oğlu Azərtaş Lalə Qabil qızı Babayev Aqşin Kamal oğlu Afaq Bəşir qızı Səfərova Cabbarzadə Xatirə Hafiz qızı Cəfərli Elman Niyazil oğlu Didavari Rövşən Tofiq oğlu Eynullayeva Sudabə Cahangir qızı Əhədova Sevda Sabir qızı Timuçin İlyas oğlu Əfəndiyev Əliyev Həbib Əli oğlu Gözəlov Vüsal Tapdıq oğlu İmaməliyeva Tahirə Məmməd qızı Fikrət Fərrux oğlu Məmmədov Məmmədov Şaiq Məmməd oğlu Məmmədova Gülnarə Sultan qızı Nəsirova Aynur Əli qızı Nurəliyeva Pərvin Ələmdar qızı Qut Arye Tağıyev Tahir Məmmədqulu oğlu Vəliyev Azər Kalam oğlu Yirik Betül Zeynalov Vaqif Mehrac oğlu Şəfiqə Haşım qızı Məmmədova == 2016 == Abdullayev Əkrəm Kamal oğlu — 28. yanvar 2016 Qürbətov Faiq Akif oğlu — 28. yanvar 2016 Mehdiyev Nurəddin Səftər oğlu — 28. yanvar 2016 Orucov Seymur Vaqif oğlu — 28. yanvar 2016 Seyidzadə Şahin Kamil oğlu — 28. yanvar 2016 Abdullayev Zahir Abdulla oğlu — 2. fevral 2016 Bilalov Zeynidin Dolqatoviç — 2.
"Lenin" mükafatı laureatlarının siyahısı
== 1960-cı illər ==
"Şərəf" ordeni laureatları
== 2009 ==
Fizika üzrə Nobel mükafatı laureatlarının siyahısı
Fizika üzrə Nobel mükafatı (isv. Nobelpriset i fysik) — İsveç Kral Elmlər Akademiyası tərəfindən fizikanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir, hansı ki, fizika sahəsi üzrə insanlığa əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Mükafat Stokholmda 10 dekabr — Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. Laureatlar bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alırlar. == Statistika == 2023-cü ildən etibarən mükafat 224 şəxsə təqdim edilmişdir. Fizika üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə alman fiziki Vilhelm Rentgenə layiq görülmüşdür. Ona verilən mükafat pulunun məbləği 150.782 İsveç kronu təşkil edirdi, 2007-ci ilin dekabr ayında bu məbləğ 7.731.004 İsveç kronuna bərabər idi. Con Bardin bu sahə üzrə mükafatı iki dəfə qazanan yeganə laureatdır (1956 və 1972-ci il).
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir. Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. Bu səbəbdən mükafat daha geniş sahələr üzrə verilə bilər. Fiziologiya və ya tibb üzrə ilk Nobel mükafatı 1901-ci ildə almaniyalı Emil fon Berinqə verildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə Behrinqə verilən mükafat məbləği 150.782 isveç kronu idi, bu məbləğ 2008-ci ilin dekabr ayında 7.731.004 isveç kronuna bərabər idi.
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı

Gənclər üçün Prezident mükafatı laureatlarının siyahısı
== 2014 ==
Kimya üzrə Nobel mükafatı laureatlarının siyahısı
Kimya üzrə Nobel mükafatı (isv.Nobelpriset i kemi) — İsveç Kral Elmlər Akademiyası tərəfindən kimyanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən verilir. Kimya üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə hollandiyalı alim Yakob Vant-Hoff layiq görülmüşdür. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə Yakob Vant-Hoffa verilmiş mükafat pulunun məbləği 150.782 İsveç kronu təşkil edirdi, 2007-ci ilin dekabr ayında bu məbləğ 7.731.004 İsveç kronuna bərabər idi. Mükafat Stokholmda 10 dekabr — Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. Ən azı 25 laureat, digər kimya sahələrindən daha çox üzvi kimya sahəsindəki töhfələrinə görə Nobel mükafatına layiq görülmüşdür. Kimya üzrə iki Nobel mükafatı laureatı, Riçard Kun (1938) və Adolf Butenandtın (1939) mükafatlarını almasına hökumətləri icazə vermədi.
Lenin mükafatı laureatları
== 1960-cı illər ==
Lenin mükafatı laureatlarının siyahısı
== 1960-cı illər ==
Müsəlman Nobel mükafatı laureatlarının siyahısı
2019-cu ilə qədər, on iki Nobel mükafatı laureatı müsəlman olmuşdur. On iki laureatdan yeddisi Nobel sülh mükafatına, üçü isə elm sahələrinə görə layiq görülmüşdür. 1979-cu ildə Fizika üzrə Nobel mükafatı alan Məhəmməd Əbdus Salam, Pakistanın Əhmədi icmasının üzvü idi. Əziz Sancar ikinci Türk Nobel mükafatçısı və 2015-ci ildə molekulyar biologiya sahəsində Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. İki müsəlman Kimya üzrə Nobel mükafatı verildi. İki müsəlmana Ədəbiyyat üzrə Nobel mükafatı verilib. Yeddi müsəlmana Nobel Sülh mükafatı verilib. Fizika üzrə Nobel mükafatını alan yeganə müsəlmandır. Sülh üzrə Nobel mükafatı laureatlarının siyahısı Xristian Nobel mükafatı laureatlarının siyahısı Nobel mükafatı laureatlarının siyahısı Mysticism in Contemporary Islamic Politics: Orhan Pamuk and Abdolkarim Soroush by John von Heyking, University of Lethbridge "Islam, Melancholy, and Sad, Concrete Minarets: The Futility of Narratives" in Orhan Pamuk's The Black Book by Ian Almond The Age of Deception: Nuclear energy policy in Treacherous Times by Mohamed El Baradei. Islam, Orientalism and Intellectual History: Modernity and the Politics of Exclusion since Ibn Khaldun (Library of Middle East History) by Mohammad R. Salama ISBN 1848850050, 1848850050.
Nobel Sülh mükafatı laureatlarının siyahısı
Sülh üzrə Nobel mükafatı hər il Norveç Nobel Komitəsi tərəfindən "millətlər arasındakı qardaşlıq, daimi orduların ləğvi və ya azaldılması və sülh qurultaylarının keçirilməsi və təşviqi üçün ən çox və ya ən yaxşı işlər görmüş şəxsə" təqdim edilir. Nobelin vəsiyyətinə əsasən, mükafat Norveç Nobel Komitəsi tərəfindən idarə olunur və Norveç Parlamenti tərəfindən seçilmiş beş nəfərdən ibarət komitə tərəfindən verilir. Hər laureatbir bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. Bu mükafat kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələrində insanlığa əlamətdar töhfələr verənlərə təqdim edilən Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir. Sülh Mükafatı hər il Osloda, Norveç Kralının iştirakı ilə, 10 dekabrda Nobelin ölümünün ildönümündə təqdim olunur və Stokholmda təqdim edilməyən yeganə Nobel mükafatıdır. Digər mükafatlardan fərqli olaraq Sülh Mükafatı ara-sıra bir şəxsdən çox bir təşkilata verilir (məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsi üçqat laureat). Nobel Sülh Mükafatı ilk dəfə 1901-ci ildə Frederik Passi və Anri Dünana verildi, onların bölüşdükləri mükafat pulu 150.782 İsveç kronu təşkil edirdi (bu məbləğ 2008-ci ildə 7.731.004 krona bərabər idi). 1962-ci ildə Sülh üzrə Nobel mükafatı laureatı olan Laynus Polinq iki dəfə şəriksiz şəkildə Nobel mükafatına layiq görülən yeganə şəxsdir; 1954-cü ildə Kimya üzrə Nobel mükafatını aldı. 2014-cü ildə 17 yaşında Sülh üzrə Nobel mükafatına layiq görülən Məlalə Yusəfzay ən gənc laureatdır. Sülh üzrə Nobel mükafatı laureatı olan ilk qadın Bertha von Zuttner idi (1905).
Nobel mükafatı laureatlarının siyahısı
Nobel mükafatları (isv. Nobelpriset, norv. Nobelprisen) — İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahəsindəki fövqəladə uğurlarına görə verilir. Nobel mükafatı 27 noyabr 1895-ci ildə İsveç ixtiraçısı, alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur. İqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildə İsveçin mərkəzi bankı olan Sveriges Riksbank tərəfindən təsis edilib və 1969-cu ildən etibarən iqtisadiyyat elminə verilmiş töhfələrə görə təqdim edilir. İsveç Kral Elmlər Akademiyası fizika, kimya və iqtisadiyyat sahəsindəki, Karolinska İnstitutu fiziologiya və ya tibb sahəsindəki, Norveç Nobel Komitəsi isə ədəbiyyat sahəsindəki mükafatları verir. Sülh sahəsindəki mükafat isə Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur. Nobel mükafatına sahib olan şəxs və ya təşkilat medal, diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə ilk Nobel mükafatı laureatlarına 150.782 İsveç kronu verilib. Bu mükafat 2007-ci ilin dekabrında 7.731.004 İsveç kronuna bərabər idi.
Nobel mükafatı laureatı olmuş qadınların siyahısı
"Nobel" mükafatı dedikdə Alfred Nobelin 1895-ci ildəki vəsiyyətinə əsasən "öncəki il ərzində bəşəriyyətə ən böyük faydanı vermiş şəxslərə" verilən 5 mükafat başa düşülür. Bundan əlavə, 1968-ci ildə Sveriges Riksbank tərəfindən Alfred Nobelin xatirəsinə İqtisadiyyat üzrə Sveriges Riksbank Mükafatı təsis edilmişdir və bu mükafat "iqtisadiyyat elmlərində müstəsna əhəmiyyət kəsb edən işlərə imza atan şəxs və ya şəxslərə" verilir. 2023-cü ilə qədər unikal Nobel mükafatı 965 nəfərə və 27 təşkilata verilmişdir ki, onlardan da 64-ü qadındır (Mariya Küri iki dəfə qazanmışdır.) Qadın Nobel mükafatı sahiblərinin bölgüsü aşağıdakı kimidir: on doqqusu "Nobel" sülh mükafatını qazanmışdır (110 laureatın 16,3%-i), on yeddisi Ədəbiyyat üzrə "Nobel" mükafatını qazanmışdır (119 laureatın 14,28%-i), on üçü Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanmışdır (230 laureatın 5,6%-i), səkkizi Kimya üzrə "Nobel" mükafatını qazanmışdır (191 laureatın 4.1%-i), beşi Fizika üzrə "Nobel" mükafatımı qazanmışdır (224 laureatın 1,8%-i), və üçü (Ester Düflo və Elinor Ostrom və Klaudiya Qoldin) və İqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdır (92 laureatın 2.17%-i). Nobel mükafatını qazanan ilk qadın 1903-cü ildə əri Pyer Küri və Anri Bekkerel ilə birlikdə Fizika üzrə Nobel mükafatını qazanan Mariya Küri olmuşdur. Küri həmçinin iki qat Nobel mükafatını qazanmış yeganə qadındır; 1911-ci ildə Kimya üzrə Nobel mükfataını qazanmışdır. Kürinin qızı İren Jolio-Küri 1935-ci ildə Kimya üzrə Nobel Mükafatını qazanmışdır ki, bu da onları Nobel mükafatı alan yeganə ana-qız cütlüyünə çevirmişdir. Qadınların tək ildə ən çox mükafat aldığı il 2009-cu il olmuş, beş qadın 4 kateqoriya üzrə laureat olmuşdur.
Nobel mükafatı laureatı qadınların siyahısı

Polşalı Nobel mükafatı laureatlarının siyahısı
Polşalı Nobel mükafatı laureatlarının siyahısı — milliyətcə polyak və indiki Polşa dövləti ərazisində doğulan Nobel mükafatı laureatları. Nobel mükafatı dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfələrə görə verilən nüfuzlu beynəlxalq mükafatdır. Mükafat 1901-ci ildən etibarən fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və sülh sahələri üzrə təqdim olunur. 1969-cu ildən isə iqtisadiyyat sahəsi üzrə də Nobel mükafatının təqdimatına başlanılıb. 2015-ci il etibarilə, cəmi 900-dən çox şəxs və təşkilata Nobel mükafatı verilmişdir. Bu 900 Nobel mükafatı laureatından 9-u milliyətcə polyakdır, 15-i isə indiki Polşa dövlətinin ərazisi çərçivəsində mövcud olmuş dövlətlərdə və indiki Polşada doğulan digər millətlərin nümayəndələridir. Polşalılar Nobel mükafatının bütün altı sahəsi üzrə laureat olublar. Onlar ümumilikdə 8 dəfə fizika, 5 dəfə kimya, 6 dəfə fiziologiya və ya tibb, 4 dəfə ədəbiyyat, 1 dəfə sülh və 1 dəfə də iqtisadiyyat sahəsi üzrə laureat olublar. Nobel mükafatını alan ilk polşalı 1901-ci ildə fiziologiya və ya tibb sahəsi üzrə mükafatı əldə edən Emil fon Berinq olub. Hələlik Nobel mükafatını qazanan sonuncu polşalı 2004-cü ildə fizika üzrə Nobel mükafatını əldə edən Frank Vilçekdir.
SSRİ Dövlət mükafatı laureatlarının siyahısı
Andrey Samoyloviç Malışko — 1969
Sülh üzrə Nobel mükafatı laureatlarının siyahısı
Sülh üzrə Nobel mükafatı hər il Norveç Nobel Komitəsi tərəfindən "millətlər arasındakı qardaşlıq, daimi orduların ləğvi və ya azaldılması və sülh qurultaylarının keçirilməsi və təşviqi üçün ən çox və ya ən yaxşı işlər görmüş şəxsə" təqdim edilir. Nobelin vəsiyyətinə əsasən, mükafat Norveç Nobel Komitəsi tərəfindən idarə olunur və Norveç Parlamenti tərəfindən seçilmiş beş nəfərdən ibarət komitə tərəfindən verilir. Hər laureatbir bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. Bu mükafat kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələrində insanlığa əlamətdar töhfələr verənlərə təqdim edilən Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir. Sülh Mükafatı hər il Osloda, Norveç Kralının iştirakı ilə, 10 dekabrda Nobelin ölümünün ildönümündə təqdim olunur və Stokholmda təqdim edilməyən yeganə Nobel mükafatıdır. Digər mükafatlardan fərqli olaraq Sülh Mükafatı ara-sıra bir şəxsdən çox bir təşkilata verilir (məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsi üçqat laureat). Nobel Sülh Mükafatı ilk dəfə 1901-ci ildə Frederik Passi və Anri Dünana verildi, onların bölüşdükləri mükafat pulu 150.782 İsveç kronu təşkil edirdi (bu məbləğ 2008-ci ildə 7.731.004 krona bərabər idi). 1962-ci ildə Sülh üzrə Nobel mükafatı laureatı olan Laynus Polinq iki dəfə şəriksiz şəkildə Nobel mükafatına layiq görülən yeganə şəxsdir; 1954-cü ildə Kimya üzrə Nobel mükafatını aldı. 2014-cü ildə 17 yaşında Sülh üzrə Nobel mükafatına layiq görülən Məlalə Yusəfzay ən gənc laureatdır. Sülh üzrə Nobel mükafatı laureatı olan ilk qadın Bertha von Zuttner idi (1905).
Türkiyəli Nobel mükafatı laureatlarının siyahısı
Türkiyəli Nobel mükafatı laureatlarının siyahısı — Nobel mükafatını qazanmış türkiyəlilərin siyahısı. Türkiyəlilərin Nobel mükafatına layiq görüldükləri sahələr ədəbiyyat və kimyadır. Nobel mükafatına namizədliyi irəli sürülən şəxslərin tam siyahısı komitə tərəfindən yalnız 50 ildən sonra açıqlanır. Yorqos Seferis, Osmanlı İmperiyasında doğulmuş, 1963-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı. Tereza Ana, Osmanlı İmperiyasında doğulmuş, 1979-cu il Nobel sülh mükafatı laureatı. Təvəkkül Karman, Sonradan Türkiyə vətəndaşlığını qəbul etmiş, 2011-ci il Nobel sülh mükafatı laureatı.
Xristian Nobel mükafatı laureatlarının siyahısı
Antuan Anri Bekkerel
Yəhudi Nobel mükafatı laureatlarının siyahısı
Nobel mükafatları ən azı 20%-i yəhudi olan 900-dən çox şəxsə verilib. Nobel mükafatı alan yəhudilərin sayı hər zaman diqqət mərkəzində olub. İsrailli akademiklər Elay Ben-Qal və Yeşayahu Leyboviç yəhudi Nobel mükafatçıları haqqında ensiklopediyanı yazıb tamamlayan şəxslərdir. Ben-Qal və Yeşayahu onların həyatı və işi haqqında mümkün qədər çoxlu müsahibələr alaraq, məlumatlar toplayıblar. Yəhudilər Nobel üzrə mümkün bütün altı mükafatın hamısının sahibi olublar. Nobel mükafatını alan ilk yəhudi Adolf fon Bayer 1905-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Yəhudi laureatları Eli Vizel və İmre Kertes, Fransua Enqler Holokost zamanı ölüm düşərgələrindən qaçaraq uşaq evlərində gizlənərək sağ qalanlardan olublar. Valter Kon, Otto Ştern, Albert Eynşteyn, Hans Krebs və Martin Karplus kimi digərləri isə təqiblərdən yan keçmək üçün nasist Almaniyasından qaçmaq məcburiyyətində qalıblar. Rita Levi-Montalcini, Herbert Aaron Hauptman, Robert Furxqott, Artur Kornberq və Cerom Karle də daxil olmaqla digərləri karyeraları zamanı antisemitizmlə üzləşiblər. 96 yaşlı amerikalı yəhudi Artur Aşkin mükafat aldığı zaman Nobel mükafatını alan ən yaşlı insan idi.
Koreyalı Nobel mükafatı laureatlarının siyahısı
1901-ci ildən bəri Nobel mükafatları (fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və sülh) və 1969-cu ildə başlayan İqtisadiyyat elmləri üzrə Nobel Memorial Mükafatı 975 nəfərə və 27 təşkilata verilib. İsveçli ixtiraçı və sənayeçi Alfred Nobelin 1895-ci il vəsiyyətinə uyğun olaraq, mükafatlar "öncəki il ərzində bəşəriyyətə ən böyük fayda verənlərə" verilməlidir. Mükafat təsis ediləndən bəri yalnız bir koreyalı Nobel mükafatı laureatı olmaq nüfuzunu qazanıb: Cənubi Koreya prezidenti Kim Dae-junq 2000-ci ildə Pxenyanda zirvə görüşü zamanı bölünmüş Koreyalar arasında milli barışığa təkan vermək səylərinə görə Nobel Sülh Mükafatı almışdır. 1987-ci ildə Kimya üzrə Nobel Mükafatını qazanan amerikalı Çarlz J. Pedersen Cənubi Koreyanın Busan şəhərində ana yapon və norveçli atada anadan olub. Yalnız bir Nobel mükafatçısı olmasına baxmayaraq, çoxsaylı Şimali və Cənubi Koreyalı şəxslər (həm ölkə daxilində vətəndaşlar, həm də diasporik icmalarda yaşayanlar) və təşkilatlar istənilən kateqoriya üzrə mükafata namizəd göstərilib. == Laureatlar == == Namizədliklər == Nobel mükafatına namizəd olan ilk koreyalı şair Yi Qvanqsu olmuşdur. Təəssüf ki, o, 1950-ci ildə vəfat etdi, buna görə də onun namizədliyi ölümündən sonra edildi və Nobel nizamnaməsinə görə, komitənin müzakirəsi zamanı ölümündən sonra irəli sürülən namizədlər avtomatik olaraq diskvalifikasiya edilir. Yalnız yaşayan fərdlərin və mövcud təşkilatların namizədliyinə icazə verilir. O vaxtdan bəri, digər koreyalılar müxtəlif kateqoriyalar üzrə nüfuzlu İsveç mükafatına namizəd olmağa başladılar. Aşağıdakı siyahı Nobel Komitəsi və tanınmış beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş nominasiyaları olan namizədlərdir.
"Qızıl qələm" mükafatı laureatlarının siyahısı
Bu siyahıda Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatları illər üzrə göstərilmişdir. == 1970-ci illər == === 1970 === === 1971 === === 1972 === "Qızıl qələm" fəxri mükafatı laureatları: Azərbaycan-sovet mətbuatının inkişafında xidmətlərinə görə: Süleyman Əliabbas oğlu Rüstəmzadə (Süleyman Rüstəm) (Azərbaycanın xalq şairi) Süleyman Hüseyn oğlu Rəhimov (Azərbaycanın xalq yazıçısı) Samvel Avanesoviç Qriqoryan ("Qrakan Adrbecan" jurnalının baş redaktoru) Qulam Məmməd oğlu Məmmədli (jurnalist) 1971-ci il üzrə ən yaxşı jurnalistika əsərlərinə görə: Tofiq Müseyib oğlu Həsənov ("Kommunist" qəzetinin xüsusi müxbiri) — satirik məqalələr və felyatonlar üçün Davud Əmrah oğlu Dəmirli ("Sovet kəndi" qəzetinin şöbə müdiri) — sovet adamı haqqında oçerklər və yazılar üçün "Fəhlə" televiziya proqramı üçün: Seyfulla Hənifə oğlu Cəfərov (baş redaktor) Telman Hüseyn oğlu Qafarov (böyük redaktor) Aslan Rəfi oğlu İsmayılov (rejissor) Oqtay Məhərrəm oğlu Rzayev (aparıcı) Firdovsi Adil oğlu Zamanov ("Azərbaycan gəncləri" qəzetinin şöbə müdiri) — hərbi vətənpərvərlik mövzusunda məqalələr üçün Hidayət Ələkbər oğlu Zeynalov ("Kommunist" qəzetinin şöbə müdiri) — təbiətin mühafizəsi haqqında publisistik məqalələr üçün === 1973 === === 1974 === === 1975 === === 1976 === 1975-ci il üzrə Musa İbrahim oğlu Əliyev — respublikada kənd təsərrüfatını intensivləşdirmək məsələləri barədə "Kommunist" qəzetində dərc olunumuş publisistik məqalələr üçün Tatyana Qriqoryevna Qanelina — əxlaqi tərbiyə problemləri barədə "Bakinski Raboçi" qəzetində dərc olunmuş məqalələr üçün Siyavuş Əli oğlu Sərxanlı — "Azərbaycan" jurnalında dərc olunmuş "Baykal–Amur poeması" oçerki üçün Sov.
Ölkələrinə görə Nobel mükafatı laureatlarının siyahısı
Bu siyahıda Nobel mükafatı laureatları ölkələr üzrə sıralanır. Ölkələrə istinadlar Nobel Mükafatı Komitəsinin rəsmi saytında bildirildiyi kimi götürülür və ölkələr əlifba sırası ilə verilmişdir. Mükafat illəri azalan ardıcıllıqla əlavə olunur. Bəzi insanların birdən çox ölkənin siyahısına salınmasının səbəbi rəsmi internet saytında mükafatın qalibi ilə bağlı birdən çox ölkənin qeyd olunmasıdır. Rəsmi saytda olmayan ölkə linkləri bu siyahıda qəbul edilmir. Qalibə doğulduğu ölkənin mövcud vəziyyəti və yeni vəziyyəti kimi məlumatlar verilib. Siyahıya 2011-ci ilə qədər olan məlumatlar daxildir. 1. Xristofor Sims, İqtisadiyyat, 2011 2. Tomas Sercent, İqtisadiyyat, 2011 3.

Значение слова в других словарях