2020-ci ilə qədər Nobel mükafatı 875 kişiyə, 57 qadına (Mariya Küri iki dəfə qazanmışdır) və 28 təşkilata verilmişdir.[1]
Qadın Nobel mükafatı sahiblərinin bölgüsü aşağıdakı kimidir:[2][3]
Nobel mükafatını qazanan ilk qadın, 1903-cü ildə əri Pyer Küri və Anri Bekkerel ilə birlikdə Fizika üzrə Nobel mükafatını qazanan Mariya Küri oldu.[2][10] Küri, həmçinin iki qat Nobel mükafatını qazanmış yeganə qadındır; 1911-ci ildə Kimya üzrə qazanmışdır. Qadınların tək ildə ən çox mükafat aldığı il 2009-cu il idi, hansı ki, beş qadın laureat olmuşdu.
İl | Şəkil | Lauriyat | Ölkə | Kateqoriya | Əsaslanma |
---|---|---|---|---|---|
1903 | Mariya Küri (mükafatı Pyer Küri və Anri Bekkerel ilə bölüşdü) |
Polşa və Fransa | Fizika | "Prof. Anri Bekkerel tərəfindən kəşf edilən radiasiya fenomeni ilə bağlı birgə tədqiqatlarda ortaya çıxardığı fövqəladə xidmətlərinin tanınmasına görə"[10] | |
1905 | Berta fon Zutner | Avstriya-Macarıstan | Sülh | Daimi Beynəlxalq Sülh Bürosunun fəxri prezidenti,, Bern, İsveçrə; Əllərini aşağı endir əsərinin müəllifi.[11] | |
1909 | Selma Laqerlöf | İsveç | Ədəbiyyat | "Əsərlərini digərlərindən fərqələndirən yüksək idealizmə, aydın parlaq fikir və müqəddəsliyi tərənnüm etdiyinə görə".[12] | |
1911 | Mariya Küri | Polşa və Fransa | Kimya | "Radium və poloniumun kəşfinə görə"[13] | |
1926 | Qrasiya Deledda | İtaliya | Ədəbiyyat | "Əziz vətəninin həyatını və insan problemlərinə tam dərindən yanaşmanı estetik aydınlıqla əks etdirdiyi poetik əsərlərinə görə"[14] | |
1928 | Siqrid Unset | Norveç | Ədəbiyyat | "Orta əsrlər şimal həyatının güclü təsvirlərinə görə"[15] | |
1931 | Ceyn Addams (mükafatı Nikolas Müri ilə bölüşdü) |
ABŞ | Sülh | Sosiolo2; Qadınların Beynəlxalq Sülh və Azadlıq Liqası beynəlxalq prezidenti, .[16] | |
1935 | İren Jolio-Küri (mükafatı Frederik Jolio-Küri ilə bölüşdü) |
Fransa | Kimya | "yeni radioaktiv elementlərin sintezinə görə"[17] | |
1938 | Perl Bak | ABŞ | Ədəbiyyat | "Çindəki kəndli həyatının zəngin və gerçək epik təsvirlərinə və bioqrafik şedevrlərinə görə"[18] | |
1945 | Qabriela Mistral | Çili | Ədəbiyyat | "adını bütün Latın Amerika dünyasının idealist arzularının simvolu halına gətirmiş güclü duyğulardan ilham alan lirik şeirlərinə görə" [19] | |
1946 | Emili Grin Balç (mükafatı Con Mott ilə bölüşdü) |
ABŞ | Sülh | Əvvəllər Tarix və Sosiologiya professoru; Qadınların Beynəlxalq Sülh və Azadlıq Liqası fəxri Beynəlxalq prezidenti, .[20] | |
1947 | Qerti Tereza Kori (mükfatı Karl Ferdinand və Bernardo Usay ilə bölüşdü) |
ABŞ | Fiziologiya və ya tibb | qlikogenin katalitik çevrilməsinin gedişiatını kəşf etdiklərinə görə[21] | |
1963 | Mariya Göppert-Mayer (mükafatı C.Hans D.Censen və Yucin Uiqner ilə bölüşdü) |
ABŞ | Fizika | "atom nüvəsinin nüvə qabıq modeli ilə əlaqəli kəşflərinə görə"[22] | |
1964 | Doroti Kroufut Hodjkin | Böyük Britaniya | Kimya | "Bioloji aktiv maddələrin strukturlarının rentgen şüalarının köməyi ilə təyininə görə"[23] | |
1966 | Nelli Zaks (mükafatı Şmuel Yosef Aqnon ilə bölüşdü) |
İsveç və Almaniya | Ədəbiyyat | "İsrailin taleyini şərh edən toxunaqlı lirik və dramatik əsərlərinə görə"[24] | |
1976 | Betti Ulliams | ABŞ | Sülh | Şimali İrlandiya Sülh Hərəkatının qurucusu (daha sonra "Sülh İcması" olaraq adlandırıldı)[25] | |
Marid Maquayir | |||||
1977 | Rozlin Sasmen Yelou ( mükafatı Roje Qiymen və Endrü Şalli ilə bölüşdü) |
ABŞ | Fiziologiya və ya tibb | "peptid hormonlarının radyoimunoanalizini təkmilləşdirdiyinə görə"[26] | |
1979 | Tereza Ana | Hindistan və Yuqoslava |
Sülh | Xeyriyyə Misyonerlərinin Lideri, Kəlkətə.[27] | |
1982 | Alva Myurdal (mükafatı Alfonso Qarkia Robles ilə bölüşdü) |
İsveç | Sülh | Əvvəllər Kabinet Naziri; Diplomat; Yazıçı.[28] | |
1983 | Barbara Mak-Klintok | ABŞ | Fiziologiya və ya tibb | "Transpozonların kəşfinə görə"[29] | |
1986 | Rita Levi-Montalcini (mükafatı Stenli Koen (biokimyaçı) ilə bölüşdü) |
İtaliya və ABŞ |
Fiziologiya və ya tibb | "Böyümə faktorlarını kəşf etdiklərinə görə"[30] | |
1988 | Qertrud B. Elion (mükafatı Ceyms U.Blek və Corc Hitçinqs ilə bölüşdü) |
ABŞ | Fiziologiya və ya tibb | "Farmakologiyaya dair mühüm kəşflərə görə"[31] | |
1991 | Nadin Qordimer | Cənubi Afrika Respublikası | Ədəbiyyat | "onun möhtəşəm epik əsərləri - Alfred Nobelin sözləri ilə - insanlığa böyük fayda vermişdir"[32] | |
Aunq San Su Çi | Burma | Sülh | "demokratiya və insan hüquqları üçün qeyri-zorakı mübarizəsinə görə"[33] | ||
1992 | Riqoberta Mençu | Qvatemala | Sülh | "Yerli xalqların hüquqlarına hörmət əsasında sosial ədalət və etno-mədəni uzlaşma fəaliyyətlərinin tanınması üçün"[34] | |
1993 | Toni Morrison | ABŞ | Ədəbiyyat | "Amerika reallığının mühüm aspektinə həyat verən xəyali qüvvə və poetik idxal ilə xarakterizə edilən əsərlərinə görə"[35] | |
1995 | Kristina Nüsslayn-Volhard (mükafatı Eduard B.Levis və Erik F.Vişaus ilə bölüşdü]]) |
Almaniya | Fiziologiya və ya tibb | "erkən embrionik inkişafın genetik nəzarətinə dair etdikləri kəşflərə görə"[36] | |
1996 | Vislava Şimborska | Polşa | Ədəbiyyat | "Bəşər gerçəklikləri kontekstində tarixi və bioloji təzahürləri böyük dəqiqliklə təsvir edən poeziyasına görə."[37] | |
1997 | Codi Ulliams (mükafatı Ərazi Minalarının Qadağan Edilməsi üçün Beynəlxalq Kampaniya təşkilatı ilə bölüşdü) |
ABŞ | Sülh | "Piyadalar əleyhinə minaların qadağan olunması üzrə işlərə görə"[38] | |
2003 | Şirin Ebadi | İran | Sülh | "insan hüquqları və demokrasiya üçün səylərinə görə. Xüsusilə qadın və uşaqların hüquqları üçün mübarizəyə fokus olmuşdur."[39] | |
2004 | Elfrida Elinek | Avstriya | Ədəbiyyat | "Qeyri-adi linqvistik səylə sosial qəliblərin mənasızlığını və onları kölə vəziyyətinə salan qüvvələri işıqlandırdığı roman və pyeslərində musiqili səda və əks-səda qabarmalarına görə".[40] | |
Vanqari Maatay | Keniya | Sülh | "Demokratiyanın və dünyanın inkişafına uzunmüddətli töhfəyə görə"[41] | ||
Linda B. Bak (mükafatı Riçard Aksel ilə bölüşdü) |
ABŞ | Fiziologiya və ya tibb | "qoxu reseptorlarının və iybilmə sisteminin quruluşuna dair kəşflərinə görə"[42] | ||
2007 | Doris Lessinq | ABŞ | Ədəbiyyat | "Skepsis, həyəcan və uzaqgörənliklə bölünmüş sivilizasiyanı diqqətə çatdıran, qadın təcrübəsini qeyd edən yazıçı olduğuna görə"[43] | |
2008 | Fransuaz Barre-Sinussi (mükafatı Harald tsur Hauzen və Lük Montanyer ilə bölüşdü) |
Fransa | Fiziologiya və ya tibb | "QİÇS virusunun kəşf etdiklərinə görə"[44] | |
2009 | Elizabet Blekbörn (mükafatı Cek Soztak ilə bölüşdü) |
Avstraliya və ABŞ | Fiziologiya və ya tibb | "xromosomların telomerlərlə və telomeraza fermenti ilə necə qorunduğunu kəşf etdiklərinə görə"[45] | |
Karel Qreyder (mükafatı Cek Soztak ilə bölüşdü) |
ABŞ | ||||
Ada Yonat (mükafatı Venkatraman Ramakrişnan və Tomas Stey ilə bölüşdü) |
İsrail | Kimya | "ribosomun strukturu və funksiyası üzrə tədqiqatlarına görə"[46] | ||
Herta Müller | Almaniya və Rumıniya | Ədəbiyyat | "Poeziyanın cəmləşdirilməsi və nəsrdəki səmimiyyəti ilə məzlumların həyatını təsvir etdiyinə görə"[47] | ||
Elinor Ostrom (mükafatı Oliver Uilyamson ilə bölüşdü) |
ABŞ | İqtisadiyyat | "iqtisadi idarəetmənin analizinə görə"[48] | ||
2011 | Elen Conson-Serlif | Liberiya | Sülh | "Sülhyaratma prosesində iştirakına və qadınların təhlükəsizliyi, hüquqları uğrunda mübarizəyə görə"[49] | |
Leyma Qbovi | |||||
Təvəkkül Karman | Yəmən | ||||
2013 | Elis Manro | Kanada | Ədəbiyyat | "müasir qıssa heykayə janrının ustası"[50] | |
2014 | Mey-Britt Mozer (mükafatı Edvard Mozer və Con O'Kif ilə bölüşdü) |
Norveç | Fiziologiya və ya tibb | "Beyində yerləşdirmə sistemi meydana gətirən hüceyrələrin kəşfinə görə"[51] | |
Məlalə Yusəfzay ( mükafatı Kaylaş Satyarti ilə bölüşdü) |
Pakistan və Hindistan | Sülh | "uşaqların və gənclərin təyziq altına alınmasına qarşı və bütün uşaqların təhsil hüququ üzrə mübarizələrinə görə".[52] | ||
2015 | Tu Yuyu (mükafatı Uliam Cempbel və Satoşi Omura ilə bölüşdü) |
Çin | Fiziologiya və ya tibb | "Malyariyaya qarşı yeni bir terapiya ilə əlaqədar kəşflərinə görə"[53] | |
Svetlana Aleksiyeviç | Belarus | Ədəbiyyat | "zəmanəmizdə əzab çəkməyə və cəsarətə abidə qoyduğu polifonik əsərlərinə görə"[54] | ||
2018 | Donna Striklend (mükafatı Jerar Muru və Artur Eşkin bölüşdü) |
Kanada | Fizika | "yüksək intensivli, ultra-qısa optik impulslar yaratma metodlarına görə"[55] | |
Frensis Arnold (mükafatı Qreq Uinter və Corc Smit ilə bölüşdü) |
ABŞ | Kimya | "fermentlərin istiqamətləndirilmiş təkamülünə görə"[56] | ||
Nadia Murad (mükafatı Denis Mukveqe ilə bölüşdü) |
İraq | Sülh | "cinsi zorakılığın müharibələrdə və silahlı qarşıdurmalarda silah kimi istifadə edilməsinin dayandırılması üzrə səylərinə görə"[57] | ||
Olqa Tokarçuk | Polşa | Ədəbiyyat | “sərhədlərin kəsişməsini həyatın bir forması kimi təmsil edən ensiklopedik ehtiraslı təhkiyyə fantaziyasına görə”[58] | ||
2019 | Ester Düflo (mükafatı Maykl Kremer və Abirjit Banerji ilə bölüşdü.) |
Fransa və ABŞ | İqtisadiyyat | "qlobal yoxsulluğun həllində tətbiqi yanaşmalarına görə"[59] | |
2020 | Andrea Qez (mükafatı Reynhard Qenzel və Rocer Penroz ilə bölüşdü.) |
ABŞ | Fizika | "Qalaktikamızın mərkəzindəki ifrat kütləli kompakt obyektin kəşfinə görə"[60] | |
Emmanuel Şarpontie (mükafatı Cennifer Dudna ilə bölüşdü.) |
Fransa | Kimya | "Genom redakəsi metodunu təkmilləşdirdiklərinə görə" [61] | ||
Cennifer Dudna (mükafatı Emmanuel Şarpontie ilə bölüşdü.) |
ABŞ | Kimya | "Genom redakəsi metodunu təkmilləşdirdiklərinə görə" [62] | ||
Luiza Qlük | ABŞ | Ədəbiyyat | "sadə gözəlliklə individual mövcudluğu universallaşdıran qüsursuz poetik səsinə görə" [63] | ||
2021 | Mariya Ressa (mükafatı Dmitri Muradov ilə bölüşdü.) |
Filippin | Sülh | "Demokratiya və davamlı sülh üçün bir şərt olan söz azadlığını müdafiə etmək səylərinə görə"[64] |