Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sumax
Sumax xalçaları — özünəməxsus çətin bir texnika ilə toxunan xalça. Xovsuz xalçaların son əsrlər geniş yayılmış ən maraqlı növlərindən biri "sumax" xalçalarıdır. Sumax xalçaları — yəqin ki, lap isti havalarda sərin, xovsuz bir xalça kimi ulularımızın rahatlığına yarayıb. Sumax xalçalarının əsas vətəni Şirvan sayılsada sonralar bu xalçalar Urmiyə, Mərənd, Naxçıvan, Cəbrayıl, Laçın bölgələrində də toxunmuşdur. Eyni zamanda Quba və Qusarda da gözəl sumax xalçaları istehsalı olmuşdur. Sumax xalçaları xovlu xalçalardan götürülmüş naxış və kompozisiyalarla bəzədilir. Zili və vərni ilə oxşardır. Lakin burada arğaclar ardıcıl olaraq bir cərgə soldan sağa, bir cərgə isə sağdan sola aparılır. Buna görə də sumax texnikası ilə toxunan naxışlara diqqətlə yaxından baxdıqda onlar saç hörüklərinin formasına bənzəyir. Bundan başqa sumax xalçaları toxunarkən iplərin ucları astara çıxarılıb kəsilmir.
Losman (roman)
Losman (roman) — Ceyms Fenimor Kuperin dəniz mövzusunda olan ilk romanı. Meşə dünyası kimi, dəniz aləminə də yaxından bələd olan, gəncliyinin bir neçə ilini fırtınalı dənizlərdə keçirən Kuperin "Losman" romanında da dramatik səhnələr, dənizçilərin ağır həyatı və dənizin rəngarəng görüntüləri təsvir edilmişdir. Bu əsər də obrazların təbiiliyi və reallığı ilə diqqəti cəlb edir. == Roman haqqında == "Losman" romanında bəhs olunan məhəbbət tarixçəsinin başlıca iştirakçıları "Ariel" gəmisinin gənc kapitanı Dik Barnsteybl və leytnant Qriffitdir. Romanın baş qəhrəmanı isə həyatı sirlərlə dolu olan Losman Qreydir. Günlərin birində o, İngiltərənin sərhədlərində dara düşmüş bir Amerika freqatını xilas edir və o vaxtdan etibarilə bütün amerikan dənizçilərinə rəhbərlik etməyə başlayır. Freqatın kapitanından başqa bu adamın kim olduğunu heç kəs bilmir. Yazıçının müasirləri Losman Qreyin məşhur dənizçi Con Pol Consun prototipi olduğunu çox asanlıqla müəyyən etmişdilər. Belə ki, həmin dövürdə ingilislərə qarşı bir sıra çox uğurlu hərbi əməliyyat keçirən bu amerikalı dənizçinin şöhrəti hər tərəfə yayılmışdı. Bu romanın qəhrəmanları təbiət qüvvələri — tufanlar, fırtınalar və insanlarla ölüm-dirim mübarizəsi aparırlar, hərçənd ki, bu mübarizə onlara baha başa gəlir — düşmən topunun mərmisi kapitanın həyatına son qoyur, bir çox igid dənizçilər həlak olur, ancaq Barnsteybl və Qriffit öz nişanlıları ilə sağ-salamat vətənə qayıdırlar.
Sumax xalçaları
Sumax xalçaları — özünəməxsus çətin bir texnika ilə toxunan xalça. Xovsuz xalçaların son əsrlər geniş yayılmış ən maraqlı növlərindən biri "sumax" xalçalarıdır. Sumax xalçaları — yəqin ki, lap isti havalarda sərin, xovsuz bir xalça kimi ulularımızın rahatlığına yarayıb. Sumax xalçalarının əsas vətəni Şirvan sayılsada sonralar bu xalçalar Urmiyə, Mərənd, Naxçıvan, Cəbrayıl, Laçın bölgələrində də toxunmuşdur. Eyni zamanda Quba və Qusarda da gözəl sumax xalçaları istehsalı olmuşdur. Sumax xalçaları xovlu xalçalardan götürülmüş naxış və kompozisiyalarla bəzədilir. Zili və vərni ilə oxşardır. Lakin burada arğaclar ardıcıl olaraq bir cərgə soldan sağa, bir cərgə isə sağdan sola aparılır. Buna görə də sumax texnikası ilə toxunan naxışlara diqqətlə yaxından baxdıqda onlar saç hörüklərinin formasına bənzəyir. Bundan başqa sumax xalçaları toxunarkən iplərin ucları astara çıxarılıb kəsilmir.
Sumax xalçası