Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Loda
Loda — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 218 nəfərdir. == Toponimiyası == Yerli əhali kəndin adını talış dilindəki lo (qarğa) və daidə (dərə) sözlərindən ibarət “qarğa dərəsi” mənası verən eyniadlı oronimlə bağlayır. Bəzi tədqiqatçılar da bu fikri təsdiq edirlər.
Lota lota
Lota lota (lat. Lota lota) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin lotidae fəsiləsinin lota (balıq) cinsinə aid heyvan növü.
Lada
LADA ("Lada") — "AvtoVAZ" ASC tərəfindən istehsal edilən avtomobil markaları.
Lida
Lida (belar. Ліда, lit. Lyda, pol. Lida) — Belarusda şəhər. Qrodno vilayətində yerləşən böyük sənaye şəhəri, Lida rayonunun inzibati mərkəzi. Şəhər ölkənin əsas avtomobil və dəmir yollarının kəsişməsində yerləşdiyinə görə, böyük strateji əhəmiyyətə malikdir. Lida şəhəri Polşadan 120 km, Litvadan 35 km, Qrodno şəhərindən 110 km, paytaxt Minsk şəhərindən isə 164 km məsafədə yerləşir.
Lodi
Lodi (it. Lodi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Lodz
Lodz və ya Vuc (pol. Łódź — «qayıq») — Polşanın üçüncü ən iri şəhəri. == Tarixi == Lodz, əvvəlcə 1332-ci ildə yazılı qeydlərdə yer alan kiçik bir yaşayış yeri idi. 15-ci əsrin əvvəllərində şəhər hüququ verilmişdi, lakin çox kiçik və qəribə bir şəhər qaldı. 18-ci əsrin sonuna qədər Polşanın ikinci bölməsi nəticəsində Lodz Prussiya tərəfindən qoşulduğunda Kuyavian piskoposlarının və ruhanilərinin mülkü idi.
Lota
Lota — Çili şəhəri. Ərazisi 136 km². 49.089 nəfərdir (2002).
Moda
Dəb (fr. mode, lat. modus – ölçü, obraz, tərz) — həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbulolunmuş tərzin müvəqqəti hökmranlığıdır. Dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur. Müəyyən bir müddət ərzində cəmiyyətdə məşhur üslub və ya geyim, fikir, davranış, etiket, həyat tərzi, incəsənət, ədəbiyyat, mətbəx, memarlıq, əyləncə növü, və s. göstərə bilər. Moda anlayışı həmçinin cari dövrə aid insan bədən növünü də əks etdirir (məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılırdı). Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur. Nəhəng moda evləri bunlardır: Chanel, Christian Dior, Dolce&Gabbana, Armani, Lacoste, Prada, Gucci, Calvin Klein, Hugo Boss və s. 11–14 may 2015-ci il tarixində Bakıda, Azərbaycanda ilk yüksək moda həftəsi keçirilmişdir.
Noda
Noda — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1100 nəfərdir. Əsl adının Norudi olduğu söylənilir. Oykonim talış dilindəki no (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır. Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Lerik rayonunun Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi üçün 1 161 000 manat vəsait ayrılmışdır.
Soda
Soda: Kalsium soda, Paltar ağartma sodası — Natrium-karbonat - Na2CO3. Kristallik soda — Kiristallohidrat kalsiumlu sodanın ümumi adı: Natrit — Na2CO3*10H2O. Termonatrit — Na2CO3*H2O. İçməli soda, ərzaq sodası — Natrium-hidrokarbonat - NaHCO3.
Xoda
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
Lod
Lod (ivr. ‏לוד‏‎; ərəb. اللد‎ əl-Lidd, əl-Ludd; latın: Lydda, Diospolis, qədim yunan dili: Λύδδα / Διόσπολις – Zevs şəhəri) — İsraildə şəhər, Tel-Əvivdən 20 km cənub-şərqdə yerləşir. Milli Aerokosmik Sənayesi Mərkəzi; onun yaxınlığında ölkənin ən böyük David Ben-Qurion adına hava limanı yerləşir. == Əhalisi == İsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2018-ci ilin əvvəlində əhali sayı 74.604 nəfər idi.
Oda
Oda — lirik şeir və musiqi janrı. Bir şəxsin, yaxud mühüm, təntənəli hadisənin şərəfinə yaradılan şeir, mahnı. Qədim Yunanıstanda və Romada yaranmış (Pindar, Horatsi, Ovidi), klassizm dövründə Qərbi Avropada geniş yayılmışdı. M.B.Lomonosov, Q.R.Derjavin, A.N.Radişşev, K.F.Rıleyev, A.S.Puşkin və başqa rus şairləri vətəndaşlıq ruhlu odalar yazmışlar. XIX–XX əsrlər poeziyasında oda janr kimi tədricən aradan çıxmış, sovet şeirində ara-sıra işlənmişdir (V.Mayakovski və başqaları). Yaxın və Orta Şərq, eləcə də Azərbaycan ədəbiyyatındakı qəsidə odaya yaxındır. XVII əsrdən Qərbi Avropa ölkələrində saray şənlikləri, hər hansı təntənəli hadisənin, yaxud əyanın şərəfinə yazılmış vokal-instrumental əsər də oda adlanmışdır. İngiltərədə (H.Pörsell, G.Hendel), Almaniyada (İ.Bax, L.Bethoven) kantataya yaxın odalar yaranmışdır. Sonralar müxtəlif heyətlər, o cümlədən xalis instrumental heyət üçün odalar yazılmışdır (F.List, J.Bize, İ.Stravinski, S.Prokofyev və başqaları). Azərbaycan bəstəkarlarından Cahangir Cahangirov, R.Mustafayev, Emin Sabitoğlu və başqalrının odaları var.
Gilmar Lora
Karlos Gilmar Lora Saavedra və ya qısaca Gilmar Lora (24 oktyabr 2000, Lima) — Perunun Sporting Cristal klubu və Peru milli komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən perulu peşəkar futbolçu.
Kazuyuki Toda
Kazuyuki Toda (d. 30 dekabr 1977) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 1 qol vurub.
LORA (raket)
LORA (ivr. ‏לורה‏‎) – İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal olunan kvasiballistik raket. 400 km atış məsafəsi olan bu raketin məhv etmə dəqiqliyi 10 metrə bərabərdir. Həm gəmidən, həm də qurudan atəş açmaq qabiliyyətinə malikdir. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilmişdir. LORA İkinci Qarabağ müharibəsinin son günlərində həlledici rol oynamışdır. Erməni ordusunun Şuşadakı qüvvələri gücləndirmək üçün istifadə etdiyi və Laçında yerləşən körpünün partladılmasında LORA-dan istifadə edilsə də, körpüyə ancaq minimal zədə vura bilmişdir.
Lada 1600
VAZ-2106 (rus. Жигули 2106, ing. Lada 1600) — sedan tipli banı olan, arxa aparıcı təkərlərə malik SSRİ/Rusiya istehsalı olan avtomobil. VAZ-2103 modelinin bazasında yaradılıb və 1975-cı ildən istehsal olunur. 2000-cı ildən avtomobil İjevskdə yerləşən "İjavto" zavodunda istehsal olunur. == Tarixi == İnkişaf VAZ-2106 Voljsk avtomobil zavodu mütəxəssislərin hazırlanması bir "layihəsi 21031" kimi 1974-cü ildə başladı.
Lada Niva
Niva (VAZ-2121 və LADA 4x4 adları ilə də məşhur) — Sovet və Rus avtomobil istehsalçı firması AvtoVAZ tərəfindən istehsal olunan kələ-kötür ərazi üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi. Xüsusilə keçmiş SSRİ ölkələrində hal-hazırda xüsusi modifikasiyalar altında məşhurlaşmışdır. Kanadada (1998-ci ildən sonra satışı ləğv edildi), Cənubi Amerikada, İslandiyada da məşhurlaşmış və torpaq şərtlərinin çətin olduğu yerdə istifadəsi əlverişli olmuş, geniş istifadə olunmuşdur. Avstraliya kimi bölgələrdə isə isti iqlim şəraiti üçün kondisionerinin uyğun olmaması səbəbindən populyarlığı məhdud olaraq qaldı. Avtomobil modeli İslandiyada Lada Sport və Avstriyada Lada Taiga adı ilə tanınmışdır. Dünyada off-road nəqliyyat vasitələrinin kütləvi istehsal olunduğu model olan Niva, monokok quruluşu və müstəqil ön asma və qıvrım asma bacarıqlarına görə bugünkü yolsuzluq avtomobillərinin pioneridir. == Tarixçə == Bütün Avropada 2121 kod adı ilə tanınan Niva, 1976-cı ildə dövrünün yenilikçi texniki imkanları ilə istehsal xəttindən çıxdı. Lada Niva dizaynerləri tərəfindən Land Rover şassisinə yerləşdirilmiş Renault 5 kimi təsvir edilmişdir. "Daimi 4 təkərli sürücü sistemi və monokok korpusu yalnız Range Rover-də və 1970-ci illərdə bir neçə markada mövcud idi. Sahədəki üstün imkanlarına paralel olaraq prospektdə istifadəsi rahatlığı səbəbindən ilk SUV nümunəsidir.
Leda (peyk)
Leda (yun. Λήδα) və ya Yupiter XIII Yupiterin düz istiqamətdə dönən düzənsiz peyklərindən biridir.1974-cü il Sentyabrın 14 də Palomar Observatoriyasında Çarli Tomas Koval tərəfindən kəşf edilmişdir.Peyk Yunan mifalogiyasında Zevsin sevgilisinin adını daşıyır.Kovalın peykə təklif etdiyi ad 1975-ci ildə qəbul edilir. Leda Himalia qrupuna aiddir.Himalia qrupu Yupiterdən 11-13 Gm aralığında 27.5 ° meyillikdə 5 peykin fırlandığı qrupdur.Bu orbital elementlər haqqında məlumatlar 2000-ci il Yanvar ayına aiddir,belə ki onlar daim Günəş və planetlərdəki dəyişikliklər səbəbi ilə öz xarakteristikalarını dəyişirlər.
Lodi doyusu
Lodi döyüşü — 1796-cı il 10 Mayda baş vermişdir. Avstriyalı general Beaulieu Napoleona qarşı Fombio döyüşündə aldığı məğlubiyyətdən sonra Beaulieu məğlub olaraq ordusunu Ada çayının gerisinə çəkdi. Beaulieu geri çəkilməni sürətləndirmək üçün Lodidə General-Mayor Vukassovich idarəsində təxminən 10.000 nəfər qoyaraq irəlilədi. Napoleonun ordusu 10 Mayda Lodiyə çatıb çayın sol sahilini düşməndən təmizlədi. Napoleonun əsas ordusu Lodiyə çatana qədər fransız topçuları avstriyalıların körpüyü dağıtmamaqları üçün qarşı sahilə dayanmadan atəş açırdılar. Elə bu vaxt Napoleon şəxsən toplardan birinin başına keçib əsgər kimi döyüşdü. Bu fransız əsgərlərinin döyüş ruhunu artırdı. Axşamüstü əsas ordu Lodiyə çatdı. Napoleon dərhal əsgərlərə körpünü keçmələri əmrini verdi. Axşama yaxın şəhər ələ keçirildi.
Lodi əyaləti
Lodi əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Lodz FK
Lodz FK – Polşanın futbol klubu. == Uğurları == === Ölkədaxili turnirlərdə === Polşa çempionatı Qızıl medal (2) — 1958, 1998 Gümüş medal (1) — 1954 Bürünc medal (3) — 1922, 1957, 1993 Polşa Superkuboku Qalib (0).
Lora Breniqan
Lora Breniqan (alm. Laura Branigan‎; 3 iyul 1952[…] – 26 avqust 2004, Şərqi Kuoq[d]) — ABŞ solo ifaçısı. == Həyatı == Lora Breniqan 3 iyul 1952-ci ildə ABŞ-nin Nyu-york ştatının Brüster şəhərində doğulmuşdur. İlk dəfə solo karyerasına 1970-ci illərdən başlamışdır. 1980-ci illərin əvvəldən başlayaraq müxtəlif filmlərə çəkilir. Bununla bərabər Lora 1982-ci ildə orijinal "Qloria" mahnısının remeykini ifa edir və həmin ildə Qremmi mükafatı nominasiyasına layiq görülür. 1984-cü ildə ifa etdiyi Self Control mahnısı ABŞ və Avropa ölkələrinin hit-paradlarında ən populyar mahnılardan birinə çevrilir. 1990-cı illərdə Lora filmlərdə az çəkilirdi. Lora Breniqan 26 avqust 2004-cü il tarixində beyin anevrizmi xəstəliyi ağırlaşması səbəbindən dünyasını dəyişir.
Lora Buş
Lora Buş (ing. Laura Lane Welch Bush; 4 noyabr 1946[…], Midlend[d], Texas) — ABŞ-nin 45-ci Prezidenti Corc Buşun həyat yoldaşıdır. 1977-ci ildə Corc Buş ilə ailə həyatı qurmuşdur. Onların 2 uşaqları vardır. 2001–2009-cu illərdə ABŞ-nin birinci ledisi olmuşdur. == Həyatı == Lora Buş 1946-cı ildə Texas ştatının Midlend şəhərində anadan olmuşdur. Ali təhsilini Dallas şəhərində almışdır. Buranı bitirdikdən sonra Texas Universitetinə daxil olmuşdur. 1977-ci ildə Corc Buş ilə ailə həyatı qurmuşdur. Onların 2 əkiz qız övladı (Barbara və Cenni) olur.
Lora Kuenssberq
Lora Kuenssberq (8 avqust 1976, İtaliya) — İngilis jurnalistdir. 2015-ci ilin iyul ayında BBC-nin siyasət redaktoru vəzifəsinə təyin olunmuş ilk qadın == Uşaqlığı və təhsili == İsveç biznesmen Nick Kuenssberq və həyat yoldaşı Sally Kuenssberqin qızıdır. Kuenssberq İtalyada dünyaya öz gözlərini açdı, hansı kin atası bu vaxt Coats Viyellayla işləyirdi. Qardaşı və bacısı ilə bilirkdə Qlazqoda böyüdü və özəl qız məktəbi olan Laourel Park məktəbində oxudu. Lora Edinburq universitetində tarix fakültəsində, ardından Vaşınqton da Geordetoun universitetində NBC nyus siyasət proqramnda fəaliyyət gösərdiyi jurnalistika kursunda oxudu. Qardaşı Denid Briqton və Hov Kent məclisində iqtisadi və mənbə idarə edicisi olaraq çalışır. Bacısı Yoanna diplomatdır və 2014-cü ildən İngilis yüksək komissarı olaraq Mozambikdə çalışır. == Karyerası == İngiltərəyə qayıtdıqdan sonra 200-cü ilin Mart ayında BBC Şimal-Şərq və Kumbria yola düşmədən əvvəl, yerli radio və ardından da Qlzaqo kabel televiziyasında xidmət etdi. Kuenssberq müxbir olaraq etdiyi alışmalara görə Kral Televiziya quruluşu tərəfindən mükafata layiq görüldü və bölümlər yaratdığı sosial işlər editoru Niall Dikson BBC nyus baş siyasi müxbiri olaraq vəzfiləndirildi. Kuenssberq BBC One blütenləri Günlüs Siyasət xəbərləri hazırladı.2010-cu ilin May ayında David Kamerununun baş nazirliyi vaxtında koalisiya hökümıtinin quruluşunda müxbirlik etdi ki, bu da jurnalist David Abramoviçin "Kuenssberqovision" termini ortaya qoydu..2011-ci ilin Sentyabr ayında Kuessnberq İTV nyus üçün yeni editorluq vəzifəsini öz üzərinə götürdü.