KODA

сущ. кода:
1. муз. заключительная часть музыкального произведения
2. в поэтике - дополнительные стихи в сонете сверх установленных в нем 14 строк
KOD
KODAÇMA
OBASTAN VİKİ
Aya Koda
Aya Koda (幸田文, Koda Aya, 1 sentyabr 1904, Tokio[d] – 31 oktyabr 1990, İşioka[d], İbaraki prefekturası) – Yaponiya yazıçısı. O, feminist əsərləri ilə tanınmışdır. Yazıçı Rohan Kodanın qızıdır. == Həyatı == Aya Koda 1 sentyabr 1904-cü ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Yaponiyanın tanınmış yazıçılarından biri olan Rohan Kodanın ikinci qızı olmuşdur. Aya ədəbi karyerasına 43 yaşında atası haqqında məqalələr yazaraq başlamışdır. 1947-ci ildə yazdığı "Son anlar" onun belə əsərlərindən biri olmuşdur.Koda 1940 və 1950-ci illərdə avtobioqrafik esselər yazmışdır. 1954-cü ildə yazdığı "Qara kimono" əsərinə görə Yomiuri mükafatına layiq görülmüşdür. Ədəbi uğur qazanmasına baxmayaraq bir neçə ay yazıçılığa fasilə verərək geyşa evində xidmətçi kimi işləmişdir. Kimono geyinmiş qadınların əhatəsində olmaq 1955-ci ildə "Axıntı" (流れる, "Naqareru") adlı birinci romanını yazmaq üçün ilham mənbəyi olmuşdur.
Kodak
Kodak — fototexnika və kinoməhsullar istehsal edən məşhur ABŞ şirkəti. Mənzil-qərargahı ABŞ-nin Nyu-York ştatının Roçester şəhərində yerləşir. == Mülkiyyət == Şirkət səhmləşdirilib və azad satışdadır.2011-ci ilin yanvarına əsas səhm sahibləri aşağıdakılar idi: Legg Mason Capital Management (21,6 %). Vanguard Group (5,5 %). BlackRock Institutional Trust Company (5,1 %).
Kodak şirkəti

Kodandarama məbədi
Kodandarama məbədi — Hindistanın Andhra Pradeş ştatının, Kadapa bölgəsinin Racamet talukdakı Vontimitta qəsəbəsində yerləşən ilahi Ramaya həsr edilən bir hind məbədidir. Vicayanaqara memarlıq üslubunun bir nümunəsi olan məbəd XVI əsrdə inşa edilmişdir. Bölgədəki ən böyük məbəd olduğu bildirilir. Məbəd Kadapadan 25 km uzaqlıqda Racampet yaxınlığında yerləşir. Məbəd və ona bitişik tikililər, milli əhəmiyyətli qorunan abidələr sırasına daxil edilmişdir. == Əfsanə == Yerli əfsanəyə görə məbəd əvvəl soyğunçu olmuş sonrada Ramanın müridlərinə çevrilən Vontudu və Mittudu tərəfindən tikilmişdir. Məbədin tikintisi bitdikdən sonra onların daşa çevrildikləri deyilir. == Tarix == Məbəd XVI əsrdə, Çola və Vicayanaqra krallarının dövründə tikilmişdir.Vontimittada yaşayan Bammera Potana, şah əsəri olan "Maha Bhagavatham"ı teluqu dilində yazır və onu Ramaya ithaf edir. Valmikinin Ramayanasını (Ramanın hekayəsindən bəhs edən hind dastanı) teluqu dilinə tərcümə edən və "Andhra Valmiki" kimi tanınan Vavilakolanu Subba Rao, burada Ramaya ibadət etmək üçün vaxt keçirirdi. Müqəddəs şair Annamaçaryanın məbədi ziyarət etdiyi və Ramanın şərəfinə mahnılar və ya kirtanlar bəslədiyi bildirilir.
Kodansha
Kodansha Ltd. (株式会社講談社, Kabushiki-gaisha Kōdansha) — Yaponiyanın ən böyük nəşriyyatı. Nəşriyyatın nəşr etdirdiyi məhsullara "Nakayoshi", "Afternoon", "Evening" və "Weekly Shonen Magazine" kimi manqa jurnalları, "Gunzo", və "Shūkan Gendai" kimi ədəbi jurnallar və yapon lüğəti "Nihongo Daijiten" aiddir. Nəşriyyatın baş qərargahı Tokio şəhərinin Bunkö xüsusi rayonunda yerləşir. Yarandığı gündən bu günə qədər şirkəti Noma ailəsi idarə edir. == Tarixi == Kodansha 1909-cu ilin dekabrında Seidzi Noma tərəfindən Dai-Nippon Yūbenkainin (Böyük Yaponiya Natiqlik Cəmiyyəti) spin-offu kimi qurulmuşdur. Nəşriyyatın ilk nəşr etdirdiyi jurnal "Yuben" adlanırdı. Kodansha adı (nəşriyyatın hal-hazırda nəşr etmədiyi "Koda Club" jurnalından götürülüb) ilk dəfə Dai-Nippon Yubenkai ilə birləşdiyi 1911-ci ildə istifadə olunmuşdur. Nəşriyyat bu adı rəsmi olaraq 1958-ci ildə seçmişdir. Nəşriyyat "Omoshirokute tame ni naru" (面白くて、ためになる, Maraqlı və faydalı olmaq) şüarından istifadə edir.
Kodansha Box
Kodansha Box (講談社BOX) – Yaponiyanın əsas nəşriyyatlarından biri olan Kodansha-nın nəşriyyat xətti. Hər bir buraxılan kitab gümüş üzlüklə nəşr olunur. Katsuşi Ota tərəfindən təkbaşına redaktə olunan kitablar barədə müəllif deyir: "Yeniyetmə psixologiyasının mövzularına əsaslanan əsərlər kolleksiyası. Ümid edirəm ki, bu, bir gün Yaponiya populyar mədəniyyətinin indeksinin bir növünə çevriləcək".Kodansha Box nəşrə 2006-cı ilin noyabrında "Hər şey qutulaşdırılıb" şüarı ilə başlamışdır. == Töhfəçilər == Nisio İsin Ryuusui Seyryoin Kinoko Nasu Otaro Mayco Ryukishi07 == Pandora == 2008-ci ilin fevralında Kodansha Box "Pandora" adlı ədəbi jurnal nəşr etməyə başlamışdır. Jurnalın şüarına görə sən heç vaxt növbəti buraxılışda nələrin olacağını bilməyəcəksən.
Kodansha Ltd.
Kodansha Ltd. (株式会社講談社, Kabushiki-gaisha Kōdansha) — Yaponiyanın ən böyük nəşriyyatı. Nəşriyyatın nəşr etdirdiyi məhsullara "Nakayoshi", "Afternoon", "Evening" və "Weekly Shonen Magazine" kimi manqa jurnalları, "Gunzo", və "Shūkan Gendai" kimi ədəbi jurnallar və yapon lüğəti "Nihongo Daijiten" aiddir. Nəşriyyatın baş qərargahı Tokio şəhərinin Bunkö xüsusi rayonunda yerləşir. Yarandığı gündən bu günə qədər şirkəti Noma ailəsi idarə edir. == Tarixi == Kodansha 1909-cu ilin dekabrında Seidzi Noma tərəfindən Dai-Nippon Yūbenkainin (Böyük Yaponiya Natiqlik Cəmiyyəti) spin-offu kimi qurulmuşdur. Nəşriyyatın ilk nəşr etdirdiyi jurnal "Yuben" adlanırdı. Kodansha adı (nəşriyyatın hal-hazırda nəşr etmədiyi "Koda Club" jurnalından götürülüb) ilk dəfə Dai-Nippon Yubenkai ilə birləşdiyi 1911-ci ildə istifadə olunmuşdur. Nəşriyyat bu adı rəsmi olaraq 1958-ci ildə seçmişdir. Nəşriyyat "Omoshirokute tame ni naru" (面白くて、ためになる, Maraqlı və faydalı olmaq) şüarından istifadə edir.
Kodayu (opera)
Kodayu — Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun yapon dilində yazdığı opera. Bu, yapon musiqi tarixində ilk yapondilli opera idi. Librettonun müəllifi xanım Eyko Aokidir. == Tarixçə == 1991-ci ildə Fərhəng Hüseynov bəstəkar kimi Yaponiyada keçirilən "İpək yolu" yarışmasına qatılır və birinci yeri qazanır. Bundan sonra XVIII əsr Yapon dənizçi qəhrəman Kodayu haqqında opera yazmaq təklifini alır. Təklif librettonun müəllifi Eyko Aokidən gəlir. Operanın premyerası 1993-cü ilin sentyabrın 7-sində Tokyoda Bunkamure Orçard zalında konsert şəklində böyük uğurla keçir. Osaka və Suzuki şəhərlərində də Asaxi televiziya kanalının 35 illiyi münasibətilə eyni tərzdə baş tutur. == Operanın özəllikləri == Bir sıra kənara çıxmalara baxmayaraq, "Kodayu"-da dünya opera janrının bütün xüsusiyyətləri var: ariya, ariozo, ansambl (duet, terset və s.), xor, orkestr nömrələri (vals, polka, marş), reçitativ. Səhnə və dekorasiya isə yoxdur.
Typhlodromus kodaikanalensis
Typhlodromus kodaikanalensis (lat. Typhlodromus kodaikanalensis) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus kodaikanalensis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Zoltan Koday
Zoltan Koday — macar bəstəkar, musiqiçi və müəllim. == Bioqrafiyası == Uşaqlığından , amatör musiqiçi olan atasından skripkada ifa etmeyi öyrəndi. 1900-cü ildə Budapeşt Universitetinin dil şöbəsinə və eyni zamanda Qans fon Kössler Macarıstan Musiqi Akademiyasında kompozisiya sinifinə daxil oldu. Kursun bitməsindən bir il sonra Şarl Vidor (ing. Charles Widor) ilə birlikdə Parisdə təhsil alıb. 1905-ci ildən etibarən Macarıstan xalq musiqisi irsinin əsərlərini toplayaraq məşğul olurdu, bu məqsədlə o, müxtəlif Macarıstan vilayətlərinin kəndlərinə səyahət etdi. 1906-cı ildən etibarən, Bela Bartok ilə birgə folklor mahnılarının çoxsaylı kolleksiyaları ilə nəşr etdi. Birinci Dünya müharibəsi zamanı Koday Bela Bartok ilə birlikdə Budapeştdə Avstriya-Macarıstan Hərbi Nazirliyinin mətbuat bölməsinin musiqi sektorunda çalışmışdır. 1919-cu ildə Macarıstan Sovet Respublikasının hökuməti onu Musiqi Akademiyasının vitse-prezidenti təyin etdi, Musiqili İncəsənət Ali Məktəbinin adı dəyişdirildi; hortum rejiminin yaradılmasından sonra, 1921-ci ilə qədər tədris fəaliyyətlərini müvəqqəti olaraq dayandırmağa məcbur olub. 1942-ci ildə təqaüdə çıxmış, fəxri professor unvanını alan İkinci Dünya müharibəsinin sonunda Macarıstan İncəsənət Şurasının prezidenti olmuşdur.
Kodanşa ABŞ
Kodanşa ABŞ Nəşriyyat MMC (ing. Kodansha USA Publishing, LLC) — Nyu-York mərkəzli nəşriyyat şirkəti. Yaponiyanın ən böyük naşiri Kodanşanın alt qurumudur. 2008-ci ilin iyulunda əsası qoyulan Kodanşa ABŞ şirkəti Yaponiya və yapon mədəniyyəti ilə əlaqədar kitablar və Kodanşa Manqa imprintinin (əvvəllər Kodanşa Komikslər) adı altında manqalar çap etməkdədir.
наво́й начи́слить одревесне́ние сглупова́ть сочу́вствующая спай тату́-рису́нок бале́тки ввод комме́рция пиа́ровский пороло́н ameiosis fishing-net high-antiknock lakeland terrier macr- musicianship passenger recreancy изба намёт отдавить приставание прогостить