Yulius Lotar Meyer
Yulius Lotar Meyer (19 avqust 1830 – 11 aprel 1895[…], Tübingen[d]) — alman kimyaçısı, Berlin Elmlər Akademiyasının müxbir üzvü, kimyəvi elementlərin dövri sisteminin yaradıcılarından biri
Julius Lotar Meyer 1830-cu il avqustun 19-da Oldenburq əyalətinin Farrel adlı kiçik bir şəhərində həkim ailəsində dünyaya gəlmişdi. Sağlamlığının zəif olduğuna görə o,orta məktəbi yalnız iyirmi bir yaşında bitirmişdi. Məktəbdən sonra, atası kimi Meyer də tibbi öyrənməyə başlamış və 1854-cü ildə Vürzburq Universitetində doktorluq dərəcəsi almışdı. Daha sonra o, Heidelberq və Köniqsberq Universitetlərində və Breslau Universitetində (fəlsəfə doktoru,1858) təhsilini davam etdirmişdi. 1859-cu ildən o, Breslau Universitetində çalışmağa başlamışdı. 1866-cı ildən etibarən o, Ebesvalde Universiteti, 1876-cı ildən Karlsruedə Politexnikum və 1876-cı ildən Tübingen Universitetinin kimya professoru kimi fəaliyyət göstərmişdi. 1888-ci ildə o, Berlin Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.
O, Heidelberqdə R.Bunzenin laboratoriyasında işləyərək insan orqanizmində baş verən qaz mübadiləsini öyrənmişdi. "Qan qazları" və "Qazvari karbon oksidinin qana təsiri haqqında" adlı əsərlərində Meyer göstərmişdi ki, tənəffüs zamanı oksigen qanın hemoqlobini ilə birləşir; karbon oksidi hemoqlobinə çox yaxın olduğundan onun oksigenlə birləşməsinə mane olur.
A.Kekule və F.Beylşteynlə elmi əlaqələr qurduğu Heidelberqdə işləməsi Meyeri kimya ilə ciddi məşğul olmaq qərarına gətirib çıxartdı.