Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Losyon
Losyon (fr. lotion; Oxunuşu Las'yon) — Dәri üçün qidalı kosmetik maye.
.london
.london — domen zonası. Bu domen zonası ilə bağlı müqavilə "ICANN" ilə "Dot London Domains Ltd" şirkəti arasında 2013-cü ilin noyabrın ortalarında imzalanmışdır.Saytların ".london" zonasında qeydiyyatdan keçirilməsinə 29 aprel 2014-cü ildən etibarən başlanılmışdır. Amma ilk üç ayda Londonda fəaliyyət göstərən təşkilat və brend sahiblərinə üstünlük verilməsi planlaşdırılmışdır.London şəhərinin meri Boris Conson müvafiq domen zonasının fəaliyyətə başlaması ilə bağlı bildirmişdir kiː ".london" domeninin işə salınması Londonun internetdə populyarlaşması üçün çox gözəl imkan olacaq ki, bu da şəhər iqtisadiyyatına qoyulacaq investisiyaların artması ilə nəticələnəcək.
Boston
Boston — ABŞ-nin tarixi şəhərlərindən biri və Massaçusets ştatının paytaxtı. Yeni İngiltərədə ən böyük şəhər olan Boston, bölgənin iqtisadi və mədəni mərkəzi sayılır və qeyri-rəsmi olaraq Yeni İngiltərənin paytaxtı adlanır.
London
London (ing. London [ˈlʌndən], lat. Londinium) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı. Britaniya adalarında ən böyük şəhər. Sahəsi 1 706,8 km², əhalisi 8 milyon nəfərdir. Əhalisinin sayına görə dünyada 21-ci, Avropada 2-ci, Avropa İttifaqında isə 1-ci yeri tutur. Əsası eramızın 43-cü ilində imperator Klavdinin rəhbərliyi ilə Roma İmperiyası qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulmuşdur. == Adı == London təqribən 2 min il öncə Romalılar tərəfindən qurulmuşdur. E.ə. 43-cü ildə Roma İmperatorluğu Böyük Britaniyanı işğal etdikdən sonra şəhər Londonium adı ilə qurulmuşdur.
Loryan
Loryan — Fransada şəhər.
Lomon
Lomon (fr. Lomont) — Fransa kommunası, Franş-Konte regionunda yerləşir. Departament — Yuxarı Sona. Qərbi Erikur kantonuna daxildir. Kommuna rayonu — Lur. == Coğrafiya == Kommuna Parisdən təxminən 350 km cənub-şərqdə, Bezansondan 65 km şimal-şərqində, Vezouldan 35 km şərqində yerləşir.. == Əhalisi == == İqtisadiyyatı == 2010-cu ildə 238 nəfərdən (15-64 yaş) olanlar arasında 164-ü iqtisadi cəhətdən aktiv, 74-ü qeyri-aktivdir (fəaliyyət göstəricisi 68,9%, 1999-cu ildə isə 65,0%). 164 aktiv sakindən 150 nəfər işləyib (89 kişi və 61 qadın), 14 nəfər işsizdir (9 kişi və 5 qadın). 74 qeyri-aktiv arasında 14 nəfər tələbə, 34 nəfər təqaüdçü, 26 nəfəri isə digər səbəblərlə qeyri-aktivdir.. == Əhəmiyyətli yerləri == Kommunanın aşağı hissəsində bulaq və ictimai camaşırxana yerləşir (XIX əsr).
Lonyo
Lonyo (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Noyon
Noyon — Monqolustanda dünyəvi feodal. Noyon - Monqol ordusunda yüksək rütbəli başçı. == Mənbə == İ.Zeynalov. İzahlı tarix terminləri lüğəti. Bakı, "Azərnəşr", 2006, 284 səh.
Toyon
Toyon — Orta əsrlərdə Saxa tayfa başçıları və əyanlarına aid titul.
Boston Celtics
Boston Celtics Massaçusets əyalətinin Boston şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır. 17 çempionluq ilə ABŞ Milli Basketbol Liqasında (NBA) ən çox çempion olan komandadır. Oyunlarını Boston şəhərində olan TD Gardendə oynayır. == Tarixi == === İlk İlləri === Boston Celtics, 1946-cı ildə NBA qurulmadan öncə Amerika Basketbol Asosassiyası (BAA) liqası komandası olaraq quruldu. Daha sonra NBAnın yaranması ilə, NBAnın ilk klublarından biri oldu. Önəmli oyunçusu Bob Cousy başçılığında uğurlu sezonlar keçirtdi. === Bill Russell dövrü === 1956-cı ildə Bill Russellı heyətinə qatan klub bu oyunçunun böyük əməyi olan bir çox önəmli uğurlara imza atmışdır. Bill Russell ilə ilk sezonda St. Louis Hawksı 7 oyun sonunda qalib gələrək ilk çempionluğunu qazandılar.
Boston Kolleci
Boston Kolleci (ing. Boston College) — ABŞ-nin Massaçusets ştatının Boston şəhərində yerləşən özəl universitet. == Reytinqi == U.S. News & World Report nəşri tərəfindən hazırlanan «America’s Best Colleges 2008: National Universities» siyahısında 35-ci yeri tutur.
Boston Seltiks
Boston Celtics Massaçusets əyalətinin Boston şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır. 17 çempionluq ilə ABŞ Milli Basketbol Liqasında (NBA) ən çox çempion olan komandadır. Oyunlarını Boston şəhərində olan TD Gardendə oynayır. == Tarixi == === İlk İlləri === Boston Celtics, 1946-cı ildə NBA qurulmadan öncə Amerika Basketbol Asosassiyası (BAA) liqası komandası olaraq quruldu. Daha sonra NBAnın yaranması ilə, NBAnın ilk klublarından biri oldu. Önəmli oyunçusu Bob Cousy başçılığında uğurlu sezonlar keçirtdi. === Bill Russell dövrü === 1956-cı ildə Bill Russellı heyətinə qatan klub bu oyunçunun böyük əməyi olan bir çox önəmli uğurlara imza atmışdır. Bill Russell ilə ilk sezonda St. Louis Hawksı 7 oyun sonunda qalib gələrək ilk çempionluğunu qazandılar.
Boston Universiteti
Boston Universiteti (ing. Boston University) — ABŞ-nin Massaçusets ştatının paytaxtı Boston şəhərində yerləşən özəl ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == Boston Universitetinin tarixi 1839-cu ildə yaradılmış Vermont ştatında yerləşən Nyuberi Bibliya İnstitutundan başlayır. 1847-ci ildə Nyu-Hempşir ştatının Konkord şəhərində fəaliyyət göstərən konqreqasiya cəmiyyəti (kilsə icmaları birləşməsi) Nyuberi Bibliya İnstitutunu öz şəhərlərinə dəvət edir. İnstitut 1200 nəfəri yerləşdirə biləcək kilsə binasına köçür. Nyuberi Bibliya İnstitutu Konkord şəhərində 20 il fəaliyyət göstərir. 1867-ci ildə institut Massaçusets ştatının Boston şəhərində Piknik-strit 23-ə köçür və burada Boston İlahiyyat İnstitutu adı altında fəaliyyət göstərir. 1869-cu ildə Massaçusets ştatının Qanunvericilik Şurasının qərarına əsasən Nyuberi Bibliya Universitetinə Boston Universiteti adı verilir. Universitetin yaranmasında üç şəxsin — İsaak Riç, Li Klaflin və İakov Sliperin böyük rolu olur. Hazırda universitetdə onların adlarını daşıyan yataqxanalar fəaliyyət göstərir.
Boston marafonu
Boston marafonu (ing. Boston Marathon) - Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada təşkil olunan yürüş marafonu. Marafon eyni zamanda ABŞ üçün mühüm olan günlərdən biri Vətənpərvərlər günün şərəfinə keçirilməkdədir. İlk dəfə Boston marafonu 1897-ci ildə keçirilib. 1897-ci ildən marafonun təşkili məsələləri ilə Boston Atletika Assosiasiyası məşğul olmaqdadır. Ümumiyyətlə bu kütləvi yarış Massaçusets ştatı ərzisində keçirilən əsas idman bayramlarından biri hesab olunur. Hər il ortalama 500 mindən çox tamaşaçı tərəfindən canlı izlənilən marafon New England tarixi bölgəsində baş tutan ən böyük idman tədbiridir. İlk dəfə (1897) 18 marafonçu ilə keçirilən yarışa 2015-ci ildə 30.251 nəfər qeydiyyatdan keçmişdir. 1996-cı ildə Boston marafonu dünyanın ən böyük iştirakçılı marafonu seçilmişdir. Belə ki, həmin il 38.708 nəfərin qeydiyyatdan keçdiyi, 36.748 nəfərin yarışa qoşulduğu və 35.868 nəfərin isə finiş xəttinə çatdığı yarış dünya rekordu sıralamasına daxil olmuşdur.
Böyük London
Böyük London — inzibati ərazi, təntənəli qraflıq və İngiltərənin London qraflığı.
Cek London
Cek London (doğum adı Con Qriffit Çeyni; 12 yanvar 1876[…], San-Fransisko, Kaliforniya – 22 noyabr 1916[…], Qlen-Ellen, Kaliforniya) — ABŞ yazıçısı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi Cek Londonun anası Flora Velman spiritualist musiqi müəllimi idi. Təxminən Cekin atası olduğu düşünülünən Villiam Çaney isə astroloq idi. San Fransisko "Chronicle" qəzetinin 4 iyun 1875 tarixli nömrəsində çıxan bir xəbərə görə Flora Velman Çaneyin uşağın götürülməsini istədiyini, lakin bu tələbinə rədd cavabı aldığını göstərmişdir. Bundan sonra Flora özünü vurmağa çalışsa da ciddi bir yara almamış, keçici olaraq ağlını itirmişdir. Doğumdan sonra uşaq baxmaq üçün rəfiqəsi Virciniya Prentisə verilir. Beləliklə qaradərili Virciniya londonlular tərəfindən onun mənəvi anası kimi həmişə xatırlanır. Həmin ilin sonlarına doğru Flora Velman Con Londan ilə evlənir və sonradan Cek London adlandırılan Con da onlarla yaşamağa başladı. Cek ilk təhsilini Oklənddə almışdir 1897-ci ildə Berkley Universitetində tələbə ikən isə anasının intihar cəhdi və bioloji atası ilə bağlı qəzet xəbərlərini araşdırmağa başladı. Aldığı məlumatlardan sonra Çikaqoda yaşayarkən Viliam Çaneyə bir məktub yazdı. Çaneydən gələn cavab isə çox qəribə idi.
Cerard Kloson
Cerard Kloson (ing. Sir Gerard Leslie Makins Clauson; 1891[…], London – 1974[…], Birləşmiş Krallıq) — Böyük Britaniya dövlət xadimi, diplomat, şərqşünas, Türk dilləri üzrə mütəxəssis. == Həyatı == Cerard Kloson 28 aprel 1891-ci ildə Londonda doğulmuşdur. Bir minbaşının oğludur. İton kollecindən sonra ali təhsilini Oksford Universitetinə bağlı Corpus Christi Collegedə almışdır. 1914-cü ildə buradan məzun olmuş və çox keçmədən əsgər olaraq qatıldığı I Dünya Savaşı boyunca Çanaqqala, Misir və İraqda orduda xidmət etmişdir. Savaşdan sonra 1919-cu ildə daxil olduğu Müstəmləkələr Nazirliyində 1951-ci ildə təqaüdə çıxıncaya qədər önəmli mövqelərə yüksəlmişdir. Əməkli olduqdan sonra isə özünü bütünlüklə elmi araşdırmalara vermək imkanı əldə edərək ən önəmli çalışmalarını bu dövrədə ortaya qoymuşdur. Cerard Kloson 1 may 1974-cü ildə Londonda vəfat etmişdir. == Əsərləri == G.Clauson, An Etymological Dictionary of Pre-13th-century Turkish 1972 G.Clauson 'Turkish and Mongolian Studies' 1962.
Emili Lesyor
Emili Lesyor (7 noyabr 1972) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Emili Lesyor Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Emili Lesyor Olimpiadanın qalibi olub.
Fosfon turşuları
Fosfon turşuları - tərkibində fosfor birləşmələrini saxlayan turşulara verilən addır. Ümumi formul: R-PO(OH)2.
Harald Loudon
Harald von Loudon (alm. Harald Georg Gideon von Loudon‎;11 aprel 1876, Liflyand quberniyası[d] – 1 yanvar 1959, Berlin) – Alman, rus, latviya ornitoloqu. == İşləri == Die Brutvögel der «Ostseeprovinzen». Korrespondenzblatt des Naturforscher-Vereins zu Riga 1895; 38: 45-54. Tetrao tetrix L. Lagopus lagopus (L.), Tetrao lagopoides Nilss. juv in Livland. Ornith. Jahrbuch 1897; 8(1): 37-38. Ankunftdaten in Keysen Livland. Ornith.
Kvaq Donyon
Kwak Dong-yeon (kor. 곽동연; 19 mart 1997, Tecon[d]) — Cənubi Koreyalı aktyor və musiqiçidir. O, 2012-ci ildə "Koreya Dram Mükafatları"nda "Ən Yaxşı Gənc Aktyor" mükafatını aldığı "My Husband Got a Family"(2012) serialında aktyorluq debütünü edib. Daha sonra "Adolescence Medley" (2013), " Modern Farmer" (2014) filmlərində rol aldı və 2016-cı ildə "Love in the Moonlight" tarixi draması ilə tanınıb. O, həmçinin "Gangnam Beauty" (2018), "My Strange Hero" (2018), "Never Twice" (2019), "Vincenzo" (2021) və "Big Mouth" (2022) filmlərindəki rolları ilə məşhurdur. == Erkən həyat və təhsil == Kvaq 19 mart 1997-ci ildə Cənubi Koreyanın Decon şəhərində iki bacı-qardaşdan sonra ailənin kiçik oğlu olaraq anadan olub. 13 yaşında rəssam olmaq arzusunu həyata keçirmək üçün daimi olaraq təkbaşına Seula köçdü. 2010-cu ildən FNC Academy-də musiqi təhsili alır, eyni zamanda aktyorluq dərsləri də alır. 2013-cü ilin fevral ayında "Munrae Junior" Liseyini bitirib və 2016-cı ilin fevralında Seul İfa Sənətləri Məktəbini bitirib. == Karyera == === 2012–2015:Başlanğıclar === Kvaq əvvəlcə FNC Entertainment tərəfindən idarə olunan stajçı qrupu olan Kokoma Bandın (hərfi mənada "Little Kids' Band") aparıcı gitaraçısı və vokalisti idi.O, 2012-ci ildə KBS telekanalında yayımlanan "My Husband Got a Family" serialında rol alaraq aktyorluqda debüt etdi.
Kənar London
Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı. Kənar London 1965-ci ildə yaradılmışdır. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir. == Əhalisi == == Sərhədləri == === 1963-cü il London idarəetmə qanunu === 1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir. Bunlar aşağıdakılardır: Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi. === Milli Statistika Xidməti === Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, Haringi və Nyuhem borolarını çıxır.. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir, əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur.
Lanyon (rayon)
Lanyon (fr. Lannion) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Kot-d’Armor. Suprefektura — Lanyon. Rayon əhalisi 2006-cı ildə 98 171 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 109 nəf / km². Rayon sahəsi — 904 km².
London Assambleyası
London Assambleyası (ing. London Assembly) — Böyük London administrasiyanın hissəsi olan seçilmiş orqandır.
London Muzeyi
London Muzeyi (ing. Museum of London) — İngiltərənin paytaxtı Londonda, paleolit dövründen başlayaraq günümüzə qədər şəhərin keçmişi ilə əlaqədar elementlərin toplandığı muzey. Müqəddəs Pavel kilsəsinin yaxınlığında yerləşir və giriş pulsuzdur. Müasir muzeyçilik anlayışı ilə hər yaş seqmentinə xitab edən bir şəkildə qurulmuşdur.
Loşayo
Loşayo (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Loşan
Lövşan — İranın Gilan ostanında yerləşən şəhər. Lövşan əhalisinin əksəriyyətini lurlar, azərbaycanlılar və ləklər təşkil edir.