BOSTÓN

[coğrafi addan] Əla yundan toxunma parça növü. Boston parça.
// Bu parçadan tikilmiş. Boston kostyum.
BOSTANLIQ
BOŞ
OBASTAN VİKİ
Boston
Boston — ABŞ-nin tarixi şəhərlərindən biri və Massaçusets ştatının paytaxtı. Yeni İngiltərədə ən böyük şəhər olan Boston, bölgənin iqtisadi və mədəni mərkəzi sayılır və qeyri-rəsmi olaraq Yeni İngiltərənin paytaxtı adlanır.
Boston Celtics
Boston Celtics Massaçusets əyalətinin Boston şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır. 17 çempionluq ilə ABŞ Milli Basketbol Liqasında (NBA) ən çox çempion olan komandadır. Oyunlarını Boston şəhərində olan TD Gardendə oynayır. == Tarixi == === İlk İlləri === Boston Celtics, 1946-cı ildə NBA qurulmadan öncə Amerika Basketbol Asosassiyası (BAA) liqası komandası olaraq quruldu. Daha sonra NBAnın yaranması ilə, NBAnın ilk klublarından biri oldu. Önəmli oyunçusu Bob Cousy başçılığında uğurlu sezonlar keçirtdi. === Bill Russell dövrü === 1956-cı ildə Bill Russellı heyətinə qatan klub bu oyunçunun böyük əməyi olan bir çox önəmli uğurlara imza atmışdır. Bill Russell ilə ilk sezonda St. Louis Hawksı 7 oyun sonunda qalib gələrək ilk çempionluğunu qazandılar.
Boston Kolleci
Boston Kolleci (ing. Boston College) — ABŞ-nin Massaçusets ştatının Boston şəhərində yerləşən özəl universitet. == Reytinqi == U.S. News & World Report nəşri tərəfindən hazırlanan «America’s Best Colleges 2008: National Universities» siyahısında 35-ci yeri tutur.
Boston Seltiks
Boston Celtics Massaçusets əyalətinin Boston şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır. 17 çempionluq ilə ABŞ Milli Basketbol Liqasında (NBA) ən çox çempion olan komandadır. Oyunlarını Boston şəhərində olan TD Gardendə oynayır. == Tarixi == === İlk İlləri === Boston Celtics, 1946-cı ildə NBA qurulmadan öncə Amerika Basketbol Asosassiyası (BAA) liqası komandası olaraq quruldu. Daha sonra NBAnın yaranması ilə, NBAnın ilk klublarından biri oldu. Önəmli oyunçusu Bob Cousy başçılığında uğurlu sezonlar keçirtdi. === Bill Russell dövrü === 1956-cı ildə Bill Russellı heyətinə qatan klub bu oyunçunun böyük əməyi olan bir çox önəmli uğurlara imza atmışdır. Bill Russell ilə ilk sezonda St. Louis Hawksı 7 oyun sonunda qalib gələrək ilk çempionluğunu qazandılar.
Boston Universiteti
Boston Universiteti (ing. Boston University) — ABŞ-nin Massaçusets ştatının paytaxtı Boston şəhərində yerləşən özəl ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == Boston Universitetinin tarixi 1839-cu ildə yaradılmış Vermont ştatında yerləşən Nyuberi Bibliya İnstitutundan başlayır. 1847-ci ildə Nyu-Hempşir ştatının Konkord şəhərində fəaliyyət göstərən konqreqasiya cəmiyyəti (kilsə icmaları birləşməsi) Nyuberi Bibliya İnstitutunu öz şəhərlərinə dəvət edir. İnstitut 1200 nəfəri yerləşdirə biləcək kilsə binasına köçür. Nyuberi Bibliya İnstitutu Konkord şəhərində 20 il fəaliyyət göstərir. 1867-ci ildə institut Massaçusets ştatının Boston şəhərində Piknik-strit 23-ə köçür və burada Boston İlahiyyat İnstitutu adı altında fəaliyyət göstərir. 1869-cu ildə Massaçusets ştatının Qanunvericilik Şurasının qərarına əsasən Nyuberi Bibliya Universitetinə Boston Universiteti adı verilir. Universitetin yaranmasında üç şəxsin — İsaak Riç, Li Klaflin və İakov Sliperin böyük rolu olur. Hazırda universitetdə onların adlarını daşıyan yataqxanalar fəaliyyət göstərir.
Boston marafonu
Boston marafonu (ing. Boston Marathon) - Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada təşkil olunan yürüş marafonu. Marafon eyni zamanda ABŞ üçün mühüm olan günlərdən biri Vətənpərvərlər günün şərəfinə keçirilməkdədir. İlk dəfə Boston marafonu 1897-ci ildə keçirilib. 1897-ci ildən marafonun təşkili məsələləri ilə Boston Atletika Assosiasiyası məşğul olmaqdadır. Ümumiyyətlə bu kütləvi yarış Massaçusets ştatı ərzisində keçirilən əsas idman bayramlarından biri hesab olunur. Hər il ortalama 500 mindən çox tamaşaçı tərəfindən canlı izlənilən marafon New England tarixi bölgəsində baş tutan ən böyük idman tədbiridir. İlk dəfə (1897) 18 marafonçu ilə keçirilən yarışa 2015-ci ildə 30.251 nəfər qeydiyyatdan keçmişdir. 1996-cı ildə Boston marafonu dünyanın ən böyük iştirakçılı marafonu seçilmişdir. Belə ki, həmin il 38.708 nəfərin qeydiyyatdan keçdiyi, 36.748 nəfərin yarışa qoşulduğu və 35.868 nəfərin isə finiş xəttinə çatdığı yarış dünya rekordu sıralamasına daxil olmuşdur.
Boston-Kommon
Категория:Сады и парки по алфавиту Категория:Антропогенные географические объекты по алфавиту Категория:ПРО:АГЕО:Последняя правка: в текущем году Boston-Kommon (ing. Boston Common ), sadəcə olaraq Te-Kommon (ing. the Common ) və ya Boston-Kommons (ing. Boston Commons; hərf. Boston ictimai ərazisi) — ABŞ-nin Massaçusets ştatında, Boston şəhərinin dauntaun ərazisində şəhər parkı. 1634-cü ildə yaradılmış bu, ölkənin ən qədim şəhər parkıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == «The Public Rights in Boston Common: Being the report of a committee of citizens» (1877), изд. Press of Rockwell and Churchill «Boston Common: A Diary of Notable Events, Incidents, and Neighboring Occurrences» (1916), изд. Christopher Publishing House == Xarici keçidlər == Boston Common (ing.) на сайте aviewoncities.com Boston Common (ing.) на сайте nps.gov Друзья парка Boston Common (ing.) на сайте friendsofthepublicgarden.org "Boston Common. Boston Landmarks Commission Study Report" (PDF). cityofboston.gov.
Boston-layt
Boston-layt (ing. Boston Light) — Boston buxtası yaxınlığındakı Litl-Brüster adasında mayak, ABŞ-də ikinci ən qədim fəaliyyət göstərən mayak. Adada ilk mayak 1716-cı ildə, indiki mayak 1783-cü ildə tikilmişdir. Tikilinin hündürlüyü 28 metrdir (dəniz səviyyəsindən 31 metr yüksəklikdə). Mayak tikildiyi gündən İkinci Dünya müharibəsinə qədər işləməmiş, 1998-ci ildən isə avtomatik olaraq fəaliyyət göstərmişdir. 1964-cü ildən ABŞ-nin Milli Tarixi Abidəsi kimi qeydiyyata alınmışdır. == İstinadlar == == Xarici keçidlər == Бостон-лайт : [№ 607038] // U.S. Geological Survey Geographic Names Information System : [англ.] / Domestic Names Committee ; U.S. Board on Geographic Names.
Boston-nek
Boston-nek və ya Roksberi-nek — o vaxt yarımadada olan Boston şəhərini materik Roksberi şəhəri (indiki Bostonun məhəlləsi) ilə birləşdirən dar torpaq bərzəxi. Boston şəhərinin əhalisi genişləndikcə ətraf ərazi tədricən doldurulmuşdur. Əvvəllər bu ərazini təşkil edən torpaq indi Saut-End kimi tanınan məhəllənin bir hissəsidir. == Amerika inqilabı == 8 iyul 1775-ci ildə Bostonun mühasirəsi zamanı Boston-nek bir sıra Britaniya müntəzəm və iki yüz müstəmləkə könüllüləri arasında kiçik bir toqquşma yeri olmuşdur. Müstəmləkəçilər iki topla Boston-nekin hər iki tərəfindəki bataqlıqlardan keçərək qarovulxananın bir neçə yüz metrliyinə yaxınlaşmışdılar, altı nəfərdən ibarət kiçik bir dəstə qarovulxananın arxasında dövrə vurmuşdur. Avanqard dəstənin siqnalı ilə iki top evə atəş açmışdır. Britaniyalılardan bəziləri yaralanmış və onlar Bostona doğru çəkilməli olmuşdular. Bundan sonra dəstə qarovulxananı və başqa bir tikili yandırmış, iki muşket və bir neçə başqa silahı ələ keçirmişdir.
Boston qətliamı
Boston qətliamı və ya Boston qırğını (ing. Boston massacre), İngiltərədə Kinq-Strit hadisəsi adlandırıldı (ing. Incident on King Street) — 5 mart 1770-ci ildə Massaçusets -Bey vilayətinin paytaxtı Bostonda şəhər əhalisi ilə Britaniya əsgərləri arasında baş vermiş küçə atışması. Atışma zamanı əsgərlər üç nəfəri güllələyib öldürmüş, on bir bostonlunu yaralamışdılar. Yaralananlardan ikisi sonradan vəfat etmişdir. ABŞ tarixinə "Boston qətliamı" adı ilə daxil olan bu hadisə bütün Britaniya hərbçilərinin şəhərdən çıxarılması ilə başa çatmışdır. 1888-ci ildə bu hadisənin xatirəsinə Bostonda obelisk ucaldılmışdır. Boston qətliamı Britaniya və onun Şimali Amerika koloniyaları arasında qarşıdurmanın kulminasiya nöqtələrindən biri idi. Bu, eyni dərəcədə əfsanəvi Boston çay qonaqlığı və daha sonra ABŞ İstiqlal müharibəsi üçün bir siqnal kimi xidmət etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Фонер Ф. История рабочего движения в США. От колониальных времен до 80-х гг.
Boston kampaniyası
Boston kampaniyası (ing. Boston campaign) — ABŞ İstiqlal müharibəsinin ilk hərbi kampaniyası. Əvvəlcə patriotların səfərbər edilməsi və sonradan onun Kontinental Orduya çevrilməsi səbəb olmuşdur. Kampaniya 19 aprel 1775-ci ildə Leksinqton və Konkord döyüşləri ilə başlamış, bu döyüşlərdə milis Britaniyanın Konkordda yerləşən hərbi mağazalar və separatçı liderləri ələ keçirmək planlarına mane ola bilmişdir. İngilis qoşunları Çarlstonda geri çəkilmə zamanı artan sayda qarşı mübarizə apararkən əhəmiyyətli itkilər vermişdir. Patriotlar Bostonu çevrələmiş və mühasirəyə başlamışdılar. Bu əməliyyatın ən mühüm hadisəsi 17 iyun 1775-ci ildə baş vermiş Bunker-Hill döyüşü idi. Qurbanların sayı baxımından bütün müharibənin ən qanlı epizodlarından birinə çevrilmişdir. Həm Boston yaxınlığında, həm də sahilyanı ərazilərdə çoxsaylı atışmalar olmuşdur. 1775-ci ilin iyulunda Corc Vaşinqton milis komandiri təyin edilmiş və onu daha vahid orduya çevirmişdir.
Boston Consulting Group
Boston Consulting Group — 1960-cı illərdə yaradılmış şirkət. BCG matrisin əsasını 2 hipotez təşkil edir: Seqmentinin lideri olan şirkət istehsal xərclərində rəqabət üstünlüyünə malikdir, bu isə bazarda ən yüksək rentabelliyə malik olmaq deməkdir. Sürətlə böyüyən seqmentlərdə effektiv fəaliyyət göstərmək üçün şirkət məhsulun yüksək səviyyədə istehsalına sərmayə yatırmalıdır və ya aşağı templər ilə bazarda mövcud olan məhsulun inkişaf xərclərini azaltmalıdır. Bir cümlə ilə modeli ərz etsək: BCG matrisi hesab edir ki, müəssisə uzunmüddətli karlı inkişafını təmin etmək, yeni seqmentdə güclənə bilmək üçün uğurlu biznes sahəsindən gələn gəlirləri cəmləməli və yetkin inkişafda olan biznes sahələrinə sərmayə yatırmalırdır. BCG modelinin əsas mənası şirkətin məhsul çeşidlərinin inkişfında prioritetləri və gələcək investisiyalar üçün əsas sahələri müəyyən etməkdir. Metod bu suala cavab verməkdə köməkçi olacaqdır: "Bu cür məhsul və ya xidmətlərə edilən investisiyalar gəlir gətirəcəkmi?" BCG modelində hansı məhsulları təhlil etmək olar? Şirkətin ayrı istiqamətli fəaliyyət sahələri. Məsələn: Sığorta və qazlı içkilər; Şirkətin ayrı qruplardan olan, amma eyni bazar iştirakçısı olan. Məsələn: Həyat sığortası və avtomobil sığortası; Şirkətin eyni mal qrupundan olan məhsullar. Məsələn: avtomobilin KASKO və İcbari sığortası.
Boston Çay Qonaqlığı
Boston çay dəstgahı (ing. Boston Tea Party) — 16 dekabr 1773-cü ildə Bostonda Britaniya hakimiyyətinə qarşı etiraz aksiyası. Amerika inqilabının başlanğıcı sayılır. == Haqqında == Boston Çay Qonaqlığı 16 Dekabr 1773'cü ildə Boston limanında "Azadlıq Oğulları" (Sons of Liberty) tərəfindən təşkil olunmuş siyasi etiraz aktıdır. Yerli qəbiləlilərin tərzində geyinmiş bir neçə insan East India şirkətinə aid gəmilərə çıxaraq bütün yükü - çay qutularını dənizə atdı. Çayın ümumi çəkisi 42 ton təşkil edirdi. Bu etiraz, 10 May 1773'cü ildə qəbul olunmuş Çay aktına qarşı yönəlmişdi. Bu akt East India şirkətinə aksiz ödəmədən çay idxal etməyə icazə verirdi, bu da amerikalı tacirlərin biznesinə zərər vururdu. Aktın özü isə Britaniya İmperiyasının "Yeni Dünyasında" fiskal siyasəti sərtləşdirən bir neçə digər tədbir ilə birlikdə 1767'ci ildə təsdiq olunmuşdu. Bu aktlar Taunşendin aktları kimi tanınır.
İncəsənət Muzeyi (Boston)
İncəsənət Muzeyi Bostonda (ing. The Museum of Fine Arts; qıs. MFA) — ABŞın ən böyük sənət muzeylərindən biri. 1870-ci ildə əsası qoyulub. Naqoya, Yaponiya da filialı yerləşir. Muzeyin ən böyük kolleksiyası Şimali və Cənubi Amerikada ikincidir, muzey direktoru isə Malkolm Rodjersdir (ing. Malcolm Rogers). Muzey 1876-cı ildə Con Sturqis tərəfindən hazırlanan Kapli meydanında neoqotik binasında açılmışdır. Kolleksiya Boston ateney kolleksiyasına əsaslanırdı. Muzeyin memarı Qay Louell tərəfindən inşa edilən Huntinqton prospektindəki (ing.
Kral kilsəsi (Boston)
Kral kapellası (ing. King's Chapel) — Bostonun mərkəzində 1749–1754-cü illər arasında tikilmiş unitarian kilsəsi. Skul-striq ilə Tremont-stritin kəsişməsində, Boston-Kommon yaxınlığında yerləşir. Bu, tarixi Azadlıq cığırındakı on altı nöqtənin beşincisidir.
Köhnə Kapitol (Boston)
Köhnə Kapitol (ing. Old State House) — Bostonun mərkəzində tarixi bina. Bu, 1713-cü ildə tikilmişdir və 1798-ci ilə qədər Massaçusets Qanunverici orqanının görüş yeri kimi xidmət etmişdir. Köhnə Kapitol Steyt-strit ilə Vaşinqton-stritin kəsişməsində yerləşir və hazırda muzeydir. Bu, tarixi Azadlıq cığırındakı on altı nöqtənin doqquzuncudur.
Boston marafonu terror hücumu
Boston marafonu terror hücumu (ing. Boston Marathon bombings) — Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada təşkil olunan Boston marafonuna 2013-cü ilin 15 aprel tarixində yerli vaxtla saat 14:49 da təşkil edilmiş bombalı terror hücumu. Terror aktı nəticəsində 3 nəfər həlak olmuş, 264 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisədən üç gün sonra terror hücumunu törətməkdə şübhəli bilinən iki şəxsin şəkilləri əraziyə yaxın olan müşahidə kameralı vasitəsilə təyin edilərək Federal Təhqiqat Bürosu tərəfindən mətbuatda paylaşılmışdır. Hadisəni törətdikdən sonra qaçmağa çalışan şübhəlilər 18 aprel tarixində Massaçusets Texnologiya İnstitutunun bir əməkdaşını öldürmüşdür. Şübhəlilərin hərəkət dairəsini daraldan federal polis sübh vaxtına qədər davam edən xüsusi əməliyyat nəticəsində Boston marafonu terror hücumunu törətməkdə şübhəli bilinən şəxslərdən birini atışma əsnasında ağır yaralamışdır. Ağır yaralanan Tamerlan Tsarnayev adlı çeçen əsilli şəxs xəstəxanaya aparılarkən ölmüşdür. Hadisənin bir digər şübhəlisi öldürülən Tamerlan Tsarnayevin kiçik qardaşı Cövhər Tsarnayev bir müddət gizlənməyi bacarmış, ancaq Massaçusets ştatının Votertaun şəhərinin ətrafında federal polis tərəfindən aparılan xüsusi əməliyyat nəticəsində yaralı olaraq ələ keçirilmişdir.
Təsviri sənət muzeyi (Boston)
İncəsənət Muzeyi Bostonda (ing. The Museum of Fine Arts; qıs. MFA) — ABŞın ən böyük sənət muzeylərindən biri. 1870-ci ildə əsası qoyulub. Naqoya, Yaponiya da filialı yerləşir. Muzeyin ən böyük kolleksiyası Şimali və Cənubi Amerikada ikincidir, muzey direktoru isə Malkolm Rodjersdir (ing. Malcolm Rogers). Muzey 1876-cı ildə Con Sturqis tərəfindən hazırlanan Kapli meydanında neoqotik binasında açılmışdır. Kolleksiya Boston ateney kolleksiyasına əsaslanırdı. Muzeyin memarı Qay Louell tərəfindən inşa edilən Huntinqton prospektindəki (ing.
Yeni Cənub kilsəsi (Boston, Massaçusets)
Yeni Cənub ilsəsi (ing. New South Church) — ABŞ-nin Massaçusets ştatının Boston şəhərində, Sammer-strit və Bedford-stritin küncündə yerləşən unitarian kilsəsi. Pastorlara Semyuel Çekli və Con Tornton Kirkland daxildir. "Yeni Cənub Cəmiyyəti" üçün tikilmişdir. 1814-cü ildə memar Çarlz Bulfinç cəmiyyət üçün yeni bir bina dizayn etmişdir. 1868-ci ildə sökülmüşdür. Semyuel Çekli (1719–1769) Penuel Bouen (1766–1772) Cozef Hou (1773–1775) Oliver Everett (1782–1792) Con Tornton Kirkland (1794–1810) Semyuel Kuper Teçer (1811–1818) F. V. P. Qrinvud (1818–1821) Aleksandr Yanq (1825–1854) Orvill Dyui (1857–1862) Vilyam P. Tilden (1862–1866) Church Green service book. 1863. "New South Society." Monthly Journal of the American Unitarian Association, v.8, no.10. Nov.
Bostonit
Bostonit [ ABŞ -da Boston şəhəri adına görə] - dayka, damar tipli maqmatik süxurdur. Tərkibcə mikroklin-pertit, bəzən anortoklaz, yaxud ortoklaz, az miqdarda biotit və amfiboldan ibarətdir. Bostonit quruluşu ilə səciyyələnir. Tərkibində porfir ayrılmaları olduqda bostonitli porfir, kvars olduqda isə kvarslı bostonit adlanır. Bostonit damarları adətən qələvi süxurlarla (qələvi siyenitlər və başqa) əlaqədardır. == Bostonit quruluşu == Bostonit quruluşu siyenitli sxizolitlərin (bostonit tipli damar süxurları, bostonitli porfir) əsas kütləsinin quruluşu; şaxəli qələvi çöl şpatı leystlərinin flüidal və ya qeyri-müntəzəm yerləşməsi ilə səciyyələnir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Bostonun mühasirəsi
Bostonun mühasirəsi (ing. Siege of Boston ) — ABŞ İstiqlal müharibəsinin ilkin mərhələsi olan Boston kampaniyası zamanı Corc Vaşinqtonun komandanlığı altında sonradan Kontinental Ordunun bir hissəsi olan Yeni İngiltərə milislərinin Bostonu blokadaya alıb ələ keçirməsi. Patriotlar 19 aprel 1775-ci ildə mühasirəyə başlamış, 11 aydan sonra britaniyalıları geri çəkilməyə və Yeni Şotlandiyaya üzməyə məcbur etmişdir. Britaniya komandiri Vilyam Hau artıq şəhəri saxlaya bilməyəcəyini anlayaraq 17 mart 1776-cı ildə Halifaks şəhərinə geri çəkilmişdir.

Значение слова в других словарях