Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Möhbəddin Səməd
Əliyev Möhbəddin Səməd oğlu (Möhbəddin Səməd) — publisist, nasir, ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1985), Həsənbəy Zərdabi mükafatı laureatı (2000). Möhbəddin Səməd 1942-ci il yanvarın 25-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948-1958). Əmək fəaliyyətinə Abşeron üzümçülük sovxozunda, sonra isə Bakı Şin zavodunda fəhlə kimi başlamışdır (1959-1966). Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966-1972). "Bakı" axşam qəzeti və "Azərbaycan gəncləri" qəzeti redaksiyalarında (1972-1980) ədəbi işçi, "Kommunist" qəzeti redaksiyasında baş müxbir, ədəbi işçi (1980-1991) olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində publisistika şöbəsinin müdiri, radio musiqi şöbəsinin müdiri işləmişdir (1991-1994). Hazırda orada Cənubi Azərbaycan Radio Verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində çalışır (1994-cü ildən). Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən həvəs göstərmişdir. "Əsli" adlı oçerki 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur.
Muhyəddin Bərdəi
Məhyəddin Abbasov
Məhyəddin Abbasov (tam adı: Abbasov Məhyəddin Paşa oğlu; d. 10 fevral 1910, Nuxa (indiki Şəki şəhəri) - ö. 28 dekabr 1974, Şəki şəhəri) — 1945-1974-cü illərdə "Şəki fəhləsi"/"Nuxa fəhləsi" və "Lenin bayrağı" qəzetinin redaktoru. Məhyəddin Abbasov 1910-cu ildə Nuxa şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarından valideynlərini itirmiş, Nuxadakı 1 №-li fabrikdə baramaaçan işləmişdir. Əmək fəaliyyətinin ilk illərindən «M.Paşa oğlu», «Görən», «Mübariz» imzaları ilə "Şəki fəhləsi" qəzetinin və respublika qəzetlərinin səhifələrində məqalə, oçerk, felyeton və məktublarla çıxış etmişdir. 1927-ci ildə Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. 1928-ci ildən "Şəki fəhləsi" qəzeti redaksiyasında ədəbi işçi, daha sonra məsul katib vəzifəsində işləyir. İnstitutu bitirdikdən sonra, əvvəl Nuxanın ayrı-ayrı məktəblərində, daha sonra isə Nuxa Pedaqoji Texnikumunda müəllim işləyir. Böyük Vətən müharibəsində iştirak edir, 1944-cü ildə isə qəlpə yarasından sol qolunu itirərək arxa cəbhəyə tərxis edilir.
Məhyəddin Məmmədov
Məhəddin Abbasov
Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru. Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir. Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.
Məhəddin Allahverdiyev
Məhəddin İsmayıl oğlu Allahverdiyev (8 may 1962, Sumqayıt) — Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 48 kq çəki dərəcəsində üçqat dünya çempionu, SSRİ və Avropa çempionu. 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Mərkəzi Ordu İdman Klubunun (Moskva şəhəri) yetişdirməsidir. SSRİ-nin əməkdar idman ustasıdır. Ehtiyatda olan Sovet zabitidir. Məşqiçisi (1980−1990-cı illərdə) SSRİ-nin baş məşqiçisi II qat Dünya çempionu, SSRİ-nin əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqiçisi cənab Sapunov Qennadi Andpeviç olmuşdur. 1982–1984-cü ildə Leninqrad Hərbi İnstitutunu bitirmişdir (SSRİ-nin Müdafiə nazirinin əmrinə əsasən ordu zabiti rütbəsi verilmişdir). 1981–1986-cı illərdə Bakı şəhəri İdman Akademiyasında məşqçi–müəllim fakültəsini bitirmişdir. 1986-cı ildə Moskvada mart ayında Sov.İKP XXVII qurultayının bağlanışında Azərbaycan SSRİ respublikasının bayraqdarı olmuşdur. 1987-ci ildə noyabr ayında ABŞ-nin Albani şəhərində keçirilən yunan–roma güləşi üzrə Dünya Kuboku yarışında dünyanın ən texnikalı güləşçisi və yarışın ən böyük mükafatına layiq görülmüşdü.
Mahəddin Abbasov (kimyaçı)
Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru. == Həyatı == Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir. Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.
Məhəddin Abbasov (kimyaçı)