Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Möhbəddin Səməd
Əliyev Möhbəddin Səməd oğlu (Möhbəddin Səməd) — publisist, nasir, ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1985), Həsənbəy Zərdabi mükafatı laureatı (2000). == Həyatı == Möhbəddin Səməd 1942-ci il yanvarın 25-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948-1958). Əmək fəaliyyətinə Abşeron üzümçülük sovxozunda, sonra isə Bakı Şin zavodunda fəhlə kimi başlamışdır (1959-1966). Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966-1972). "Bakı" axşam qəzeti və "Azərbaycan gəncləri" qəzeti redaksiyalarında (1972-1980) ədəbi işçi, "Kommunist" qəzeti redaksiyasında baş müxbir, ədəbi işçi (1980-1991) olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində publisistika şöbəsinin müdiri, radio musiqi şöbəsinin müdiri işləmişdir (1991-1994). Hazırda orada Cənubi Azərbaycan Radio Verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində çalışır (1994-cü ildən). Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən həvəs göstərmişdir. "Əsli" adlı oçerki 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur.
Muhyəddin Bərdəi
Mövlana Muhyəddin Muhəmməd ibn Muhəmməd ibn Muhəmməd əl-Hənəfi Bərdəi —Azərbaycan alimi. Fəzilət sahibi, gözəl əxlaqlı, lütfkar, təvazökar bir şəxs idi. Alim ailəsində böyümüşdü, mənsub olduğu ailədə alimlər yetişmişdi. İlk təhsilini atasından almışdı. Daha sonra Şiraza getmiş və bu şəhərin alimlərinin yanında müxtəlif elm sahələrinə aid biliklərə yiyələnmişdi. Daha sonra Anadoluya getmiş və Bursa şəhərində Əhməd paşa mədrəsəsinin müdərrisi olmuşdu. Bir müddət sultan Yavuz I Səlimin (1512-1520) əmri ilə İstanbulda saray məmurlarının təlimi ilə məşğul olmuşdu. Sonra Ədirnəyə köçmüş və buradakı mədrəsələrdə dərs vermişdi. Ərəb və fars dillərində təfsir, ərəb dili, fiqh üsulu kimi elm sahələrinə dair bir sıra əsərlər qələmə almışdı. Yazdığı bir qəsidə Yavuz Səlimin o dərəcədə xoşuna gəlmişdi ki, özü də şair olan sultan mükafat olaraq ona 300 qızıl əşrəfi, bir samur kürk və hər üç ayda bir 80 aqça ülufə bağışlamışdı.
Məhyəddin Abbasov
Məhyəddin Abbasov (tam adı: Abbasov Məhyəddin Paşa oğlu; d. 10 fevral 1910, Nuxa (indiki Şəki şəhəri) - ö. 28 dekabr 1974, Şəki şəhəri) — 1945-1974-cü illərdə "Şəki fəhləsi"/"Nuxa fəhləsi" və "Lenin bayrağı" qəzetinin redaktoru. == Həyatı == Məhyəddin Abbasov 1910-cu ildə Nuxa şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarından valideynlərini itirmiş, Nuxadakı 1 №-li fabrikdə baramaaçan işləmişdir. Əmək fəaliyyətinin ilk illərindən «M.Paşa oğlu», «Görən», «Mübariz» imzaları ilə "Şəki fəhləsi" qəzetinin və respublika qəzetlərinin səhifələrində məqalə, oçerk, felyeton və məktublarla çıxış etmişdir. 1927-ci ildə Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. 1928-ci ildən "Şəki fəhləsi" qəzeti redaksiyasında ədəbi işçi, daha sonra məsul katib vəzifəsində işləyir. İnstitutu bitirdikdən sonra, əvvəl Nuxanın ayrı-ayrı məktəblərində, daha sonra isə Nuxa Pedaqoji Texnikumunda müəllim işləyir. Böyük Vətən müharibəsində iştirak edir, 1944-cü ildə isə qəlpə yarasından sol qolunu itirərək arxa cəbhəyə tərxis edilir.
Məhyəddin Məmmədov
Məhyəddin Yaşar oğlu Məmmədov (17 avqust 1998; Ağdaş rayonu, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhyəddin Məmmədov 1998-ci il avqustun 17-də Ağdaş rayonunun Aşağı Nemətabad kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Məhyəddin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhyəddin Məmmədov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhyəddin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhyəddin Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məhəddin Abbasov
Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru. == Həyatı == Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir. Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.
Məhəddin Allahverdiyev
Məhəddin İsmayıl oğlu Allahverdiyev (8 may 1962, Sumqayıt) — Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 48 kq çəki dərəcəsində üçqat dünya çempionu, SSRİ və Avropa çempionu. == Həyatı == 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Mərkəzi Ordu İdman Klubunun (Moskva şəhəri) yetişdirməsidir. SSRİ-nin əməkdar idman ustasıdır. Ehtiyatda olan Sovet zabitidir. Məşqiçisi (1980−1990-cı illərdə) SSRİ-nin baş məşqiçisi II qat Dünya çempionu, SSRİ-nin əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqiçisi cənab Sapunov Qennadi Andpeviç olmuşdur. 1982–1984-cü ildə Leninqrad Hərbi İnstitutunu bitirmişdir (SSRİ-nin Müdafiə nazirinin əmrinə əsasən ordu zabiti rütbəsi verilmişdir). 1981–1986-cı illərdə Bakı şəhəri İdman Akademiyasında məşqçi–müəllim fakültəsini bitirmişdir. 1986-cı ildə Moskvada mart ayında Sov.İKP XXVII qurultayının bağlanışında Azərbaycan SSRİ respublikasının bayraqdarı olmuşdur. 1987-ci ildə noyabr ayında ABŞ-nin Albani şəhərində keçirilən yunan–roma güləşi üzrə Dünya Kuboku yarışında dünyanın ən texnikalı güləşçisi və yarışın ən böyük mükafatına layiq görülmüşdü.
Mahəddin Abbasov (kimyaçı)
Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru. == Həyatı == Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir. Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.
Məhəddin Abbasov (kimyaçı)