Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azay Möhnətov
Azay Möhnətov (5 may, 1962) — Azərbaycanlı iş adamı və AF Holdinq Şirkətlər Qrupunun prezidentidir. "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür. "AF Hotel & Aqua Park " sahibi. Ailəlidir və iki övlad sahibidir. == UĞUR 97 == "Uğur-97" tikinti şirkəti 1997-ci ildə yaranmışdır. Fəaliyyətinin ilkin dövründə istehsal sexləri, ofis və mağazaların tikilməsi ilə məşğul olub. 1998-ci ildən başlayaraq, şirkət aktiv olaraq Bakı şəhərinin inşaat biznesinə qoşulur. Qısa müddət ərzində "Uğur-97" şirkəti tərəfindən şəhərimizə yaraşıq gətirən "lüks" dərəcəli yaşayış binaları tikilmişdir. R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 ev tikilmişdir. 2001-ci ildə isə Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli ev tikilmişdir.
Köhnəli (Vərziqan)
Köhnəli (fars. كهنه لو‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 521 nəfər yaşayır (104 ailə).
Möhtədi (xəlifə)
Əbu İshaq Məhəmməd ibn Əl-Vasiq (ərəb. أبو إسحاق محمد بن هارون الواثق‎) və ya Əl-Möhtədi (ərəb. المهتدي بالله‎) (d. 833 - ö. 18 iyun 870) — 14. Abbasi xəlifəsi. Ya‘kūbî, Târîḫ, II, 483, 484, 504-506. Taberî, Târîḫ (Ebü’l-Fazl), IX, 154, 157, 279, 326, 391-469, 473. Mes‘ûdî, Mürûcü’ẕ-ẕeheb (Abdülhamîd), IV, 182-197. Hatîb, Târîḫu Baġdâd, III, 347-351.
Məhsəti (Gəncə)
Məhsəti — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Məhsəti yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Məhsəti qəsəbəsi mərkəz olmaqla Məhsəti qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Qəsəbə Məhsəti Gəncəvinin adını dayışır. Məhsəti qəsəbəsində 4 minə yaxın yaşayış evi mövcuddur.
Məhsəti Gəncəvi
Məhsəti Gəncəvi (12 may 1089, Gəncə – təq. 1181, Gəncə) — XII əsrdə yaşamış farsdilli ədəbiyyatın ən görkəmli qadın nümayəndəsi, sufi Əxi təriqətinin üzvü. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhsəti Gəncəvi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur orta əsr Fars şairəsi, ilk şahmatçı qadın və çox ehtimal ki, şərqdə ilk qadın bəstəkardır. Onun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Əlbət ki, əgər bu faktlara sözün həqiqi mənasında yanaşılarsa. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirmişdir.
Möhlət Abbasov
Möhlət Müslümov
Möhlət Xanəli oğlu Müslümov (9 avqust 1954) — tar ifaçısı, 2000 ci ildə Əməkdar artist, Azərbaycan Respublikasının xalq artisti (2005). Milli konservatoriyanın professorudur. Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəridir. M.Müslümov Azərbaycan musiqisini uzun illər boyu böyük məharət və ustalıqla dünyada təmsil edir. Onun müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə çıxışları böyük müvəffəqiyyətlə qarşılanır. M.Müslümov Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Şotlandiya, Belçika, Macarıstan, Tailand, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, Ruminiya, Qətər, İordaniya, Nikaraqua, Kosta-Rika, keçmiş SSRİ-nin bütün respublikalarında, şəhərlərində Azərbaycan musiqisinin parlaq ifaçısı kimi alqışlanmışdır. Xarici ölkələrdə 20-dən artıq kompakt diski buraxılmışdır. Milli radio və xarici ölkə radiolarının fondlarında lent yazıları bu günədək saxlanılır. M.Müslümov 2000-ci ildə Əməkdar Artist, 2005-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2006-ci ildən Prezident mükafatçısı,2009-cu ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi Təqaüdçüsüdür. M.Müslümov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsini tar ixtisası üzrə bitirmişdir.
Möhlət Məmmədov
Gecə Söhbəti (1971)
Məhsəti Gəncəvi Mərkəzi
Məhsəti Gəncəvi Mərkəzi — Gəncə şəhərində yerləşən mərkəz. Məhsəti Gəncəvi Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Mərkəzin açılışı 2014-cü il yanvarın 21-də baş tutub. Binanın inşasına 2013-cü ildən başlanılıb və 2014-cü il yanvarın 21-də açılış mərasimi baş tutub. Məhsəti Gəncəvi Mərkəzi 3 mərtəbə, 1 zirzəmidən ibarətdir. Mərkəzin qarşısında şairin heykəli, onun adını daşıyan bağ vardır. Məhsəti Gəncəvi Mərkəzində; Məhsəti otağı, Məhsəti muzeyi, qədim milli musiqi alətləri salonu, milli geyimlər salonu, şahmat fiqurları, elektron kitabxana və s. yerləşir. Mərkəzdə şairin portretləri olan xalçalar, nümayiş etdirilir. Mərkəzdəki elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
"Əmək şöhrəti" ordeni
Əmək şöhrəti ordeni — Dövlət mükafatı SSRİ, 18 yanvar 1974-cü ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Fərmanı ilə təsis edilmişdir. Əmək şöhrəti ordeni üç dərəcəyə malikdir, ordenin ən yüksək dərəcəsi birinci dərəcədir. Mükafatlandırma ardıcıl olaraq aparılır: əvvəlcə üçüncü, sonra ikinci, sonra birinci dərəcə. Bu, əmək fərqinə görə verilən, dərəcələrə bölünən yeganə Sovet ordenidir. Əsasnaməsinə və hər üç dərəcənin sahibinə verilən faydalara görə, "Əmək Şöhrəti" ordeni Şöhrət ordeni (SSRİ) ilə uyğundur. "Əmək Şöhrəti" ordeni ilə ilk mükafatlar 9 avqust 1974-cü ildə, tapşırıqların beşillik plan və sosialist öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsinə görə, III dərəcəli "Əmək Şöhrəti" ordeni ilə təltif edilmişlər.
Valideyn Şöhrəti ordeni
Valideyn Şöhrəti ordeni (rus. Орден «Родительская Слава») — Rusiya Federasiyasının dövlət mükafatıdır. 2008-ci il mayın 13-də Prezidentin 775 saylı fərmanı ilə müstəsna çoxuşaqlı ailələrin layiqli valideynlərini təltif etmək üçün yaradılmışdır. Onun tərtib olunması Sovet "Qəhrəman Ana" ordeni ilə əlaqələndirilə bilər. Sərəncamın əsasnaməsinə 2010-cu il sentyabrın 7-də prezidentin 1099 saylı fərmanı ilə dəyişiklik edilib, həmin sənəd "Valideyn Şöhrəti" ordenini təsis edib. "Valideyn Şöhrəti" ordeni nikahda olan, vətəndaş birliyində olan valideynlərə və ya övladlığa götürənlərə, tək valideynli ailələrdə isə yeddi və ya daha çox uşaq böyüdən və ya böyüdən valideynlərdən birinə və ya övladlığa götürənlərə verilir. Sağlam ailə həyatının qorunub saxlanması, sosial məsuliyyət daşıması, uşaqların adekvat sağlamlığının qorunması, təhsili, fiziki, mənəvi və əxlaqi inkişafı, şəxsiyyətlərinin hərtərəfli və ahəngdar inkişafını təmin etmək, ailə təməlini möhkəmləndirəcək nümunə göstərmək və uşaqların tərbiyəsi Rusiya Federasiyasının vətəndaşları kimi daha çox uşaq yetişdirənlər üçün təqdim edilir. Mükafat yeddinci uşaq üç yaşına çatdıqda və digər sağ övladlarının iştirakı ilə verilir, böyük uşaqların Vətənin və ya onun mənafelərinin müdafiəsi uğrunda döyüşlərdə həlak olması və ya itkin düşməsi halları istisna olmaqla. Hərbi, xidməti və ya mülki vəzifələri yerinə yetirən şəxslər, bu şəraitdə xəsarət, beyin sarsıntısı və ya peşə xəstəliyi nəticəsində vəfat etmiş şəxslər. Rusiya Federasiyasının Prioritet Ordeni Valideyn Şərəf Ordeninin dostluq ordenindən dərhal sonra digər orden və medallarla birlikdə sol sinəyə taxılmasını tələb edir.
Gecə söhbəti (film, 1971)
Milli Qadın Şöhrəti Zalı
ABŞ Milli Qadın Şöhrəti Zalı (ing. National Women's Hall of Fame) — ABŞ qadınları üçün ölkədə ən əhəmiyyətli seçki institutu. 1969-cu ildə yaradılıb. Anna Dadli Ella Fitscerald Eleonora Ruzvelt Hillari Klinton Qreys Mürrey Hopper Luiza Mey Alkott Marqaret Burk Vayt Qarriet Tabmen Opra Uinfri Brief biographies of the women who will next be inducted National Women's Hall of Fame in Seneca Falls "Complete List of inductees". Official website. 2012-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
Mirzə Möhbəli xan Yekani
Möhbəli xan ibn Mirzə Məhəmmədtağı Yekani (1834-1890) — XIX əsr Azərbaycan şairi, Mərənd xanı. Möhbəli xan ibn Mirzə Məhəmmədtağı 1834-ci ildə Mərənd bölgəsinin Yekan mahalında anadan olmuşdur. Mir Qılınc xan Babanın törəməsindəndir. Naziməddövlə ləqəbini daşıyırdı. İbtidai təhsilini atasından almışdı. Təbrizdə mədrəsə təhsili aldıqdan sonra Mərəndə qayıdıb, yaradıcılıqla məşğul olmuşdur. Divanı var. Mirzə Möhbəli xan Yekani 1890-cı ildə vəfat edib. Mirzə Möhbəli xanın Cahangir xan adlı oğlu vardı.
Nuşirəvan və bayquşların söhbəti
Adil Nuşirəvan ilə vəzirin hekayəti və ya bilinən qısa adı ilə Nuşirəvan və bayquşların söhbəti — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayəsidir. Hekayənin poetik tərcüməsi Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur. "Nuşirəvanla vəziri və bayquşların söhbəti" hekayəsi romantik planda verilsə də həyatın eybəcərliklərini çox doğru əks etdirir. Nuşirəvan islamdan öncə yaşamış Sasani hökmdarı olsa da təsvir olunan həyat Nizami dövrünün həyatıdır. Nuşirəvanın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin mənzərəsidir.Şair ədalətsizliyin, qətl-qarətin həddini aşdığını göstərmək üçün maraqlı priyom işlətmişdir. Nuşirəvan bir gün ordusu ilə ova çıxır. Bir az keçdikdən sonra vəziri ilə ordudan ayrılaraq ikisi birgə ov etməyə gedirlər. Şah vəziri ilə tək qalmağı istiyir, çünki ölkənin vəziyyətini daha rahat maraqlana bilsin. Gəzərkən uzaqdan bir xaraba kənd görürlər və həmin kəndə doğru yollanırlar. Bütün evlər dağılıb, həyatdan əsər-əlamət yox idi.
Moheli
Moheli yerli dildə Mwali adası Komor adalarını təşkil edən üç adadan biridir. 11 avqustun 1997-ci ildə Moheli (Mwali) ,bir həftə sonra Anjuan (Ndzuwani) Komordan ayrılıb . Mohelinin separatçı liderləri Said Məhəmməd Soefu Prezident və Soidri Ahmed Baş nazir oldu. 1998-ci ildə Moheli yenidən Komora birləşdi. 2002-ci ildə Moheli yeni Komor Konstitusiyasını ratifikasiya etdi. Burada zəif mərkəzləşdirilmiş federal hökumətin qurulması və ada hökumətlərinə daha çox səlahiyyətin verilməsi nəzərdə tutulurdu. Bu Komorda davam edən siyasi qarışıqlıq və Ndzuwani (Anjuoan) adasında davam edən separatçılığın həllinə kömək etdi. Həmçinin 2002-ci ildə Mohamed Said Fazul Prezident seçildi. Onun tərəfdarları 2004-cü ildə Moheli Məclisinə seçkilərində yer çoxluğu ilə qalib gəldi.
Məhsəti Gəncəvinin heykəli (Gəncə, 1983)
Məhsəti Gəncəvinin heykəli — heykəltəraşı Münəvvər Rzayeva olan və 1983-cü ildə Gəncə şəhərində qoyulmuş heykəl. Hündürlüyü 5 metr olan heykəlin memarı isə L.Rüstəmovdur. Münəvvər Rzayevanın dediyinə görə Məhsəti Gəncəvi obrazını yaratmaq üçün o ömrünün 20 ilini sərf edib. Şairənin dolğun obrazını yaratmaq üçün saysız-hesabsız variantlar işləmişdir. Heykəl hazırda Gəncədə Xan bağında yerləşir.
İmpuls momenti
İmpuls momenti — maddi nöqtənin O fırlanma mərkəzinə nəzərən impuls momentinin modulu, onun impulsunun modulu ilə çevrənin radiusu hasilinə bərabərdir, L=pr=mυr. BS-də impuls momentinin ölçü vahidi-1kqm2/san-dir. İmpuls momenti vektotrial kəmiyyətdir və onun istiqaməti sağ yivli burğu qaydasıilə təyin olunur:Burğunun dəstəyini zərrəciyin hərəkəti istiqamətində fırrlatdıqda,onun irəliləmə istiqaməti impuls momenti vektorunun istiqamətini göstərir. Fırlanma hərəkətinin tənliyi ΔL/Δt=M şəklində yazırlar. Burada M zərrəciyə təsir edən qüvvə momentidir. Həmin tənliyə görə,zərrəciyin impuls momentinin vahid zamanda dəyişməsiona təsir edən qüvvə momentinə bərabərdir. M=0 -dırsa ΔL/Δt=0 və L=const. Bu,İmpuls momentinin saxlanma qanunu-dur: Qapalı sistemdə baş verən istənilən proses zamanı onun impuls momenti sabit qalır. İmpuls momentinin saxlanma qanunu fəzanın izotropluğu ilə əlaqədardır. Yəni qapalı sistemi fəzada müəyyən bucaq qədər fırlatdıqda onun fiziki xassələri dəyişmir.
Xameleon botneti
Chameleon botneti 28 fevral 2013-cü ildə "spider.io" təhlükəsizlik araşdırma şirkəti tərəfindən müəyyən edilmiş botnetdir .120,000-dən çox kompüterin yoluxduğu və reklam trafikindən ayda orta hesabla 6 milyon ABŞ dolları qazana bilmişdir. Bu trafik yoluxmuş sistemlərdə yaradılaraq, reklam kontenti çıxararaq, təhlükəsiz görüntü yaratmağa çalışırdı, buna görə də qanuni veb trafiki kimi görünürdü. Təsirə məruz qalan kompüterlərin əksəriyyəti şəxsi kompüterlər (yaşayış sistemləri) olmaqla, hamısı Windows kompüterləri idi. Proqramın hərəkətlərini daha çox insan davranışına bənzətmək üçün o, yoluxmuş sistemlərin mousunu brauzerlərdə səhifələr ətrafında hərəkət etdirməyə məcbur etdi və seanslar bağlananda onlari restart edərək yenidən işə saldı. Bundan əlavə, həm Adobe Flash, həm də JavaScript skriptlərinin yoluxmuş sistemlərdə icra edilməsi mürəkkəb idi. Botnet tə rəfindən hədəf alınan ən azı 202 veb-sayt var idi və onlardan 9 milyarddan çox reklam ona xidmət göstərirdi. Botnet tərəfindən yaradılan veb-trafikin yan təsiri olaraq, yoluxmuş sistemlər, ehtimal ki, ümumi əməliyyat gecikməsindən və yavaş şəbəkə bağlantısından əziyyət çəkdi. Bu əlamətlər kompüterin yoluxmuş olmasının göstəriciləri idi. ClamWin və Exterminate It kimi zərərli proqram aradan qaldırılması proqramı ilə, infeksiya yoluxmuş sistemdən çıxarıla bilər. Həmçinin yoluxmuş Windows PC-nin reyestrini əl ilə dəyişdirməklə zərərli proqramı deaktiv etmək mümkün olub.
Ernesto Moneta
Ernesto Teodoro Moneta (20 sentyabr 1833[…], Milan – 30 yanvar 1918[…], Milan) — bir İtalyan jurnalisti, millətçi, inqilabçı, pasifist və Nobel Sülh mükafatı laureatı. In varietate unitas şüarını qəbul etdi,daha sonra Avropa birliyinin şüarına çevrildi. == Həyatı == 15 yaşında Moneta "Milanın beş günü"ndə iştirak etdi (1848-ci il, Avstriya rəhbərliyinə qarşı qiyam). Daha sonra İvreyadaki hərbi akademiyaya daxil oldu. 1859-cu ildə Cüzeppe Qaribaldinin Min nəfərin ekspedisiyasına qatıldı və 1866-cı ildə avstriyalılara qarşı İtalyan ordusu sıralarında döyüşdü. Daha sonra güclü İtalyan millətçisi olmasına baxmayaraq beynəlxalq barış fəalına çevrildi. 1867-1896-cı illər arasında Eduardo Sonzoqno tərəfindən nəşr olunan Milan demokratik qəzetinin (Il Sekolo) redaktoru oldu. 1887-ci ildə Lombard Barış və Arbitraj dərnəyini (Unione Lombarda per la Pace e l'Arbitrato) qurdu,hansı ki,silahsızlanmağı təbliğ etdi və Millətlər İttifaqının və Daimi Arbitraj Məhkəməsinin yaradılmasına səy göstərdi. 1907-ci ildə Lui Reno ilə Nobel Sülh mükafatı laureatı oldu. Ömrünün son illərində millətçi inanclarını pasifist inanclardan üstün tutan Ernesto Moneta,1912-ci ildə İtaliya-Osmanlı müharibəsinə və 1915-ci ildə İtaliyanın Birinci Dünya müharibəsinə daxil olmasına ictimai dəstək verdi.
Josefoartiqasia monesi
Josefoartiqasia monesi — təxminən 2 milyon il bundan əvvəl Cənubi Amerikada yaşamış bir gəmiricidir.İndiyədək cəmi bir Josefoartiqasia monesi qalığı tapılıb.Pakarana onun hal-hazırda yaşayan ən yaxın qohumudur.Təxminən bir ton çəkisi olan bu gəmirici mövcud olan digər gəmiricilərdən daha böyükdür. Onların kəllə sümüyü 53 sm, kəsici dişləri isə 30 sm uzunluğunda olmuşdur. Təxmini bədəninin uzunluğu 3m, hündürlüyü isə 1,5m olmuşdur. Elmə məlum olan bu ən böyük gəmiricinin kəllə sümüyünü tətbiq edən alimlər müəyyənləşdiriblər ki, tarixdən öncəki dövrün otyeyənlərinin ön dişləri pələnginki qədər möhkəm olub. Bununla yanaşı, 30 sm uzunluğundakı bu əyilmiş ön dişlər çənə əzələlərinin əmələ gətirdiyi gücdən üç dəfə çox gücə tab gətirə bilib.Bu gəmiricilər rəqibləri ilə vuruşarkən, yırtıcılara qarşı müdafiə olunarkən və həmçinin qida tapmaq üçün torpağı qazarkən ön dişlərindən istifadə etmişlər. 1987 - ci ildə kəşf olunmuş, lakin 2008 - ci ilə qədər açıqlanmamış gəmiricinin kəllə sümüyü Uruqvayın Mİlli tarix və antropologiya muzeyində saxlanılır. Bu gəmiricilər suda yaşayan yumşaq bitki növləri ilə qidalanmışlar, çünki onların kiçik azı dişləri digər bitki növləri ilə qidalanmaq üçün kifayət etmirdi. == İstinadlar == 1." Böyükdür, həm də dişləyir ", National Geographic-Azərbaycan, noyabr, №15, 2015 2. https://en.wikipedia.org/wiki/Josephoartigasia_monesi 3. Millien, Virginie (May 2008).
Mvali (Moheli)
Moheli yerli dildə Mwali adası Komor adalarını təşkil edən üç adadan biridir. 11 avqustun 1997-ci ildə Moheli (Mwali) ,bir həftə sonra Anjuan (Ndzuwani) Komordan ayrılıb . Mohelinin separatçı liderləri Said Məhəmməd Soefu Prezident və Soidri Ahmed Baş nazir oldu. 1998-ci ildə Moheli yenidən Komora birləşdi. 2002-ci ildə Moheli yeni Komor Konstitusiyasını ratifikasiya etdi. Burada zəif mərkəzləşdirilmiş federal hökumətin qurulması və ada hökumətlərinə daha çox səlahiyyətin verilməsi nəzərdə tutulurdu. Bu Komorda davam edən siyasi qarışıqlıq və Ndzuwani (Anjuoan) adasında davam edən separatçılığın həllinə kömək etdi. Həmçinin 2002-ci ildə Mohamed Said Fazul Prezident seçildi. Onun tərəfdarları 2004-cü ildə Moheli Məclisinə seçkilərində yer çoxluğu ilə qalib gəldi.
Şöhrəti necə geri qaytarmalı (film, 1988)
Bakı Soyuducular Zavodu hər il 400 minə yaxın "Çinar" soyuducusu buraxır (1988). Müəssisə öz işində dönüş yaratmış və bir neçə il bundan əvvəl(13 milyonu) keçmiş borclarını tamamilə ödəmişdir. İstehsalatın yenidən qurulması, yeni modelli soyuducuların buraxılışının qaydaya salınması, Minsk və Kiyev həmkarları ilə işgüzar əməkdaşlıq filmdə öz əksini tapmışdır.
Monete-syur-Alye
Monete-sür-Alye (fr. Monétay-sur-Allier) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-sür-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03176. 2008-ci ildə əhalinin sayı 548 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 355 nəfər (15-64 yaş) arasında 267 nəfər iqtisadi fəal, 88 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.2%, 1999-cu ildə 74.1%). Fəal olan 267 nəfərdən 245 nəfər (136 kişi və 109 qadın), 22 nəfər işsiz (8 kişi və 14 qadın) idi. 88 hərəkətsiz 27 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 29 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Monete-syur-Luar
Monete-sür-Luar (fr. Monétay-sur-Loire) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Dompyer-sür-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03177. 2008-ci ildə əhalinin sayı 293 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər (15-64 yaş) arasında 100 nəfər iqtisadi cəhətdən fəal, 63 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61,3%, 1999-cu ildə 62.6%). Fəal 100 nəfərdən 89 nəfər (52 kişi və 37 qadın) işləyir, 11 nəfər işsizdir (6 kişi və 5 qadın). Fəal olmayan 63 nəfər arasında 11 nəfər şagird və ya tələbə, 28 nəfər təqaüdçü, 24 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Monete-sür-Alye
Monete-sür-Alye (fr. Monétay-sur-Allier) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-sür-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03176. 2008-ci ildə əhalinin sayı 548 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 355 nəfər (15-64 yaş) arasında 267 nəfər iqtisadi fəal, 88 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.2%, 1999-cu ildə 74.1%). Fəal olan 267 nəfərdən 245 nəfər (136 kişi və 109 qadın), 22 nəfər işsiz (8 kişi və 14 qadın) idi. 88 hərəkətsiz 27 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 29 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Monete-sür-Luar
Monete-sür-Luar (fr. Monétay-sur-Loire) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Dompyer-sür-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03177. 2008-ci ildə əhalinin sayı 293 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər (15-64 yaş) arasında 100 nəfər iqtisadi cəhətdən fəal, 63 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61,3%, 1999-cu ildə 62.6%). Fəal 100 nəfərdən 89 nəfər (52 kişi və 37 qadın) işləyir, 11 nəfər işsizdir (6 kişi və 5 qadın). Fəal olmayan 63 nəfər arasında 11 nəfər şagird və ya tələbə, 28 nəfər təqaüdçü, 24 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ceyden və Brent ilə qrup söhbəti (serial, 2020)
"Ceyden və Brent ilə qrup söhbəti" — ilk seriyası 2020-ci il 23 mayda yayımlanan veriliş-serialdır. Serialın əsas mövzusu COVID-19 koronavirus pandemiyasından sonrakı virtual əlaqələrdən başlayır. == Məzmun == Proqram oyun oynayan, meydan oxuyan və qonaqları ilə onlayn söhbət quran aparıcıları izlədir. == İstehsal == 2020-ci ilin 6 mayında serialın çəkiləcəyi bildirilib. 23 mayda isə ilk mövsümün ilk seriyası yayımlanıb. Mövsüm 6-cı seriya ilə 27 iyunda bitib. İkinci mövsüm 5 sentyabrda başlayıb. Pandemiya bitənə qədər davam etməsi planlaşdırılır.
Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti"
"Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti". Tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar təhlil" (ing. The Political Leaders' "Hard Talk" in Munich on the Conflict Between Armenia and Azerbaijan: A Historical, Political, International Law and Humanitarian Analysis) — Almaniya siyasi eksperti Matias Dornfeldtin 2020-ci ildə yazdığı kitab. Əsər "Verlag Dr. Köster" nəşriyyatı tərəfindən Berlində buraxılmışdır. Kitabda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Qarabağ münaqişəsi ilə bağlı tarixdə ilk debatı təhlil edir. Bu debat 15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransında baş tutmuşdur. Müzakirələr zamanı qaldırılan mövzular və məsələlər əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar aspektləri nəzərdən keçirilir. Beynəlxalq vasitəçilik səyləri, Almaniya və digər Avropa siyasətçilərinin mövqeləri də müzakirə olunur. Nəhayət, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında münaqişənin həlli variantları təqdim olunur.