Məhsəti Gəncəvi Mərkəzi — Gəncə şəhərində yerləşən mərkəz. Məhsəti Gəncəvi Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Mərkəzin açılışı 2014-cü il yanvarın 21-də baş tutub.[1]
Məhsəti Gəncəvi Mərkəzi | |
---|---|
| |
Əsası qoyulub | 2013 |
Açılış tarixi | 21 yanvar, 2014 |
Ölkə | |
Yerləşir | Gəncə, Azərbaycan |
Ünvan | Gəncə şəhəri, Əttarlar küçəsi |
Direktor | Zərifə Xasayeva |
Vikianbarda əlaqəli mediafayllar |
Binanın inşasına 2013-cü ildən başlanılıb[2] və 2014-cü il yanvarın 21-də açılış mərasimi baş tutub. Məhsəti Gəncəvi Mərkəzi 3 mərtəbə, 1 zirzəmidən ibarətdir. Mərkəzin qarşısında şairin heykəli, onun adını daşıyan bağ vardır. Məhsəti Gəncəvi Mərkəzində; Məhsəti otağı, Məhsəti muzeyi, qədim milli musiqi alətləri salonu, milli geyimlər salonu, şahmat fiqurları, elektron kitabxana və s. yerləşir. Mərkəzdə şairin portretləri olan xalçalar, nümayiş etdirilir.[3]
Mərkəzdəki elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Mərkəzin milli geyimlər sərgisində Məhsəti Gəncəvinin yaşadığı dövrdə, xüsusilə də İntibah dönəmində xanımlara xas milli geyim nümunələri sərgilənir. Rəsm qalereyasında Məhsəti Gəncəvi obrazı və rübailərinə həsr edilmiş tablolar, monumental əsərlər nümayiş etdirilir. Məhsəti otağında şairənin heykəli yerləşir. Burada miniatür və rəsm əsərləri təqdim edilir. Mərkəzdə musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı vardır.[4]