Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Möhtəkir
Möhtəkirlik — əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq. == İslamda möhtəkirlik == İslam peyğəmbərindən nəql olunan hədislərdən aydın olur ki, möhtəkirliyi yalnız xəyanətkarlar və günahkarlar edə bilərlər: "Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz.""Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz."Nəhcül-bəlağədə Əli ibn Əbu Talib Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında Möhtəkirliyin qarşısının alınmasının zəruriliyi haqda qeyd olunur: "Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır.
Müstəcib Ülküsal
Müstəcib Ülküsal (1899, Dobruca[d] – 10 yanvar 1996, İstanbul) — krım tatar ictimai xadimi, Emel jurnalının yaradıcısı və naşiri. == Həyatı == XIX əsrin ortalarında əcdadlarının Krımdan köçdüyü Rumıniyanın Dobruca əyalətində anadan olmuşdur. 1917-ci ildə Krımda Krım Tatar hökumətinin qurulduğunu öyrənəndə, dostları ilə Krıma gəlmiş və Foti Sala (indiki Qolubinka) kəndində müəllim işləməyə başlamışdır. Döyüşlər Krıma yaxınlaşdıqda, Avropaya qayıtmalı olur və Rumıniya və Bolqarıstanda yaşayır. Buxarest Universitetinin hüquq fakültəsini bitirmişdir, hüquqşünas kimi işləyirdi. "Tonquç" ("İlkin") mədəniyyət mərkəzini yaradır, 1930-cu ildə dostları ilə birlikdə "Emel" ("Həmlə") jurnalını nəşr etməyə başladı. 1941-ci ildə ailəsi ilə birlikdə Türkiyəyə köçdü. 1941-ci ilin aprel ayında Türkiyə vətəndaşlığını alır və ömrünün sonuna qədər burada yaşayır. 1942-ci ildə o, Cəfər Seyidəhməd ilə Berlinə gələrək, Krımda Milli Krım Tatar hökumətinin yaradılmasını israr edir, lakin onun bu təklifi anlayışla qarşılanmadığından Türkiyəyə qayıdır. Daha sonra türk mətbuatında Krım tatarlarının deportasiyası və kommunist rejimli ölkələrdə (Rumıniya, Bolqarıstan) onlara qarşı edilən repressiyalar barədə məqalələr dərc edir.
Ülküsal Müstəcib

Annaqılınc Möhtaci
Annaqılınc Möhtaci (1824 (1825) - 1884) — türkmən şairi. == Həyatı == Gerçək adı Annaqılınc, təxəllüsü Möhtaci olan şair 1824-cü ildə Aşqabadın Köşi kəndində dünyaya gəlmişdir. XIX əsrin görkəmli şairlərindən biridir. Xallı Bəxşi ilə eyni kənddən olması və qonşuluğu onun şeirlərinin mahnı kimi xalq içində yayılmasını təmin etmişdir. Möhtaci kənd məktəbini bitirmiş, ənənəvi türkmən mədəniyyətini, xalq dastanlarını dərindən öyrənmişdir. Gəncliyində sevdiyi və qovuşa bilmədiyi Annagülün həsrəti onu saza-sözə bağlamış, şairliyə sövq etmişdir. Annaqılınc Möhtaci bir müddət İranda əsirlikdə qalmış, 1879-81-ci illərdə baş verən Göytəpə faciələrinin şahidi olmuş, 1884-cü ildə Köşi kəndində qızılca xəstəliyindən vəfat etmiştir. Onun çoxlu övladı olmuş, atası kimi şair olan oğlu Molladurdu maarif naziri vəzifəsində işləmişdir. Nəvəsi Murad da şair ol-muşdur. Törəmələri Aşqabadda yaşayırlar.
Möhtədi (xəlifə)
Əbu İshaq Məhəmməd ibn Əl-Vasiq (ərəb. أبو إسحاق محمد بن هارون الواثق‎) və ya Əl-Möhtədi (ərəb. المهتدي بالله‎) (d. 833 - ö. 18 iyun 870) — 14. Abbasi xəlifəsi. == Mənbə == Ya‘kūbî, Târîḫ, II, 483, 484, 504-506. Taberî, Târîḫ (Ebü’l-Fazl), IX, 154, 157, 279, 326, 391-469, 473. Mes‘ûdî, Mürûcü’ẕ-ẕeheb (Abdülhamîd), IV, 182-197. Hatîb, Târîḫu Baġdâd, III, 347-351.