1. bax amma.
Şeir bir zivərdir, əmma biz kimi naqislərə; Ol ki naqisdir, onu möhtaci-zivər qılmamış.
Çox kimsənin əgər ki kəsibdir qərarını; Əmma mənim təki o gülün biqərarı yox.
2. Bir şeyə mane olan, əngəl törədən keyfiyyət, hal, səbəb. Burada bir balaca əmma var.
– Yusif huşi-guşinən qulaq asıb gördü: adə, deyəsən, burda bir əmma var. ( ).
Bəs bu gözəllikdə otaqları beş yüz manata alanda demədinmi bunun əmması var?
□ Əmması çıxmaq (olmaq) – 1) nöqsanı, əgər-əskiyi olduğu məlum olmaq;
2) sonradan xatası çıxmaq, əngəli çıxmaq.