Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Metodlar mübahisəsi
Metodlar mübahisəsi (alm. Methodenstreit‎) — XIX əsrin 80-90-cı illərində iki iqtisadi məktəb — Avstriya və tarixi arasında baş verən müzakirə. Metodlar mübahisəsi iqtisadiyyatın inkişafında mühüm bir mərhələ oldu. XIX əsrin 70-ci illərində Avstriya-Macarıstan və Alman imperatorluqlarında tarixə "Avstriya" və "gənc tarixi" adı ilə daxil olan iki iqtisadi elmi məktəb formalaşmağa başladı. Hər birinin istifadə etdiyi müxtəlif metodlar qarşılıqlı ittihamlarla dolu elmi mübahisələrlə nəticələndi və daha sonra "metod mübahisəsi" adlandırıldı (alm. Methodenstreit‎). "Gənc" tarixi iqtisadi məktəbin qurucusu Qustav fon Şmoller, klassik məktəb nümayəndələrinin fərdiyyətçiliyinə qarşı çıxış etdi. İqtisadiyyatın tarixi, empirik və induktiv tədqiqatlara (yəni özəl nəticələrdən ümumi qənaətə keçməyə əsaslanan məntiqi nəticələrə) əsaslanan, etik və praktiki yönümlü, fənlərarası yanaşmaya və institusional (insanların müxtəlif assosiasiyalarının tədqiqatlar kompleksi) dinamikasını öyrənməyə yönəldiyini iddia etdi. İqtisadi qanunların ümumbəşəri olması və siyasi iqtisadiyyatın müəyyən bir toplum üçün xarakterik olan iqtisadi nəzəriyyələri təsvir edə və işıqlandıra bilməməsi barədə ilk qərar Avstriya məktəbinin nümayəndələrini Alman tarixi qanunları ilə qarşıdurmaya gətirib çıxardı . "Tarixçilər" Mengeri qurucusu olaraq "atomizm" və "kosmopolitizm" ittiham etdilər.
Mosul mübahisəsi
Mosul mübahisəsi və yaxud Mosul münaqişəsi, Mosul problemi (1918-1926) - Böyük Britaniya və Türkiyə arasında Birinci Dünya müharibəsindən əvvəl Osmanlı imperiyasının tərkibinə daxil Mosul vilayətinin Kərkük, Ərbil və Süleymaniyyə bölgələri ilə birlikdə Mosulun neft bölgəsinin mülkiyyəti ilə bağlı ərazi məsələsi. Mosul vilayəti I Dünya müharibəsinin sonuna qədər, İngiltərə tərəfindən işğal edilənədək Osmanlı imperiyasının tərkibində olub. Türkiyə İstiqlaliyyət müharibəsindən sonra yeni Türkiyə Cümhuriyyəti Mosulu Misak-i Milli adı ilə anılan "Əhd-i Milli Bəyannaməsini"ndə müəyyən edilmiş mühüm məsələlərdən biri hesab edirdi. İngiltərə daimi müqavimət göstərməsinə baxmayaraq, məsələni beynəlxalq arenaya çıxara bildi və onu Türkiyə ilə İraq arasında sərhəd probleminə çevirə bildi. 1924-cü il mayın 19-da Türkiyə ilə İngiltərə arasında İstanbul konfransı keçirildi. Konfransda Türkiyə tərəfi Mosulun tarixən həmişə Osmanlı ərazisi olaraq qaldığını və Birinci Dünya müharibəsinin sonunda bu vəziyyətin dəyişmədiyini, əyalət əhalisinin üçdə ikisinin müsəlmanlardan ibarət olduğunu, milliyətcə türk və kürdlərin üstünlük təşkil etməsini bildirərək buna görə Mosulun tarixi, hərbi və etnik səbəblərə görə Türkiyə sərhədləri daxilində qalmağını əsaslandırdı. Böyük Britaniya tərəfi Türkiyə dövlətinin tələbini tamamilə rədd etdikdən sonra İstanbul konfransı buraxıldı. Mübahisə Millətlər Liqası səviyyəsinə qaldırıldı. Burada Türkiyə tərəfi İstanbul konfransında öz tezislərini təkrar edərək referendum (ümumi referendum) keçirilməsini tələb etdi. İngiltərə də bölgə əhalisinin siyasi mövqeyi olmadığını bildirərək plebissit tələbinin rədd edilməsinə nail oldu.
Egey mübahisəsi
Egey mübahisəsi, Egey məsələsi və ya Egey nifaqı (yun. Γκρίζες Ζώνες, türk. Ege sorunu) — Yunanıstan və Türkiyə arasında Egey dənizinin akvatoriyasında və onun üzərindəki hava məkanında suverenlik və əlaqəli hüquqlarla bağlı bir-biri ilə əlaqəli mübahisəli məsələlər kompleksi. 1970-ci illərin həll olunmamış Kipr böhranından yaranan çoxsaylı münaqişələr Türkiyə–Yunanıstan münasibətlərinə əhəmiyyətli təsir göstərmişdir. 1987-ci ildə və 1996-cı ilin əvvəlində Egey mübahisəsi iki dövlət arasında hərbi əməliyyatların başlanmasına yaxın böhran vəziyyətlərinə gətirib çıxarmışdır. 1998-ci ildə hər iki ölkə bir sıra diplomatik tədbirlər həyata keçirməklə gərginliyi aradan qaldırmağa yaxın idi. Növbəti addım, xüsusən də Yunanıstanın Türkiyənin Avropa İttifaqına daxil olmasını asanlaşdırmağa yönəlmiş hərəkətləri olmuşdu. == Dəniz və hava təsir zonaları == Egey mübahisəs hər iki ölkənin əraziləri ətrafında dəniz və hava təsir zonalarının delimitasiyası ilə bağlıdır. Bu məsələlər Egey dənizinin özünün coğrafi və tarixi xüsusiyyətləri, onun hövzəsindəki ölkələrin yerləşməsi ilə əlaqəlidir. Egey dənizinin suları ilə yuyulan Yunanıstan və Türkiyənin materik sahil xəttinin uzunluğu təxminən bərabər olsa da, Gökçeada və Bozcaada istisna olmaqla, bütün Egey adaları Yunanıstana aiddir.
Sutorina mübahisəsi
Sutorina mübahisəsi — Monteneqro ilə Bosniya və Herseqovina arasında Sutorina ərazisi üzərində suverenliklə bağlı sərhəd mübahisəsi. 1878-ci il Berlin konqresindən bəri Sutorina ərazisi Avstriya-Macarıstan və daha sonra Yuqoslaviya krallığının tərkibində Bosniya və Herseqovinanın bir hissəsi idi, lakin 1947-ci ildə İkinci Dünya müharibəsindən sonra Yuqoslaviya SFR tərkibində Monteneqro SR-yə birləşdirilmişdir. Yuqoslaviyanın parçalanmasından sonra əraziyə nəzarət Monteneqro tərəfindən saxlanılmışdır, lakin bəzi bosniyalı rəsmilər ərazinin ötürülməsinin qeyri-qanuni olduğunu iddia edərək, Monteneqronun ərazi üzərindəki suverenliyini mübahisə mövzusuna çevirmişdir. 2015-ci ildə iki ölkə ərazi üzərində suverenliyin Monteneqroya verilməsi barədə razılığa gəlmişdir. Blake, Gerald Henry; Topalović, Duško. Clive H. Schofield; Mladen Klemenčić (redaktorlar ). The maritime boundaries of the Adriatic Sea. IBRU. 1996. 42–43. ISBN 9781897643228.
Ərazi mübahisəsi
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.
HƏMAS–UNRWA Holokost mübahisəsi
HƏMAS–UNRWA Holokost mübahisəsi — 31 avqust 2009-cu ildə Qəzzə zolağında Birləşmiş Millətlər Təşkilatının Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ərazisində fəaliyyət göstərən məktəblərin hazırlıq kurslarının səkkizinci sinif kurrikuluma Holokostdan bəhs edən insan hüquqlarına dair kursu daxil etməyi planlaşdırdığına dair təsəvvürdən sonra alovlanmış mübahisə. Qəzzə zolağına nəzarət edən HƏMAS silahlı islamçı hərəkatı buna etiraz edərək Holokostu "sionistlərin uydurduğu yalan" adlandırmış və təhqiredici məzmunun tədris planından çıxarılmasını tələb etmişdir. Birləşmiş Millətlər Təşkilatının bəzi rəsmiləri əvvəlcə onun məktəblərində Holokost fənninin öyrədildiyini və ya yeni kurrikulumda onu tədris etməyi planlaşdırdığını inkar edərək cavab vermişdilər. Bu təkzib müxtəlif qruplar və şəxslər tərəfindən tənqidlərə səbəb olmuşdur. == Zəmin == UNRWA Qəzzə zolağında 600-dən çox ibtidai və orta məktəbdən 221-ni idarə edir, 6–15 yaş arası təxminən 200,000 uşağa təhsil verir. Qəzzə zolağı 2007-ci ilin iyununda Fələstin prezidenti Mahmud Abbasın təhlükəsizlik qüvvələrini məğlub edərək anklavda nəzarəti ələ keçirdikdən sonra HƏMAS tərəfindən idarə olunur. "Associated Press"in məlumatına görə, "HƏMAS Qəzzəyə nəzarəti gücləndirməyə çalışır, BMT agentliyi isə getdikcə kölgə hökuməti kimi görünür və Qəzzənin 1,4 milyon əhalisinin təxminən 1 milyonuna xidmət göstərir". Holokost İordan çayının qərb sahilində, Suriyada, İordaniyada və Livanda BMT-nin idarə etdiyi fələstinli qaçqınlar üçün məktəblərdə, həmçinin İordan çayının qərb sahili və ya Qəzzədə yerləşən Fələstin hökumət məktəblərində tədris edilmir.
Ermənistan–Qafqaz Albaniyası sərhəd mübahisəsi
Ermənistan və Qafqaz Albaniyası sərhəd mübahisəsi — Ermənistan Krallığı (h. e.ə. 331–428) və Qafqaz Albaniyası (h. e.ə. IV əsr — 705) arasında olan sərhəd barədə Azərbaycan və Ermənistan tarixçiləri tərəfindən ortaya qoyulan fərqli görüşlərə verilən ad. Azərbaycan tarixçilərinə görə iki dövlət arasındakı sərhəd Araz çayı boyunca, erməni tarixçilərə görə isə Kür çayı boyunca keçirdi. Bu mübahisənin yaranmasının ən böyük səbəbi Dağllq-Qarabağ münaqişəsidir, çünki Azərbaycan tarixçilərinin ortaya qoyduğu görüşə əsasən, Qafqaz Albaniyası Qarabağ və ətraf ərazilərdə hakimiyyət sürürdü. Bəzi Erməni tarixçilərinin dediklərinə görə, Kür çayının qərbində olan və hal-hazırda Azərbaycan Respublikasının bir parçası olan ərazilər e.ə. VII əsrdən bəri erməni etnosuna aid idi. Buna əlavə olaraq, Ermənistan tarixçilərinin bəziləri Ermənistan Krallığının e.ə.
Ermənistan və Qafqaz Albaniyası sərhəd mübahisəsi
Ermənistan və Qafqaz Albaniyası sərhəd mübahisəsi — Ermənistan Krallığı (h. e.ə. 331–428) və Qafqaz Albaniyası (h. e.ə. IV əsr — 705) arasında olan sərhəd barədə Azərbaycan və Ermənistan tarixçiləri tərəfindən ortaya qoyulan fərqli görüşlərə verilən ad. Azərbaycan tarixçilərinə görə iki dövlət arasındakı sərhəd Araz çayı boyunca, erməni tarixçilərə görə isə Kür çayı boyunca keçirdi. Bu mübahisənin yaranmasının ən böyük səbəbi Dağllq-Qarabağ münaqişəsidir, çünki Azərbaycan tarixçilərinin ortaya qoyduğu görüşə əsasən, Qafqaz Albaniyası Qarabağ və ətraf ərazilərdə hakimiyyət sürürdü. Bəzi Erməni tarixçilərinin dediklərinə görə, Kür çayının qərbində olan və hal-hazırda Azərbaycan Respublikasının bir parçası olan ərazilər e.ə. VII əsrdən bəri erməni etnosuna aid idi. Buna əlavə olaraq, Ermənistan tarixçilərinin bəziləri Ermənistan Krallığının e.ə.
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi — 1991-ci ildə Yuqoslaviyanın parçalanmasından sonra hər iki ölkənin müstəqillik əldə etməsindən sonra yaranıb. Xorvatiya Statistika Bürosunun məlumatına görə, Xorvatiya və Sloveniyanın 668 km birgə sərhədi vardır. Sloveniya Respublikasının Statistika İdarəsinin məlumatına görə, Xorvatiya-Sloveniya sərhədinin uzunluğu 670 km-dir. Sərhədin ən mübahisəli hissəsi Piran körfəzinin sularıdır. Əvvəlcə sərhəd mübahisələri Sloveniya-Xorvatiya münasibətlərinə ciddi təsir göstərmir. 2000-ci illərin ikinci yarısında Sloveniya ərazi mübahisələrinin mövcudluğundan bəhanə gətirərək, iki dəfə (2008-ci ilin dekabrında və 2009-cu ilin sentyabr-oktyabr aylarında) Xorvatiyanın NATO-ya üzv olmaq üçün müraciətini əngəllədiyi zaman vəziyyət daha da pisləşməyə başlayır. Bu şəraitdə hər iki ölkə ərazi mübahisəsinin həllində kömək üçün dünya birliyinə müraciət etmək qərarına gəlir və beynəlxalq arbitrajla razılaşırlar. Arbitraj Sazişi 4 noyabr 2009-cu ildə Stokholmda imzalanır: Sloveniyanın Baş Naziri Borut Pahor, onun Xorvatiyalı həmkarı Yadranka Kosor və Avropa Şurasının Prezidenti Herman Van Rompöy imzalayır. 28 iyul 2015-ci ildə Xorvatiya Sloveniyanın arbitraj qaydalarını pozduğunu iddia edərək arbitrajdan çıxır. 29 iyun 2017-ci ildə Daimi Arbitraj Məhkəməsi mübahisənin hər iki tərəfi üçün məcburi olan sərhəd qərarını verir.
Vikipediyada Star Trek Into Darkness mübahisəsi
Vikipediyada Star Trek Into Darkness mübahisəsi – 1 dekabr 2012-ci ildən 31 yanvar 2013-cü ilə qədər vikipediyanın ingilisdilli bölməsində davam etmiş müzakirə. Mübahisə 2013-cü ildə buraxılmış "Ulduz yolu qaranlığa doğru" filminin (ing. Star Trek Into Darkness) adlandırılması zamanı "into" sözünün böyük hərflə yoxsa kiçik hərflə yazılması barəsində yaranmışdır. Məqalənin müzakirə səhifəsində (redaktorların məqalə üzərində dəyişiklikləri müzakirə etməsi üçün səhifə) 40.000-dən çox söz yazılmış, sonda sözün böyük hərflə yazılması barədə konsensus əldə olunmuşdur. Rejissor Cefri Ceykob Abrams "Ulduz yolu qaranlığa doğru" (ing. Star Trek Into Darkness) filmini 2013-cü ilin aprelində buraxmağı planlaşdırmışdır. Digər "Ulduz yolu" filmlərinin adlarından fərqli olaraq, bu filmin ingiliscə adında "Star Trek" sözlərindən sonra iki nöqtədən istifadə olunmamışdı. Filmin rəsmi adında "into" sözü böyük hərflə yazılsa da, ingiliscə vikipediyanın stil kitabçası qaydasına görə beş hərfdən az olan bağlayıcılar kiçik hərflə yazılmalı idi. Məqalənin adındakı "into" sözünü böyük hərflə yoxsa kiçik hərflə yazmaq barədə mübahisə məqalənin müzakirə səhifəsində 1 dekabr 2012-ci ildən 9 yanvar 2013-cü ilə qədər, daha sonra 13 yanvardan 31 yanvar 2013-cü ilə qədər davam etmişdir. Vikipediyanın qaydalarına uyğun hərəkət etmək yaxud istisnaya yol vermək barədə olan bu müzakirə 40.000-dən çox sözü əhatə etmişdir.
Mübahisəli şəhər (roman)
"Mübahisəli şəhər" –Avropa müqavimət hərəkatı haqqında yazıçı Süleyman Vəliyevin romanıdır. Roman Kerçdə əsir düşən 416-cı Azərbaycan diviziyası əsgərlərinin Müqavimət Hərəkatında iştirakını təsvir edir. "Mübahisəli şəhər" 1946–1947-ci illərdə, stalinizm vaxtlarda qələmə alınıb, lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları keçmiş hərbi əsirlərin işlərinə yenidən baxılma kampaniyası ilə nəticələnir və 1949-cu ilin yayında Süleyman Vəliyev Sibirin Lena çayı sahillərindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Beləliklə, romanın çapı dayandırılır. 1957-ci ildə, artıq Bakıya qayıdandan sonra, yazıçının "Mübahisəli şəhər" romanı yazıldıqdan 10 il sonra "Azərbaycan" jurnalında çap olundu, lakin o zaman Yuqoslaviya-SSRİ əlaqələrində soyuqluq yarandığı üçün romanın kitab şəklində çapına icazə verilmədi. Nəticədə, 1962-ci ildə roman Moskvada rus dilində nəşr olundu. Yalnız bundan sonra bu əsər Bakıda da kitab şəklində Azərbaycan dilində çap edilir. Romanın azərbaycanlı qəhrəmanı Aslan bombardman zamanı düşərgədən qaçır. Faşistlərdən uzaqlaşan kimi, o Triest yaxınlığındakı dağlarda məskən salmış partizanlara qoşulmaq qərarına gəlir. Şəhərdə slovenlər və italyanlardan ibarət olan güclü partizan hərəkatının mövcud olduğunu əsirlər də bilirdilər.
Hindistanın mübahisəli ərazilərinin siyahısı
Hindistanın mübahisəli ərazilərinin siyahısı — Hindistanda bir çox mübahisəli ərazilər var. Böyük anlaşmazlıqlar Çin və Pakistanla, kiçik anlaşmazlıqlar isə Banqladeş, Nepal və Şri-Lanka ilə yaşanır.