Mosul mübahisəsi

Mosul mübahisəsi və yaxud Mosul münaqişəsi, Mosul problemi (1918-1926) - Böyük BritaniyaTürkiyə arasında Birinci Dünya müharibəsindən əvvəl Osmanlı imperiyasının tərkibinə daxil Mosul vilayətinin Kərkük, ƏrbilSüleymaniyyə bölgələri ilə birlikdə Mosulun neft bölgəsinin mülkiyyəti ilə bağlı ərazi məsələsi.

Mosul mübahisəsi
Birləşmiş Krallıq–Türkiyə münasibətləri
1914-cü ildə Mosul vilayəti, müasir sərhədlər ilə birlikdə
1914-cü ildə Mosul vilayəti, müasir sərhədlər ilə birlikdə
Tarix 1918-1926
Yeri Mosul vilayəti
Səbəbi Birinci Dünya müharibəsindən sonra ərazi mübahisələri
Nəticəsi Mosul vilayəti, Kərkük, ƏrbilSüleymaniyyə bölgələri İraq sərhədlərində qaldı
Ərazi dəyişikliyi Mosul vilayəti Birləşmiş Krallığın işğalında qaldı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mosul vilayəti I Dünya müharibəsinin sonuna qədər, İngiltərə tərəfindən işğal edilənədək Osmanlı imperiyasının tərkibində olub. Türkiyə İstiqlaliyyət müharibəsindən sonra yeni Türkiyə Cümhuriyyəti Mosulu Misak-i Milli adı ilə anılan "Əhd-i Milli Bəyannaməsini"ndə müəyyən edilmiş mühüm məsələlərdən biri hesab edirdi. İngiltərə daimi müqavimət göstərməsinə baxmayaraq, məsələni beynəlxalq arenaya çıxara bildi və onu Türkiyə ilə İraq arasında sərhəd probleminə çevirə bildi.

1924-cü il mayın 19-da Türkiyə ilə İngiltərə arasında İstanbul konfransı keçirildi. Konfransda Türkiyə tərəfi Mosulun tarixən həmişə Osmanlı ərazisi olaraq qaldığını və Birinci Dünya müharibəsinin sonunda bu vəziyyətin dəyişmədiyini, əyalət əhalisinin üçdə ikisinin müsəlmanlardan ibarət olduğunu, milliyətcə türk və kürdlərin üstünlük təşkil etməsini bildirərək buna görə Mosulun tarixi, hərbi və etnik səbəblərə görə Türkiyə sərhədləri daxilində qalmağını əsaslandırdı.[1] Böyük Britaniya tərəfi Türkiyə dövlətinin tələbini tamamilə rədd etdikdən sonra İstanbul konfransı buraxıldı. Mübahisə Millətlər Liqası səviyyəsinə qaldırıldı.[1] Burada Türkiyə tərəfi İstanbul konfransında öz tezislərini təkrar edərək referendum (ümumi referendum) keçirilməsini tələb etdi. İngiltərə də bölgə əhalisinin siyasi mövqeyi olmadığını bildirərək plebissit tələbinin rədd edilməsinə nail oldu. Məsələni araşdırmaq üçün Millətlər Liqasında komissiya yaradıldı. Lakin mübahisəni həll etmək mümkün olmadı.[2]

Millətlər Liqası Şurası 1926-cı ildə İraq hökuməti ilə Sərhəd Müqaviləsini imzalayan Türkiyənin Mosulu güzəştə getməyə tövsiyə edən araşdırma komissiyası təşkil etdi. İraq 25 il müddətinə Mosulun neft yataqlarından gələn gəlirdən 10 faizi mənfəəti Türkiyəyə verməyə razılaşdı.

İngilis və Osmanlı rəsmilərinin 1918-ci ilin noyabrında Şimali İraqda görüşü.

Mosulun neft bölgəsi 1909-cu ilə qədər Sultanın şəxsi mülkü sayılırdı. Gənc türklər inqilabı zamanı Mosul müsadirə edildi. 1918-ci ildə Birinci Dünya müharibəsindəki məğlubiyyətdən sonra Türkiyə Mosulu itirməkdən qorxaraq mülkü türk Sultanı II Əbdülhəmidin varislərinə qaytardı.

Müharibə bitdikdən sonra Mosul vilayəti ingilis ordusu tərəfindən işğal edildi. 1918-ci il noyabrın[3] əvvəlində Britaniya qoşunları Mudros sülh müqaviləsinin imzalanması zamanı mövcud olan sərhədi pozaraq Mosul şəhərini və Mosul vilayətini işğal etdilər.[4][5][6][7] İngiltərə bu ərazinin son dərəcə mühüm strateji mövqeyini, eləcə də ən böyük neft sərvətini ələ keçirməyə çalışırdı.[8]

1916-cı il Says-Piko sazişinə əsasən, Mosul ərazisi Fransaya çatırdı. Lakin 1919-cu ildə ingilislər Suriyaya olan hüquqlarını tanımaları (yaxud Kilikiyanı verməd vədi[9]) müqabilində fransızları Mosulu tərk etməyə məcbur etdilər. Bu, Antanta dövlətlərinin San-Remoda keçirilən konfransında və 23 dekabr 1920-ci il tarixli İngiltərə-Fransız konvensiyasında təsdiqləndi.[3]

Lozanna konfransı

[redaktə | mənbəni redaktə et]
Lozanna konfransda Türk nümayəndə heyəti, 1923-cü il, (İsmət İnönü ön sırada, soldan dördüncü)

1920-ci il Sevr müqaviləsinə əsasən, Mosul İngiltərənin mandatı olan İraqın tərkibinə daxil edildi. Lakin Mustafa Kamal Atatürkün başçılığı ilə Ankarada yaradılmış Böyük Millət Məclisi hökuməti müqaviləni tanımadı.[10] O, Türkiyənin 1918-ci il Mudros sülh müqaviləsi zamanı mövcud olan sərhədlər daxilindəki bütün torpaqları saxlamağı tələb etdi. Türkiyə üçün Mosul təkcə neft bölgəsi kimi deyil, həm də strateji nöqtə kimi vacib idi. O, Kürdüstanın açarı idi. “Türkiyə Neft Şirkəti” (əsas səhmdarı Lord Kerzon idi) və “Standard Oil” (ABŞ) neft şirkətləri arasında maraqların toqquşması məsələnin həllini çətinləşdirirdi.

1922-1923-cü illərdə Lozanna konfransında[11] Türkiyə və İngiltərə nümayəndə heyətləri bu məsələdə razılığa gələ bilmədilər. Tərəflər region əhalisinin etnik tərkibinə əsaslanan arqumentlərdən istifadə edirdilər. Türklər iddia edirdilər ki, bədəvi köçərilər nəzərə alınmasa, 503.000 əhalidən 281.000 nəfəri kürd, 146.000 nəfəri türk, 43.000 nəfəri ərəb, 31.000 nəfəri isə qeyri-müsəlmandır. Kürdləri Turan mənşəli bir xalq hesab edən türklər Mosul əhalisinin 85%-ni türklərin təşkil etdiyini iddia edirdilər.[12] İngilislər Mosulun əhalisini 785 000 nəfər hesab edirdilər ki, onlardan 454 000 kürd, 185 000 ərəb, 65 000 türk, 62 000 xristian və 16 000 yəhudidir.[13] İngilislər kürdləri İran mənşəli xalq hesab edirdilər - beləliklə, onların hesablamalarına görə, türklər Mosulun bütün əhalisinin yalnız on ikidə birini təşkil edirdilər.[14]

Nəticədə Lozanna müqaviləsinin 3-cü maddəsində “Türkiyə ilə İraq arasındakı sərhədlərin 9 ay ərzində Türkiyə ilə Böyük Britaniya arasında dostcasına müəyyən edilməsi” müddəası var idi.[15] Razılaşma olmadığı təqdirdə "mübahisə Millətlər Liqası Şurasına çıxarılacaq” maddəsidə yekun sənəddə əksini tapdı. Əslində, bu, Türkiyənin Mosulu itirməsini əvvəlcədən müəyyən etdiyi üçün Kerzonun qələbəsi sayıla bilərdi.[3]

Millətlər Liqasının qərarı

[redaktə | mənbəni redaktə et]
Mosulun 1876-cı ilə aid eskizi

1924-cü il İstanbul danışıqları (19 aprel - 5 iyun 1924-cü il İstanbul konfransı) da uğursuzluğa düçar olduqdan sonra Böyük Britaniya Mosul məsələsini 10 avqust 1924-cü ildə Millətlər Liqasına həvalə etdi. 29 oktyabr 1924-cü ildə Brüsseldəki Millətlər Liqasının Şurası İraq və Türkiyə arasında demarkasiya xətti kimi "Brüssel xətti"nin - 24 iyul 1923-cü ildə mövcud olan faktiki sərhədin - Lozanna Sülh müqaviləsi imzalandığı gündə yaradılması haqqında qərar qəbul etdi. Beləliklə, Mosul İraq sərhədləri daxilində qaldı. Eyni zamanda, Millətlər Liqası Şurası məsələni yerindəcə öyrənmək üçün İsveç, BelçikaMacarıstan nümayəndələrindən ibarət komissiya yaratdı. Komissiyanın 1925-ci ilin oktyabrında dinlənilmiş hesabatı birmənalı deyildi. Beləki, İraqın Mosul üzərində heç bir qanuni hüquqlarının olmadığını qəbul edən komissiya, bununla belə, İraqın "normal inkişafı ehtiyaclarına" əsaslanaraq, Millətlər Liqasının İraq üzərindəki mandatını növbəti 25 il ərzində tərk edəcəyi təqdirdə, Mosul İraqa birləşdirilməlidir qərarı verdi.

Türkiyənin Millətlər Liqasının məcburi arbitrajını tanımaqdan imtina etməsini nəzərə alaraq, sonuncu Haaqa Tribunalına Lozanna Müqaviləsinin Millətlər Liqası Şurasının Mosul məsələsi üzrə qərarı üçün hər iki tərəf üçün məcburi qüvvə müəyyən edib-etmədiyini soruşdu. Haaqa Tribunalının qərarı bu qərarı məcburi hesab etdi. Məcburi arbitrajdan imtina etdiyini bildirən Türkiyə buna baxmayaraq, öz nümayəndə heyətini Cenevrəyə göndərdi. 1925-ci il dekabrın 16-da Millətlər Cəmiyyəti Şurası Türkiyə ilə İraq arasında sərhədin əsasən Brüssel xətti ilə qurulması haqqında qərar qəbul etdi. İngiltərəyə İraqın mandatının 25 il müddətinə uzadılmasına razılığını bildirmək üçün 6 ay müddət verildi və Türkiyə ilə iqtisadi əlaqələr və Mosulun statusu ilə bağlı müqavilə bağlaması istəndi. Mosulun İraqa birləşdirilməsinin cəlbedici ehtimalı hətta ən ifrat iraqlı müxalifətçiləri də Britaniya mandatını 25 il müddətinə uzatmağa inandırdı və bu barədə müvafiq İngiltərə-İraq müqaviləsi (13 yanvar 1926-cı il) imzalandı.

Ankara müqaviləsi

[redaktə | mənbəni redaktə et]

Mosul məsələsi İngiltərə-Türkiyə münasibətlərini son dərəcə gərginləşdirdi. Britaniya Mosul məsələsini silah gücü ilə həll etmək niyyətini dəfələrlə nümayiş etdirdi. Qərb dövlətlərinin təzyiqinə davam gətirməyən Türkiyə hökuməti ingilislərə güzəştə getdi. Qərb dövlətlərinin təzyiqi ilə 1926-cı il iyunun 5-də Türkiyə Ankarada Böyük Britaniya və İraqla müqavilə imzaladı və bu müqaviləyə əsasən, "Brüssel xətti"ni tanıdı (kiçik düzəlişlərlə). Bunun üçün Türkiyəyə 20 il müddətinə İraq hökumətinin Mosul neftindən əldə etdiyi gəlirin 10%-ni almaq və ya 500 min funt sterlinq məbləğində pul təzminatı almaq hüququ verildi.

  1. 1 2 Ali, Othman. "The Kurds and the Lausanne Peace Negotiations, 1922-23". Middle Eastern Studies. 33 (3). 1997: 521. ISSN 0026-3206. 2022-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-28.
  2. Ali, Othman (1997). p.522
  3. 1 2 3 Дипломатический словарь. — М.: Государственное издательство политической литературы. А. Я. Вышинский, С. А. Лозовский. 1948.
  4. "The First World War continues: Britain's dash for Mosul, Iraq, November 1918". OU. 2019-01-15. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-13.
  5. Paul Knight. The British Army in Mesopotamia, 1914-1918. McFarland. 16 July 2013. 153–. ISBN 978-0-7864-7049-5. 29 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2022.
  6. Erik J. Zürcher. Turkey: A Modern History. I.B.Tauris. 25 June 2004. 133–. ISBN 978-1-85043-399-6. 29 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2022.
  7. V.H. Rothwell: Mesopotamia in British War Aims, in: en:The Historical Journal, Vol. 13, No. 2 (1970), p. 291.
  8. Fromkin, David. en:A Peace to End All Peace: The Fall of the Ottoman Empire and the Creation of the Modern Middle East. Macmillan. 2009. səh. 372. ISBN 978-0-8050-8809-0.
  9. Советская историческая энциклопедия. — М.: Советская энциклопедия . Под ред. Е. М. Жукова. 1973—1982.
  10. Hanioglu, M. Sukru. A Brief History of the Late Ottoman Empire. Princeton University Press. 2008.
  11. Agoston, Gabor. Encyclopedia of the Ottoman Empire. Facts on File Inc. 2009.
  12. Assyrians, Kurds, and Ottomans: Intercommunal Relations on the Periphery of the Ottoman Empire, səh. 171, Google Books-da
  13. "A History of Iraq" by Charles Tripp, New York: Cambridge Press 2007
  14. The Mosul Dispute "The American Journal of International Law" by Quincy Wright
  15. Othman, Ali. The Kurds and the Lausanne Peace Negotiations, 1922-1923 // Middle East Studies. 33. 1997.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]