Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əl-Muhəymin
Əl-Muhəymin (ər. المهيْمن) — Allahın adlarından biri. Yaratdıqlarını qoruyan, qorxularını uzaqlaşdıran, hər şeyə şahid olan, mühafizə edən deməkdir. Bu ad Uca Yaradanın əş-Şəhid, ər-Raqib və əl-Hafiz adları ilə sinonimdir və Onun Öz bəndələrini daim nəzarətdə saxladığını ifadə edir. Yalnız Allah-Təalaya aid edilən adlardan biridir. Qurani-Kərimdə bir yerdə - “əl-Həşr” surəsinin 23-cü ayəsində keçmişdir. Füzuli bu adı öz beytində belə tərənnüm etmişdir: Bu adın mənasını dərk edən bəndə daim xeyir işlər görməyə can atar, çirkinliklərdən uzaq olar. Çünki Allahın nəzarətində olduğunu bilər. Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.
Süleymin kitabı
Süleymin kitabı və ya əsil adı ilə Ali-Muhəmmədin sirləri — İslam tarixində yazılmış ilk kitab. Süleym ibn Qeysin kitabı İslam aləmində qələmə alınmış birinci kitab hesab olunur. Onun müəllifi belə bir kitab yazmasını bir müddət hamıdan gizlətmişdir. Belə ki, o dövrə hakim olan siyasi vəziyyət bunu tələb edirdi. Müəllif qələmə aldığı kitabı ömrünün sonlarında etimadlı bir şəxsə ötürmüş və bundan sonra da insanlar arasında yayılmışdır. “İlk kitab” bir neçə İmamın təsdiqini almışdır. İmam Sadiq bu kitabı gizli həqiqətlərdən olan bir sirr kimi qələmə vermiş və onun hər haqq sevərin evində olmasını vacib bilmişdir. Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən "İlk kitab" adı ilə müxtəsər formada Azərbaycan dilinə tərcümə olunmuş, "Qədim Qala" nəşriyyatı tərəfindən I cild formasında çap olunmuşdur. Daha sonra 2-ci dəfə təkrar nəşr olunmuşdur. Kitab 2015-ci ildə Taleh Abbasov tərəfindən "Ali-Muhəmmədin sirləri" adı ilə tam şəkildə Azərbaycan dilinə tərcümə olunmuş, "Nurlar" nəşriyyatı tərəfindən çap olunmuşdur.