Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə siyasi amnitsiya haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətə başlaması münasibətilə həyata
keçirilmiş humanizm aktı.
== Qəbul edilməsi ==
Bu barədə qanun 1918 il dekabrın 7-də Parlamentin birinci iclasında qəbul olunmuşdu.
== Həyata keçirilməsi ==
Amnistiya keçirmək məqsədilə Aslan bəy Qardaşov, Həmdulla Əfəndizadə, Ağa Zeynal Tağıyev, Aslan bəy Səfikürdski,
S. Ağamalıoğlundan ibarət xüsusi heyət — "Əfvi-ümumi" komissiyası yaradılmışdı. Komissiya dekabrın 11, 13, 17 və 25-də
keçirdiyi iclaslarda "Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı münasibətilə siyasi amnistiya haqqında" qanun
layihəsini hazırlayaraq Parlamentin 1919 il yanvarın 8-də keçirilən 7-ci iclasının müzakirəsinə vermişdi. Qanuna görə 1918 il
dekabrın 7-nə qədər həbs edilmiş və ölkədə qüvvədə olan keçmiş Rusiya qanunlarının həm cinayət, həm də mülki
məcəllələrinin bir sıra maddələri ilə təqsirli bilinən şəxslər bağışlanırdı. Bu qanuna əsasən həmin il dekabrın 7-nə qədər
törədilmiş və icraatda olan məhkəmə işlərinə də xitam verilirdi.
== Həmçinin bax ==
Azərbaycan Xalq Cümhuriyyəti
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti
== Mənbə ==
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında qanun maddəsi.