Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müzəyyən Şevqin
Müzəyyən Şevqin (1961) — geologiya mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Müzəyyən Şevqin 1961-ci ildə Adana ilində anadan olub. Çuxurova Universiteti Geologiya mühəndisliyi bölməsindən məzun olub. Həmin universitetdə magistr dərəcəsi və mühəndis geologiyası üzrə PhD dərəcəsi alıb. Geologiya mühəndisləri Palatasının Adana şöbəsinin sədri olub. Adana Şurası, Yüreğir Şurası, Mühəndis və Memarlar Palataları İttifaqı (TMMOB) Qadınlar Komissiyasında və Şəhər Problemləri Simpoziumlarında çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Sənayə, ticarət, enerji, təbii sərvətlər, informasiya və texnologiyalar Komissiyasının üzvü olub. İngiliscə bilir.
Süməyyə Boyacı
Süməyyə Boyacı (türk. Sümeyye Boyacı; 5 fevral 2003, Əskişəhər) — Türkiyə üzgüçü-paralimpiyaçısı. 5 fevral 2003-cü ildə Əskişəhərdə anadan olmuşdur. O, omba displaziyası ilə doğulub və qolları yoxdur. O, doğma şəhərində xüsusi məktəbdə oxumuş, orada ayaqları ilə yazmağı öyrənmişdir. Dörd yaş yarım ikən ayaqları ilə rəsm çəkməyi öyrənib. O, Aleksandr Puşkinin "Balıqçı və balıq nağılı" əsəri üçün illüstrasiya çəkib. Türkiyənin baş naziri Abdullah Gül Rusiyaya səfəri zamanı bu rəsm əsərini özü ilə aparıb. 2009-cu ilin aprelində Boyacının akvarel rəsmləri Rusiyanın paytaxtı Moskvada fərdi sərgidə nümayiş etdirilib. 2010-cu ildə Boyacının rəsmlərindən biri Rusiya prezidenti Dmitri Medvedevin həyat yoldaşı Svetlana Medvedevaya təqdim edilmişdir.
Süməyyə Boz
Süməyyə Boz (1985, Muş ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Süməyyə Boz 1985-ci ildə Muş ilində anadan olub. Cümhuriyyət Universiteti Antropologiya Bölməsindən məzun olub. Van ilinin İpəyyolu ilçə bələdiyyəsində qadın məsələləri şöbəsində çalışıb, həmçinin bələdiyyə sədrinin müşaviri və bələdiyyənin gənclər və idman şöbəsinin müdiri vəzifələrində təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səhiyyə, Ailə, Çalışma və Sosial Məsələlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Subaydır.
Qeyri-müəyyən inteqral
İbtidai funksiya (və ya qeyri müəyyən inteqral; törəmənin əksi) verilmiş aralığın bütün nöqtələrində F(x)=f'(x) bərabərliyini ödəyən funksiya. F(x) funksiyasına həmin aralıqda f(x) funksiyasının ibtidai funksiyası deyilir. Nümunə: Göstərək ki, F ( x ) = 3 x 4 {\displaystyle F(x)=3x^{4}} funksiyası ( − ∞ ; + ∞ ) {\displaystyle (-\infty ;+\infty )} aralığında f ( x ) = 12 x 3 {\displaystyle f(x)=12x^{3}} funksiyasının ibtidai funksiyasıdır. F ′ ( x ) = ( 3 x 4 ) ′ = 3 ( x 4 ) ′ = 3 ⋅ 4 x 3 = 12 x 3 = f ( x ) {\displaystyle F'(x)=(3x^{4})'=3(x^{4})'=3\cdot 4x^{3}=12x^{3}=f(x)} Doğrudan da aralığının istənilən nöqtəsində bərabərliyi ödənilir. Tutaq ki funksiyası verilmiş aralıqda kəsilməz funksiyasının ibtidai funksiyasıdır. Onda ixtiyarı sabitı üçün funksiyası da həmin aralıqda funksiyasının ibtidai funksiyasıdır. Qeyri müəyyən inteqralın (ibtidai funksiya) aşağıdakı xassələri var.1: Qeyri müəyyən inteqralın törəməsi inteqralaltı funksiya diferensialı isə inteqralaltı ifadəyə bərabərdir: ( ∫ f ( x ) d x ) ′ = f ( x ) {\displaystyle (\int f(x)dx)'=f(x)} d ( ∫ f ( x ) d x ) = f ( x ) d x {\displaystyle d(\int f(x)dx)=f(x)dx} İsbatı: Tutaq ki, F(x) funksiya ibtidai f(x)-sin funksiyasıdır: F(x)=f(x). Onda ∫ f ( x ) d x = F ( x ) + C {\displaystyle \int f(x)dx=F(x)+C} yaza bilərik. Bu bərabərliyin hər iki tərəfindən törəmə alsaq, ∫ f ( x ) d x = ( F ( x ) + C ) ′ = F ′ ( x ) + C ′ {\displaystyle \int f(x)dx=(F(x)+C)'=F'(x)+C'} , yəni ∫ f ( x ) d x = f ( x ) {\displaystyle \int f(x)dx=f(x)} . 2.Kəsilməz törəməsi olan F(x) funksiyasını törəməsinin qeyri-müəyyən inteqralı onun özündən sabit toplananla fərqlənir, yəni ∫ F ′ ( x ) d x = F ( x ) + C {\displaystyle \int F'(x)dx=F(x)+C} və ya ∫ d F ′ ( x ) d x = F ( x ) + C {\displaystyle \int dF'(x)dx=F(x)+C} .
Süməyyə binti Həyat
Süməyyə binti Həyat (ərəb. سمیة بنت خباط ‎, 550, bilinmir – 615, Məkkə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslamı qəbul edən ilk qadınlardan biridir. Süməyyənin əri Yasir ibn Amir və qardaşları digər qardaşlarını axtarmaq üçün Yəməndən Məkkəyə gəlir. Məkkədə qalaraq Əbu Huzeyfə ilə ittifaqa girir və Əbu Huzeyfənin qulu olan Süməyyə ilə evlənir. Əmmar dünyaya gəldikdən sonra Əbu Huzeyfə Süməyyəni azad edir. Daha sonra Süməyə əl-Haris ibn Kalyadanın xidmətçisi olan və Sələmə ibn əl-Əzraqın atası olan Yasir əl-Əzraq ər-Rumi ilə evlənir. Süməyyə və onun ailə üzvləri açıq şəkildə İslama etiqad etməyə başladıqdan sonra Məkkəli müşriklər İslamdan əl çəkməyə çalışaraq onlara istehza etməyə başlayır. Onları qızmar istidə səhraya çıxarıb zəncirləyirlər, lakin Süməyyənin ailəsi sınaqlara dözməkdə davam edir. Hətta əri Yasirin vəfatı da onu qıra bilmir və o, əl-Muqirə və Əbu Cəhlin ailəsinə qarşı sərt və itaətsiz davranmağa başlayır. Bir dəfə Əbu Cəhl Süməyyə deyir ki, o, «Məhəmmədin yalnız gözəlliyinə görə ona aşiq olduğu üçün ona inanıb!».
Uzaqdan müəyyən etmə
Uzaqdan zondlama — yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur.
Beynəlxalq səmti müəyyən etmə federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası — (ing. International Orienteering Federation — İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Bornun müəyyən edilməsi (film, 2002)
Bornun müəyyən edilməsi (ing. The Bourne Identity) — rejissor Duq Laymanın çəkdiyi və Robert Ludlumun eyniadlı romanından ekranlaşdırılmış Amerika bədii filmidir. Film yaddaşını itirmiş keçmiş CIA zabiti və peşəkar sui-qəsdçi Ceyson Born haqqındakı pentalogiyanın ilk filmidir. == Süjet xətti == İtaliyalı balıqçılar Aralıq dənizinin sularında huşsuz vəziyyətdə naməlum bir adam tapırlar. Göyərtəyə qaldırdıqları həmin şəxsin bədənində iki güllə yarası var, buduna isə İsveçrə bankındakı hesab nömrəsinin yazıldığı kapsula implantasiya olunub. Naməlum şəxs özünə gələn zaman kim olduğunu və başına nə gəldiyini yada sala bilmir. Lakin bir neçə dildə səlis danışa bilir və bir sıra digər inanılmaz bacarıqlara malikdir. Sürixdə kapsulda olan bank hesabından pul çıxardıqdan sonra, əsil adının Ceyson Born olduğunu öyrənir. Lakin bunun onun həqiqi adı olub olmadığını dəqiq bilmir. İtirilmiş “yaddaş zəncirlərini” bir-bir toplayan Born, Parisdə qaldığı mənzili tapır.
Muheyyiz ayini
Müsəlmanların "Cahiliyyə dövrü" adlandırdıqları İslamdan əvvəlki dövrdə ərəblərin qız uşaqları üçün keçirdikləri yetkinliyə giriş ayini. Darunnədvədə (Azərbaycanca: əsilzadələr məclisi) keçirilən bu ayində ilk dəfə aybaşı olan qızlar iştirak edərdi. Ayində iştirak edən qızlara öz yaşlarını hesablamaq və evlənmək icazəsi verilirdi. Bu ayinə qədər isə onlara öz yaşlarını hesablamaq qadağan idi. == Ayinin icraçısı və iştirakçıları: == Ayinin içraçısı Qusayoğulları idi. Məlum olan ilk icraçı Qusayoğullarından Abdiddaradır. Ayində ilk dəfə aybaşı olan qızlarla yanaşı yaşı 40-ı keçmiş Qureyşin başçıları da iştirak edirdi. == Ayin prosesi və mənası: == Yetkinlik çağına çatmış qızlara "dir" adlanan köynək geyindirilərdi. Bu köynəyin açıq buraxılan hissəsi çırılıb qıza geyindirilirdi. Daha sonra qız evinə aparılar və evində normal şəkildə geyindirilərdi.
Sümeyye Aydoğan
Sümeyye Aydoğan (2 aprel 1999, İstanbul) — Türk Aktrisa və Müğənni. Sümeyye Aydoğan 2 aprel 1999-cu ildə İstanbulda anadan olub. O, ilk kino təcrübəsini 2020-ci ildə "Aile Hükümeti" filmində və ilk televiziya təcrübəsini 2021-ci ildə "Kahraman Babam" serialında nümayiş etdirdi. Daha sonra həmin il "Sadakatsiz" serialında Ceren obrazını, "Geçen Yaz" filmində Oya obrazını canlandırıb. 2022-ci ildə ilk baş rolu olan "Duy Beni" serialında Melisa Gerçek obrazını canlandırıb. "Duy beni" serialından sonra 2023-cü ildə FOX-da yayımlanan "Taçsız Prenses" serialında İsmayıl Hacıoğlunun partnyoru olaraq Yağmur Elem obrazını canlandırıb. Sezon finalında serialdan ayrılmışdır. Daha sonra Kanal D-də yayımlanacaq olan "Dönence" serialının heyətinə daxil edilib. 2023-cü ildə 13 bölümdən ibarət olan "Akif" serialında rol alıb. Həmin ilin avqustunda işıq üzü görəcək "Magarsus" serialında Damla obrazını canlandıracaq.