Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzə Məhəmməd Müsəvvir
Mirzə Məhəmməd Müsəvvir (Qəzvin – 1901, Bakı) — XIX əsr Azərbaycan şairi, rəssamı və xəttatı. O, "Məcməüş-şüəra" ədəbi cəmiyyətinin üzvü olmuşdur. == Həyatı == Mirzə Məhəmməd Qəzvin şəhərində anadan olmuş, 1876-cı ildə Bakıya köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır. O, rəssamlıq və xəttatlıqla məşğul olmuş, eyni zamanda "Müsəvvir" təxəllüsü ilə şeirlər yazmışdır. Müsəvvir ali savadının olmamasına baxmayaraq elmdən uzaq qalmamış, mahir şahmatçı olmuşdur. Mirzə Məhəmməd 1901-ci ildə Bakıda vəfat etmişdir.
Əl-Musəvvir
Əl-Musəvvir (ər. المصور) — Allahın adlarından biri. Hər məxluqu fərqli yaradan, təsvir edən, ona məxsusi forma verən deməkdir. Varlıqlar aləmini seyr etdikdə, nəzərimizə ilk növbədə onların xarici görkəmi çarpır. Bütün bunlar mahiyyətlərinə uyğun yaradılmışdır. Bu xüsusiyyəti insanda daha aydın görmək mümkündür. İnsanın hər orqanı öz funksiyasını yerinə yetirə biləcək tərzdə xəlq edilmişdir. Bu ad Allahın varlığının ən bariz nümunəsidir. Kainatda varlıqlar o dərəcə gözəl, nizam-intizamlı, ahəngli yaradılmışdır ki, insan onlara baxdıqca, sanki, rəssamın əli ilə çəkildiyini düşünür. "ət-Təğabun" surəsinin 3-cü ayəsində buyurulur: "O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı.
İrina Qureviç
İrina Qureviç (ukr. Ірина Гуревич; 16 mart 1976, Vinnitsa) – alman dilçi və kompüter alimi, kompüter elmləri professoru və Knowledge Processing Labın direktoru. Hal-hazırda Darmştadt Texniki Universitetində dərs deyir. Lüğət və kompüter texnologiyaları üzrə işlərin müəllifidir. == Bioqrafiyası == 1998-ci ildə Mixail Kotsyubinski adına Vinnitsa Dövlət Pedaqoji Universitetini bitirib, ingilis və alman filologiyası üzrə təhsil alıb. Məzun olduqdan sonra Alman Akademik Mübadilə Xidmətinin (DAAD) və Şimali Ren-Vestfaliya əyalətinin təqaüdü ilə Duisburq - Essen Universitetində üç il oxumuşdur. 2001-2005-ci illərdə Heydelberq Universitetində doktoranturanın elmi üzvü olmuşdur. 2003-cü ildə Duisburq-Essen Universitetində Kompüter livinqistikası doktoru olur. 2005-2007-ci illərdə Darmştadt Texniki Universitetində elektron təhsil üzrə universitet tədqiqat layihəsində tədqiqatçı köməkçisinə rəhbərlik etmişdir. 2007-ci ildən Darmştadt Texniki Universitetinin Kompüter Elmləri Bölməsindəki Emmy Noether qrupu olan Alman Tədqiqat Vəqfinin rəhbəridir.
Oleq Yureviç Kuznesov
Oleq Yuryeviç Kuznetsov (d. 22 aprel 1971, Tula, Tula vilayəti, RSFSR) — tarixçi–medievist, tərcüməçi, qafqazşünas, pedaqoq, publisist və ixtiraçı. == Həyatı == 1992-ci ildə Orlov Dövlət Universitetinin(ru) tarix fakultəsini, 2004-cü ildə isə Moskva Dövlət Hüquq Akademiyasının(ru) hüquqşünaslıq fakultəsinin fərqlənmə ilə bitirmişdir. 1996-cı ildə Kursk Dövlət Universitetində "vətən tarixi" sahəsi üzrə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olmuşdur. 1992-1996-cı illər arasında müxtəlif təhsil müəssələrində, təbiəti mühafizə mərkəzində, Tula şəhərinin abidələrin restavrasiyası və istifadəsi administrasiyasında fəaliyyət göstərmişdir. 1997-2000-ci illərdə "Kulikova döyüşü muzeyində" aparıcı elmi əməkdaş və elmi katib vəzifəsində çalışmışdır. Hal-hazırda İdarəetmə inistutunda elmi işlər üzrə prorektor vəzifəsində çalışır. Eləcə də Moskva və Tulanın ali təhsil ocaqlarında elmi-araşdırıcı fəaliyyət ilə məşğuldur == Elmi fəaliyyəti == 160-dan çox elmi işin, o cümlədən 8 monoqrafiyanın, ali məktəb üçün 3 dərs vəsaitinin müəllimi olan Oleq Kuznesovun bir çox yazıları və monoqrafiyası ingilis, alman, fransız, türk və azərbaycan dillərinə tərcümə olunub. Oleq Kuznesov həm də, tarix və Rusiyanın, Qafqazın, Şərqi Avropanın orta əsurlər dövrünün tarixi coğrafiyası üzrə mütəxəssisdir. Bundan başqa hüquq müdafiəsi sahəsində geniş fəaliyyət dairəsinə malikdir.