Oleq Yureviç Kuznesov
Oleq Yuryeviç Kuznetsov (d. 22 aprel 1971, Tula, Tula vilayəti, RSFSR) — tarixçi–medievist, tərcüməçi, qafqazşünas, pedaqoq, publisist və ixtiraçı.
1992-ci ildə Orlov Dövlət Universitetinin(ru) tarix fakultəsini, 2004-cü ildə isə Moskva Dövlət Hüquq Akademiyasının(ru) hüquqşünaslıq fakultəsinin fərqlənmə ilə bitirmişdir. 1996-cı ildə Kursk Dövlət Universitetində "vətən tarixi" sahəsi üzrə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olmuşdur.
1992-1996-cı illər arasında müxtəlif təhsil müəssələrində, təbiəti mühafizə mərkəzində, Tula şəhərinin abidələrin restavrasiyası və istifadəsi administrasiyasında fəaliyyət göstərmişdir. 1997-2000-ci illərdə "Kulikova döyüşü muzeyində" aparıcı elmi əməkdaş və elmi katib vəzifəsində çalışmışdır.
Hal-hazırda İdarəetmə inistutunda elmi işlər üzrə prorektor vəzifəsində çalışır. Eləcə də Moskva və Tulanın ali təhsil ocaqlarında elmi-araşdırıcı fəaliyyət ilə məşğuldur
160-dan çox elmi işin, o cümlədən 8 monoqrafiyanın, ali məktəb üçün 3 dərs vəsaitinin müəllimi olan Oleq Kuznesovun bir çox yazıları və monoqrafiyası ingilis, alman, fransız, türk və azərbaycan dillərinə tərcümə olunub.
Oleq Kuznesov həm də, tarix və Rusiyanın, Qafqazın, Şərqi Avropanın orta əsurlər dövrünün tarixi coğrafiyası üzrə mütəxəssisdir. Bundan başqa hüquq müdafiəsi sahəsində geniş fəaliyyət dairəsinə malikdir.