Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müstövfi əl-məmalik
Müstövfi əl-məmalik (fars. مستوفی‌الممالک‎; vilayətlərin xəzinədarı) — Elxanilər dövründən Qacarlar dövrünədək İranda maliyyə idarəsinin rəhbəri. Ehtimal etmək olar ki, mülki idarə aparatının başçısı olan vəzirin nəzarəti altında işləyirdi. "Allahın mühafizə etdiyi vilayətlərin" (məmalik-i məhrusə) ərazisində "divan-i məmalik" idarələrinin bütün maliyyə əməliyyatları, onların əyalət nümayəndələrinə (ümmal) göndərdikləri yazılı təlimatlara müvafiq olaraq həyata keçirilirdi. İdarə vergi aparatının işinə, dövlət büdcəsinin tərtib edilməsinə rəhbərliyi həyata keçirir, vergi siyahılarını təsdiq edirdi.Bəylərbəyilərin tiyul və digər mükafatları, vəzirlərin, müstövfilərin və kələntərlərin maaşları (rüsumat), mülki və hərbi şəxslərin məvacibləri onun təsdiqləməsi və möhürü olmadan verilmirdi. İsgəndər bəy Münşinin məlumatına görə, I Təhmasibin dövründə "divan-i əlanın böyük müstövfilərindən" məlum olan on nəfərin yeddisi müstövfi əl-məmalik, ikisi də "müstövfiy-i bəqayə" "vergi borcları üzrə xəzinədar" idi. Aşağıdakılar müstövfi əl-məmalik olmuşlar: Mir Məsud Curbadqani Xacə Hüseyn Xacə Qiyasəddin Əli Xacə Qasım Nətənzi Xacə Məlik İsfahan Mir Qiyasəddin Mahmud İsfahani Mirzə Şükrulla İsfahani. Onların içərisindən daha məşhur olanı yerli əyanların nümayəndəsi, "riyaziyyat qanunlarında və hesab kitablarının aparılmasında mahir" (qanun-i hesabdani və elm-i siyaq) olan, şahın hüsn-rəğbətini qazanmış Xacə Qasım Nətənzi idi. Mir Qiyasəddin Mahmud bu vəzifədə az işlədi və tezliklə işdən azad edildi. Müəyyən dövrdə xəzinədar vəzifəsi "əlahəzrət dəftərxanasının mirzələri (avaracanəvisan-i dəftərxane-yi hümayun)" arasında bölüşdürüldü.
Abdulla Mustovfi
Abdulla Mustovfi (1878 və ya 1877, Tehran – 1941 və ya 1950) — İran tarixçisi. == Həyatı == Abdulla Mustovfi 1877-ci ildə Tehran şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Nəsrulla Mustovfi və anası Zibəndə xanım idi. Mükəmməl mədrəsə təhsili almışdı. Sonra Tehran Darülfünununda siyasi elmlərə yiyələnmişdi. Müzəffərəddin şah Qacarın hakimiyyəti dönəmində diplomat kimi Sankt-Peterburqda olmuşdu. Abdulla Mustovfi həm də gözəl ədib, kamil tarixçi kimi tanınmışdı. Onun bütün həyatı "Mənim həyat kitabım" ("Şərhi-zindəgiyi-mən") adlı avtobioqrafik əsərində öz əksini tapıb. Abdulla Mustovfi 1950-ci ildə vəfat edib.
Fəxrəddin Mustovfi
Fəxrəddin Mustovfi — İran dövlət xadimi. O, Qəzvinin Mustovfi soyundan olmuş və Elxanlı hakimiyyətinin erkən illərində yaşamışdır. Mustovfi tarixçi və coğrafiyaşünas Həmdullah Qəzvininin yaşca böyük əmisi oğlu idi. == Həyatı == Həmdullah Qəzvininin yazdığına görə, Fəxrəddin Mustovfinin Elxanlı hakimiyyəti dövründə uğurlu karyerası olmuşdur. O, əvvəlcə Anadolu padşahlığı dövründə Keyxatu xanın sahibi-i divanı (maliyyə naziri, vəziri), daha sonra Arqun xanın (1284–1291-ci illərdə hakimiyyətdə olmuşdur) dövründə bürokrat kimi xidmət etmişdir. O, Arqunun ətrafındakı müşavirlər dairəsinin tərkibində Elxanlı sahibi-i divanı Şəmsəddin Cüveyninin süqutunda rol oynamışdır. O, Arqunu Şəmsəddini atası Abaqa xanın (1265–1282-ci illərdə hakimiyyətdə olmuşdur) zəhərləmək ittihamı ilə mühakimə etməyə inandırmışdır. 16 oktyabr 1284-cü ildə Şəmsəddin edam edilmiş və Fəxrəddinin sahibi-i divan vəzifəsi bərpa edilmişdir. Buna baxmayaraq, 1286-cı ildə onu Cəlaləddin Simnani əvəz etmiş və o, Anadolu padşahlığına göndərilmişdir. Həmin il Fəkrəddin nifrət dolu böhtanlarla Şəmsəddinin oğlu Şərəfəddin Harun Cüveyninin edamına təhrik etmişdir.
Zəfərnamə (Mustovfi)
Zəfərnamə (fars. ظفرنامه‎, "Zəfər kitabı") — İran şairi Həmdullah Qəzvininin (1281–1339/1340) yazdığı epik poema. 75 min beytdən ibarət epik hekayə İranın ərəb işğalından monqol hakimiyyətinə qədərki tarixini araşdırır. Qəzvinini bu əsəri yazmağa vəzir və tarixçi Rəşidəddin Həmədani ruhlandırmışdır. Əsər Firdovsinin "Şahnamə"sinin davamıdır. Qəzvini əsəri yazmağa 1320-ci ildə başlamış və işini 1334-cü ildə tamamlamışdır. Melville, Charles. Ḥamd-Allāh Mostawfi // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica. Volume XI/6: Ḥājj Sayyāḥ–Harem I. London and New York: Routledge & Kegan Paul.
Həmdullah Mustovfi Qəzvini
Həmdullah Mustovfi Qəzvini (fars. حمدالله مستوفى قزوینی‎; 1281, Qəzvin, Elxanilər dövləti – ≥ 1339, Qəzvin) — İran məmuru, tarixçisi, coğrafiyaşünası və şairi. O, monqol Elxanilər dövlətinin son dövründə və ondan sonrakı fətrət dövründə yaşamışdır. Əslən Qəzvindən olan Həmdullah mustovfilər (maliyyə mühasibləri) ailəsində anadan olmuş, ona görə də bu adı almışdır. O, onu tarixi-coğrafi əsərlər yazmağa ruhlandırmış, dövrün qabaqcıl vəziri və tarixçisi Rəşidəddin Həmədaninin yaxın yoldaşı olmuşdur. Qəzvini üç əsərin müəllifidir: "Tarix-i güzidə" (Seçilmiş tarix), "Zəfərnamə" və "Nüzhət əl-qulub" (Qəlblərin əyləncəsi). Böyük nüfuzlu şəxsiyyət olmuş Qəzvininin İran tarixini və coğrafiyasını konseptuallaşdırmaq üsulu XIII əsrdən bəri digər tarixçilər tərəfindən istifadə edilmişdir. O, doğulduğu Qəzvin şəhərində, Uzun Günbəz türbəsində dəfn olunmuşdur. == Həyatı == Həmdullah Mustovfi Qəzvini 1281-ci ildə İranın qərbində, Əcəm İraqında yerləşən Qəzvin şəhərində anadan olmuşdur. Onun ailəsi IX–X əsrlərdə şəhər valisi vəzifəsində və sonralar Qəznəvilərin yüksəlişi dövründə mustovfi (yüksək rütbəli maliyyə mühasibləri) vəzifəsində çalışmış ərəblərin nəslindəndir.
Müstəvi
Müstəvi – həndəsənin əsas anlayışlarındandır. Nəzəri cəhətcə kiçik ölçülü sonsuz uzunluğa malik yastı, sonsuz kiçik qalınlığa malik obyekt. Müstəvinin tənliyi ilk dəfə olaraq A.K.Kleronun 1731-ci ildə nəşr edilmiş əsərində, müstəvinin kəsiklərdə tənliyi Q.Lamenin 1816-1818-ci illərdə çap edilmiş işlərində, normal tənliyi isə L.Qessenin 1861-ci ildəki tədqiqatlarında rast gəlinir. Müstəvinin n-ölçülü fəzada təsvirini ifadə edən tənliyi E.Kondratyev 2006-cı ildə təklif edib. Müstəvinin aşağıdakı əlamətləri vardır: Müstəvi üzərindəki istənilən iki nöqtədən keçən düz xətt bu müstəvidə yerləşir; İki verilmiş nöqtədən eyni məsafədə yerləşən nöqtələr çoxluğu mövcuddur; n-ölçülü fəzada n-1 ölçülü fəzaya aid olan nöqtələr çoxluğu vardır.
Proyektiv müstəvi
Proyektiv müstəvi - proyektiv həndəsədə qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementlərlə tamamlanmış müstəvidir (Evklid müstəvisi). Hər bir düz xətt sonsuz uzaqlaşmış nöqtə ilə, bütün müstəvi isə sonsuz uzaqlaşmış düz xətlə tamamlanmışdır. Proyektiv müstəvidə paralel düz xətlər yoxdur. İstənilən iki düz xətt kəsişir. Proyektiv müstəvidə qeyri-məxsusi düz xətlə adı düz xətt arasında fərq yoxdur. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Fizika, riyaziyyat və informatika tədrisi" jurnalları, 2000-2012-ci illər,Bakı.
Həsən xan Mustovfi əl-Məmalik
Həsən xan Mustovfi əl-Məmalik (1874-1932) — İranın baş naziri. == Həyatı == Həsən xan Mirzə Yusif oğlu 1874-cü ildə Tehran şəhərində anadan olmuşdu. Mirzə Həsən xan Mustovfi əl-Məmalik 1932-ci ildə Tehran şəhərində vəfat edib.
Müstəvi pardaqlama dəzgahı
Müstəvi pardaqlama dəzgahı üst səthləri müstəvi olan maşın hissələrinin abraziv alətlə emalı üçün tətbiq olunur. Müstəvi pardaqlama dəzgahları şpindelin vəziyyətinə və stolun formasına görə fərqlənirlər. Şpindeli üfüqi vəziyyətdə yerləşmiş dəzgahlarda tətbiq olunan pardaq dairəsi doğuranı boyunca kəsmədə iştirak edir. Şaquli vəziyyətdə olan şpindeldə bərkidilmiş alət isə yan tərəfi ilə metal qatı çıxarır. Müstəvi pardaqlama dəzgahları əsasən üfüqi şpindelə malik olurlar. Bu dəzgahların stolu bir, şpindel başlığı bərkidilmiş dayaq isə iki ox boyunca hərəkət edə bilir. Koordinat oxlarının bölgüsü dəzgahın təyinatından asılı olaraq fərqli ola bilər. Bu dəzgahlarda müstəvi, profil və müxtəlif dərinliklərin pardaq dairəsi ilə emalı aparılır. Proses tsiklik olaraq kompyüterdən idarə edilir. Tsikl pəstahın mövqeləşdirilməsi, pardaq dairəsinin verilmiş rejimdə işə salınma- ması, alətin sürətlə pəstaha yaxınlaşması (boş gediş), alətin kəsməyə daxil olması (işçi gediş), səthin pardaqlanması, sığallama, alətin səthdən uzaqlaşdırılması kimi mərhələlərdən ibarətdir.
Həmdullah Mustofi Qəzvini
Həmdullah Mustovfi Qəzvini (fars. حمدالله مستوفى قزوینی‎; 1281, Qəzvin, Elxanilər dövləti – ≥ 1339, Qəzvin) — İran məmuru, tarixçisi, coğrafiyaşünası və şairi. O, monqol Elxanilər dövlətinin son dövründə və ondan sonrakı fətrət dövründə yaşamışdır. Əslən Qəzvindən olan Həmdullah mustovfilər (maliyyə mühasibləri) ailəsində anadan olmuş, ona görə də bu adı almışdır. O, onu tarixi-coğrafi əsərlər yazmağa ruhlandırmış, dövrün qabaqcıl vəziri və tarixçisi Rəşidəddin Həmədaninin yaxın yoldaşı olmuşdur. Qəzvini üç əsərin müəllifidir: "Tarix-i güzidə" (Seçilmiş tarix), "Zəfərnamə" və "Nüzhət əl-qulub" (Qəlblərin əyləncəsi). Böyük nüfuzlu şəxsiyyət olmuş Qəzvininin İran tarixini və coğrafiyasını konseptuallaşdırmaq üsulu XIII əsrdən bəri digər tarixçilər tərəfindən istifadə edilmişdir. O, doğulduğu Qəzvin şəhərində, Uzun Günbəz türbəsində dəfn olunmuşdur. == Həyatı == Həmdullah Mustovfi Qəzvini 1281-ci ildə İranın qərbində, Əcəm İraqında yerləşən Qəzvin şəhərində anadan olmuşdur. Onun ailəsi IX–X əsrlərdə şəhər valisi vəzifəsində və sonralar Qəznəvilərin yüksəlişi dövründə mustovfi (yüksək rütbəli maliyyə mühasibləri) vəzifəsində çalışmış ərəblərin nəslindəndir.
Həsən xan Mustoufi əl-Məmalik
Həsən xan Mustovfi əl-Məmalik (1874-1932) — İranın baş naziri. == Həyatı == Həsən xan Mirzə Yusif oğlu 1874-cü ildə Tehran şəhərində anadan olmuşdu. Mirzə Həsən xan Mustovfi əl-Məmalik 1932-ci ildə Tehran şəhərində vəfat edib.