Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müstəmləkə
Müstəmləkə — başqa bir dövlət tərəfindən idarə olunan asılı ərazilərə verilən ad. Müstəmləkələri feilən üç qrupa bölmək olar: Siyasi suverenliyi saxlamış ölkələr. Bu ölkələr qeyri-bərabər anlaşmalar, borc öhdəlikləri və s. ilə dolaşdırılsalar da daxili siyasətlərində mühüm azadlıqlarını əldə saxlaya biliblər, xarici siyasətdə isə müstəmləkəçi ölkələrin ziddiyətlərindən istifadə edərək müəyyən dərəcədə müstəqil manevr etmək imkanına malik olan ölkələrdir. Afrika və Asiya regionunda bu ölkələrin payına əksər əhali düşür. İkinci qrupa əvvəllər dolayısı ilə idarə olunan bir çox ölkələr daxil idi — İndoneziya, Malayziya, Cənubi Yəmən, Nigeriya, Hindistan, Hind-Çin ölkələri və sairə. Bu ölkələrdə müstəmləkəçi ölkələr tamamilə xarici siyasəti və xarici iqtisadi əlaqələri müəyən edirdilər, daxili siyasət isə ənənəvi hakim tərəfindən müəyyən olunur. Amma bəzi hallarda metropoliya bu ölkənin daxili işlərinə də müdaxilə edir. Afrika və Asiya qitələrində bu ölkələrin payına 12–15% əhali düşür. Üçüncü qrup ölkələrin həm xarici, həm də daxili siyasəti tamamilə metropoliya tərəfindən idarə olunur.
Müstəmləkə Hindistanı
Müstəmləkə Hindistanı, Hindistan koloniyası, Britaniya Hindistanı, Britaniya Racı və ya Hindistan imperiyası (İngiliscə British Raj - rac; hind dilindən hərfi mənada tərcüməsi “səltənət/hakimiyyət” deməkdir.) 1858-ci ildən 1947-ci ilə qədər Birləşmiş Krallığın Hindistan koloniyasının adıdır. Bu dövrə eyni zamanda müstəmləkə dövrü də deyilir. Britaniyanın nəzarəti altında olan və indiki adı ilə Hindistan (India) olan regiona müasir Hindistan, Pakistan, Banqladeş və Myanma ölkələri daxil idi. Onun hökmdarı Britaniya kral ailəsi idi. Paytaxtları Kəlküttə (1858-1912) və Yeni Dehli (1912-1947) idi. Hindistan kimi, 1945-ci ildə San Fransiskoda İkinci Dünya Müharibəsindən sonra yaradılan Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olmuşdur. Rəsmi dili olan Hindistani dili ilə hind dilləri eyni dillər deyildirlər. Hindistani dili bir hindu-urdu dilidir. Pul vahidi kimi “British Indian Rupee” (Britaniya Hindistanı rupisi) istifadə edilmişdir. Əvvəlcə regionda Şərqi Hindistan Ticarət şirkəti fəaliyyət göstərirdi.
Müstəmləkə kollecləri
Müstəmləkə kollecləri — Amerika Birləşmiş Ştatları müstəqillik qazanana qədər, müstəmləkə dövründə yaranan ali məktəblər. Müstəmləkə kolleclərinin yeddisi ən nüfuzlu özəl Amerika universitetlərinin daxil olduğu Sarmaşıq Liqasına daxildirlər. Bu yeddi kollec bunlardır: Harvard Universiteti, Yel Universiteti, Pensilvaniya Universiteti, Prinston Universiteti, Kolumbiya Universiteti, Braun Universiteti və Dartmut Kolleci (liqanın səkkizinci üzvü — 1865-ci ildə yaradılmış Kornell Universiteti). İki müstəmləkə kolleci hal-hazırda ictimai universitet olduqlarına görə bu liqaya daxil deyillər. Bunlar — Uilyam və Meri kolleci və Ratqers Universitetidir. Uilyam və Meri kolleci 1693-cü ildən ABŞ-də vətəndaş muharibəsinədək özəl məktəb idi, sonradan dövlətdən dəstək aldı, 1906-cı ildə ictimai universitet oldu. Ratgert universiteti İkinci Dünya müharibəsindən sonra statusunu dəyişdi.
Alman müstəmləkə imperiyası
Alman Müstəmləkə imperiyası (alm. Deutsches Kolonialreich‎), Almaniya İmperiyasının ölkə xaricindəki koloniyaları, ondan asılı aid olan ərazilərin və torpaqların cəmi idi. Birinci dünya müharibəsindən sonra bağlanılmış Versal sülh müqaviləsi ilə Almaniya İmperiyası bütün koloniyalarını itirmişdir. 1884-1918-ci illərdə mövcud olmuşdur.
Fransa müstəmləkə imperiyası
Fransızlar Afrikanın qərbi və cənubunu öz hakimiyyətləri altında birləşdirmişdilər. Əsas məqsədləri zənciləri bir-birindən ayrı salmaq idi. Bu yolla bir çox zənci qəbiləsi bir-biri ilə danışa bilməyəcək vəziyyətə gətirilmişdir. Həmçinin missionerlik fəaliyyəti ilə məşğul olaraq Xristianlıq dininin qəbul etdirilməsinə çalışmışdırlar. Hal-hazırda bir çox Qərbi Afrika ölkəsinin dili Fransızcadır. Fransız müstəmləkə imperiyası XIX və XX əsrdə Britaniya İmperiyasından sonra dünyanın ikinci böyük müstəmləkə imperiyasıdır. Fransız müstəmləkə imperiyasının sahəsi ana vətən ilə birlikdə 1900 ilə 1930-cu illər arasında 24.000.000 km² olmuşdur. Bu böyüklük dünyadakı torpaqların sahəsinin 17.8%-inə bərabərdir. == Amerika == Amerikadakı Fransız müstəmləkələrinin ən vacibi şübhəsiz olaraq Kanadadır. Kanadaya ilk ayaq basan Fransızlardan sonra Kanadaya İngilislər çıxmış və işğal etmişdilər.
On üç müstəmləkə
On üç koloniya (ing. Thirteen Colonies) - Şimali Amerikada Böyük Britaniyanın tabeliyində olan koloniyalar. Koloniyalar, dini zəmində təqib olunan Pilqremlər tərəfindən salınmışdır. 4 iyul 1776-cı ildə koloniyalar Böyük Britaniyaya qarşı birləşərək, Amerika Birləşmiş Ştatlarını yaratmışdılar.
İngiltərə müstəmləkə imperiyası
Britaniya müstəmləkə imperiyası XVI əsrin sonu - XVIII əsrin əvvəlləri arasında İngiltərə krallığı tərəfindən müstəmləkə edilmiş xarici ərazilərdən ibarət idi. İlk xarici ingilis qəsəbələri İrlandiyada quruldu; Bunu qısa müddət sonra Şimali Amerika, Qərbi Hindistandan başlayaraq “fabriklər” adlanan ticarət mərkəzləri, Qərbi Hind adaları və sürətlə başlayaraq Hindistan yarımqitəsi izlədi. 1639-cu ildə Hindistan sahillərində bir sıra yaşayış məntəqələrinin inşası Fort St. George ilə başladı. 1661-ci ildə Kral II Çarlz Braqanzalı Katerinayla evlənəndə Portuqaliya müstəmləkəsi olan Tangier və Bombay İngiltərəyə Ketrinin cehizi kimi verildi. Şimali Amerikada, Virciniya və Nyufaundlend ingilis müstəmləkəçiliyinin ilk mərkəzləri idi. Daha sonra XVI əsrdə Maine, New Hampshire, Salem, Massachusetts körfəzi, New Scotland, Connecticut, Merilend və Rhode Island və Providence-də yaşayış məntəqələri salındı. 1664-cü ildə Yeni Hollandiya və Yeni İsveç Hollandiyadan qopardıldı və New York, New Jersey və Delaware ilə Pensilvaniyaya bağlı bölgələr edildi. 1707-ci ildə Böyük Britaniya Krallığını yaratmaq üçün İngiltərə Şotlandiya ilə birləşəndə ingilis müstəmləkələri ​​Britaniya İmperiyasının əsasına çevrildi.