Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müstəsna vəziyyət
Müstəsna vəziyyət – proqramlaşdırmada və informasiyanın emalı vasitələrində: kompüterin mikroprosessorunu cari anda yerinə yetirilən əməliyyatları durdurmağa vadar edən, sonra isə oxşar durumu emal edən xüsusi altproqramı tapıb çalışdıran problem və ya hadisə. Müstəsna vəziyyət kəsilmə (INTERRUPT) kimidir, çünki o da mikroprosessoru ayrıca göstərişlər toplusuna yönəldir. Bununla belə, MS-DOS əməliyyat sistemi altında işləyən kompüterlərdə müstəsna vəziyyət kəsilmədən onunla fərqlənir ki, o, proqramın çalışması ilə bağlı olur və potensial olaraq proqramın durdurulmasına səbəb ola bilər.
Müstəin (xəlifə)
Əbül Abbas Əhməd ibn Məhəmməd ibn Məhəmməd (ərəb. أبو العباس أحمد بن محمد بن محمد‎) və ya Əl-Müstəin (ərəb. المستعين بالله‎) (d. 836 - ö. 17 oktyabr 866) — 12. Abbasi xəlifəsi. == Mənbə == Saliba, George, ed. (1985). The History of al-Ṭabarī, Volume XXXV: The Crisis of the ʿAbbāsid Caliphate: The Caliphates of al-Mustaʿīn and al-Muʿtazz, A.D. 862–869/A.H. 248–255. SUNY Series in Near Eastern Studies.
Müsənna mühafəzəsi
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
İbn əl-Müsənna
İbn əl-Müsənna (tam adı: Fəxrəddin Əbülfəzl İsmayıl ibn əl-Müsənna ət-Təbrizi) — Bağdadın "ən-Nizamiyyə" mədrəsəsində mühazirələr oxuyur. O, "Azərbaycan tarixi" əsərinin müəllifidir. Lakin çox təəssüf ki, bu əsər bizə qədər gəlib çatmamışdır. İbn əl-Müsənna hicri 580 (1185)-ci ildə Təbrizdə vəfat etmişdir. Görkəmli şəxsiyyətlərin kartotekasını tərtib edən İbn əl-Fuvati yazır: "Mən Təbrizdə tam mənasında gör-kəmli şəxsiyyətlər barəsində soruşanda mənə İbn əl-Müsənnanın adını çəkdilər. Mən soruşdum: "Ona bənzər ikincisi varmı?" və mənə cavab verdilər: "O, təkdir və ikincisi yoxdur".
I Rəvvad ibn Müsənna əl-Əzdi
I Rəvvad ibn Müsənna əl-Əzdi (ərəbcə: الرواد بن المثنى الأزدي) (VIII—XII) — VIII-XII əsrlərin ortalarından etibarən Cənubi Azərbaycanda hökm sürən Ravvadidlər sülaləsindən olan və Rəvvadilər dövlətinin qurucusudur. Əbbasi xəlifəsi Əbu Cəfər əl-Mənsur Yəmən Ərəblərini oraya köçürərək Yezid ibn Hatim əl-Mühəlləbini (785-786) Azərbaycan hakimi təyin etdi. Onnlardan biri, Təbrizdə məskunlaşan, Əzd qəbiləsindən olan yəmənli Rəvvad ibn Müsənna idi. Sonralar müstəqil feodal mülkiyyətinin başçısı oldu. Əl-Yəqubinin verdiyi xəbərə görə, Təbrizdən Bəzzədək bütün torpaqlar Rəvvada verilmişdi.Rəvvadın üç oğlu var idi: Məhəmməd (813-845), əl-Vəcnə və Yəhya (ö. 849).
Mustelia
Stevia (lat. Stevia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Cinsə aid bütün növlər Şimali və Cənubi Amerikada bitir.
Musteyka
Musteyka (lit. Musteika) — Litvanın cənub hissəsində, Varenski rayonunun tərkibində kənd. 2011-ci ildə Musteykanın əhalisi 61 nəfər təşkil edir. == Coğrafiya == Kənd Druskininkaydan təxminən 30 km cənub-şərqdə, Marcinkonis kəndindən 12 km cənubda yerləşir. Dainava meşəsinin (Grodno meşəsi) dərinliklərində, Musteyka çayı üzərində, Belarusiya ilə sərhəddən 5 km aralıda qərarlaşır. Bu, Litvanın ən cənub yaşayış məntəqələrindən biridir (kadastrın məlumatına görə, ölkənin ən cənub nöqtəsi Musteykaya aiddir). Kənd Cukiy Milli Parkında, ölkədə ən böyük təbiət qoruğu olan Çepkelyay bataqlıqlarından 5 km şərqdə yerləşir. Hissələr: Qaydzyay, Kazabulyau, Kones Averkov (Styaponay və Auqustelyay), Mişkinyay, Barabonay. == Mədəniyyət == Musteyka etnoqrafik kənddir. Kənddə ənənəvi taxta memarlıq qorunub saxlanılmışdır.
Mustela
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Müştəba Əliyev
Müştəba Əliyev (tam adı: Müştəba İsmayıl oğlu Əliyev d. 1954, Ağdam; ö. 26 avqust, 2017, Bakı) — tədqiqatçı-jurnalist == Bioqrafiya == Müştəba Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun nəzdində 2 illik və 2010-cu ildə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin 1 illik fars-dili kurslarını əla qiymətlərlə bitirib diplom və sertifikat almışdır. 1977-1997-ci illərdə “Azərbaycan məktəbi” jurnalında, “Sovet kəndi” (sonrakı adları “Həyat”, “Bərəkət”), “''Ədalət''” qəzetlərində müxtəlif vəzifələrdə işləmişdir. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1997-ci ildən 2010-cu ilədək “Əlillər” (əvvəlki adı “Vətən uğrunda”) qəzetinin baş redaktoru olmuşdur. 2005-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2004-cü ildən 2012-ci ilədək Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi mətbuat xidmətinin rəhbəri işləmişdir.